Xan sarayi azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumәt Tәşkilatlarına


ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix01.08.2018
ölçüsü6,1 Mb.
#60463
1   2   3   4   5   6   7

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

32

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

yüksək qiymətləndirilir və “Asiya boyakarlığının ən yüksək

nümunəsi” hesab edilir.

15

Memarlıq  tarixi  üzrə  tanınmış  Azərbaycan  alimi



L.S.Bretanitskinin verdiyi məlumata görə, Sərdar sarayının

Güzgülü  zalının  şimal  istiqamətindəki  açıq  interyerinin

pərdələrinin məhv edilməsindən sonra, 1886-cı ildə həyata

keçirilən təmiri zamanı zalın interyeri Şəki Xan sarayının



Xan sarayının divarlarındakı rəsmlər. 

Rəssam Qriqori Qaqarin. 

(Bax: Живописная Россия. Том 9, СПб. М., 1883, с.200 а).

 

15



Kərimov Kərim, göstərilən məqaləsi.


vit rajına  (qapıya,  pəncərəyə  və  sairəyə  salınan  rəngli

şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar) bənzər şəbəkə

üslubunda, lakin daha kobud formada qapı və pəncərələrlə

əvəz  edilmişdir.  İrəvan  Xan  sarayının  Güzgülü  zalının

Qriqori Qaqarin və Dübua de Monpere tərəfindən çəkilmiş

rəsmləri  ilə,  sarayın  XIX  əsrin  ikinci  yarısında  aparılan

bərpa  işlərindən  sonra  çəkilmiş  fotoları  arasında  fərqlər

aydın görünür. Qriqori Qaqarinin rəsmlərindəki portretlər

və divar rəsmləri daha zəngin, daha nəfis və daha rənga -

rəng təsir bağışlayır.

33

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

İrəvan Xan sarayı. 

Sarayın daxili görünüşü. 1892-ci il. 

(Bax:  Известия Императорской Археологической Комиссии. 

Выпуск 46. С.Петербург, 1912, с. 80).



ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

34

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

Xan sarayının qorunub saxlanılması məsələsi Rusiya

İmperator Arxeoloji Komissiyasının (İAK) restavrasiyaya

həsr  olunmuş  xüsusi  iclaslarında  iki  dəfə  müzakirə

edilmişdir. 6 oktyabr 1910-cu ildə keçirilən birinci müza-

kirənin protokolundan aydın olur ki, İAK 15 iyul 1910-cu

il tarixdə Qafqaz hərbi dairəsinin mühəndis idarəsinə Sər-

dar  sarayı  barəsində  sorğu  göndərmişdir.  Bununla  bağlı

İAK-a  göndərilən  cavabda,  İmperator  Moskva  Arxeoloji

Cəmiyyətindən xahiş edilmişdir ki, sarayın qorunması və

bərpası  üçün  vəsait  tapsın.  Lakin  bu  məsələ  həll

edilməmişdir.  Birinci  müzakirənin  protokolunda  qeyd

edilir  ki,  Hüseynqulu  xanın  dövründə  saray  müasir

görkəmə  malik  olmuşdur.  Lakin  rusların  hakimiyyəti

dövründə isə saray tədricən tənəzzülə doğru gedir. Müza-

kirənin nəticəsi olaraq İmperator Arxeoloji Komissiyası

qərara  alır  ki,  saraya  texniki  baxış  haqqında  akt  tərtib

edilsin  və  məşhur  şərqşünas  Nikolay  Marrdan  xahiş

edilsin ki, saraya yerində baxsın.

16

İkinci  müzakirə  17  may  1912-ci  ildə  keçirilmişdir.

Məsələ ilə bağlı iki məruzə dinlə nil midir. Birinci məruzə

Qafqaz  Hərbi  Dairəsinin  baş  komandanının  daxili  işlər

nazirinə göndərdiyi 18 aprel 1912-ci il tarixli müraciəti ilə

bağlı verilən rəylə əlaqədar olmuşdur. Məsələ belə qoyul-

muşdu ki, Sərdar sarayı ya təmir edilərək İmperator Ar xeo -

loji  Komissiyasının  ixtiyarına  verilsin,  ya  da  yoldan

 

16



Известия Императорской  Археологической  Комиссии.  Вы-

пуск 39. С. Петербург, 1911, с. 29-32.




keçənlər  üçün

təhlükəli  oldu -

ğu nəzərə alına -

raq 

sökülmək

şər tilə  satılsın.

Gündə li yin ikin -

ci məsələsi kimi,

İmperator 

Ar -

xeo loji  Komis-



siyasının  6  ok-

tyabr  1910-cu  il

tarixli  icla sının

35

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

“Baxımsız qalmış” İrəvan Xan sarayı xara-

balıqlarının Zəngi çayı tərəfdən görünüşü.

(Bax: Yervand Şahəziz.    

Hin Yerevan, 1931, s. 155).

İrəvan Xan sarayının Güzgülü zalı. XX əsrin əvvəli.


ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

36

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

qərarına əsasən, Nikolay Marrın 1911-ci ilin iyul ayında Xan

sarayına  keçirdiyi  baxışın  nəticəsi  haqqında  yazdığı  rəy

müzakirə  edilmişdir.  Nikolay  Marrın  məruzəsində  qeyd

edilirdi ki, o, iki gün ərzində Sərdar sarayına baxış keçirmiş

və bəzi şəxslərlə görüşərək onun üçün qaranlıq olan mə -

sələlərə aydınlıq gətirmişdir. 

Akademik  Nikolay  Marr  Sərdar  sarayının  dağıl-

masında həm zəlzələnin, həm ötən illərin təsirinin oldu -

ğunu qəbul etməklə yanaşı, həm də son iki onillikdə bu



gözəl abidənin qo run masına cüzi də olsa diqqət yetiril -

mədiyini, əks prosesin getdiyini, yəni sarayın tez bir za-

man da dağıdılmasında marağın olduğunu, özü də insan

əli ilə da ğı dıldığını qeyd etmişdir.

Güzgülü  zaldakı  7  portretin  aqibətini  təsvir  edən

akademik Nikolay Marr qeyd edir ki, onlar divardan vəh -

şicə si nə qoparılıb çıxarılmış və kənarlarının kiçik par çaları

qalmışdır.  Nikolay  Marr  zalın  tavanındakı,  həmçi nin

karni zin dəki güzgülərin daşla vurulub sındırıldığını, sın -

dırılmış şüşə parçalarından döşəmədə ayaq qoymağa yer

olmadığını yazır. Məruzəçi ürəkağrısı ilə qeyd edir:

“Zalın hər  iki tərəfindəki yan otaqlar

ayaqyoluna çevrilmişdir. Halbuki, həmin

otaqlardan  birində  vaxtilə  imperator  I

Nikolay  gecələmiş  və  öz  dəst-xətti  ilə

adını divara yazmışdır”.


Xan sarayının yerləşdiyi ərazidə inşa edilən şərab za-

vo dunu 1898-ci ildə Nerses Tahiryandan rus şərab isteh sal -

çısı Nikolay Şustov satın almış və Xan sarayının tikililərinin

sökülməsi  hesabına  zavodun  ərazisini  daha  da  genişlən -

dirmişdi.  Bununla  bağlı  Nikolay  Marr  öz  məruzəsində

qeyd edir ki, Sarayın şimal-qərb hissəsinin altı Şustovun

konyak zavodu tərəfindən qazılmışdır. Bunun nəticəsində

Saraya bitişik əlavə tikili uçub dağılmışdır.

Akademik Nikolay Marr 1910-cu ildə Güzgü -

lü zalın Zəngi çayı tərəfə baxan hissəsinin şüşə -

bən dinin darmadağın edildiyini, zalın döşə mə-

 si nin açıq-boz rəngli plitələrinin, cilalanmış mər-

mərdən düzəldilmiş fəvvarəli hovuzun da vəhşi -

37

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

Xan sarayının Güzgülü zalının yan otaqlarından biri. Foto.


cəsinə sındırıldığını qeyd edir. Akademik Niko-

lay  Marr  Sərdar  sarayının  nümunəsində  bütün

Cənubi  Qafqazda  müsəlman  tarixi  abidələrinin

qorunmasına  laqeyd  münasibət  bəslənildiyini

yazır. Daha sonra Nikolay Marr Sərdar bağındakı

Yay köşkünün vəziyyətini ürəkağrısı ilə təsvir edir.

O, Yay köşkündən ancaq bir xatirə qaldığını yazır.

Məruzəçi  İrəvan  şəhər  rəhbərliyinin  1892-ci  ildə

Yay köşkünü partlatmaq qərarına gəldiyini və bu

işin barbarcasına həyata keçirilməsini podratçılara

həvalə etdiyini qeyd etmişdir. İmperator Arxeoloji

Komissiyasının iclasının sonunda akademik Niko-

lay Marr qəti şəkildə bəyan etmişdir ki, saray həd-

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

38

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

İrəvan Xan sarayının xarabalıqları. 1911-ci il.

(Bax: Известия Императорской Археологической Комиссии. 

Выпуск 46. С.Петербург, 1912, c.76-77).


39

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

dindən artıq baxımsız vəziy yətdədir, lakin onun

tez liklə dağılmaq təhlükəsi yoxdur.

Akademik Marr ürəkağrısı ilə yazırdı:



“Görünür, biz

yerli qədim abidələrin sistematik dağıdılması ilə

üzləşmişik. Təbiidir ki, bu dağıdıcı fəaliyyət son

nəticədə  qədim  abidələrin  izlərini  itirməyə  yö -

nəlib”.

Akademik N.Marrın “izləri itirilən qədim adidələr”

sözləri, təbii ki, İrəvan quber niyası ərazisində azərbaycan-

lılara məxsus olan və erməni vandalları tərəfin dən vəhşicə -

si nə dağıdılan tarixi abi dələrə aid idi. Təbii ki, heç bir xalq

İrəvan Xan sarayı Güzgülü zalının Dmitri Yermakov 

tərəfindən bayırdan çəkilmiş fotosu. 

(Bax:Акопян Тадевос. Очерк истории Еревана. Ереван, 1977, с.108).



ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

40

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

öz maddi-mədəniy yət abidələrini barbarcasına dağıt maz,

onların yer üzündən si  lin məsinə çalışmaz.

17

Sənətşünas alim Nikolay Miklaşevskayanın yazdığına



görə, Sərdar sarayı 1914-cü ildə tamamilə dağıdılmışdır və

Mirzə Qədim İrəvaninin XIX əsrin ikinci yarısında sarayın

divarlarında  2x1  m  ölçüdə  çəkdiyi  portretlər  divardan

qopardı laraq Tiflisdəki Hərbi Tarix Muzeyinə təhvil veril -

mişdir. Həmin portretlər Gürcüstanda sovet hakimiyyəti

qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyinə, son-

radan isə Gürcüstan İncəsənət Muzeyinə verilmişdir.

18

Məşhur rus fotoqrafı Dmitri Yermakovun XIX əsrin 80-



ci illərində çəkdiyi İrəvan Xan sarayının bütün detallarını

 

17



Известия Императорской  Археологической  Комиссии.  Вы-

пуск 46. С. Петербург, 1912, с. 75-81.

18

Искусство Азербайджана. Том VII, Баку, 1959, c.51.



İrəvan qalasının və Xan sarayı xarabalıqlarının görünüşü.

1915-ci il. Foto. 


41

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

əhatə edən fotoşəkilləri hazırda Gürcüstan Dövlət Muze -

yində fotoqrafa aid kolleksiyada saxlanılır. 

1918-1920-ci  illərdə  İrəvan  quberniyası  ərazisində  -

keç miş İrəvan xanlığının ərazisində erməni-daşnak höku -

məti qurulmuş və yerli azərbaycanlılara qarşı soyqırım hə -

yata  keçirilmişdir.  İrəvan  şəhərində  azərbaycanlılara

məx sus  olan  bir  çox  tarixi-memarlıq  abidələri  də  məhz

həmin dövrdə yer üzündən silinmişdir.

İrəvanda Xan sarayının üslubunda inşa edilmiş tarixi-

memarlıq abidələrindən biri də Pənah xan Makinskinin evi

idi. İrəvan şəhər Dumasının deputatı, kollec müşaviri Süley-

man xanın oğlu Pənah xana məxsus yaşayış kompleksi onun

adını daşıyan meydanda (keçmiş Ter-Qukasov küçəsində, in-

diki Nalbandyan küçəsi, 19) yerləşirdi. Kompleksə xanın iki -

mər təbəli evi, mətbəx, anbar, ayrıca həyətlərdə nökərlər üçün

birmərtəbəli ev və tövlələr daxil idi. Pənah xanın evi İrəvanda

dövlət  tərəfindən  qorunan  memarlıq  abidələri  siyahısına

salınsa da, XX əsrin 60-cı illərində onun da aqibəti azərbay-

canlılara məxsus digər tarixi-memarlıq abidələri kimi olmuş,

dağıdılaraq yer üzündən silinmişdir.

19

İrəvan Xan sarayına bənzər komplekslər – Bakıda Şir-



van şah lar sarayı, Şəkidə Xan sarayı kompleksləri bu gün də

yaşa yır,  keçmişdən  bu  günə  soraq  verirlər.  İrəvanda  isə

Azərbaycan xalqının tarixi keç mişin  dən soraq verən bircə

dənə də olsun tarixi abidə qalmamışdır. 

İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara və

tədqiqatçılara “qədim erməni torpağında” və onun “qədim

 

19 


htt://www.iatp.am/old_yerevan.


paytaxtında” yaşı 200 ildən yuxarı bircə dənə də olsun ta ri -

xi abidə göstərə bilmirlər. 

Əsrlər boyunca yaranmış və azərbaycanlılara məxsus

olan tarixi-memarlıq abidələrinin izini silən ermə nilər, indi

biznes şəbəkəsi qurmaq məqsədilə “İrəvan qalası” layihəsi

hazırlamışlar. Şəhər ətrafında - keçmişdə Təzəkənd adlanan,

indi isə ermənilərin Noraqyuğ adlandırdıqları massivdə 184

hektar ərazidə inşa edilməsi nəzərdə tutulan layihənin ilkin

smeta dəyəri 6-7 milyard ABŞ dolları civarındadır. Həmin la -

yi hədə ticarət obyektləri, karvansaralar, Şərq hamamları ilə

yanaşı, kiçik bir “Sərdar sara yı” inşa edilməsi də nəzərdə tu-

tulur. Həmin layihə başa gəlsə belə, onun tarixi-memarlıq

baxımından heç bir dəyəri olmayacaqdır. Çünki Şərq memar-

lığının nadir incisi hesab edilən İrəvan xanlarının saray kom-



ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

42

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

Müasir erməni vandalları tərəfindən yer üzündən silinmiş

tarıxi abidə: Pənah xan Makinskinin evi. 

(Bax: Акопян Т.Х. Очерки истории Еревана. Ереван, 1977, с. 124).


pleksi erməni vandallarının dağıdıcı fəaliyyətləri nəticəsində

yüz ildir ki, tarixin yaddaşına köçüb. 

İrəvan  Xan  sarayı (Sərdar  sarayı) erməni  vandalları

tərəfindən  yer  üzündən  silinsə  də,  günümüzədək  gəlib

çatan  ilk  mənbələrin  məlumatları,  arxiv  sənədləri,  rəsm

əsərləri, fotolar qədirbilən insanlara  İrəvan Xan sarayı kom-

pleksinin tam mənzə rəsini yaratmaq imkanı verir. 

İrəvan Xan sarayını bəzəyən  nadir sənət inciləri:

43

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI


1. Fətəli şahın Güzgülü zaldakı portreti. Gürcüstan İncəsənət Muzeyi. 

2. Zöhrabın Güzgülü zaldakı portreti. Gürcüstan İncəsənət Muzeyi.

3. Hüseynqulu xanın Güzgülü zaldakı portreti. Gürcüstan İncəsənət Muzeyi.

4. Rüstəm Zalın Güzgülü zaldakı portreti. Gürcüstan İncəsənət Muzeyi.

5. Həsən xan Qacar. http://sardari-iravani.org/FamilyHistory/familyhistory1.htm

1

2

3


1. Fətəli şahın Güzgülü zaldakı portreti. Gürcüstan İncəsənət Muzeyi. 

2. Zöhrabın Güzgülü zaldakı portreti. Gürcüstan İncəsənət Muzeyi.

3. Hüseynqulu xanın Güzgülü zaldakı portreti. Gürcüstan İncəsənət Muzeyi.

4. Rüstəm Zalın Güzgülü zaldakı portreti. Gürcüstan İncəsənət Muzeyi.

5. Həsən xan Qacar. http://sardari-iravani.org/FamilyHistory/familyhistory1.htm



5




Ermяни вandallarынын

йох етдийи

XAN SARAYI

 

Az

ə



rbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökum

ə

t  



T

əş

kilatlarına Dövl



ə

t D


ə

st

ə



yi 

Ş

urasının maliyy



ə

l

əş



dirdiyi  “

İ

r



ə

van xanlı

ğ

ının 


tarixin

ə

 dair 4 adda bro



ş

ürl


ə

rin n


əş

r olunması” kitabının çapı” layih

ə

si 


ç

ə

rçiv



ə

sind


ə

 Az


ə

rbaycan Tarixçil

ə

ri 


İ

ctimai Birliyi t

ə

r

ə



find

ə

n n



əş

r edilmi


ş

dir. 


 

Az

ə

rbaycan Tarixçil

ə

ri 

İ

ctimai Birliyi 

AZ1065, Bakı., B.Ba

ğ

ırova küç., 7, m.29.  



E-mail: mxanbabayeva@mail.ru. Mob. (055) 353-02-33 

Az

ə



rbaycan Milli Elml

ə

r Akademiyası  



Tarix 

İ

nstitutunun m



ə

tb

əə



sind

ə

 çap edilmi



ş

dir. 


Bakı 

şə

h., H.Cavid pros., 125. 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə