SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   16   17   18   19   20   21   22   23   24

36 

 

şərəfinə adlandırılmış Abbasabad qalası idi. Mənbədə göstərilir ki, Abbasabad qalası «...Abbas Mirzə tərəfindən 



Avropa zövqündə tikdirilmişdir»

80

. Bu qala Naxçıvanın cənub-qərbindən 10 kilometr məsafədə yerləşirdi. 



Abbasabad qalası Araz çayı üzərində olan keçidin (körpünün) qorunmasını  təmin

 

etməklə yanaşı, həm də 



Cənubi Azərbaycana gedən yola nəzarət edir, lazım gəldikdə bu yolu bağlaya da bilirdi. Qala İran mövqelərinin 

rus ordusunun hücumlarından qorunması üçün də mühüm məntəqə hesab edilirdi. Mənbələrin verdikləri 

təsvirlərdən aydın olur ki, qala düzgün beşbucaqlı formasında tikilmişdi. Qalada olan çoxlu istehkamlardan ikisi 

— qərb istiqamətində Araz çayına

[72-73] 

söykənirdilər

81

. Belə istehkamların başlıca vəzifəsi zərurət nəticəsində 



qala qarnizonu geri çəkilərkən onun Araz çayının sağ sahilinə təhlükəsiz keçməsini təmin etməkdən ibarət idi. 

O. Yevetski yazırdı ki, «Abbasabad qalası fransız və ingilis zabitləri tərəfindən tikilib 

möhkəmləndirilmiş bürcləri olan beşbucaqlı poliqondur»

82

. Abbasabad qalası vaxtilə bu bölgədə mövcud olan 



qədim Astabad yaşayış məntəqəsinin yerində birinci Rusiya-İran müharibəsi dövründə inşa edilmişdi. 1834 — 

1835-ci illərdə Naxçıvan bölgəsində olmuş F. Korf qalanın tikilmə tarixindən bəhs edərək yazırdı: «Mən 25 il 

əvvəl bu ölkədə Abbas Mirzə  tərəfindən tikdirilmiş Abbasabad qalasını gördüm. O, Abbas Mirzənin yanında 

xidmət edən bir fransız mühəndisinin planı əsasında tikilmişdir»

83



Abbasabad qalası rus tarixçisi N. Nsfedovun 1839-cu ildə nəşr olunmuş yol qeydlərində daha ətraflı 



təsvir olunur «...Naxçıvanın əks tərəfində zərərli iqliminə görə tərk edilib dağıdılmış Abbasabqd qalası görünür. 

Mən fransız mühəndislərinin tikdikləri bu tikiliyə baş  çəkməyi özümə borc bildim. Məhz həmin mühəndislər 

otuz il əvvəl qarışıq bir zamanda onun tikintisi ilə məşğul olmuşlar. Daşla hörülmüş və lazım gəldikdə su ilə 

doldurulan dərin xəndək, ikiqat mazğalı olan divar, bürclər, daşla örtülmüş yollar və istehkamın müdafiə 

vasitələri göstərir ki, İranın əvvəlki dostları burada həqiqətən çox böyük məharətlə çalışmışlar. Onu da xüsusi 

qeyd etmək lazımdır ki, onlar böyük uzaqgörənliklə qalanı elə tikmişlər ki, körpü üzərinə çıxan qarnizon Arazın 

o tayına, öz ölkələrinin içərilərinə təhlükəsiz çəkilə bilsinlər»

84



Mənbələrin verdikləri məlumatlara  əsasən belə fikir söyləmək olar ki, Abbasabad qalası birinci 

Rusiya-İran müharibəsinin gedişində fransızlar tərəfindən tikilmiş, Gülüstan müqaviləsindən (1813) sonra 

ingilislər tərəfindən bərpa edilərək yeni

[73-74]


dən qurulmuşdur. Çox güman ki, Naxçıvan xanlığı Rusiya 

tərəfindən işğal edildikdən sonra baxımsızlıq ucbatından yararsız hala düşmüşdür. Ümumiyyətlə isə, kim 

tərəfindən tikilməsindən asılı olmayaraq, Abbasabad qalası  İran ordusunun Cənubi Qafqazda mühüm dayaq 

məntəqələrindən biri olub, Azərbaycanın cənubuna gedən yolun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb 

edirdi. 

Mənbələrdə Abbasabad qalasının daxili quruluşu, burada mülki əhalinin yaşayıb-yaşamaması barədə 

hələlik məlumata təsadüf etməmişik. Yalnız P. Zubovun əsərində göstərilir ki, əvvəllər bu yerdə Astabad adlı 

böyük kənd olmuşdur

85

. Lakin müəllifin yazısından aydın olmur ki, qala tikilərkən burada əhali yaşayırdımı və 



əgər yaşayırdısa, onların sayı  nə  qədər idi və  əsas məşğuliyyətləri nədən ibarət idi. Bununla belə, qalanın 

yerində olmuş yaşayış məntəqəsinin Astabad adlandırılması bizdə şübhə oyatmır. 

Orta  əsrlərdə, xüsusilə öyrəndiyimiz dövrdə  şəhər  əhalisinin sayı  və ictimai tərkibindən danışarkən 

həmin dövrdə yaranmış  gərgin siyasi vəziyyəti nəzərə almamaq olmaz. Çünki bu zaman Azərbaycanın  əksər 

şəhərlərin ya bilavasitə və yaxud da bivasitə ya xarici işğalçıların, ya da feodal ara müharibələrinin nəticəsində 

dağıntıya məruz qalmışdı. Bu isə şəhər əhalisinin tərkibinə öz mənfi təsirini göstərirdi. 

Yeri gəlmişkən onu da qeyd etməliyik ki, feodalizm dövründə Azərbaycanda  şəhər  əhalisinin 

formalaşması bu günə kimi dəqiq  şəkildə  tədqiq olunmamışdır. XVIII əsrdə, xüsusilə xanlıqlar dövründə 

Azərbaycan  şəhərlərinin  əhalisinin miqdarı  və ictimai tərkibi də, demək olar ki, öyrənilməmişdir. Halbuki bu 

məsələlərin tədqiqi  şəhərlərin ictimai-iqtisadi quruluşunu, ölkənin iqtisadi vəziyyətini daha dəqiq öyrənməyə 

imkan verərdi. Həm də  əhalinin sayca və ictimai tərkibcə öyrənilməsi  şəhərlərdə  sənətkarlıq məhsullarının, 

ticarətin vəziyyətini və miqdarını öyrənməyə, yerli bazarların və  şəhər  əhalisinin tələbatını  dəqiqləşdirməyə 

imkan verir. 

Naxçıvan və Ordubad şəhərlərindəki bu vəziyyəti dəqiqləşdirmək üçün, demək olar ki, faktiki material 

yox dərəcəsindədir. Yalnız Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra yeni torpaqlarda 

[74-75] 


əvvəllər mövcud olan qayda-qanunu və vəziyyəti öyrənmək məqsədi ilə çarizm öz məmurlarına həmin yerləri 

yazılı surətdə təsvir etməyi tapşırdı. Rus məmurlarının müstəmləkəçilik baxımından tərtib etdikləri «təsvirlər» 

                                                            

80

 П. Зубов. Картина последней войны России с Персией. – СПб. 1836, с. 131. 



81

 П. Зубов. Göstərilən əsəri, s. 131. 

82

 О. Евецкий. Статистическое описание Закавказского края. – СПб. 1833. с. 200. 



83

.Ф. Корф. Воспоминание о Персии. 1834-1835 гг. – СПб, 1838, С. 7. 

84

 Н. Нефедов. Взгляд на армянскую область в путевых записах. – СПб., 1839, с. 47 



85

 П. Зубов. Göstərilən əsəri, s. 131 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə