SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   16   17   18   19   20   21   22   23   24

35 

 

şəhəri görkəm etibarilə  rəngarəngdir və  İrəvan və Naxçıvandan daha çox ürəyəyatandır. Orada xarabalıqlar, 



demək olar ki, yoxdur. Küçələr bütün Asiya şəhərlərində olduğu kimi, dolanbac olsalar da kildən tikilmiş 

divarlar və binalar bir bütövlük təşkil edirlər, binaların arasında gözəl bağlar görünür. Hər addım başında olan 

su ətrafa sərinlik yayır və bir çox həyətlərdə fəvvarələr yaradır»

67



Ordubad şəhəri Zəngəzur dağlarının ətəklərindən başlayan və iki dağ silsiləsinin ardınca uzanan maili 

düzənlikdə yerləşirdi. Şəhər şimaldan Aşağı Andemiç, şərqdən Kəntan, qərbdən Dəstə kəndləri ilə həmsərhəd 

idi

68

. Ordubad çayı şəhəri iki hissəyə bölürdü... Çayın üstündən daşdan körpü tikilmişdi



69

Naxçıvana nisbətən kiçik şəhər olan Ordubadda məhəllələrin də sayı nisbətən az idi. Osmanlı 



dəftərlərinin verdiyi məlumatlardan aydın olur ki, XVIII əsrin birinci rübündə burada dörd məhəllə — Anbaras, 

Minkis, Sərşəhər və  İşterenke məhəllələri olmuşdur

70

. XVIII əsrin birinci rübündən XIX əsrin  əvvəllərinədək 



keçən müddət ərzində şəhərdə olan məhəllələrin sayında elə bir ciddi dəyişiklik müşahidə olunmur. XIX əsrin 

əvvəllərinə aid mənbələrdə Ordubadda

[70-71]

beş  məhəllə olduğu göstərilir



71

. Məhəllələrin adları da elə bir 

ciddi dəyişikliyə  uğramamışdı. Osmanlı  dəftərlərində  İştərənkə kimi qeyd olunan məhəllənin adı rusdilli 

mənbədə Üç düdankə (Uç dudanqa) kimi verilir. Bütövlükdə XIX əsrin  əvvəllərində Ordubad şəhərində 

aşağıdakı  məhəllələr var idi: Anbaras, Kürdüdal (çox güman ki, «Kürdtala»nın təhrif olunmuş formasıdır), 

Minkis, Sərşəhər və Üç düdəngə.

72

 

Nisbətən kiçik olmasına baxmayaraq, Ordubad şəhərində ictimai binalar və tikililər Naxçıvandan çox 



idi.  Şəhərdə üç meydan var idi ki, bunlardan da ən səfalısı Kürd meydanı adlanan dördbucaqlı meydan idi

73



Vaxtilə buraya alver məqsədi ilə çoxlu kürdlərin gəldiyi güman olunur. Bu meydanda yerləşən  şəhər bazarı 

bütün Azərbaycan şəhərlərində olduğu kimi, Ordubadda da ticarət dükanlarının və sənətkar emalatxanalarının 

cəmləşdiyi əsas mərkəz idi. Burada dükan və emalatxanaların sayı 197-yə çatırdı

74



Dini obyektlərin sayına görə də Ordubad şəhəri Naxçıvandan üstün idi. XIX əsrin əvvəllərində tərtib 

edilmiş  mənbələrdən birinin verdiyi məlumatdan aydın olur ki, həmin vaxt şəhərdə altı  məhəllə  məscidi 

fəaliyyət göstərirmiş. Bu məscidlərdən ən böyüyünün nəzdində mədrəsə mövcud idi

75



Ordubad şəhəri uzun müddət Naxçıvan bölgəsinin mühüm ticarət mərkəzlərindən biri olmuşdur. Bu, 

şəhərdə tikilmiş karvansaraların timsalında özünü daha aydın göstərirdi. XVIII əsrin sonu — XIX əsrin 

əvvəllərində Ordubadda karvansaraların ümumi sayı altıya çatırdı. Lakin bölgədə gedən siyasi çəkişmələr və 

ümumi iqtisadi tənəzzül bu sahədə də özünü göstərirdi. Belə ki, şəhərdə mövcud olan altı karvansaradan yalnız 

ikisi fəaliyyət göstərirdi. Yerdə qalan dörd karvansara isə dağıdılmış vəziyyətdə idi. Onların birində dulusçuluq 

emalatxanası fəaliyyət göstərirdi

76



Öyrəndiyimiz dövrdə Ordubadın mühüm sənətkarlıq mərkəzlərindən biri olması da onun ümumi 



görkəminə

[71-72]


təsir göstərən mühüm amillərdən birinə çevrilmişdi. Ordubadda başqa sənət sahələri ilə yanaşı 

12 dabbaqxana fəaliyyət göstərirdi

77

. Məlumdur ki, orta əsrlərdə dabbaqxanalar sənətin spesifik xüsusiyyəti ilə 



əlaqədar şəhərlərin kənarlarında olan su hövzələrinin yaxınlığında tikilirdi. Lakin Ordubadda adicə səhlənkarlıq 

ucbatından bu dabbaqxanalar düz şəhərin ortasında çayın üstündə tikilmişdi. Burada çoxlu su tələb edən iki 

ipəksarıma emalatxanası da fəaliyyət göstərirdi. Nəticədə buradan bağlara axan su çirklənirdi

78



Naxçıvan bölgəsinin  şəhərlərindən bəhs edərkən XIX əsrin  əvvəllərində  tərtib olunmuş  mənbələrdə 

adı çəkilən Abbasabad qalası haqqında da danışmaq yersiz olmaz. Mənbələrin verdikləri məlumatlardan aydın 

olur ki, həmin qala hərbi zərurətdən yaranmış bir obyekt olmuşdur. Birinci Rusiya-İran müharibəsinin gedişində 

(1804 — 1813-cü illər) dəfələrlə ağır məğlubiyyətə uğrayan İran tərəfi Naxçıvan xanlığının ərazisində özünün 

hərbi mövqelərinin möhkəmləndirilməsinə böyük diqqət verirdi. İran komandanlığı bu məqsədlə qalaları təmir 

etdirir və özünün dayaq nöqtəsi ola biləcək yeni qala tikdirirdi

79

. Belə qalalardan biri şahzadə Abbas Mirzənin 



arzusu ilə fransız mühəndisləri tərəfindən Naxçıvan yaxınlığında tikilmiş  və  İran taxt-tacının vəliəhdinin 

                                                            

67

 Azərbaycan MDTA, f. 24, I 



SIY

., 372-


ÇI SƏNƏD

,

 V



. 5-6. 

68

 İ Şopen. Göstərilən əsəri, s. 481. 



69

 Azərbaycan MDTA, f. 24, I siy., 372-ci sənəd, v. 9. 

70

 M. Bünyadov, H. M. Məmmədov. Naxçıvan dəftəri. — «Ədəbiyyat və incəsənət» qəz., 13 sentyabr 1985. 



71

 Azərbaycan MDTA, f 24, I siy., 372-ci sənəd, v. 3; İ Şopen Göstərilən əsəri, s. 481. 

72

 Yenə orada. 



73

 İ. Şopen. Göstərilən əsəri, s. 483 

74

 Azərbaycan MDTA. f. 24, I siy., 372-çi sənəd, v. 9 



75

 İ. Şopen. Göstərilən əsəri, s. 482 

76

 Yenə orada. 



77

 Azərbaycan .MDTA, f. 24, I siy., 372-ci sənəd, v. 9. 

78

 Yenə orada, v. 13; İ. Şopen. Göstərilən əsəri, s. 484. 



79

 Mərkəzi hərbi Dövlət Tarix Arxivi (MDHTA), f. VUA, 6164-cü sənəd, III hissə, v. 16. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə