SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

29 

 

Monqol işğallarının başlanması ilə Azərbaycan şəhərlərinin inkişafında yeni bir mərhələnin — iqtisadi 



tənəzzül və dağıntı mərhələsinin bir növ «əsası» qoyuldu. Səfəvilər dövlətinin yaranmasınadək davam etmiş bu 

mərhələdə, xüsusilə onun ilk çağlarında Azərbaycanın digər şəhərləri kimi Naxçıvan şəhəri də kütləvi dağıntıya 

və  qırğına məruz qalmışdı

5

. XIII əsrin ortalarında Azərbaycanın bir çox şəhərlərini gəzmiş



 

səyyah Vilhelm 

Rubruk monqol işğallarının ağır nəticələri haqqında qiymətli məlumatlar verir. Naxçıvan şəhərinin vəziyyətini 

təsvir edərkən V. Rubruk yazırdı ki, monqollar şəhəri demək olar ki, boş səhraya çevirmişdilər

6



Monqol işğallarının ağır nəticələrinə baxmayaraq Azərbaycanın digər şəhərləri kimi, Naxçıvan şəhəri 



də XIII əsrin sonlarından başlayaraq tədricən bərpa olunmağa başlamışdı. Bununla belə, XIV — XV əsrlərdə 

baş vermiş siyasi çəkişmələr şəhərin inkişafına mane olmuş, ona özünün əvvəlki qüdrət və əzəmətini tamamilə 

canlandırmağa imkan verməmişdi.

 [56-57]


 

XVI əsrin əvvəllərində Azərbaycanın ərazisində Səfəvilər dövlətinin meydana gəlməsi ölkənin iqtisadi 

həyatının, o cümlədən şəhərlərinin yüksəlişi üçün əlverişli şərait yaratdı. Bu dövrdə Azərbaycanda əvvəllərdən 

mövcud olan mühüm ticarət, sənətkarlıq və  mədəniyyət mərkəzləri olan şəhərlər yenidən fəaliyyətə başladı. 

Yaranmış siyasi şərait Naxçıvan bölgəsində də şəhər həyatının inkişafına müsbət təsir göstərmiş oldu. Vaxtı ilə 

kiçik yaşayış  məntəqələri olan Ordubad, Əylis, Culfa və qismən də Azad (bəzi mənbələrdə Aza) nəinki 

Naxçıvan bölgəsinin, eləcə  də bütün Azərbaycanın iqtisadi həyatında mühüm rol oynayan şəhərlərə 

çevrilmişdilər

7



XVI — XVII əsrlərdə Naxçıvan bölgəsində mövcud olan şəhərlər arasında Culfa xüsusilə diqqəti cəlb 



edirdi. Aparılan tədqiqatlar göstərir ki, Araz çayı sahilindəki qayalıqlar arasında yerləşən Culfa şəhərində 

əhalinin başlıca məşğuliyyəti ticarət olmuşdur

8

. Bu da təsadüfi deyildir ki, səkkiz min ailənin yaşadığı Culfa 



şəhərinin əhalisi «əkinə yararlı torpaq sahələri olmadığından özlərini ancaq ticarətlə saxlaya bilirdilər»

9

. Lakin 



XVII  əsrin  əvvəllərində yeni qüvvə ilə  qızışan Səfəvi-Osmanlı müharibələri Culfa şəhərinin yerlə yeksan 

olunmasına və onun bir şəhər kimi sıradan çıxmasına gətirib çıxardı. Şəhər türklərin əlinə keçməsin deyə Səfəvi 

hökmdarı I Şah Abbas 1603-cü ildə şəhər əhalisini İsfahan şəhərinin yaxınlığına köçürdü, özünü isə tamamilə 

xarabazarlığa çevirdi

10

. I Şah Abbasın məqsədi bir də bu idi ki, Culfa tacirlərinin fəaliyyətindən istifadə edərək, 



paytaxt seçdiyi İsfahan  şəhərinin ticarətini genişləndirsin. XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş 

Avropa səyyahlarının əsərlərinə istinad edən t. e. d. Ə. Ə. Rəhmaninin yazılarından məlum olur ki, Culfa şəhəri 

uzun müddət xaraba vəziyyətində qalmaqda davam etmişdir

11



Orta əsrlərdə Naxçıvan bölgəsinin yüksəliş dövrü keçirən şəhərlərindən biri Ordubad idi. XVII əsrin 

[57-58] 


əvvəllərində  Səfəvi-Osmanlı müharibələri zamanı  dəfələrlə dağıntıya məruz qalmasına baxmayaraq

şəhər hər dəfə  bərpa olunmuş  və  əvvəlki qüdrətini özünə qaytara bilmişdir. Bunu, hər  şeydən  əvvəl, Səfəvi 

hökmdarlarının, ilk növbədə I Şah Abbasın Ordubada göstərdiyi himayədarlıqla əlaqələndirmək lazımdır. Şah 

Abbasın  əmri ilə Ordubad şəhəri dövlətə verilən bütün vergilərdən azad edilmişdi

12

. Çox güman ki, 



ordubadlılara vergi immunitetinin verilməsində I Şah Abbasın  əslən Ordubaddan olan baş  vəziri Hatəm bəy 

Ordubadinin rolu az olmamışdır. 

Naxçıvan diyarının  şəhərləri içərisində XVI — XVII əsrlərdə yenidən yüksəliş dövrü keçirən  Azad 

(Aza) şəhəri də diqqəti cəlb edir. Bu şəhər Araz çayının sol sahilində, Culfa ilə Ordubad arasında yerləşirdi

13



Azad  şəhəri beynəlxalq ticarətdə mühüm rol oynayırdı.  Şəhərdə  və onun ətrafında istehsal edilən biyan kökü 

əhalinin xarici ticarət  əlaqələrində mühüm rol oynayırdı.  Şəhərin geniş xarici ticarət  əlaqələrini burada dörd 

karvansaranın mövcud olması bir daha sübut edir

14

. Azad şəhəri XVII əsrin ikinci yarısında Naxçıvan 



bölgəsinin çiçəklənən  şəhərlərindən biri olduğundan səyyahların diqqətini cəlb etmişdi. XVII əsrə aid 

mənbələrdə  şəhərin adı müxtəlif formalarda — Azad, Azadciran və s. şəkillərdə verilir. Fransız səyyahı 

Tavernye bu şəhəri Əsədabad, Məcidəddin əl-Hüseyni isə Azadabad adlandırırlar. 

                                                            

5

 И. П. Петрушевский. Земледелие и аграрные отношения в Иране XIII — XIV вв. – М. – Л., 1960, с. 36. 



6

 Вильгельм де Рубрук. Путешествие в Восточные страны – СПб., 1882, с. 171. 

7

 M. X. Heydərov. Göstərilən əsəri, s. 868. 



8

  С.  В.  Тер-Аветисян.  Город  Джуга. – Материалы  по  истории  торговых  сношений  джульфинских  купцов  в XVI - XVII вв. 

Тбилиси, 1939, с. 66-68. 

9

 И. Шопен. Göstərilən əsəri, s.868. 



10

 Yenə orada. 

11

 А. А. Рахмани. Азербайджан в конце XVI и в XVII веке, с. 170. 



12

 Azərbaycan tarixi, I çild. — Bakı, 1961. s. 191; M. S. Neymətova. Azərbaycanın epiqrafik abidələri (XVII—XVIII əsrlər). — Bakı, 

1963, s. 31-37. 

13

 M. X. Heydərov. «Aza» — Azərbaycan Sovet Ensiklopediyası. I çild. Bakı, 1976. 



14

 М. Х. Гейдаров. Города.., с. 869. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə