SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   16   17   18   19   20   21   22   23   24

41 

 

NƏTİCƏ 

 

Əsərin xronoloji çərçivəsi  əsasən Naxçıvan diyarının XVIII əsrin ikinci yarısı — XIX əsrin birinci 



rübünü əhatə edir. 

Azərbaycanın qərbində yerləşən Naxçıvan diyarı  Zəngəzur dağlarından başlayıb, Araz çayına qədər 

uzanan böyük bir ərazini əhatə edirdi. Diyar şimalda İrəvan, şimal-şərqdə Qarabağ, cənubda isə Xoy və Maku 

xanlıqları ilə həmsərhəd idi. Diyarın şərqindən Kiçik Qafqaz, şimalından isə Dərələyəz dağları keçir. 

Naxçıvan diyarının  ərazisi  əsrlər boyu baş verən hərbi və siyasi hadisələrin təsiri ilə ciddi 

dəyişikliklərə məruz qalmışdır. Diyarın istər xarici sərhədlərində, istərsə də daxili inzibati bölgüsündə baş verən 

dəyişikliklərdə  Səfəvi-Osmanlı müharibələrinin təsiri, xüsusilə, böyük olmuşdu. Müstəqil xanlıq meydana 

gələnə qədər bu diyar bir neçə dəfə Osmanlı Türkiyəsinin hakimiyyəti altına düşmüşdü. 

Naxçıvan diyarı XVI əsrin sonlarından başlayaraq, Səfəvilər dövlətinin inzibati cəhətdən bölünmüş 

bəylərbəyliklərindən əvvəlcə Təbriz (Cənubi Azərbaycan), XVII əsrin sonundan isə Çuxur-Səd bəylərbəyliyinin 

tərkibinə daxil edilmişdi. Belə vəziyyət Nadir şah Əfşarın (1736 — 1747) hakimiyyətinə qədər davam etmişdi. 

Nadir şah hakimiyyət başına gəldikdən sonra Səfəvilərin inzibati-ərazi bölgüsünü ləğv edərək, Azərbaycandakı 

bəylərbəyliklərin yerinə vahid Azərbaycan vilayəti təsis etmişdi. Həmin vilayətin sərhədi qərbdən  İrəvan, 

şərqdən isə Dərbəndlə məhdudlaşırdı. 

Müstəqil xanlıqlar dövründə siyasi hadisələrin təsiri altında Naxçıvan diyarının xarici sərhədləri 

müəyyən dəyişikliklərə  məruz qalmışdır. Belə ki, bu dövrdə Naxçıvan xanlığı Xoy, Qarabağ,  İrəvan

[83-

84]


xanlıqları, Kartli-Kaxetiya çarlığı  və  İran arasında fasiləsiz mübarizə obyektinə çevrilmişdir. Məhz bu 

dövrdə vaxtilə Naxçıvan diyarının tərkibinə daxil olmuş Tativ, Sisian və Mehri mahalları qarabağlı Pənah Əli 

xan tərəfindən işğal edilərək Qarabağ xanlığının tərkibinə qatılmışdı. 

1797-ci ildən etibarən Naxçıvan xanlığı yenidən özünün siyasi müstəqilliyini itirərək  İranın 

hakimiyyəti altına düşmüş və İranın ucqar əyalətlərindən birinə çevrilmişdi. 1828-ci ilə qədər davam edən İran 

hakimiyyəti dövründə diyarın  ərazisində elə bir dəyişiklik müşahidə olunmur. Bölgədə  cərəyan edən siyasi 

hadisələr, ilk növbədə  hərbi  əməliyyatlar Naxçıvan diyarının daxili inzibati-ərazi bölgüsündə daha ciddi 

dəyişikliklərə  səbəb olmuşdu. Lakin bu dəyişikliklərin dinamikasını izləmək mənbələrin olmaması üzündən 

xeyli çətinlik törədir, XIX əsrin  əvvəllərində diyarın inzibati-ərazi bölgüsündə baş vermiş  dəyişiklikləri 

izləməyə imkan verən yerli mənbələr, demək olar ki, yoxdur. Bu boşluğu müəyyən dərəcə müxtəlif vaxtlarda 

tərtib edilmiş türk və qismən də rus mənbələri əsasında doldurmaq mümkündür. 

Səfəvi-Osmanlı müharibələri dövründə türklər qələbə çaldıqları zaman Azərbaycanın, demək olar ki

bütün ərazisində Osmanlı Türkiyəsi özünəməxsus inzibati-idarə sistemi yaradır. Azərbaycanın ərazisini inzibati 

cəhətdən paşalıqlara və sancaqlara bölürdü. Bu böldü Naxçıvan bölgəsini də  əhatə edirdi. Belə ki, Naxçıvan 

diyarı inzibati-ərazi vahidi kimi sancaq adlandırılır, sancaq isə öz növbəsində nahiyələrə bölünürdü. Naxçıvan 

sancağı osmanlılar tərəfindən 16 nahiyəyə bölünmüşdü: Naxçıvan, Məvazeyi-Xatun, Mülki-Arslan, Qarabağ, 

Dərəşahbuz, Dərəşan, Azərçayı,  Şərur, Zar, Zəbil,  Əlincə, Sisian, Ordubad, Azadciran, Şorlut və  Dərəkürlüt. 

Göründüyü kimi, həmin dövrdə Naxçıvan sancağının ərazisi Naxçıvan xanlığının ərazisindən xeyli böyük olmuş 

və XX əsrdə Sovetləşmiş Ermənistan yaradıldıqda bir sıra Azərbaycan torpaqları da Ermənistan Respublikasına 

daxil edilmişdir. 

XVIII  əsrin  əvvəllərində Osmanlı  işğalına son qoyulduqdan sonra Azərbaycan  ərazisi, o cümlədən 

Naxçıvan diyarı yenidən Səfəvilər dövlətinin tərkibinə qatılmış  və  əvvəlki inzibati-idarə sistemi bərpa 

edilmişdir. XVII əsrin sonu — XVIII əsrin  əvvəllərində

[84-85]


inzibati bölgü baxımından Naxçıvan diyarı 

tümən kimi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, Osmanlı hakimiyyəti dövründə mövcud olmuş inzibati 

bölgü də dəyişikliklərə uğramışdır. Belə ki, Zar və Zəbil nahiyələri birləşdirilmiş və Sədərək adlı yeni inzibati 

vahid yaranmışdı. 

1722 — 23-cü illərdə Azərbaycan Şərqdən Rusiya və 1723-cü ildə Osmanlı Türkiyəsi tərəfindən işğal 

edildiyi zaman iki dövlətin qoşunları Azərbaycan torpağında toqquşmasınlar deyə 1724-cü ildə  İstanbulda 

müqavilə bağlamağa məcbur oldular. İstanbul müqaviləsinə əsasən Azərbaycan torpaqlarının böyük bir hissəsi, 

o cümlədən Naxçıvan diyarı yenidən Osmanlı Türkiyəsinin tərkibinə daxil edildi. Yeni Osmanlı işğalı dövründə 

Naxçıvan diyarının inzibati-ərazi bölgüsündə yenidən dəyişiklik baş verdi. Belə ki, sancaqların sayı əvvəllərdə 

olduğuna nisbətən 16-dan azalaraq 14-ə enmişdir.  Əvvəllər mövcud olmuş Bazarçayı,  Şərur, Zar, Zəbil və 

Ordubad nahiyələrinin əvəzində iki yeni nahiyə — Qızılağat və Dərələyəz nahiyələri yaradıldı. Əvvəlki bölgüdə 

adı çəkilən Sədərək nahiyəsi isə ləğv edildi. 

XVIII  əsrin ortalarında Azərbaycanın digər müstəqil xanlıqları kimi, Naxçıvan xanlığı da inzibati 

cəhətdən mahallara bölünmüşdü. Bu bölgü elə bir ciddi dəyişikliyə uğramadan 1798 — 1828-ci illəri əhatə edən 

İran hakimiyyəti dövründə  də mövcud olmuşdur.  İstər müstəqil xanlıq dövründə, istərsə  də  İran hakimiyyəti 



42 

 

illərində Naxçıvan diyarı 9 mahaldan ibarət idi. İranın hökmranlığı illərində diyarın inzibati bölgüsündə 



aparılmış başlıca dəyişiklik isə bu mahalların iki tüməndə — Naxçıvan və Ordubad tümənlərində birləşdirilməsi 

olmuşdur. Naxçıvan tüməninin tərkibinə 4 mahal — Naxçıvan, Əlincə, Xok və Dərələyəz mahalları, Ordubad 

tüməninin tərkibinə isə 5 mahal — Ordubad, Əylis, Dəstə, Cənnab və Bilev mahalları daxil idi. Sonralar bu 

mahalların sırasına yeni yaradılmış Məvazeyi-Xatun mahalı da daxil edilmişdir. 

Naxçıvan diyarında əhalinin, kənd təsərrüfatının, sənətkarlığın vəziyyətini tarixi coğrafiya baxımından 

təhlil etdikdə, belə nəticəyə gəlmək olur ki, onların formalaşmasında və inkişafında təbii-coğrafi şəraitlə yanaşı 

siyasi hadisələrin də mühüm rolu olmuşdur. Diyarın Naxçıvan şəhəri, Culfa, Ordu

[85-86]


bad və oradan Mehri 

istiqamətində  və Naxçıvançay,  Əlincəçay boyunca uzanan ərazilərdə insanların məskunlaşması  və normal 

təsərrüfat fəaliyyəti ilə məşğul olmaları üçün lazımi şərait var idi. XIX əsrin əvvəllərində Naxçıvan diyarında 

yaşayan 8463 ailənin böyük əksəriyyəti məhz adları çəkilən ərazilərdə məskunlaşmışdı. Bölgədə cərəyan edən 

siyasi hadisələrin təsiri altında Naxçıvanda əhalinin milli və say tərkibində xeyli dəyişiklik baş vermişdi. Belə 

ki, Rusiya-İran müharibələrinin dağıdıcı  təsiri altında diyarda yerli əhalinin sayının xeyli azalması müşahidə 

olunur. Yenə  də  həmin müharibələrin gedişində  və ondan sonra keçən az müddət  ərzində Naxçıvan diyarına 

kütləvi şəkildə erməni ailələri köçürülərək əhalinin milli tərkibindəki tarazlıq süni şəkildə pozulmuşdur. 

Naxçıvan kənd təsərrüfatının, ilk növbədə isə  əkinçiliyin inkişafı daha çox təbii-iqlim  şəraiti, 

torpaqların münbitliyi kimi bir sıra coğrafi amillərlə  də  sıx bağlı idi. Məhz bu amillər nəticəsində burada 

əkinəyararlı torpaqlar mahallar üzrə qeyri-bərabər şəkildə paylanmış və qonşu ərazilərlə müqayisədə xeyli azlıq 

təşkil edirdi. Bütövlükdə Naxçıvan diyarı üzrə yararlı torpaqların böyük bir hissəsi Dərələyəz (52,6%) və Xok 

(34,4%) mahallarının payına düşürdü. Diyarın digər mahallarında əkinçiliyin zəif inkişaf etməsi daha çox suyun 

çatışmaması və müəyyən dərəcədə torpaqların az münbit olması ilə bağlı idi. Təbii-iqlim şəraitindən asılı olaraq 

diyarın  əhalisi  əsasən taxılçılıq, ipəkçilik, çəltikçilik, bağçılıq, bostançılıq, üzümçülük, pambıqçılıq və s. 

sahələrlə  məşğul olurdular. Maldarlıq, xüsusilə qoyunçuluq dağlıq yerlərdə yaşayan  əhalinin başlıca 

məşğuliyyət sahələrindən idi. 

Kənd təsərrüfatı ilə müqayisədə  sənətkarlıq istehsalı Naxçıvan diyarında  əhalinin məşğuliyyətində 

həlledici əhəmiyyətə malik deyildi. Azərbaycanın digər yerlərində olduğu kimi, burada da sənətkarlıq istehsalı 

daha çox kənd təsərrüfatı ilə bağlı olub, əsasən, yardımçı xarakter daşıyırdı. Kənd  əhalisinin xeyli hissəsinin 

başlıca olaraq istehsal edilmiş  kənd təsərrüfatı  məhsullarının emalı ilə bağlı olan ev sənətkarlığı ilə  məşğul 

olması da əsasən onun nəticəsi idi. Naxçıvan diyarında ev sənətkarlığının inkişafına təsir göstərən amillər 

sırasında

[86-87]


ticarət mərkəzlərindən uzaqlığı, natural təsərrüfat hökmranlığı, rahat yolların olmaması  və s. 

göstərmək olar. 

Naxçıvan diyarında sənətkarlıq istehsalı başlıca olaraq iki mərkəzdə — Naxçıvan və Ordubad 

şəhərlərində  cəmlənmişdi. Naxçıvan sənətkarlarının  əsas məşğuliyyət sahəsi toxuculuq, xalçaçılıq, dəmirçilik, 

boyaqçılıq, dabbaqçılıq, dulusçuluq və s. idi. Sənətkarlıq istehsalında pambıq parça-bez istehsalı xüsusilə geniş 

yayılmışdır. hər  şeydən  əvvəl, bölgədə pambıq parça istehsalı xammalın — pambığın bolluğu ilə izah 

olunmalıdır. Yalnız Naxçıvan  şəhərində XIX əsrin  əvvəllərində 126 bez parça toxuyan sənətkar çalışırdı. 

İstehsal edilmiş parçaların az bir qismi daxili tələbatın ödənilməsinə  sərf olunur, yerdə qalanları isə xarici 

bazarlara çıxarılırdı. Naxçıvan diyarında istehsal olunan pambıq parçalar, əsas etibarilə, Türkiyəyə  və 

Gürcüstana ixrac olunurdu. 

Naxçıvan diyarında sənətkarlıq istehsalında istifadə olunan əmək alətləri və texnika bütövlükdə aşağı 

səviyyədə olub, primitiv xarakter daşıyırdı. Əmək məhsuldarlığı istehsal texnikasının təkmilləşdirilməsi deyil, 

əsasən,  əməyin intensivləşdirilməsi hesabına artırılırdı. Bununla belə,  şəhər sənətkarlığı istehsalın təşkili və 

tətbiq olunan əmək alətlərinin məhsuldarlığı baxımından kənd sənətkarlığından xeyli yüksək idi. Kənd 

sənətkarlığı əsasən qapalı, natural xarakter daşıdığı halda, şəhər sənətkarlığı nisbətən əmtəə xarakteri daşıyırdı. 

Naxçıvan bölgəsi, sözün həqiqi mənasında,  şəhərlər diyarı olmuşdur. Bölgədə tarixən yaranmış, 

inkişaf etmiş şəhərlər tarixi-coğrafi amillərin təsiri altında sonradan sıradan çıxmışdır. Bölgədə tez-tez baş verən 

feodal ara müharibələri, yadelli işğalçıların hücumları,  şəhərlərin ayrı-ayrı dövlətlərin, hökmdarların 

iqamətgahına və paytaxtına çevrilməsi hərbi-siyasi amil kimi onların inkişafına ciddi təsir göstərmişdir. Bununla 

belə,  şəhərlərin inkişafına təbii-coğrafi amillər az təsir göstərməmişdir. Təbii-iqlim  şəraiti,  əlverişli ticarət 

yolları üzərində yerləşməsi bu və ya digər şəhərin, o cümlədən Naxçıvan diyarında mövcud olmuş şəhərlə

[87-


88]

rin inkişafında bəzən həlledici amillərə çevrilmişdir. 

Öyrəndiyimiz əsrlərdə Naxçıvan və Ordubad şəhərlərindən başqa Naxçıvan diyarında Culfa, Əylis və 

Azad kimi şəhərlər də mövcud olmuşdur. Vaxtilə bu şəhərlər təkcə Naxçıvan diyarının deyil, bütövlükdə 

Azərbaycanın ticarət və  sənətkarlıq mərkəzləri idilər. Lakin əsrlər boyu bölgədə baş verən siyasi proseslər 

nəticəsində həmin şəhərlər əvvəlki əhəmiyyətini itirmişdir. 




43 

 

XVIII  əsrin ikinci yarısı — XIX əsrin  əvvəllərində Naxçıvan diyarında  şəhər kimi formalaşan 



Naxçıvan və Ordubad yadelli işğalçıların hücumları  və feodal ara müharibələrinə  məruz qalmışdır. Bu siyasi 

hadisələr şəhərlərin xarici görünüşünə mənfi təsir göstərməklə yanaşı, onların təsərrüfat həyatına da ağır zərbə 

endirmişdir. Öyrənilən dövrdə kiçik qalaları xatırladan Naxçıvan və Ordubad şəhərləri əhalisinin sayı  əvvəlki 

əsrlərlə müqayisədə kəskin şəkildə azalmışdır. 

Naxçıvan və Ordubad şəhərlərində əhalinin sosial və milli tərkibində baş verən dəyişikliklər daha çox 

hərbi və ictimai-siyasi proseslərlə bağlı olmuşdur. Göstərilən şəhərlərdə xan və onun ailəsi, feodallar, tacirlər və 

sənətkarlarla yanaşı  kəndli ailələri də yaşayırdılar.  Əhalisi xalis azərbaycanlılardan ibarət olan Naxçıvanda 

ikinci Rusiya-İran müharibələrinin nəticəsində  əhalinin milli tərkibində müəyyən dəyişikliklər baş verdi. Rus 

çarizminin köçürmə siyasəti nəticəsində Naxçıvan diyarında xristian, xüsusilə erməni ailələrinin sayı xeyli 

çoxaldı. 

Tənəzzül dövrü keçirmələrinə baxmayaraq, Naxçıvan və Ordubad şəhərləri yenə də bölgənin mühüm 

ticarət-sanətkarlıq mərkəzləri kimi qalmaqda davam edirdi. Bu şəhərlərdə əhalinin sayının əksər hissəsi tacir və 

sənətkarlardan ibarət idi. Naxçıvanın və Ordubadın iqtisadi həyatında başqa sahələrlə yanaşı, kənd təsərrüfatının 

da mühüm rol oynadığı yuxarıda dediklərimizlə bir daha təsdiq edilir. Bu da, bütövlükdə, sənətkarlığın kənd 

təsərrüfatından, şəhərlərin kəndlərdən ayrılması prosesinin həddindən artıq davam etməsi ilə bağlı idi. 

 

 




44 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 



Arxiv materialları 

 

Azərbaycan MDTA, f. 24, I siyahı, sənədlər 353, 354, 355, 856,357, 360, 372.  



MHDTA, f. VUA, sənədlər 6164, III hissə; 4259, IV hisə 

 

Mənbələr 

 

İrəvan əyalətinin müfəssəl dəftəri. — İstanbul, Başbakanlıq arxivi, iş 699 



Naxçıvan sançağının müfəssəl dəftəri. — İstanbul. Başbakanlıq arxivi, iş 903. 

П. Г. Бутков. Материалы для новой истории Кавказа с 1722 по 1802гг. ч. 1-3. – СПб, 1869. 

Вильгельм де Рубрук. Путешествие в Восточные страны – СПб., 1882. 

Гаспар Друвиль. Путешествие в Персию в 1812 и 1813 гг., ч. 1. – М., 1826, 

С. Глинка. Описание переселения армян Азербайджанских в пределы России… М. 1831. 

Дневник Закария Акулисского. – Ереван, 1939,. 

Н. Ф. Дубровин. История войны и владычества русских на Кавказе. Т. I-III. – СПб,1871.. 

О. Евецкий. Статистическое описание Закавказского края. – СПб. 1833.. 

С.  П.  Зелинский. «Три  магала» (Нахичеванский,  Ордубадский,  Даралагезский). – Сборник 

сведений о Кавказе. Т.VII.Тифлис,1880. 

Зубов П. Картина последней войны России с Персией. – СПб., 1836. 

Колониальная  политика  российского  царизма  в  Азербайджане  в 20-60-х  годах  ХIХв. (Под 

редакцией И. П. Петрушевского), ч. 1. – М. – Л., 1936. 

Корф Ф. Воспоминание о Персии. 1834-1835 гг. – СПб., 1833. 

Нахичеванские  рукописные  документы XVIII-XIX – вв.  Передняя  Азия  в  документах  (серия 

памяти Ю. Н. Маара). Кн. 1. Тбилиси, 1936. 

Никитин  К.  Н..  Город  Нахичевань  и  Нахичеванский  уезд.-  Сборник  материалов  для  описания 

местности и племен (bundan sonra СМОМПК), вып. П. Тифлис. 1882. 

Путеществие Шардена. – Тбилис, 1902. 

Рапорт генерала-майора Несветаева гр. Гудовичу от Марта 1807 года. АКАК. Т. III, д. 1025. 

Статистические описание Нахичеванской провинции, составленное В. Г. – СПб, 1833. 

И. Шопен. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к 

Российском империи – СПб.,1852.. 

Эвлия  Челеби.  Книга  путешествие  (Извлечения  из  сочинения  турецкого  путешественника 

XVII). Вып. З. – М., 1983. 

К. Энгельгардт. Нахичевань. – «Кавказский календарь на 1852 г.». Тифлис, 1851. 

Tadhkirat al-muluk. A manuel of Safavid adminis'arion   (circ 1137 1/25). Persian text in favsimile. 

Translated and explained  by V - Minorsey. - London; 1943. 



 

Digər ədəbiyyat 

 

Абдуллаев Г. Б. Азербайджан в XVIII веке и взаимоотношения с Россией. – Баку, 1965. 

Azərbaycan tarixi. I c. — Bakı, Elm, 1961. 

Акопян Т. Х. Очерки по исторической географии Армении. – Ереван 1960. 

Ализаде  А.  А.  Социально-Экономическая  и  политическая  история  Азербайджана XVIII-XIV 

вв.-Баку: Элм, 1956. 

Алиев  М.  М.  Нахичеванское  ханство  и  его  присоеденения  к  России. – Автореф.  Дисс.  Канд. 

Ист. Наук. Баку, 1986. 



ƏLİYEV F. M. Şimali Azərbaycan şəhərləri.  — Bakı, 1960. 

Алиев Ф. М. Антииранские выступления и борьба против турецкой агрессии в Азербайджане в 

первой половине XVIII века.- Баку: Элм, 1975.. 

ƏLİYEV F. M. Azərbaycan XVIII əsrdə. — Bax: Azərbaycan tarixi, Bakı: Elm, 1993 

Алиев Т. Ф.. Историческая география Ширвана XVII-XVIII вв. (по русскоязычным источникам) 

– Автореферат дисс. Канд. Ист. Наук. Баку, 1987. 

Алиев  С.  М.  Междоусобные  войны  и  борьба  за  верховную  власть  в  Иране  после  распада 

империи Надира шаха. Иран. История и культура в средние века и новое время. – М., 1980.1980. 

Айвазян К. Историко-архитектурные памятники Нахичевани. – Ереван, 1983. 




45 

 

BÜNYADOV З. M. Azərbaycan Atabəyləri dövləti. — Bakı: Elm, 1981 



BÜNYADOV 3. M., MƏMMƏDOV H. M. Naxçıvan dəftəri — «Ədəbiyyat və incəsənət» qəzeti. 13 

sentyabr 1985. 

Буниятов  З.  М.,.  Мамедов  Г.  М.  Пространный  дефтер  санджака  Нахчивань 1727 года  (общая 

характеристика) – «Средневековой Восток». Баку, 1990. 

Ваидова Х. Р.. История города Ордубада в XIX – нач. XX в. Автореф. Канд. Ист. Наук – Баку: 

1990. 


Вердиева  Х.  Ю.,  Население  Северного  Азербайджана  в  первой  половине XIX в. (Историко-

демографическое исследование). – Автореф. Дисс. Канд. Ист. Наук, баку, 1992. 

Гейдаров М. Х.. Города и городские ремесло Азербайджана XIII-XVII вв. – Баку: Элм, 1982.. 

HEYDƏROV M. X. «Aza».—ASE, I ç. Bakı, 1976.  

Еремян.  С.  Т.  Экономика  и  социальный  строй  Албании III-VII вв. – В  кН.  Очерки  истории 

СССР (III-IХ  вв),-  М.,1958;Yenədə onun. «Ашхарацуйц» (Армянская  география VII в.)-  выдающийся 

памятник географии и картографии древнего мира.- ВЩН Арм. ССР, 1968, №5. 

Еремян С. Т.. «Ашхарацуйц» (Армянская география VII в.)- выдающийся памятник географии и 

картографии древнего мира.- ВЩН Арм. ССР, 1968, №5. 

Иваненко  В.  И..  Гражданское  управление  Закавказьем  от  присоединения  Грузии  до 

наместничества вел. кн. Михаила Николаевича. – Тифлис, 1909, 

Искендеров  А.  Г..  Классовая  структура  городского  и  сельского  населения  Азербайджана  в 

период трети XIX в. – Города Азербайджана в период капитализма. Баку 1987. 

Историческая география Азербайджана. – Баку: Элм, 1987. 

Левиатов В. Н.. Очерки истории Азербайджана в XVIII в. – Баку, 1948,  

Мамедова Ф. Д. Политическая история и историческая география Кавказской. Албании.- Баку; 

Элм 1986. 

Мамедов  Г.  М.  Османская  налоговая  система  в  Азербайджане  в 20-30-х  годах XVIII в. (на 

материалах эялета Гянджи и санджака Казах);Авторф. Канд. Ист. Наук – Баку, 1985. 



MƏMMƏDOV R. Naxçıvan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü) — Bakı: Elm, 1977. 

Миклухо-Маклай.  Н.  Д.  Географическое  сочинение XII в.  на  персидском  языке. – «Ученые 

записки ИВ АН СССР». Т. IX, 1954. 

MUSTAFAYEV T. T. XVIII  əsrin birinci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi.— 

Bakı: Elm, 1986. 

Мустафазаде. Т. Т. Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в.- Баку; 

Элм, 1993. 

Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии. - Тбилиси, 1982. 

NEMƏTOVA M. S. Azərbaycan etnoqrafik abidələri (XVII — XVIII əsrlər). — Bakı, 1963. 

Кикодзе Г. Ираклий II, - Тбилиси, 1945. 

Новосельцев  А.  П.  К  вопросу  о  политической  границе  Армении  и  Кавказской  Албании  в 

античный период. – В сб. Кавказ и Византия. Е. 1.- Ереван, 1979, Т. I. 

Орешкова  С.  Ф.  Государственная  власть  и  некоторые  проблемы  формирования  социальной 

структуры  Османского  общества.  Бах:  Османская  империя  (система  государственного  управления, 

социальные и этнорелигиозные проблемы) – М.:1986. 

Пашаева А. А. Город Ордубад в XIX – нач. XX в (историко-этнографическое исследование). – 

Автореф. Дисс. Канд. Ист. Наук. Баку, 1988. 

Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в 

XVI- нач. XIX  вв.- Л., 1949. 

Петрушевский  И.  П. K вопросу  об  иммунитете  в  Азербайджане  в XVII — XVIIIвв. – 

Исторический сборник, 1945, №4. 

Петрушевский И. П. ААзербайджан в XVI — XVII вв. – ССИА, вып. I, 1949. 

Петрушевский И. П. Земледелие и аграрные отношения в Иране XIII-XIV вв. – М. – Л.,1960vv.  

Рахмани А. А. Азербайджан в конце XVI и XVII веке.- Баку: 1981. 

А. А. Рахмани. «Тарих-и алам-арайи Аббаси» как источник по истории Азербайджана. – Баку: 

Элм, 1960. 

Смирнов К., Гаибов Ш. Комментарий к кН.: «Нахчиванские рукописные документы – Передняя 

Азия в документах» Тбилиси, 1936. 

А. С. Сумбатзаде. Сельское хозяйство Азербайджана в XIX в. – Баку: Элм,1959. 



46 

 

А. С. Сумбатзаде. Промышленность Азербайджана XIX в. — Бaку: Элм, 964. 



Сысоев В. М. Древность Нахичеванской АССР. – Баку, 1928. 

С. В. Тер-Аветисян. Город Джуга. – Материалы по истории торговых сношений джульфинских 

купцов в XVI - XVII вв. Тбилиси, 1939. 

О. А. Эфендиев. Азербайджанское государство Сефевидов в XVI веке. – Баку: Элм, 1981. 

О.  А.  Эфендиев.  Территория  и  границы  Азербайджанских  государств  в VX-XVI вв.- 

«Историческая география Азербайджана». Баку, Элм, 1987. 



ƏFƏNDİYEV O. A. Azərbaycan XIII — XVII əsrlərdə. — Azərbaycan tarixi, Bakı: Elm, 1993. 

M. M. Gülmalıyev.  XVIII  əsrin sonu — XIX əsrin birinci yarısında Azərbaycan kəndinin sosial-

iqtisadi strukturu.—Bakı, Elm, 1989. 



 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə