SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

32 

 

bunlar ona gətirib çıxarmışdı ki, vaxtı ilə mühüm əhəmiyyət kəsb edən bir sıra şəhərlər dağılmış  və kiçilmiş, 



habelə reqressiv hadisə olan şəhərlərin aqrarlaşması prosesi güclənmişdi. 

Öyrəndiyimiz dövrün siyasi hadisələri Naxçıvan bölgəsinin  şəhərlərinə, ilk növbədə Naxçıvan 

şəhərinə ciddi ziyan vurmuşdu. 

Məsələ burasındadır ki, XVIII əsrin 80-ci illərinin sonlarında İranda Qacar sülaləsinin əsasını qoymuş 

lakin şah tacını qoymağa tələsməyən Ağa Məhəmməd xan 90-cı illərin əvvəllərində, demək olar ki, bütünlükdə 

İranı (Xorasandan başqa) öz hakimiyyəti altında birləşdirdi. O, eyni zamanda özünü Cənubi Qafqazın da hakimi 

kimi hiss etdi. Çünki İranda Səfəvi hakimlərinin dövründə  qərarlaşdırılmış  ənənəyə

 

görə  şah həm də 



Azərbaycanın, Gürcüstanın və Ermənistanın ali hakimi olmalı idi

37



Cənubi Azərbaycan xanlıqlarının bəzilərini özünə tabe edən Ağa Məhəmməd xan 1791-ci ildən 

başlayaraq öz qoşunlarını Şimali Azərbaycana yürüş etmək üçün hazırlıq verməyə başladı. Qəribədir ki, hətta bu 

bəd xəbəri eşidən bəzi Azərbaycan xanları yenə də 

[63-64] 


bir-birilə ədavət etməkdən əl çəkmədilər. Belə ki, 

1792-ci ildə qarabağlı İbrahim Xəlil xan Naxçıvana əl uzatmaq fikrinə düşdü. O, öz qohumu olan Dağıstanın 

nüfuzlu feodallarından Ümmə (Ömər) xanla ittifaqa girərək, onu da əsasən muzdlu qoşunlarla Naxçıvan 

qalasına yürüş etməyə dəvət etdi. Müttəfiq qoşunlarının sayı on bir minə çatdı. Lakin qalanın mühasirəsi uzun 

çəkmədi. Tezliklə Xoy və  İrəvan xanlarının köməyi ilə  Kəlb  Əli xan düşmən qoşunları ilə birlikdə döyüşdə 

qələbə çaldı. Bu barədə P. Q. Butkovun əsərində oxuyuruq: «Naxçıvanlı Kəlb Əli xan Xoy və İrəvan xanlarının 

köməyi ilə onlar (düşmənlər — S. B.) üzərində qələbə çalıb, onları Qarabağa qayıtmağa məcbur etdi»

38

. Bu günə 



kimi Naxçıvan ətrafında gedən döyüş yeri «Ləzgi qıran» adlanır. 

Qarabağ və Dağıstandan gələn qoşunlar yenicə Naxçıvan xanlığının ərazisini tərk etmişdilər ki, Ağa 

Məhəmməd xanın qasidləri  İran hökmdarının fərmanları ilə Azərbaycana daxil oldular. Mənşəcə türk 

(azərbaycanlı) olan Qacar tayfasının nümayəndəsi Ağa Məhəmməd xan elə güman edirdi ki, Azərbaycan xanları 

ilə ümumi dil tapa biləcək. Bu məqsədlə o, «...hər bir xana öz nümayəndəsini göndərdi ki, ona tabe olmaq rəmzi 

kimi girov sifəti ilə arvadını, uşağını  və ya qardaşını göndərsin»

39

. Qacarlar tərəfindən girovların alınması 



mərkəzdən uzaqda olan feodalların həmişə itaətdə olmasına zəmanət verirdi

40



Ağa Məhəmməd xanın qoşunları qarşısında müqavimət göstərməyə kifayət qədər gücü olmayan 

naxçıvanlı Kəlb Əli xan qeyri-səmimi olsa da, zahiri tabeçilik rəmzi kimi gözü Naxçıvan taxtında olan və onun 

sevmədiyi  əmisi oğlu Abbas Qulu xanı bir girov kimi Ağa Məhəmməd xanın düşərgəsinə göndərdi

41

. Belə 



addımı atmaqla o, bir tərəfdən, İran hökmdarının bir nov tələbini ödəyir, digər tərəfdən, xan olmaq iddiası ilə 

yaşayan Abbas Qulu xanı Naxçıvandan uzaqlaşdırırdı. Lakin Ağa Məhəmməd xan bilirdi ki, Kəlb  Əli xanın 

onun yanına göndərdiyi Abbas Qulu xan onun doğma qardaşı deyil. O, həmçinin bilirdi ki, Kəlb Əli 

[64-65]


xan 

əmisi oğlunu sevmir, və onu, sadəcə olaraq, özündən uzaqlaşdırmışdır. Təbiətən çox qəddar olan Ağa 

Məhəmməd xan bunu bilsə  də Naxçıvandan gələn girovu qəbul etdi, lakin buna görə  Kəlb  Əli xandan qisas 

almağı unutmadı. 1797-ci ildəki Azərbaycana ikinci yürüşü zamanı özünü İranda şah elan edən Ağa Məhəmməd 

qəddarlıqla Kəlb  Əli xandan qisas aldı.  Şah onu özünün düşərgəsinə  dəvət edib, xaincəsinə  həbs etdirib, 

gözlərini çıxartdırıb məhbus kimi Tehrana göndərdi

42

. Bu hadisədən sonra Naxçıvan  şəhəri  İran sərbazları 



tərəfindən amansızcasına qarət olunmuşdu.  Şahın  əmri ilə Naxçıvan  əhalisinin bir hissəsi zorla İrana 

köçürülmüşdü. Bu hadisədən sonra Naxçıvanın  əhalisinin sayı xeyli azalmışdı. Təkcə bunu qeyd etmək 

kifayətdir ki, XVII əsrin sonlarında Naxçıvanda 2 min ev olduğu halda, XVIII əsrin  əvvəlində  cəmi 700 ev 

qalmışdı


43

Naxçıvan, xüsusilə birinci və ikinci Rusiya-İran müharibələri dövründə xeyli dağıntıya məruz 



qalmışdı. Birinci Rusiya-İran müharibəsi başa çatdıqdan sonra 1813-cü ildə Naxçıvanda olmuş məşhur səyyah 

Qaspar Druvil yazırdı: «Naxçıvan acınacaqlı bir vəziyyətdədir. Burada ancaq bir-birinə  sıxılmış xarabalıqlar 

gözə dəyir; belə güman etmək olar ki, o, bir daha özünün əzəmətini bərpa edə bilməyəcək»

44

. XIX əsrin 30-cu 



illərində Naxçıvanda olmuş rus məmurları da onun əsaslı dağıntılara məruz qaldığından və  hələ  də  bərpa 

olunmadığından bəhs edirlər: «Naxçıvan bir qədər əvvəl hücumla alınmış şəhəri xatırladır»

45



                                                            



37

 В. Н. Левиатов. Göstərilən əsəri, s.163. 

38

 P. Q. Butkov. Göstərilən əsəri, s. 319. 



39

 Новая история зависимых и колониальных стран. – М., 1940, с. 216. 

40

 P. Q. Butkov. Göstərilən əsəri, s. 320. 



41

 Новая история зависимых и колониальных стран, с. 216. 

42

 Ağa Məhəmməd şah Kəlb Əli xanı bir də ona görə cəzalanırdı ki, 1796-cı ildə rus qoşunları Şimali Azərbaycanda olduqları zaman o, 



rus ordusunun komandanlığı ilə məktublaşmışdır. 

43

 NƏST, s. 17, 18. 



44

 Гаспар Друвиль. Путеществие в Персию в 1812 и 1813 гг., ч. 1. – М., 1826, с. 48. 

45

 Azərbaycan MDTA, f. 24, I siyahı, 353-cü sənəd, v. 6. 311-5. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə