SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

19 

 

olunmuşdur. Həmin kitablardan ən maraqlısının müəllifi S. Qlinka



27

 və əsərindən istifadə etdiyimiz İ. Şopendir. 

Bu məsələyə XX əsrin  əvvəllərində N. Şavrov da toxunmuşdur

28

. S. Qlinkanın yazdığına görə, Türkmənçay 



müqaviləsindən üç ay yarım keçmiş Rusiyanın yeni ərazilərinə, daha doğrusu çar Rusiyası  tərəfindən işğal 

olunmuş 


[35-36] 

sabiq Naxçıvan,  İrəvan və Qarabağ xanlıqlarına 40000 erməni köçürülmüşdür. Bu 

«köçürmənin» təşəbbüsçüsü milliyyətcə erməni olan X. Y. Lazarev idi. O, hələ ikinci Rusiya-İran müharibəsi 

bitməmiş 1827-çi ildə ermənilərin Şimali Azərbaycana köçürülmələrinin layihəsini tərtib edərək çar hökumətinə 

təqdim etmişdi. Bu layihənin ana xəttini Rusiya imperiyasının tərkibində «Erməni çarlığının bərpa olunması» 

təşkil edirdi. Həmin ideya Rusiyanın hakim dairələri üçün İranla Türkiyə  sərhədlərində xristianlardan ibarət 

olan vilayətin yaradılmasına bir bəhanə oldu. 1828-ci ilin mart ayında general-adyutant A. X. Benkendorf  

X. Y. Lazerevin layihəsini imperator I Nikolaya təqdim etdi. Həmin bədnam layihədə «Qədim Ermənistana» aid 

olan yerlərin adı çəkilmişdir: Naxçıvan, İrəvan, Şəki, Şamaxı xanlıqlarının əraziləri. 

İmperator I Nikolayı hər şeydən əvvəl, Türkiyə və İranla, yəni müsəlman ölkələri ilə sərhəd zonalarını 

möhkəmləndirmək daha çox maraqlandırdığı üçün o, 1828-ci il martın 21-də xüsusi qərarla Naxçıvan və İrəvan 

xanlıqlarını ləğv edərək əvəzində həmin ərazidə süni olaraq «Ermənistan vilayəti» yaratdı. Bu vilayət 1850-ci 

ilə kimi davam etmiş, sonra isə İrəvan quberniyası ilə əvəz olunmuşdur. Naxçıvan diyarı da həmin quberniyaya 

daxil edilmişdir

29



İndi də yarımçıq qoyduğumuz mövzuya qayıdaq. 



Yuxarıda göstərildiyi kimi, köçürmə siyasəti nəticəsində Naxçıvan diyarında erməni  əhalisinin sayı 

xeyli artdı. Doğrudur, bu siyasət nəticəsində ermənilər sayca azərbaycanlılardan çox ola bilməsələr də, 

hesablamalarımıza görə,  əgər azərbaycanlıların sayı artmamışdısa da (halbuki İ.  Şopennn cədvəlindən də 

göründüyü kimi, müəllif azərbaycanlı əhalisinin sayının artıb-artmamasına dair heç bir fikir söyləmir və statistik 

məlumat vermir), köçürülmə nəticəsində Naxçıvan diyarında yaşayan azərbaycanlıların sayı 58,8%, ermənilərin 

sayı isə 1,2%-ə  bərabər olmuşdur. Bununla bərabər, qeyd etmək istərdik ki, köçürmə siyasətinə  qədər və 

köçürülmələr dövründə azərbaycanlı  əhalinin təbii artımını inkaredilməz bir fakt kimi qəbul etsək, Naxçıvan 

diyarının etnik tərkibində azərbaycanlıların payına düşən 58,8%-i bir 

[36-37] 

minimum olaraq qəbul etmək 

lazımdır. Biz əminik ki, aşkar olunacaq yeni sənədlər fikrimizi təsdiq edər. 

Araşdırdığımız mənbələrdə Naxçıvan diyarının müsəlman əhalisinin tayfalar üzrə bölündüyü də qeyd 

edilir. Ancaq bu bütün əhaliyə deyil, yalnız Naxçıvan  şəhəri və eyni adlı mahalda yaşayan Kəngərlilərə, 

həmçinin Dərələyəz mahalının şərq hissəsində yaşayan və «Qaraca kürdləri» adlanan əhaliyə də aid edilmişdi. 

«Statistik təsvir»in verdiyi məlumata görə, Kəngərlilərin 20 tayfadan ibarət olduğu qeyd edilir. 920 

ailədən ibarət olan Kəngərlilər Naxçıvan mahalının 18 yaşayış  məntəqəsində  məskunlaşmışdılar. Bunlardan 

doqquz tayfa Naxçıvan şəhərində, on biri isə Naxçıvan mahalının 17 kəndində yaşayırdı

30



«Qaraca kürdləri» doqquz tayfadan və 660 ailədən ibarət idi. Onlar tatar dilinin (Azərbaycan dili 

nəzərdə tutulur — S. V.) xüsusi bir ləhcəsində danışırlar

31



Naxçıvan diyarı  əhalisinin sosial tərkibinə  gəldikdə qeyd etməliyik ki, bu məsələ barəsində dolğun 



məlumat verən İ. Şopenin tərtib etdiyi cədvələ əsasən Naxçıvan diyarının iki şəhərində — Naxçıvan və Ordubad 

şəhərlərində 2133 ailə (8904 nəfər) yaşayırdı. Bunlardan da Naxçıvanda 1330-u, Ordubadda isə 803 ailə 

yaşayırdı

32



Kənd  əhalisinə  gəldikdə isə Naxçıvan xanlığının  İrana bağlı olduğu dövrdə xanlığın kənd  əhalisinin 

sayı 4850 ailə idi ki, bunun da əksəriyyəti, yəni 3500 ailə (72,1%) Naxçıvan bölgəsində, 1350 ailə (27,9%) isə 

Ordubad bölgəsində yaşayırdı

33



Göründüyü kimi, hər iki bölgədə kənd əhalisinin sayı şəhər əhalisinin sayından xeyli üstün idi. 

Əhalinin sıxlığı məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, ayrı-ayrı mahalların əhalisinin sayının 

məlum olmasına baxmayaraq, onların yerləşdikləri ərazinin ölçüsü barədə əlimizdə heç bir dəlil yoxdur. Odur 

ki, əhalinin sıxlığı haqqında yalnız 

[37-38] 

Naxçıvan və Ordubad bölgələri üzrə hesablamalarımızın nəticəsini 

bildirə bilərik. Naxçıvan diyarı  ərazisinin yuxarıda qeyd edildiyi kimi, 4500 verstə, o cümlədən Naxçıvan 

bölgəsi  ərazisinin 3300 verstə, Ordubad bölgəsininkinin isə 1200 verstə  bərabər olduğu və bütün diyarın 

                                                            

27

 S. Qlinka. Göstərilən əsəri. 



28

 Н. Шавров. Русская колонизация на Кавказе. Вопросы колонизации. – СПб. 1911. 

29

 В. Туманян. Материалы к новой истории Восточной Армении. – «Вестник общественных наук», Ереван, 1986, №8, с. 88. 



30

 NƏST, s. 31-32. 

31

 Yenə orada, s. 32, 80; 1839-cu ildə Kəngərlilərin sayı 1270 ailəyə bərabər idi. Bax: Колониальная политика российского царизма в 



Азербайджане в 20-60-х годах XIX в., ч. I. – М. – Л.: 1936, с. 153. 

32

 И. ШопенGöstərilən əsəri, s. 540. 



33

 Yenə orada. 




20 

 

əhalisinin sayının isə 41482 nəfərə çatdığı  nəzərə alınarsa, o zaman bu dövrdə Naxçıvan diyarında  əhalinin 



sıxlığına görə I verstə 9,2 nəfər düşdüyünü müəyyən etmək olar. 

Naxçıvan xanlığının  əhalisi hüquq və  vəzifələri baxımından vergi verənlərə  və vergidən azad 

olunanlara bölünürdü. Vergidən azad olunanlara xan ailəsinin üzvləri, bəylər, sultanlar, məliklər, din xadimləri 

(axund, molla, seyid və s.) daxil idilər. Yerdə qalanlar isə, yəni kəndlilər, sənətkarlar, ticarətlə məşğul olanlar, 

bir sözlə, gəliri olan şəxslər vergi verənlər qrupuna daxil idilər

34



Vergidən azad olunmuş ailələr  əsas etibarilə Naxçıvan bölgəsində, xüsusilə  də Naxçıvan  şəhərində, 

Ordubad bölgəsi üzrə isə Ordubad şəhərində yaşayırdılar

35



Naxçıvan diyarı əhalisinin məşğuliyyəti bu diyarın fiziki coğrafiyası, iqlim şəraiti və digər amillərlə 



şərtlənirdi. «Statistik təsvir»də,  İ.  Şopenin yuxarıda adını qeyd etdiyimiz əsərində  və digər müəlliflərin 

əsərlərində Naxçıvan diyarı əhalisinin məşğuliyyət sahələri, onun coğrafiyası barədə geniş məlumat verilmişdir. 

Əkinçilik, maldarlıq, sənətkarlığın bir çox sahələri isə burada əhalinin əsas məşğuliyyəti idi. 

Naxçıvan diyarı ərazisinin böyük bir hissəsi əkinçilik üçün yararlı olduğuna görə burada buğda, arpa, 

darı, çəltik, pambıq, tütün, mərcimək, noxud əkib-becərir, bağçılıq və bostançılıqla məşğul olurdular

36



Otlaqların bol olması Naxçıvan diyarında maldarlığın inkişafı üçün əlverişli şərait yaradırdı. Xırda və 

iribuynuzlu mal-qara bəsləyən Naxçıvan diyarının əhalisi dəri aşılamaqla, yağ-süd məmulatlarının istehsalı ilə 

də məşğul olurdu

37

.



 [38-39]

 

Eyni zamanda əhali Naxçıvan diyarında sənətkarlığın bir çox sahələri ilə  də  məşğul idi. Bez parça-



ların istehsalı, zərgərlik. dəmirçilik, qalayçılıq və digər sənətkarlıq sahələri Naxçıvan diyarında çox 

yayılmışdı

38



Bu və ya digər məşğuliyyət sahələri  ətraflı  şəkildə II fəslin müvafiq paraqraflarında nəzərdən 



keçiriləcəkdir. 

 

b) Kənd təsərrüfatının yerləşdirilməsi 

 

Tədqiqatçıların haqlı fikrincə, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra Naxçıvan 



diyarında da nə sosial-iqtisadi münasibətlərdə, nə  də  məhsuldar qüvvələrin inkişafında XIX əsrin birinci 

yarısında elə bir əhəmiyyətli dəyişiklik baş verməmişdir. Kənd  əhalisi yenə  də  əsasən taxılçılıq, maldarlıq, 

ipəkçilik, bağçılıqla və s. məşğul olmuşdu

39

. Başqa Azərbaycan xanlıqlarından bir qədər gec Rusiya tərəfindən 



zəbt edilən Naxçıvan diyarında da vəziyyət belə idi. 

Arxiv sənədlərinin azlığına,  əldə olan sənədlərin verdiyi məlumatların isə  məhdud olmasına 

baxmayaraq, onları Azərbaycanın ayrı-ayrı bölgələri, o cümlədən Naxçıvan diyarı, onun mahalları üzrə 

araşdırdıqda bu diyarın sosial-iqtisadi inkişafında, xüsusilə kənd təsərrüfatının inkişafında heç bir dəyişikliyin 

olmadığının və Naxçıvan diyarı daxil olmaqla çarizmin Qafqazda bütün əyalətlərini Rusiyanın inkişaf etməkdə 

olan sənayesi üçün bir xammal bazasına çevirmək siyasətinin şahidi oluruq

40



Eyni zamanda bu siyasətin həyata keçirilməsinə  şərait yaradan amillərdən biri də Rusiyanın işğalı 



dövründə Naxçıvan diyarı iqtisadiyyatının  əsas sahələri olan əkinçilikdə, maldarlıqla natural təsərrüfatçılığın 

aparıcı mövqedə olması və xanlıq dövründən qalma torpaq mülkiyyəti formalarının və istehsal münasibətlərinin 

qüvvədə qalmasıdır. 

Azərbaycanın digər xanlıqlarında olduğu kimi

[39-40] 

Naxçıvan xanlığında da beş torpaq mülkiyyəti 

forması mövcud olmuşdur. Bunlardan başlıcası divani, yəni dövlət torpaqları, xan ailəsi üzvlərinə aid olan 

torpaqlar «xalisə», iri bəylərə mənsub olan torpaq sahələri «mülk», məscid, pir və digər dini ocaqlara məxsus 

olan torpaqlar «vəqf» və kənd icmalarının istifadəsində olan torpaqlar isə «camaat torpaqları» adlanırdı

41



Naxçıvan diyarında kənd təsərrüfatının məhsulları  həmin torpaqlarda əkilib becərilirdi.  Əkinçiliyin 

vəziyyətini araşdırmazdan  əvvəl bu qeyd edilən torpaqların  əkin üçün yararlı olub-olmamasını müəyyənləşdirməyi 

məqsədə uyğun hesab edirik. 

                                                            

34

 NƏST, s. 192 



35

 И. Шопен. Göstərilən əsəri, e. 688-690, 700. 

36

 NƏST, s. 65, 70, 74, 80, 81, 188; А. С. Сумбатзаде. Сельское хозяйство Азербайджана в XIX в. – Баку: 1959, с. 69-72, 103, 104, 



117, 122. 

37

 NƏST, s. 92-93. 199-200; И. Шопен. Göstərilən əsəri, s. 783—797; Ə. S. Sцmbatzadə. Göstərilən əsəri, s. 81, 85, 89, 96, 92. 



38

 И. ШопенGöstərilən əsəri, s. 844: A. S. Sumbatzadə. Промышленность Азербайджана, с. 44, 48, 57, 65-66, 94, 106. 

39

 M. M. Gülmalıyev. Göstərilən əsəri, s. 85. 



40

 Колониальная политика российского царизма в Азербайджане, с. 314. 

41

 И. Петрушевский. Очерки истории феодальных отношений в Азербайджане и Армении XVI-начала XIX вв. – М.- Л.: 1949;с. 



222-247; Yenədə onun, К вопросу об иммунитете в Азербайджане в XVII — XVII вв.- «Исторический сборник», 1945, №4, с. 72. 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə