Xan sarayi azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumәt Tәşkilatlarına


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix01.08.2018
ölçüsü6,1 Mb.
#60463
1   2   3   4   5   6   7

13

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

Digər  maraqlı  cəhət  bundan  ibarətdir  ki,  həm  rel -

yefinin seçilməsi baxımından, həm də tikintinin memarlıq

həlli baxımından Xoy, İrəvan və Şəki xanlarının sarayları

bir-birini sanki təkrar etmişlər. Bu fakt sübut edir ki, hər üç

saray eyni memarlıq üslubunda inşa edilmişdir. İrəvan xanı

Hüseynəli xan Xan sarayında yenidənqurma işləri aparar -

kən  Xoy  xanı  olan  qohumu  Əhməd  xana  (1763-1786)

müraciət etmişdi. Əhməd xanın hakimiyyəti dövründə Xoy

şəhərində ətrafı dərin xəndəklə əhatə olunan ərazidə – rel -

yefinə görə İrəvan qalasının yerləşdiyi əraziyə bən zər yerdə

İrəvan qalasının ümumi görünüşü. 1796-cı il.



ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

14

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

qala və onun içərisində saray inşa edilmişdi. Sarayın memarı

Mirzə Cəfər Xoylu idi. Əhməd xan memar Mirzə Cəfər Xoy-

lunu qohumu Hüseynəli xanın xahişi ilə İrəvana göndərmişdi

ki, Xan sarayında aparılacaq tikinti işlərinə rəhbərlik etsin. 

İrəvan Xan sarayı ilə Şəki Xan sarayının Güzgülü sa-

lonlarının  tamamilə  bir-birinə  bənzə mə si  aydın  surətdə

sübut edir ki, onları inşa edən ustalar eyni memarlıq mək-

təbinin nümayəndələri olmuşlar. 

Fransız  səyyahlarından  Jan  Batist  Tavernye  1655-ci

ildə,  Jan  Batist  Şardən  isə  1673-cü  ildə  İrəvan  şəhərində

olmuş, onun qrafik təsvirlərini çəkmişlər. Həmin təsvirlərdə

İrəvan qalası və qalanın içərisindəki tikililər, o cümlədən

Xan sarayı əks olunmuşdur. 

J.Şardən incəsənəti, elmi sevən İrəvan xanı Səfiqulu

xanın sarayda qonaqların şərəfinə təşkil etdiyi məclisləri

ətraflı nəql edir. O, məclisdəkiləri əyləndirmək üçün güləş -

çilərin, rəq qas la rın, müğənnilərin və çalğıçıların necə usta -

lıq la  öz  məharətlərini  göstərdiklərini  təsvir  edir.  Müəl lif

mu siqiçilərin və rəqqasların mimika hərəkətlərilə göstərdik-

ləri tamaşanı Şərqin operası adlandır mışdır.

4

1817-ci ildə Aleksey Yermolovun başçılığı altında Irana



səfər edən Rusiya nümayəndə heyətinin tərkibində İrəvan

xanlığında olmuş alman əsilli hərbçi Moritz fon Kotzebue

İrəvan qalasındakı Sərdar sarayını və Sərdar bağındakı Yay

köşkünü ətraflı təsvir etmişdir. Kotzebue yazır: “Sarayın di-

varlarından müxtəlif formalı xırda güzgülər, rəngbərəng

 

4



Şardən Jan. Parisdən İsfahana səyahət. Bakı: Elm, 1994, s.23-28.


15

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

güllər və kiçik şəkillər asılmışdır... Girişin qarşı tərəfində

şah (yəni Fətəli şah) və oğlu Abbas Mirzənin portretləri ilə

birlikdə ov səhnələrini əks etdirən şəkillər və bir neçə qadın

şəkli  diqqəti  cəlb  edir...  Zalın  açıq  tərəfi  ilə  üzbəüz,

içərisində  ağ  mərmərdən  kiçik  hovuz  və  fəvvarələr  olan

pavilyon var. Bu pavilyon açıqdır və təzə salınmış gözəl bir

bağa baxır. Zəngi çayı düz pəncərənin altından axır: onun

sahilləri boyunca hündür ağaclar cərgələnir və bir neçə tağ-

dan ibarət olan yaraşıqlı daş körpünün digər qurtaracağı

Ararat  (Ağrı  -  N.M.)  dağına  söykənmiş  sahilə  aparır”

5

...



Daha sonra Kotzebue Xan sarayı ilə üzbəüz, Zəngi çayının

sağ sahilində salınmış Xan bağındakı Yay köş kündən bəhs

edir. Onun yazdığına görə, Asiya memarlıq üslubunda inşa

edilən köşkün ortasında fəvvarəli mərmər hovuz vardır və

su şırnaqlarının üzərindən asılmış balaca zənglərin çıxardığı

incə səslər xanın zövqünü oxşayırdı.

6

Bu qiymətli məlumatdan aydın olur ki, hələ XIX əsrin



əvvəllərində  İrəvan  xanının  köş kün də  müasir  anlamda

musiqili fəvvarə mövcud olmuşdur. İrəvan xanları asudə

vaxt larını həmin köşkdə keçirər, musiqiçiləri dinləyərmiş -

lər. Sözün həqiqi mənasında gözəlliyinə görə mü kəm məl

incəsənət əsəri hesab edilən güllü-çiçəkli Xan bağında xarici

qonaqlar üçün də məclislər təşkil edilərmiş. 

 

5

Kotzebue by Moritz Von. Narrative of a journey into Persia, in the



suite of the imperial Russian embassy, in the year 1817. London, 1819,

p.112-113.

6

Kotzebue by Moritz Von. Göstərilən əsəri, s.121-122.




ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

16

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

Tanınmış  Rusiya  yazıçısı  və  diplomatı  Aleksandr



Sergeyeviç  Qriboyedov Rusiyanın  İran dakı  nümayən -

dəliyinin katibi kimi, 1819-cu ilin fevralında İrəvan xanının

sarayında  olmuş dur.  Qriboyedovun  yazdığına  görə,  bu

ölkədə


Allahdan sonra birinci, qacarlar dövlətində isə nü fu -

zuna görə üçüncü adam hesab edilən sərdar Hüseynqulu

xan mövcud ənənəyə görə, qonaq ların şərəfinə ziyafət təşkil



İrəvan xanının Yay köşkü.

(Bax: Kotzebue by Moritz Von. Narrative of a journey into Persia, in

the suite of the imperial Russian embassy, in the year 1817.

London, 1819, p.126a)

 

* Yəni İrəvan xanlığında.




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə