Xan sarayi azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumәt Tәşkilatlarına


ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix01.08.2018
ölçüsü6,1 Mb.
#60463
1   2   3   4   5   6   7

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

8

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

 

1



Çələbi  Evliya.  Səyahətnamə  (Azərbaycan  tarixinə  aid  seçmələr.

Hazırlayan Seyidağa Onullahi). Bakı,1997, s.51.



İrəvan xanlarının sarayı

1578-ci  ildə  Azərbaycan  Səfəvi  dövlətinin  İrəvan

bəylərbəyi  Toxmaq  xan  İrəvan  qala sı nın  içərisində  Xan

sarayı  inşa  etdirmiş,  qala  ilə  üzbəüz,  Zəngi  çayının  sağ

sahilində  böyük  bir  bağ  saldırmışdır.  Həmin  bağ  tarix

ədəbiyyatında Xan bağı kimi qeyd olunur. XVII əsrin 40-cı

illərində  Cənubi  Qafqazda  səfərdə  olmuş  məşhur  türk

səyyahı Evliya Çələbi İrəvan qalası və “behiştə bənzər” Tox-

maq xan sarayı haqqında maraqlı məlumatlar verir.

1

İrəvan qalasının maketi. İrəvan Tarix Muzeyi.




Səfəvi sərkərdəsi Əmirgünə xan Qacarın (1604-1625)

İrəvanın hakimi olduğu dövrdə qala və Xan sarayı (Sərdar

sarayı) daha da abadlaşdırılmış və möhkəmləndirilmişdi.

1679-cu il zəlzələsindən sonra İrəvan qalası, o cümlədən Xan

sarayı  Zal  xan  (1679-1688)  tərəfindən  yenidən  bərpa

edilmişdi. 

İrəvan əyalətinin Osmanlı hakimiyyəti altına keçdiyi

dövrdə Rəcəb paşa (1725-1728) tərəfindən İrəvan qalasın-

dakı saray komplek sində xeyli quru culuq və abadlıq işləri

görülmüşdü.

İrəvan xanı

Hüseynəli 

xan

Qa  ca rın 



(1759-

1783) və oğlu Mə -

həmməd 

xanın


(1784-1805) 

ha -


kimiyyəti dövrləri

İrəvan  şəhəri nin

və qalasının çi  çək-

lənmə  dövrü  he -

sab  edilir.  Hü-

  sey n əli xan Qa car

Xan sa rayını daha

da  təkmilləşdir -

mək üçün dövrün

məş hur  me marı

Mirzə  Cə fər  Xoy-

lunu  İrəva na  də- 

9

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

İrəvan qalasının planı. 

(Bax: Утверждение русского владычества

на Кавказе. Том 4. часть 1. Тифлис, 

1906, с. 306).



vət etmiş di.  Xan sarayı Mirzə Cəfər Xoylunun rəhbərliyi al-

tında yenidən qurulmuşdu. 

1791-ci  ildə  Hüseynəli  xanın  oğlu  Məhəmməd  xan

Qacar Xan sarayının Güzgülü salonunu və Xan bağındakı

Yay imarətini inşa etdirmiş, bununla da bu möhtəşəm tikili

memarlıq baxımından monumental saray kompleksi kimi

tamamlanmışdır. Saray kompleksi 1810-cu ildə Hüseynqulu

xanın hakimiyyəti dövründə əsaslı təmir edilmiş və ona bir

sıra yeni tikililər əlavə edilmişdir. Təbriz rəssamlıq məktəbi -

nin  nümayəndəsi  Mir  Əbdürrza  Xan  sarayının  di var -

larındakı rəsmləri 1815-ci ildə tamamla mışdır. 

Bütün  dövlət  atri but larına  malik  İrəvan  xan lığının

dörd bayrağı 1827-ci ildə İrəvan qala sının süqutu zamanı

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

10

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

İrəvan xanlığının bayraqları. Azərbaycan Milli Tarix Muzeyi


11

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX  İNSTİTUTU

ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

Ru siya qoşunlarının əlinə keçmişdir. Həmin bayraq lardan

ikisi  hazırda  indiki  Azərbaycan  Milli  Tarix  Muzeyində

saxlanılır. Bay raqlardan biri üçkünc, digəri isə dördkünc

formadadır.

*

İrəvan qalasının və Xan sarayının çar Rusiyası işğalın-



dan  sonra  çəkilmiş  cizgilərinin  (planlarının)  bir  qismi

hazırda İrəvan Tarix Muzeyində saxlanılır. Xan sarayının

1837-ci ildə tərtib edilmiş mükəmməl planında göstərilən

miqyasa əsasən, sarayın təqribən 1 hektar ərazini əhatə et-

diyi  aydın  olur.  Saray  İrəvan  qalasının  şimal-qərb

hissəsində yerləşirdi və qaladan saraya qapı açılırdı. 

Rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ikimərtəbəli

saray binası trapesiya formasında (ölçüləri 36x35x31x25 m)

olmuşdur. Sarayın ortasında şahın təntənəli qarşılanması

üçün  böyük  eyvan  olmuşdur.  Eyvanın  qurtaracağında

Zən gi çayına açılan və rəngli şüşələrlə bəzədilmiş, şəbə kə -

lərlə bir-birindən ayrılan yataq yerləri – taxçalar düzəldil -

mişdi.  Xan  sarayının  Güzgülü  zalında  xanın  taxtının

önündə  müa  li  cəvi  xüsusiyyətə  malik  olan  damarlı  əqiq

daşlardan ulduzvarı hovuz düzəldilmişdi. Ortasında kiçik

fəvvarə  olan  hovuz  rus  rəssamı  Q.Qaqarinin  çəkdiyi

Güzgülü zalın rəsmində də öz əksini tapmışdır. Həmin

hovuz hazırda İrəvan Tarix Muzeyində nümayiş etdirilir.

Bunlardan əlavə, Xan sarayına bitişik daha iki bina – biri

 

*  Üçkünc  bayrağın  ölçüləri  145x261x217  sm-dir  və  1825-1826-cı  illərdə



hazırlanmışdır. Dördkünc bayrağın ölçüləri 156x156 sm-dir, 1823-1824-cü il-

lərdə hazırlanmışdır.


ERMƏNİ  VANDALLARININ  YOX  ETDİYİ  XAN  sARAYI

12

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



TARİX  İNSTİTUTU

xanın yaxın ətrafının yaşadığı bina, digəri yardımçı ti kili

olmuşdur.

2

Xan  sarayı  və  xanın  hərəmxanası  vahid  memarlıq



kompozisiyası təşkil edirdi. Hərəm xana sarayla kiçik dəhliz

vasitəsilə  birləşirdi.  Düzbucaqlı  formada  olan  hərəmxa -

nanın uzunluğu 200 fut (1 fut = 0,3048 m), eni təqribən 125

fut olmuşdur. Hərəmxananın çoxlu otaqları və dəhlizləri

var idi. İrəvan qalasının Rusiya qoşunları tərəfindən işğalın-

dan sonra hərəmxana hospitala çevrilmişdi. Xanın hərəm -

 xanasının mərmər üzlük çəkilmiş, mozaikalı ornamentlərlə

bəzədilmiş hamamı da öz təmtərağı ilə seçilirdi. Hərəmxa -

nanın geniş yay hovuzu var idi. Hovuzun uzunluğu 15 sajen

(1 sajen = 2,1336 m), eni 4 sajen, dərinliyi 3 arşın (1 arşın = 71,

12 sm) idi. Bu tikililər qaladakı digər çoxsaylı tikililərlə birgə

“İrəvan şəhərinin yenidən qurulması” zamanı plana salınaraq

ermənilər tərəfindən qəsdən sökülüb məhv edilmişdir.

3

Mütəxəssislərin  qənaətinə  görə,  İrəvan  Xan  sarayı



memarlıq forması, biçimi, quru lu şu, daxili həcminin həlli

və bədii tərtibatına görə Şərq memarlığının şah əsərlərindən

sayılan, 1483-cü ildə Ağqoyunlu hökmdarı Sultan Yaqub

tərəfindən Təbrizdə, 1669-cu ildə Şah Sü ley man səfəvi dönə-

mində  İsfahanda  inşa  edilən  “Həşt  behişt”

*

adlandırılan



saray-kompleks lərinin səciyyəvi xüsusiyyətlərini özündə

əks etdirmişdir. 

 

2

Арутюнян В., Асратян М., Меликян А. Ереван. Москва: Строй -



издат, 1968, с. 33-34.

3

Акопян Т.Х. Очерк истории Еревана. Ереван, 1977, с.129-130.



* “Səkkiz cənnət”, yəni 8 qatlı cənnət.


Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə