SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

17 

 

Ordubad bölgəsinə  gəldikdə isə burada ailə sayında ciddi dəyişikliklər qeydə alınmamışdır: 



Türkmənçay müqaviləsinə  qədər buranın beş mahalı  və bir şəhərində (Ordubad) 2221 ailə olmuşdur. 

Müşahidələr göstərir ki, cüzi olsa da ailə sayında artım Ordubad şəhərində (1,6 dəfə), Dəstə  və  Cənənab 

mahallarında olmuşdur. Dəstə mahalında ailə sayı 319-dan 390-a, Cənənab mahalında isə 119-dan 142-yə 

yüksəlmişdir. Digər mahallarda isə ailələrin sayı xeyli azalmışdı. Bunun ən yüksək göstəricisi Ordubad 

mahalında idi — 3,2 dəfə, burada ailə sayı 633-dən 193-ə enmişdi. Azalma Əylis və Bilev mahallarında da 

müşahidə olunurdu. Əylis mahalında  əvvəlki dövrlə müqayisədə 13 ailə azalmış, 388 ailəsi olan Bilev 

mahalında isə artıq 349 ailə qeydə alınmışdır

12



Naxçıvan diyarı üzrə əhalinin sayına gəldikdə isə ailə tərkibinin beş nəfərdən ibarət olduğunu qəbul 

etsək, onda Naxçıvan diyarı üzrə  əhalinin sayı 34655 nəfər olur ki, bunun da 67,9% -i Naxçıvan bölgəsinə,  

32,1 %-i isə Ordubad bölgəsinin payına düşürdü. 

Yuxarıda qeyd edildiyi kimi, Naxçıvan diyarının  əhalisinin ümumi sayında da xususilə XVIII əsrin 

sonu — XIX əsrin əvvəllərində (34655—23450 nəfər və yaxud 18,2% ) azalma hiss olunmuşdur. 

Bu azalmanın bir səbəbi çox güman ki, ölkə daxilində yaranmış siyasi sabitsizlikdən ehtiyat edən 

əhalinin qonşu əyalətlərə köçmələri ilə əlaqədardır. Həqiqətən də, mənbələrin verdiyi məlumata görə, əhalinin 

köçmə halları birinci və ikinci Rusiya-İran müharibələri dövrünə təsadüf edir. Bu zaman əhalinin bir qismi İrana 

könüllü şəkildə qaçmış, digər qismi isə Abbas Mirzənin əmri ilə zorla İrana köçürülmüşdür. 

[31-32]


 

Müharibələr zamanı  İrana könüllü köçən ailələrdən Naxçıvan mahalının Təzəkənd kəndinin 25 

ailəsini, Nehrəm kəndinin 81 evlik əhalisini göstərmək olar

13

. Belə köçmələr Xok və  Əlincə mahallarında, 



Ordubadın Dəstə mahalında da olmuşdur

14



Naxçıvan diyarının daxilində olan bəzi köçmə halları sosial məsələlərlə — torpaq azlığı, su çatış-

mazlığı və s. bu kimi hallarla da bağlı idi

15



Türkmənçay müqaviləsi imzalandıqdan sonra əksinə, Naxçıvan diyarında da əhalinin sayının artması 



müşahidə olunur. Bu da ilk növbədə  İran  ərazisindən ermənilərin kütləvi  şəkildə yeni zəbt edilmiş yerlərə 

köçürülməsi ilə bağlı idi

16



Ermənilərin Türkmənçay müqaviləsindən sonra Naxçıvana köçürülmələri xronoloji baxımdan tədqiqat 



dairəsindən kənar olsa da, həmin məsələnin aktuallığını  nəzərə alaraq bunun üzərində bir qədər dayanmağı 

məqsədəuyğun hesab edirik. 

Azərbaycan  ərazisində  İranla Türkiyə  sərhədləri arasında  əsasən ermənilərdən ibarət olan xristian 

dövləti yaratmaq məqsədini güdən Rusiya dövlətinin belə hərəkəti «Naxçıvanın statistik təsviri»ndə xristianlara 

edilən «atalıq qayğısı» kimi qiymətləndiri

17

lmişdir. 



Mümkün qədər ermənilərin çox sayda köçürülməsi məqsədini güdən Rusiya hökuməti və kömək 

arzusunda olan ermənilər digər tərəfdən köçürülən  əyalətlərdə  nə  qədər boş yer olduğunu bilmir, torpağın 

keyfiyyətindən xəbərsiz idilər. Köçürülən ermənilərin sayı o qədər çox idi ki, onları tez yerləşdirmək mümkün 

olmurdu. Bunun üçün də  gəlmə ermənilər boş torpağı  və evi olan yaxşı  kəndləri seçir və ondan sonra yerli 

idarələrə müraciət edərək, onları məskunlaşdıqları yerə qeydiyyata salmalarını tələb edirdilər

18



Rusiyanın bu köçürmə siyasəti nəticəsində Naxçıvan diyarında erməni əhalisinin sayı sürətlə artmaqla 

bərabər, eyni zamanda yerli əhaliyə də ziyan vururdu. Məcburiyyət qarşısında yerlilər öz torpaqla 

[32-33] 

rının 


bir qismini rus silahının qorxusu altında gəlmə ermənilərə verməli oldular

19



Naxçıvan diyarına köçürülən ermənilərin sayı barədə «Statistik təsvir»də, İ. Şopenin və S. Qlinkanın 

əsərlərində geniş məlumat vardır. Ancaq bu əsərlərdəki məlumatlarda say baxımından fərq vardır. Fikrimizcə,  

İ.  Şopenin verdiyi məlumatları  əsas kimi qəbul etmək olar, çünki «Statistik təsvir»in müəllifi köçüb gəlmiş 

ermənilərin tam şəkildə yerləşdiyini və bu yerləşmənin hələ  də davam etdiyini göstərir

20

. Bununla bərabər,  



İ.  Şopennn məlumatları ermənilərin yerləşdirilməsinin son mənzərəsini yaradırsa, «Statistik təsvir»də olan 

məlumatlar köçürülmənin ilkin mərhələsindəki vəziyyət barəsində təsəvvür yaradır. 

                                                            

12

 И. ШопенGöstərilən əsəri, s. 599-627, 688-690, 699, 670. 



13

 NƏST, s. 133. 

14

 Yenə orada, s. 151, 153, 155, 157, 225. 



15

 Yenə orada, s. 133, 145, 169, 227, 229. 

16

 С. Глинка. Описание переселения армян Азербайджанских в пределы России… М. 1831, с. 103. 



17

 NƏST, s. 82. 

18

 Yenə orada, s. 83. 



19

 NƏST, s. 83. 

20

 Yenə orada, s. 48. 




18 

 

«Statistik təsvir»dəki məlumata  əsasən deyə bilərək ki, köçürülmənin ilkin mərhələsində Naxçıvan 



şəhərinə  və eyni adlı dairənin 43 kəndinə 2285 erməni ailəsi və yaxud 11651 nəfər, Ordubad nahiyəsinin 4 

kəndinə isə 266 erməni ailəsi və yaxud 1509 nəfər yerləşdirilmişdir. Naxçıvan diyarının 47 yaşayış məskəninə 

köçürmənin ilkin mərhələsində 2551 erməni ailəsi (13160 nəfər) məskunlaşmışdır ki, bunun da əsas hissəsi 

(88,5%) Naxçıvan dairəsinin payına düşürdü. Bunu da qeyd etmək lazımdır ki, Naxçıvan dairəsində 

yerləşdirilən ailələr çox sıx  şəkildə  məskunlaşmışdır. Belə ki, Naxçıvan  şəhərinə 416, Cehri kəndinə 151, 

Küznüt kəndinə 72 erməni ailəsi yerləşdirilmişdi

21



Köçürmənin sonrakı  mərhələlərində Naxçıvan diyarında yerləşdirilmiş erməni ailələrinin sayında 



dəyişiklik olduğu nəzərə çarpır. İ. Şopennn göstərdiyi kimi, artıq 1831-ci ildə Naxçıvan diyarında gəlmə erməni 

ailələrinin sayı 2387 olmuşdur

22

. «Statistik təsvir»də verilən ailə sayı arasında fort 164 ailəyə  bərabərdir. 



Fikrimizcə, köçüb gəlmiş ermənilərin sayının çoxluğundan, boş  və  bərəkətli torpaqların çatışmazlığından 

sonralar, yəni 1831-ci ilə qədər bu 164 erməni ailəsi Naxçıvan diyarından köçüb Azərbaycanın sabiq İrəvan və 

Qarabağ xanlıqları, habelə digər bölgələrinə yerləşmişdilər.

 [33-34]


 

Gəlmə ermənilər Naxçıvan və Ordubad dairələrinin bərəkətli torpaqlarında özlərinə məskən seçmişlər. 

Məsələn, Naxçıvan dairəsinin Dərələyəz mahalına 507, Naxçıvan mahalına 941 erməni ailəsi yerləşdirilmişdir. 

Ordubad dairəsində isə gəlmə ermənilərlə ən çox məskunlaşmış mahal Bilev mahalı idi (171 ailə). İ. Şopenin 

tərtib etdiyi cədvəldən görünür ki, kəlmə erməniləri yerli ermənilərin sayı az olan mahallarda yerləşdirməyə 

üstünlük verilmişdi. Misal üçün, 150 erməni ailəsi olan Naxçıvan mahalına daha 941 ailə yerləşdirərək onların 

sayını 1041-ə qaldırmaqla yerli azərbaycanlıların sayını (979 ailə) üstələmişlər. 58 erməni ailəsi olan Dərələyəz 

mahalına daha 50739 erməni ailəsi yerləşdirmişdilər

23

. Çar Rusiyası sabiq Naxçıvan xanlığının  ərazisində 



azərbaycanlıların xüsusi çəkisini beləliklə azaltmağa çalışmışdır. 

Köçürmə siyasətində  nəzərə çarpan bir cəhət də ermənilərin heç ayaqları  dəyməyən mahallara 

yerləşdirilməsi olmuşdur. Belə ki, əhalisi yalnız 282 azərbaycanlı ailəsindən ibarət olan Məvazi-Xatun mahalına 

216 erməni ailəsi,  əhalisi 767 azərbaycanlı ailəsindən ibarət Ordubad şəhərində 36 erməni ailəsi yer-

ləşdirilmişdir

24



Beləliklə  də, köçürmə siyasəti nəticəsində Naxçıvan diyarında həm süni şəkildə erməni  (xristian) 

əhalisinin sayı artırılmış və say baxımından azərbaycanlılar ilə ermənilər arasında olan nisbət dəyişdirilmiş, həm 

də Naxçıvan diyarının bütün mahallarına ermənilər yerləşdirilmişdi. Bununla da çar hökuməti yenicə  ələ 

keçirmiş İrəvan və Naxçıvan xanlıqlarını xristianlaşdırmaq yolunda çox ciddi addımlar atmağa başlamışdır. 

Yuxarıda dediklərimizə  əlavə edək ki, köçürməyə  qədər  əgər Naxçıvan bölgəsində 530 xristian, o 

cümlədən erməni ailəsi var idisə, Türkmənçay müqaviləsindən sonra buradakı xristianların sayı 4 dəfə artırılaraq 

daha 2137 ilə köçürülmüşdür. Ordubad dairəsində isə 400 erməni ailəsi var idisə, köçürmə siyasəti tətbiq 

olunmağa başladığı vaxtdan buranın erməni 

[34-35] 

əhalisinin sayı 62,5% artırılaraq 650-yə çatdırılmışdır

25



Çar hökumətinin köçürmə siyasətinə  qədər Naxçıvan diyarının  əhalisinin böyük əksəriyyəti 



azərbaycanlılar idi: bu vaxt burada 5538 azərbaycanlı ailəsi yaşayırdı ki, onların da sayı 24385 nəfərə bərabər 

idi. Halbuki erməni ailələrinin sayı köçürməyə qədər 930 idi (və yaxud 5078 nəfər)

26

. Göründüyü kimi, köçürmə 



siyasətinə qədər Naxçıvan diyarının əhalisinin 82,8%-ni azərbaycanlılar təşkil edirdi; erməni əhalisinin sayı isə 

17,2%-ə bərabər, idi. 

Yeri gəlmişkən, mövzudan bir qədər uzaqlaşaraq, müasir dövrdə aktual səsləndiyini nəzərə alaraq 

qeyd etməliyik ki, hazırda Azərbaycan torpaqlarına göz dikən erməni təcavüzkarları erməni ideoloqlarının 

üzdəniraq nəzəriyyələrinə əsaslanaraq heç bir dəlilləri olmadan ermənilərin Azərbaycan torpaqlarında, xüsusilə 

Naxçıvan diyarında və Qarabağda yaşamalarını az qala eramızdan əvvəlki dövrlə əlaqələndirirlər. Bu qeyri-elmi 

fikri ifşa edən Azərbaycan alimlərinin  əksəriyyəti, xüsusilə Z. M. Bünyadov, İ. H. Əliyev, M. A. İsmayılov,  

F. Məmmədova və başqaları mövcud tarixi sənədlərə arxalanaraq ermənilərin Naxçıvan və Qarabağ 

bölgələrində  məskun olmalarını 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi ilə  əlaqələndirirlər. Bu 

məsələdən bəhs olunarkən nədənsə 1829-cu ildə imzalanmış  Ədirnə müqaviləsi xatırlanmır. Halbuki həmin 

tarixi aktlara (Türkmənçay və  Ədirnə müqavilələrinə) hələ ikinci Rusiya-İran müharibəsi və 1828-1829-cu il 

Rusiya-Türkiyə müharibəsi qurtarar-qurtarmaz rus tarixçiləri və  hərbçiləri tərəfindən xüsusi kitablar da həsr, 

                                                            

21

 Yenə orada, s. 125-127. 



22

 И. Шопен.. Göstərilən əsəri, s. 635—638. 

23

 И. ШопенGöstərilən əsəri, s. 635-638. 



24

 Yenə orada. 

25

 И. ШопенGöstərilən əsəri, s. 635-638. 



26

 Yenə orada. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə