SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   2   3   4   5   6   7   8   9   ...   24

 

inzibati-ərazi vahidi yaradılmışdı



16

.  Ədalət naminə qeyd etmək lazımdır ki, İ.  Şopenin  əsəri rus işğalları 

dövründə meydana gəlmiş digər əsərlərdən faktiki materialların zənginliyi ilə xeyli fərqlənir. 

XVIII  əsrin ikinci yarısı — XIX əsrin  əvvəllərinə dair sırf arxiv sənədləri də azlıq təşkil edir. Belə 

sənədləri az-çox Rusiyanın arxivlərində müşahidə etmək mümkündür. Bu da təsadüfi deyil. Bütün XVIII əsr 

boyu Rusiya dövləti Cənubi Qafqazı  mənimsəmək məqsədi ilə bu diyarı öyrənməyə  səy göstərmiş  və buraya 

göndərdiyi diplomatlara, hərbi xadimlərə, məmurlara, hətta tacirlərə xüsusi tapşırıqlar vermişdir Onların yazılı 

surətdə mərkəzə verdikləri məlumatlar hazırda Rusiyanın bir sıra arxivlərində saxlanılmaqdadır. 

Həmin arxiv sənədlərindən birinci və ikinci Rusiya-İran müharibələri dövründə rus zabitlərinin Sankt-

Peterburqa göndərdikləri məktubları, Qafqazda olan rus ordusunun qərargahının sənədləri, Naxçıvanın hakim 

feodallarından, xüsusilə Kəlb Əli xanın, Cəfər Qulu xanın rus dilinə tərcümə olunmuş məktubları, habelə Kartli-

Kaxetiya çarı II İraklinin Naxçıvan xanlığına olan münasibətinə dair Rusiyanın dövlət xadimlərinə yazdığı 

məktubları və s. göstərmək olar. 

Tədqiq etdiyimiz mövzu üçün Kartli-Kaxetiya çarı II İraklinin yanında olmuş (1783) rus ordusunun 

polkovniki S. D. Burkaşevin mərkəzə göndərdiyi raportlarında xüsusilə  zəngin faktlar vardır ki, onlar da 

Rusiyanın  əsas etibarilə  Mərkəzi dövlət hərbi tarixi arxivində hifz olunur. Arxiv sənədləri arasında 

 II  Yekaterinanın, Q. A. Potyomkinin, D. P. Sisianovun və başqalarının fərman, raport və  məktublarında da 

maraqlı  məlumatlar vardır.

 [10-11] 

Məlum olduğu kimi, 1816-cı ildə rus generalı A, J. Yermolovun başçılığı 

altında Rusiya imperiya-sının nümayəndəliyi  İrana göndərilmişdi. Həmin diplomatik missiya və  

A. Y. Yermolovun apardığı danışıqlar haqqında tarixi ədəbiyyatda geniş  məlumatın olmasına baxmayaraq, 

nədənsə A. Y. Yermolovun Naxçıvanda olması  və  Kəlb  Əli xanla danışıqları bu günə kimi Azərbaycan 

tarixşünaslığında öz əksini tapmamışdır. Halbuki Yermolovun «jurnalında» və onu müşayiət edənlərin yol 

qeydlərində Yermolovun Kəlb  Əli xanla görüşü haqqında maraqlı  məlumat verilir. Xüsusilə bu mövzunun 

tədqiqatı ilə əlaqədar Kəlb Əli xanın rus generalı ilə söhbəti böyük maraq doğurur: birinci, ona görə ki, Kəlb Əli 

xanın sözlərindən aydın olur ki, hüquqi cəhətdən İrandan asılı olsa da, qəlbən İran hakimiyyətinə nifrət bəslədiyi 

hiss olunur. Unudulmamalıdır ki, Ağa Məhəmməd  şah 1797-ci ildə onu dünya işığından məhrum etmişdi. 

İkinci, danışıqların gedişindən aydın olur ki, gözləri çıxarılmış bu şəxs

 

vətəninin müstəqilliyi uğrunda mübarizə 



aparmaq naminə ruhdan düşməmiş, xanlığın siyasi həyatında fəal iştirak etmişdir. 

Rusiya tərəfindən edilən işğal ərəfəsində Naxçıvan xanlığı haqqında çox qiymətli məlumatlara həmin 

dövrdə diplomatik fəaliyyət göstərən görkəmli rus yazıçısı A. S. Qriboyedovun yazılarında da təsadüf edilir

17



Tədqiqat etdiyimiz Naxçıvan diyarının tarixi coğrafiyasını  işıqlandırmaq üçün XIX əsr rus 

tarixçilərinin  əsərlərindən də geniş istifadə olunmuşdur. Göstərmək lazımdır ki, XIX əsr rus tarixçilərinin 

əksəriyyəti baş vermiş hadisələrin mahiyyətini açmağa və onları  hərtərəfli təhlil etməyə o qədər də can 

atmırdılar. Onlar hər vasitə ilə rus çarizminin Qafqazda ki işğalçı siyasətinə haqq qazandırmağa çalışır və bu 

məqsədlə  bəzən hətta faktları saxtalaşdırmaqdan belə  çəkinmirdilər. Bütün bunlara baxmayaraq, XIX əsr rus 

tarixçilərinin Qafqaz bölgəsində gedən siyasi və tarixi coğrafi proseslərə həsr olunmuş əsərlərinin əhəmiyyətini 

azaltmaq olmaz. Belə müəlliflərdən biri XVIII əsrin sonlarında (1796)

 [11-12] 

rus qoşunlarının tərkibində 

Azərbaycanda olmuş akademik P. Q. Butkovdur. Rusiyanın müxtəlif arxivlərində saxlanan sənədlərə yaxından 

bələd olan P. Q. Butkovun əsəri elmi əhəmiyyətini bu günə  qədər itirməmişdir

18

.  Əsərdə Qafqazın digər 



bölgələri kimi Naxçıvan diyarının tarixi coğrafiyasına aid maraqlı faktlar və materiallar verilir. Digər rus 

tarixçisi N. F. Dubrovinin əsərində

19

  hərbi tarixə üstünlük verilsə  də, tarixi-coğrafiya məsələlərinə  də 



toxunulmuşdur. 

XIX  əsr rus müəlliflərinin bilavasitə Naxçıvan diyarının tarixinə, ilk növbədə isə onun tarixi 

coğrafiyasına həsr olunmuş  əsərləri böyük maraq doğurur. bu baxımdan K. N. Nikitinin «Naxçıvan  şəhəri və 

Naxçıvan qəzası»

20

 məqaləsini xüsusi qeyd etmək lazımdır. Əsər öyrəndiyimiz dövrdən xeyli sonra — 1882-ci 



ildə yazılsa da, müəllifin tez-tez xanlıqlar dövrünə müraciət etməsi ondan mötəbər məxəz kimi istifadə etməyə 

əsas verir. Məsələn, Naxçıvan qəzasının sərhədlərindən bəhs edən müəllif yazır ki, onun ərazisi «Naxçıvan 

                                                            

16

 Bu inzibati bölgü 1850-ci ilə kimi lavam etmiş və «İrəvan quberniyası» ilə əvəz olunmuşdur. Naxçıvan diyarı da həmin quberniyaya 



daxil edilmişdir. 

17

 А. С. Грибоедов. Записка о переселении армян из Персии в наши области. Сочинение в двух томах. Т. II – М.: Изд: «Правда», 



1971, с. 339-341. 

18

 П. Г. Бутков. Материалы для новой истории Кавказа с 1722 по 1802гг. ч. 1-3. – СПб, 1869. 



19

 Н. Ф. Дубровин. История войны и владычества русских на Кавказе. Т. I-III. – СПб,1871. 

20

  К.  Н.  Никитин.  Город  Нахичевань  и  Нахичеванский  уезд.-  Сборник  материалов  для  описания  местности  и  племен (bundan 



sonra СМОМПК), вып. П. Тифлис. 1882. 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə