Xan sarayi azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumәt Tәşkilatlarına


ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix01.08.2018
ölçüsü6,1 Mb.
#60463
1   2   3   4   5   6   7

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

22

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

İrəvan konyak zavodunun ərazisinin bir hissəsi Xan sarayı

kompleksinin ərazisinə düşür. 

1880-ci  ilin  oktyabrında  məşhur  Rusiya  arxeoloqu

qrafinya  Praskofya  Aleksandrovna  Uvarova İrəvan

qalasında olmuş, uçulub dağılan Xan sarayının vəziyyətini

təsvir etmişdir. Erməni tədqiqatçısı Yervand Şahəziz 1931-ci

ildə  İrəvanda  çap  edilən  “Qədim  İrəvan”  kitabında

P.Uvarovanın Qafqaz ekspedisiyasının nəticələri haqqında

dərc  etdirdiyi  “Qafqaz.  Yol  qeydləri”  (Moskva,  1887)

kitabının birinci cildindən aşağıdakı sitatı gətirir: “Qala di-

varlarının və qüllələrinin içərisində Zəngi çayının altın-

dan yeraltı keçidi, fontanlı həyətləri, hamamları, hərəm -

xanası və iki məscidi olan Sərdar imarəti

*

yerləşir. Bütün-

Ermənilər tərəfindən dagıdılmış Xan sarayının ərazisində

inşa edilmiş “tikililər”.

 

* Yəni Xan sarayı kompleksi.




23

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

lüklə sırf Şərq üslubunda naxışlarla, güzgülərlə və rəsm-

lərlə bəzədilmiş, sanki bəzəkli çay qutusuna bənzər Sər-

dar  imarətindən  yalnız  qəbul  zalı  salamat  qalıb.  Zalın

ortasında mərmər fontan vardır və onun pəncərəsi rən-

garəng  ağac  şəbəkələrlə  bəzədilmişdir.  Oradan  Zəngi

çayına, Ararat (Ağrı - N.M.) və Ələyəz dağlarına çox gözəl

mənzərə açılır. Zal şimal tərəfdən açıq imiş və pərdələrlə

örtülürmüş. Hansı ki, pərdənin izləri, halqaları və asılqan-

larının  yeri  həm  tavanda,  həm  də  bünövrədə  görünür.

Zalın hər iki tərəfində kiçik otaqlar vardır və zirzəmisində

buzxana yerləşir. Sarayla Zəngi çayını birləşdirən yeraltı

keçiddən yalnız onun qapısı və daş pilləkənləri qalmışdır.

Halbuki, bir qədər əvvəl həmin keçiddən çayın altı ilə

qarşı tərəfə keçmək olardı”

10

.



Məşhur Britaniya səyyahı, coğrafiyaşünası və ictimai

xadimi Henri Linç



*

1893-cü ilin avqustundan 1894-cü ilin

mart ayınadək və 1898-ci ilin avqustunda Şərqi Anadoluda

və  Cənubi  Qafqazda  səfərdə  olmuşdur.  O,  səfərlərinin

nəticəsi olaraq ikicildlik “Armenia. Səyahətlər və tədqiqat-

lar” əsərini yazmışdır. Müəllif 1901-ci ildə Londonda çap

edilən  əsərinin  I  cildində  indiki  Ermənistan  ərazisində

gördüklərini ətraflı təsvir etmişdir. 

 

10

Յերվանդ  Շահազիզ:  Հին  Յերևանը:  Յերևան, 1931,  էջ 170;  (Yervand



Şahəziz. Qədim İrəvan. İrəvan, 1931, s.170).

Linçin nənəsi Bağdadda yaşayan bir erməninin qızı olmuşdur. İngilis



qoşunlarının zabiti olan babası Bağdadda olarkən onunla tanış olmuş və son-

radan evlənmişlər.


Linçin təsvir etdiyi Xan sarayının divarlarındakı rəsm-

lər və pəncərə şəbəkələri sarayın XIX əsrin ikinci yarısında

aparılan  restavrasiyadan  sonrakı  dövrünə  təsadüf  edir.

Bunu nəzərdə tutan Linç yazır ki, kətan üzərində çəkilmiş

rəsmlər orijinal deyil. H.Linç Xan sarayının Güzgülü salo-

nunu belə təsvir edir: «Şəbəkəli tağların saysız-hesabsız



güzgüləri ətrafa büllur kimi şölə saçır. Salonun tavanı baş-

dan-başa bəzəyə qərq olmuşdur. Tavanın aşağısı bolluca

nəbati naxışlarla bəzənib ki, bunlar da, əsasən, süsən və

qızıl güllərdən ibarətdir».

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

24

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

Xan sarayının qəbul otağı.

(Bax: Linch, H. F. B. Armenia. Travels and Studies. 

London, 1901, p.216a).


25

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

H.Linç  Güzgülü  zalın  divarlarında  kətan  üzərində

işlənmiş 8 tablo gördüyünü və onlardan ikisinin – İrəvan

xanı Hüseynqulu xanın və onun solunda farsların qəhrə-

manı Fəraməzin tablolarının öz kitabına daxil etdiyi şəkildə

əks olunduğunu yazır. Müəllif divarlardakı digər portret -

lərdə Fətəli şahın, onun oğlu Abbas Mirzənin, İrəvan xanı

Hüseynqulu xanın qardaşı Həsən xanın, qəhrəman döyüşçü

personajları  olan  Zöhrabın  və  Rüstəm  Zalın,  habelə  cən-

gavər  bir  qadının  (amazonkanın)  obrazlarını  əks  etdirən

portretlərinin təsvir olunduğunu yazır.

11

Həmin dövrdə təsviri incəsənətin ən geniş yayılmış və



inkişaf etmiş sahəsi memarlıq abidələrində öz əksini tapan

divarüstü boyakarlıq olmuşdur. Avropa səyyahlarını və rəs-

samlarını  valeh  edən,  tərif  dolu  təəssüratlarını  yazmağa

vadar  edən  də  Xan  sarayının  memarlığından  daha  çox,

onun zəngin bədii tərtibatı, divarlarını bəzəyən portret və

süjetli kompozisiyalardan ibarət  monumental boyakarlıq

əsərləri olmuşdur.

İrəvan Xan sarayının daxili tərtibatı haqqında şahid -

lərin təsvirləri, rus rəssamı akademik Vladimir Moşkovun,

etnoqraf və rəssam knyaz Qriqori Qaqarinin, fransız səyyahı

və rəssamı Dübua de Monperenin çəkdikləri rəsm əsərləri,

fotoqraf Dmitri Yermakovun, ingilis səyyahı Henri Linçin

çəkdikləri fotolar sarayın bədii tərtibatı, divar rəsmlərinin

məzmunu, forma və üslubu, professional sənətkarlıq və es-

tetik xüsusiyyətləri haqqında fikir söyləməyə imkan verir.

 

11



Lynch H.F.B. Armenia. Travels and Studies. Vol I, p.216-217.


Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə