SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

21 

 

Naxçıvan xanlığında  əkin üçün yararlı olan və  əkilib-becərilən torpaqların sahəsi barədə  dəqiq 



məlumat «Statistik təsvir»də verilmişdir. Həmin mənbədə Naxçıvan bölgəsində  əkilib-becərilən torpaq 

sahələrinin vəziyyəti mahallar üzrə aşağıdakı cədvəldə verilmişdir. 



 

1-ci cədvəl 

 

Naxçıvan bölgəsində əkilib-becərilən torpaqların 

mahallar üzrə vəziyyəti 

 

 

Mahallar 

Əkilən torpağın sahəsi 

(xalvar ilə) 

Əkilən torpaqların 

mahallar üzrə 

nisbəti (faizlə) 

1. Naxçıvan mahalı 11737  34,4 

Naxçıvan şəhəri 600   

2. Xok mahalı 1065 

3,1 

3. Əlincə mahalı 3395  9,9 

4. Dərələyəz mahalı o 

cümlədən: 

17899 52,6 

a) Qərb hissəsi 415   

b) Şərq hissəsi 17484 

 

Cəmi: 34096 

xalvar

42

 

[40-41]


 

Cədvəldən göründüyü kimi, Naxçıvan bölgəsi üzrə  əkilib-becərilən 34096 xalvar torpaq sahəsinin 

böyük bir hissəsi Dərələyəz mahalında, xüsusilə bu mahalın şərq hissəsində olmuşdur. Bu isə Naxçıvan bölgəsi 

üzrə torpaqların yarıdan çoxunun Dərələyəz mahalının payına düşdüyünü göstərir — 52,6%. İkinci yerdə 

Naxçıvan  şəhəri daxil olmaqla eyni adlı mahal gəlirdi — 34,4%. Bu mahalda əkilən torpaqların 600 xalvarı 

Naxçıvan  şəhəri və onun ətrafında olmuşdur. Cədvəldəki məlumata  əsasən deyə bilərik ki, bütün Naxçıvan 

mahalı üzrə əkilən torpaqların 5,1%-i Naxçıvan şəhərinin payına düşürdü. Göstərilən nisbət böyük olmasa da, 

Naxçıvanın şəhər olduğunu nəzərə alsaq, bu rəqəmin yüksək olduğunu qeyd etməliyik. 

Əlincə  və Xok mahallarına gəldikdə isə göstərmək lazımdır ki, əgər kəndlərinin sayını  nəzərə alsaq 

(müvafiq olaraq 18 və 6 kənd), bu mahalların payına düşən əkin sahəsini normal hesab etmək olar. 

Ordubad bölgəsi üzrə olan məlumatları nəzərdən keçirdikdə bu bölgənin mahallarında əkilən torpaq-

ların çox olmadığı nəzərə çarpır. 

Naxçıvan bölgəsi üzrə müqayisədən məlum olur ki, Ordubad bölgəsində  əkilən torpaqların sahəsi 

qonşu bölgənin əkilən torpaqlarından 22 dəfə az idi. Naxçıvan bölgəsi üzrə 95,7% əkilən torpaq sahəsi mövcud 

idi. 

2-ci cədvəl  

 

Ordubad bölgəsində əkilən torpaqların 

mahallar üzrə vəziyyəti 

 

Mahallar 

Əkilən 

torpağın 

sahəsi 

(xalvar ilə) 

Əkilən 

torpaqların 

mahallar üzrə 

nisbəti (faizlə) 

1. Ordubad mahalı 220 

24,4 

Ordubad şəhəri 150  

2. Əylis mahalı 141,5 

9,3 

3. Dəstə mahalı 406,5 

26.7 

4. Cənənab mahalı 194 

12,7 

                                                            

42

 NƏST, s - 131-177. 




22 

 

5. Bilev mahalı 560 



36,8 

Cəmi: 1522 

 

 



Ordubad bölgəsində  əkilən torpaq sahələrinin mahallar üzrə olan vəziyyətinə  nəzər, salsaq (2-ci 

cədvəl), 

[41-42] 

müəyyən etmək olar ki, burada əkilən torpaq sahələri arasında kəskin bir fərq yox idi. 

Göründüyü kimi, Ordubad bölgəsində  əkilən torpaqların böyük əksəriyyəti Bilev (560 xalvar və ya 

dairə üzrə 36,8%) və Dəstə (406,5 xalvar və ya dairə üzrə 26,7% ) mahallarında yerləşirdi. Ən az əkilən torpaq 

sahəsi Cənənab (12,7%) və Əylis (9,3%) mahallarında olmuşdur

43



Naxçıvan diyarı üzrə  əkilən torpaqların  əksəriyyəti dənli bitkilər və pambıq üçün istifadə olunurdu. 

Misal üçün, 600 xalvar əkilən torpağı olan Naxçıvan şəhərində 250 xalvar torpaq sahəsində buğda və arpa, 60 

xalvar torpaq sahəsində pambıq, 10 xalvar torpaq sahəsində  çəltik  əkirdilər. Naxçıvan mahalının  Şıxmahmud 

kəndində 300 xalvar əkilən torpaq sahəsinin 100 xalvarı buğda, 10 xalvarı pambıq, 1200 xalvar əkin sahəsi olan 

Cəhri kəndində  əkin sahəsinin 400 xalvarı buğda, 40 xalvarı pambıq, 10 xalvarı isə  çəltik üçün istifadə 

olunurdu


44

. Digər kəndlərdə vəziyyət demək olar ki, belə idi. 

Naxçıvan diyarında kənd təsərrüfatının vəziyyətinə suyun çatışmazlığının da böyük təsiri olmuşdur

45



Bu barədə «Statistik təsvir»də kifayət qədər məlumat vardır

46



Əkinçiliyin ayrı-ayrı sahələrinin məhsuldarlığına təsir edən suvarma sistemi ilə yanaşı torpağın 

keyfiyyətinin də rolu az deyildi. 

Naxçıvan diyarının  əkilən torpaqlarının oxşar cəhətləri ilə  bərabər fərqli tərəfləri də vardı. Belə ki, 

Naxçıvan bölgəsinin torpaqları bərəkətli olmaqla bərabər, öz xüsusiyyətlərinə görə tər torpaq əkinçiliyin bütün 

sahələri üçün deyil, ayrı-ayrı sahələri üçün yararlı olmuşdur. Misal üçün, Naxçıvan bölgəsinin Əlincə mahalının 

torpağı əsas etibarilə gilli torpaqlar olmuş  və bura yalnız buğda və arpa əkmək üçün yararlı olmuşdur

47

. Xok 


mahalının torpaqları burada buğda və arpa ilə  bərabər pambığın da əkilməsinə 

[42-43]


 imkan verirdi

48



Dərələyəz mahalının əkin sahələri isə gilli və qara torpaqlar olmuşdur

49



Ordubad bölgəsinə gəldikdə isə torpaqlarının xüsusiyyətinə görə bura üç yerə bölünürdü: şimalda gili 

çox olan qara torpaqlar, mərkəzdə gilli və qumlu torpaqlar və  nəhayət, cənubda Araz çayı boyunca sarı  və 

qırmızı gilli torpaqlar

50



Torpaqların xüsusiyyətinə görə Naxçıvan diyarında kəndlilər taxılçılıq, ipəkçilik, bağçılıq, üzümçülük, 

pambıqçılıq və s. bitkilərin yetişdirilməsi ilə məşğul olurdular. 

Naxçıvan mahalı ovalıq olduğuna görə pambıq, çəltik, üzüm, yemiş  və qarpız, Dərələyəz mahalının 

düzənlik yerlərində buğda, arpa, noxud, dərələrdə isə meyvə yetişdirilirdi

51



Ordubad bölgəsində  kəndlilər  əsasən taxıl, pambıq, çəltik  əkməklə yanaşı, bağçılıq və arıçılıqla da 



məşğul olurdular

52



Buğdanı Naxçıvan diyarında ildə bir dəfə — yazda mart ayının sonunda və payızda — sentyabr ayında 

əkirdilər. Yazda əkilən buğdanı iyun ayının sonu və avqust ayının əvvəllərində, payızda əkiləni isə Novruz bay-

ramından yüz gün sonra, yəni iyun ayının ortalarında toplayırdılar. Buğdanı demək olar ki, bütün mahallarda 

əkirdilər. Naxçıvan xanlığının  İran tabeliyində olduğu illərdə burada ildə 10 min xalvar buğda toplayırdılar

53



Ordubad bölgəsində torpağın böyük bir hissəsində də buğda əkilirdi



54

Naxçıvan diyarında çox əkilən dənli bitkilərdən biri də  çəltik idi. Bu bitki Naxçıvan  şəhərinin 



ətrafında və eyni adlı mahalın 13 kəndində,  Əlincə mahalının 6 kəndində  və  Dərələyəz mahalının qərb 

hissəsində  əkilib-becərilirdi. Çəltiyi suyun bol olduğu və düzənlik yerlərdə may ayında  əkir və oktyabr — 

noyabr aylarında məhsulu toplayırdılar. Çəltiyin məhsuldarlığı yüksək idi və  əkilən toxumun 25 misli qədər 

                                                            

43

 NƏST. s. 131, 135, 145. 



44

 NƏST, s. 131. 135. 141. 

45

 K. H. Никитин. Göstərilən əcəri. s 129 



46

 NƏST, s. 151, 155 və s. 

47

 Yenə orada, s. 73. 



48

 NƏST. s. 77. 

49

 Yenə orada, s. 80. 



50

 Yenə orada. 

51

 Yenə orada, s. 85. 



52

 Yenə orada, s. 197-200. 

53

 Yenə orada, s. 86. 



54

 Yenə orada, s. 191. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə