Xan sarayi azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumәt Tәşkilatlarına



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix01.08.2018
ölçüsü6,1 Mb.
#60463
1   2   3   4   5   6   7

Sənətşünaslıq doktoru Kərim Kərimov İrəvandakı Xan

 sarayının müxtəlif rəssamlar və fotoqraflar tərəfindən çəkil -

miş şəkilləri əsasında sarayın memarlıq  xüsusiyyətlərini və

bədii tərtibatını sənətşünaslıq nöqteyi-nəzərindən təhlil et-

mişdir. K.Kərimov yazır ki, sarayın Güzgülü zalının və Yay

köşkünün divarlarını bəzəyən ilkin rəsmlər həmin dövrdə

mövcud olmuş  kanonlara  və  ənənə yə  əsaslanır.  Sarayın

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

26

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

Xan sarayının qəbul otağı. Rəssam Qriqori Qaqarin.


27

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

divarlarının  paneldən  yuxarı  səthində ki  tağçalarda  və

tağçalararası  pannolarda,  bir  qayda  olaraq,  həndəsi  və

stilizə  edilmiş  nəbati  motivlərdən  ibarət  dekorativ  kom-

pozisiyalar, gül və çiçəklərin, heyvan və quşların canlı, real

təsvirləri  verilmişdir.  Sarayın  bədii  tərtibatının  əsasını

portret təsvirləri və çoxfiqurlu süjetli kompozisiyalar təşkil

edir.  K.Kərimov  daha  sonra  yazır  ki,  XIX  əsrin  ikinci

yarısında həyata keçirilən təmir işlərinədək Xan sarayının

bədii tərtibatında portret rəsmləri və onların arasında Fir-

dovsinin  “Şahnamə”  əsərinin  motivləri  əsasında  ov  və

döyüş, kef məclisləri və məhəbbət səhnələrini əks etdirən



Xan sarayının interyeri

(Bax: Frederic Dubois de Montpereux. Voyage autour du Caucase,

chez les tcherkesses et les abkhases, en Georgie, en Armenie et en

Crimee: a 6 v.: Paris, 1843).


ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

28

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

süjetli  kompozisiyalar  daha  çox  olmuşdur.  Həmin  kom-

pozisiyaların birində Rüstəm Zalın gənc döyüşçü ilə vuruş-

ması,  digərində  onun  tanımadan  öz  oğlunu  öldürməsi,

başqa bir rəsmdə Rüstəmin İsfəndiyarla döyüşü, daha bir

başqasında onun divlə vuruşması və s. təsvir edilirdi.

12

İrəvan Xan sarayının Güzgülü salonu. Rəssam Qriqori Qaqarin.

(Bax: Ալիշան ՂեվոնդԱյրարատՎենետիկ, 1890.

Alişan Ğevond. Ayrarat (erməni dilində). Venesiya, 1890, s. 309). 

 

12



Kərimov Kərim. “İrəvan sərdarının sarayı” məqaləsi. “Yeni fikir”

qəzeti, 18 oktyabr 1995-ci il.




İrəvan Xan sarayındakı təsviri sənət nümunələrinin

təhlili göstərir ki, istər portret rəsmlərində, istərsə də süjetli

və dekorativ kompozisiyalarda ənənəvi Azərbaycan - Şərq

motivləri ilə yanaşı, həmin dövrün Qərbi Avropa və Rusiya

bədii yaradıcılığının mütərəqqi ənənələri öz təsirini göstər-

mişdir. Bu təsir XIX əsrin ikinci yarısında Xan sarayında

aparılan təmir-bərpa işlərindən sonra daha aydın şəkildə

özünü büruzə vermişdir. 

İrəvan  qalasının  hərbi  istehkam  obyekti  kimi  isti-

fadəsinə son qoyulmasından sonra “baxımsızlıq üzündən”

29

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

Xan sarayının Güzgülü zalından A rı da ına açılan mənzərə.

(Bax: Alişan Ğevond. Ayrarat (erməni dilində). Venesiya, 1890, s. 310).

ğ

ğ



ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

30

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

yararsız hala düşən, nəmişlikdən divar rəsmləri korlanan, kar -

niz və tavanın güzgüləri qopub tökülən Xan sarayının Güz -

gü lü  zalının  əsaslı  təmiri  üçün  dəfələrlə  Rusiya  dövlət

xəzi nəsindən  vəsait  ayrılmışdı.  İrəvan  qubernatorunun

vəsatəti əsasında Qafqaz Canişinliyi Sərdar zalının təmiri

üçün 1867-ci ildə 1200 rubl, tufan nəticəsində qopmuş dəmir

örtüyün bərpası üçün 1871-ci ildə 1112 rubl 28 qəpik, zalın

uçmuş divarlarının bərpası üçün 1874-cü ildə 354 rubl 86

qəpik, Qafqaz canişinin sərəncamı ilə Sərdar zalının əsaslı

təmiri üçün 1880-ci ildə 1978 rubl 78 qəpik, İrəvan şəhər

idarəsi isə həmin məqsədlə 1770 rubl vəsait ayırmışdı.

13

“Baxımsız qalmış” İrəvan Xan sarayı. 



XIX əsrin sonlarında.

Foto Dmitri Yermakov.

 

13



Развитие Еревана после присоединения Восточной Армении к

России. Сборник документов. 1801-1917 гг.. Ереван, 1978, с.286-288.




31

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

Xan sarayında bərpa işlərinin bir qismini Azərbaycan

dəzgah boyakarlığının banisi hesab edilən Mirzə Qədim İrə-

vani  (1826-1875)  həyata  keçirmişdir.*  Mirzə  Qədim  Xan

sarayının  Güzgülü  zalındakı  portretlərin  və  ornamental

kompozisiyaların  əksəriyyətini  bərpa  etmişdi.  Görünür,

1867-1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa

işlərini Mirzə Qədim İrəvani həyata keçirmişdir.

14

Sarayın bərpadan əvvəlki və sonrakı tərtibatına aid



əyani materialın müqayisəli təhlili göstərir ki, 1868-ci ildə

divar rəsmlərinin ancaq bir hissəsi, yəni portretlər və deko-

rativ  pannolar  bərpa  edilmişdir.  Ov,  döyüş  və  məhəbbət

səhnələrini bərpa etmək mümkün olmadığından, onların

yerində  yeni  ornamental-dekorativ  pannolar  çəkilmişdi.

Portretləri bərpa edərkən Mirzə Qədim İrəvani işə mexaniki

yanaşmamış, yeni texniki vasitələrlə əvvəlkilərdən fərqlə -

nən yeni əsərlər yaratmışdır. Böyük ölçülü kətan üzə rində

yağlı boyalarla işlənilib sonradan divara yapışdırılmış bu

əsərlər, əslində Azərbaycanda realist monumental boyakar-

lığın ilkin nümunələri idi. Məhz buna görədir ki, bu əsərlər

 

* İrəvan şəhərində anadan olan Mirzə Qədim Tiflisdə gimnaziya təh-



sili  al mışdı.  Fars,  rus  və  fransız  dillərini  mükəmməl  öyrənən  Mir zə

Qədim İrəvana qayıtdıqdan sonra ömrünün sonu nadək poçtda tele-

qrafçı vəzifəsində çalışmışdır. Mirzə Qədimin atası Məhəmməd Hüseyn

məşhur şəbəkə ustası olmuşdur. Mirzə Qədimdə rəssamlığa meyil hələ

Tiflisdə gimnaziyada oxuduğu vaxt yaranmışdı. Əvvəlcə şüşə və parça

üzərində şəkillər çəkən Mirzə Qədim sonralar portret və ornamental

kompozisiyalar ustası k

i

mi məşhurlaşmışdı.



14

Əfəndi Rasim. Azərbaycan incəsənəti. Bakı, 2007, s.114-115.  




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə