SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   2   3   4   5   6   7   8   9   ...   24

 

göstərmişdir.



 [14-15] 

T. T. Mustafazadənin zəngin arxiv materialları əsasında yazılmış monoqrafiyasında 1723 

— 1735-ci illər türk işğalı dövründə Azərbaycanın inzibati-ərazi bölgüsünə də toxunulmuşdur.

31 


Azərbaycan kəndinin XVIII əsrin sonu — XIX əsrdəki sosial-iqtisadi strukturuna həsr etdiyi 

monoqrafiyasında M. M. Gülmalıyev müxtəlif arxivlərdən Naxçıvan diyarının kənd təsərrüfatı ilə bağlı statistik 

materialları toplamış  və  kənd təsərrüfatının ayrı-ayrı sahələri barədə Azərbaycan üzrə ümumiləşdirmələr 

etmişdir


32

Kitab yazılarkən bu və ya digər məsələlərin tədqiqi ilə  əlaqədar Z. M. Bünyadovun, İ. P. Petru-



şevskinin, Ə. A. Rahmaninin, H. M. Məmmadovun, S. F. Oreşkovanın, A. A. Paşayevin, X. R. Vahidovanın və 

digər müəlliflərin də əsərlərindən istifadə olunmuşdur

33



Beləliklə, kitabda Azərbaycan tarixşünaslığında ilk



 

dəfə Naxçıvan diyarının tarixi coğrafiyasının 

araşdırılmasına təşəbbüs göstərilir. Burada Naxçıvan diyarının  ərazisinin dəyişilməsində siyasi hadisələrin, 

müharibələrin təsiri araşdırılır, ölkənin  ərazi-inzibati bölgüsü və onun dəyişdirilməsinin səbəbləri, kənd 

təsərrüfatının, sənətkarlığın coğrafiyası, əhalinin etnik və sosial tərkibi, demoqrafik dəyişmələri ilk dəfə olaraq 

tarixi coğrafiya baxımından tədqiq edilir. 

                                                            

31

 Т. Мустафазаде. Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в.- Баку;Элм, 1993. 



32

 M. M. Gülmalıyev. XVIII əsrin sonu — XIX əsrin birinci yarısında Azərbaycan kəndinin sosial-iqtisadi strukturu.—Bakı, Elm, 1989. 

33

 И. Петрушевский. Очерки истории феодальных отношений в Азербайджане и Армении XVI-начала XIX вв. – М.- Л.: 1949; 



А.  А  Рахмани.  Азербайджан  в  конце XVI и XVII веке.-  Баку: 1981;  З. M. Bünyadov. H. M. Məmmədov.  Naxçıvan dəftəri.—

«Ədəbiyyat və incəsənət» qəzeti 13 sentyabr 1985; Г. М. Мамедов. Османская налоговая система в Азербайджане в 20-30-х годах 

XVIII  в. (на  материалах  эялета  Гянджи  и  санджака  Казах);Авторф.  Канд.  Ист.  Наук – Баку, 1985; С.  Г.  Орешкова 

Государственная  власть  и  некоторые  проблемы  формирования  социальной  структуры  Османского  общества.  Бах:  Османская 

империя  (система  государственного  управления,  социальные  и  этнорелигиозные  проблемы) – М.:1986;  А.А.  Пашаева.  Город 

Ордубад в XIX – нач. XX в. (историко-этнографическое исследование). Автореф. Канд. Ист. Наук – Баку: 1988; Х. Р. Ваидова. 

История города Ордубада в XIX – нач. XX в. Автореф. Канд. Ист. Наук – Баку: 1990. 



10 

 

I F 



ə s i l 

 

NAXÇIVAN DİYARI ƏRAZİSİNİN 

DƏYİŞMƏSİNƏ SİYASİ HADİSƏLƏRİN 

TƏSİRİ 

 

Naxçıvan diyarının  ərazisi Rusiya tərəfindən işğal olunana qədər tərkib hissəsi olduğu Səfəvilər, 



sonralar isə Nadir şah  Əfşar dövlətinin istər xarici dövlətlərlə, xüsusilə Osmanlı dövləti ilə olan siyasi 

münasibətlərinin, istərsə da adlarını qeyd etdiyimiz dövlətlərin daxilində  cərəyan edən siyasi hadisələrin 

nəticəsində inzibati-ərazi bölgüsü baxımından dəfələrlə dəyişikliklərə məruz qalmışdır. 

Qeyd etdiyimiz iki mühüm cəhətin — xarici dövlətlərlə olan siyasi münasibətlərin və daxildə cərəyan 

edən siyasi hadisələrin Naxçıvan ölkəsinin ərazisinin dəyişməsinə nə kimi təsir etdiyinə nəzər salaq: Naxçıvan 

ölkəsinin ərazisinin dəyişməsinə siyasi hadisələrin təsiri baxımından Səfəvi-Osmanlı qarşıdurması xüsusilə qeyd 

edilməlidir. Ancaq əvvəlcədən qeyd etmək istərdik ki, Səfəvi-Osmanlı siyasi münasibətlərinin üzərində ətraflı 

dayanmağı qarşımıza məqsəd kimi qoymuruq, çünki bu məsələlər tarixçilərdən  İ. P. Petruşevskinin,  

O. Ə. Əfəndiyevin, Ə. Ə. Rəhmaninin və F. M. Əliyevin əsərlərində geniş şəkildə işıqlandırılmışdır

1

. Biz sadəcə 



olaraq, burada bu siyasi münasibətlərin yalnız Naxçıvan diyarı ilə bağlı nəticələrinə toxunmaq istəyirik. 

[16-17]


 

Naxçıvan diyarı Səfəvilər dövlətinin tərkibində inzibati bölgü baxımından Azərbaycana aid olan dörd 

bəylərbəylikdən biri — Çuxur-Səd bəylərbəyliyinə daxil edilmişdir. Çuxur-Səd bəylərbəyliyinin daxilində isə 

Naxçıvan diyarı Qızılbaş tayfasından olan Ustaclulara verilərək, onların «ölkəsi»nə çevrilmişdir

2



XVI  əsrin  əvvəllərindən başlayaraq XVII və XVIII əsrin birinci yarısında Osmanlı imperiyası 



fasilələrlə Azərbaycanı ələ keçirmək üçün dəfələrlə bu ölkəyə yürüşlər təşkil etmişdir. Osmanlıların bu yürüşləri 

nəticəsində Azərbaycanın xəritəsi dəyişmiş, müharibələr Azərbaycana, o cümlədən Naxçıvan ölkəsinə böyük 

ziyan vurmuş, müvəqqəti olaraq ələ keçirilən Naxçıvan diyarı və onun mərkəzi şəhəri dəfələrlə dağıntıya məruz 

qalmış və yandırılmışdır

3



Müharibələr nəticəsində  Səfəvi hakimiyyəti tərkibindən təcrid edilən Azərbaycan  ərazisində 



osmanlılar öz idarəetmə sistemlərini tətbiq etmiş  və ilk tədbir kimi onlar ölkəni paşalıqlara və sancaqlara 

bölmüşlər

4

, Bu bölgü Naxçıvan ölkəsinə də toxunmuşdur. 



Səfəvilər dövründə Naxçıvan diyarının sadəcə olaraq, Ustacluların «ölkəsi» olduğu məlumatından 

başqa, son vaxtlara qədər bu ölkənin ərazisi, onun inzibati bölgüsü haqqında heç bir məlumat əldə edilməmişdi. 

Osmanlıların hakimiyyəti dövründə Naxçıvan diyarının ərazi və inzibati bölgüsü barəsində yeni mənbələr yalnız 

son zamanlarda aşkar edilmişdir. Bu mənbələrdən  ən  əhəmiyyətlisi osmanlıların  ələ keçirdikləri yerlərin 

əhalisindən vergi toplamaq məqsədi ilə  tərtib etdikləri yuxarıda adı  çəkilən «Müfəssəl dəftərlər»dir. Bu 

dəftərlərdə Naxçıvan diyarı ilə də bağlı çox qiymətli məlumatlar vardır. 

Naxçıvan diyarı ilə bağlı məlumatlar verən dəftərlərdən biri də «İrəvan əyalətinin müfəssəl dəftəri»dir. 

393 səhifəlik bu dəftərin 117 səhifəsi (səhifə 276 - 393) Naxçıvan diyarına aiddir. Dəftərdəki mə 

[17-18] 

lumata 


görə, Naxçıvan diyarı inzibati baxımdan «sancaq» kimi qeydə alınmışdır. Osmanlıların inzibati bölgüsünə görə 

Naxçıvan sancağı on altı nahiyəyə bölünmüşdür: Naxçıvan, Məvaziyi-Xatun, Mülkü-Arslan, Qarabağ, Dərəşam, 

Dərəşahbuz, Bozarçayı, Şərur, Zar, Zəbil, Əlinçə, Sisyan, Ordubad, Azadciran, Şorlut və Dərənürküt. Naxçıvan 

sancağının kəndləri bu nahiyələrə tabe idi. 

Osmanlılar dövründə Naxçıvan sancağının idarə edilməsi sancaqbəyinə, nahiyələr naiblərə, kəndlər isə 

kəndxudalara tapşırılmışdır. 

Nahiyələrin adlarından göründüyü kimi və  dəftərin verdiyi məlumatlara görə, Naxçıvan sancağının 

ərazisi bu günkü ərazisindən geniş olmuşdur. Belə ki, müasir Ermənistan Respublikasının tərkibində olan 

Yexeqnadzor, Əzizbəyov, Sisyan və Mehri rayonlarının ərazisi də Naxçıvan sancağının tərkibində olmuşdu. 

Yuxarıda göstərilən inzibati-ərazi bölgüsü ilə osmanlılar tərəfindən idarə olunan Naxçıvan sancağı 

Səfəvilərin və daha sonra Əfşarların apardıqları müharibə nəticəsində türk qoşunlarından təmizlənmişdir. 

                                                            

1

  И.  П.  Петрушевский.  Азербайджан  в XVI-XVII вв. – Сборник  статей  по  истории  Азербайджана.  Вып. 1, Баку, 1949;  



О.  А.  Эфендиев.  Азербайджанское  государство  Сефевидов  в XVI веке. – Баку:  Элм, 1981; Ф.  М.  Алиев.  Антииранские 

выступления и борьба против турецкой агрессии в Азербайджане в первой половине XVIII века.- Баку: Элм, 1975. 

2

 О. А. Эфендиев. Территория и границы Азербайджанских государств в VX-XVI вв.- «Историческая география Азербайджана». 



Баку, Элм, 1987,с. 114. 

3

 R. Məmmədov. Naxçıvan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü). — Bakı: Elm, 1977, s. 125 — 126. 



4

 O.Ə. Əfəndiyev. Azərbaycan XIII-XVII əsrlərdə. – “Azərbaycan tarixi”, Bakı, Elm, S. 165-166. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə