Xan sarayi azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumәt Tәşkilatlarına



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix01.08.2018
ölçüsü6,1 Mb.
#60463
  1   2   3   4   5   6   7


Ермяни вandallarынын

йох етдийи

XAN SARAYI

Azәrbaycan Respublikasının Prezidenti 

yanında Qeyri-Hökumәt Tәşkilatlarına 

Dövlәt Dәstәyi Şurası

Azərbaycan Tarixçiləri 

İctimai Birliyi



Azərbaycan Milli Elmlər Akademiyası 

Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur

İdeya müəllifi,

layihənin rəhbəri,

ön sözün müəllifi və

elmi redaktor:



Yaqub Mahmudov

Əməkdar elm xadimi,

AMEA-nın müxbir üzvü,

Dövlət Mükafatı Laureatı

Rəyçi:


Güntəkin Nəcəfli

tarix üzrə fəlsəfə doktoru

Texniki redaktor:



Mehri Xanbabayeva

riyaziyyat üzrə fəlsəfə doktoru

Nazim Mustafa. 

İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı.

Bakı, Azərbaycan Tarixçiləri İctimai Birliyi, 201 . - 48 s.

ISBN 978-9952-8268-3-8

© AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, 

6

2016



Respublikasının

Prezidenti



İLHAM ƏLİYEVİN

təşəbbüsü

ilə yazılmışdır.

Azərbaycan




Bilirsiniz ki, 

alimlərimiz mənim təşəbbüsümlə 

İrəvan xanlığı haqqında böyük 

elmi əsər yaratmışlar. Bunun çox böyük 

əhəmiyyəti vardır. Ancaq bu əsər daha çox 

faktoloji və elmi məsələləri əks etdirir. 

Hesab edirəm ki, daha geniş 

auditoriyaya çatdırmaq üçün 

kiçik həcmli broşürlər də buraxılmalıdır.

İLHAM  ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Azәrbaycanın diplomatik xidmәt 

orqanları rәhbәrlәrinin beşinci 

müşavirәsindәki nitqindәn. 

7 iyul 2014-cü il



Oxuculara

İrəvan  şəhəri,  onun  şanlı  qəhrəmanlıq  səhifələri  ilə

zəngin olan tarixi keçmişi hər bir azərbaycanlı üçün doğma

və əziz  dir. Tarixin bütün dövrlərində Azərbaycanın ayrıl-

maz  tərkib  hissəsi  olan  İrəvan  ölkənin  tarixi  keçmi şin də

dərin iz qoymuşdur. 

XIX əsrin əvvəllərində Şimali Azərbaycan çar Rusiyası

tərəfindən  işğal  olunana  qədər  İrəvan Azərbaycanın  çox

mühüm dövlətçilik mərkəzlərindən biri idi. Avtoxton əha li -

si  Azərbaycan türklərindən ibarət olan bu şəhər bütün orta

əsrlər boyunca Azərbaycanın əmirlikbəylərbəyilik və xanlıq

mərkəzlərindən biri olmuşdur. Müstəqil Azərbaycan döv -

lət lərindən biri olan İrəvan xanlığının (1747-1828) paytaxtı

olduğu dövrdə İrəvan Cənubi Qafqazın, həmçinin bütün

Yaxın və Or ta Şərqin ən mühüm ticarət, sənətkarlıq, mədə -

niyyət və siyasi mərkəzlərindən birinə çevrilmişdi. 

Beynəlxalq ticarət yollarının qovşağında yerləşən İrə-

van şəhərində Azərbaycan xalqı zəngin mədəniyyət, o cüm-

lədən nadir memarlıq inciləri yaratmışdır.

Qədim İrəvan şəhərinin tarixi yerlərindən biri məşhur

İrəvan qalası idi. İrəvan qalası  Azərbaycan Səfəvi dövlətinin

banisi Şah İsmayıl Xətainin göstərişi ilə səfəvi sərkərdəsi Rə-

van qulu xan tərəfindən XVI əsrin əvvəllərində (1509-1517)

tik di rilmişdir. 

5

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI



İrəvan qalası qədim ta rixi abidələrlə, nadir memarlıq

kompleksləri ilə olduqca zəngin idi. İrəvan qala sındakı Xan



sarayı,  yaxud  Sərdar  sarayı Azərbaycan  memar lığının  şah

əsərlərindən  biri  idi.  Bu  nadir  tarixi  abidəni  1578-ci  ildə

Azərbaycan  Səfəvi  dövlətinin  İrəvan  bəylərbəyi  Toxmaq

xan tikdirmişdi.

Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrindən

sonra çar Rusiyası erməniləri qacarlar İranı və Osmanlı im-

periyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra

Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı depor -

ta si yalar və soyqırımları dövrü başlandı. Nəhayət, 1918-ci

il ma  yın 29-da Şimali Azərbaycanda – keçmiş İrəvan xanlı -

ğının ərazisində erməni dövləti yaradıldı. 

Erməni vandalları ötən 180-200 il ərzində tarixi Azər-

bay can torpaqları olan İrəvan xanlığı və Zəngəzur ərazi -

sində etnik təmizləmə aparıb ancaq ermənilərin yaşadığı

monoetnoslu dövlət yaratdılar. Çar Rusiyasından və sovet-

bolşevik rejimindən hər cür kömək alan ermənilər bununla

kifayətlənməyib Azərbaycan xalqına məxsus olan yüzlərlə

yaşayış məskənlərini, ta ri xi abidə ləri, o cümlədən qalaları,

memarlıq kom pleks lə ri ni, məscidləri, minarələri, qəbiris-

tanları məhv etdilər və bütün ta ri xi adları dəyişdirdilər.

İrəvan şəhərinin tarixi simasını dəyişdirib “erməni

şəhərinə”  çevirmək  siyasəti  yeridən  vandallar  bu  qədim

Azərbaycan şəhərinin bütün tarixi abidələrini məhv etdilər.

Erməni  vandalizminin  soyqırımına  məruz  qalmış

abidələrdən biri də Azərbaycan memarlığının nadir incisi

olan Xan sarayı, yaxud Sərdar sarayıdır.



ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

6

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU


Özgə torpağında özünə “Vətən” yaradan, bütün dün -

yaya özlərini  “mədəni”, “sivilizasiya keçmiş xalq”, türkləri

isə “yırtıcı”, “vəhşi” kimi təqdim edən erməni van dalları

yüz illərlə öz varlığını qoruyub saxlamış bu nadir memarlıq

incisini dağıdıb yerində konyak zavodu tikdilər.

Erməni vandallarının dağıdıb məhv etdiyi qədim İrə-

van,  onun  bütün  tarixi  türk-müsəlman  abidələri,  o  cüm-

lədən Xan sarayı (Sərdar sarayı) Azərbaycan xalqının tarixi

yaddaşında yaşayır. 

Oxuculara təqdim olunan bu kitabçada Azərbaycan

xalqına məxsus olan bu nadir tarixi abidənin – Xan sara -

yının, yaxud Sərdar sarayının acı taleyindən bəhs olunur. 



İrəvan xanlığı: Erməni vandallarının

yox etdiyi Xan sarayı” kitabçası çapa hazır-

lanarkən yaxından köməklik göstər diyinə görə

Azərbaycan  Respublikası  Prezidenti  İşlər

İdarəsi nin  Prezident  Kitab xa na sı nın  əmək-

daşlarına təşəkkur edirik.

Yaqub Mahmudov

Əməkdar elm xadimi,

AMEA-nın müxbir üzvü,

Dövlət Mükafatı laureatı

7

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI


Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə