SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   2   3   4   5   6   7   8   9   ...   24

11 

 

Türk qoşunları  Cənubi Qafqazı  zəbt edərkən Səfəvi dövlətinin inzibati quruluşu və bu dövlətdə 



mövcud olan feodal münasibətləri barədə  tərtib olunmuş müəllifi məlum olmayan «Təzkirət  əl-mülük» 

əlyazmasında da Səfəvi dövlətinin başqa  əyalətləri sırasında Azərbaycan torpaqlarından bəhs olunarkən 

Naxçıvan diyarının da inzibati quruluşunda baş vermiş dəyişikliklərə də toxunulmuşdur. 

«Təzkirət  əl-müluk»  əsərinin verdiyi məlumata görə, Naxçıvan ölkəsi XVII əsrin sonundan etibarən 

Çuxur-Səd bəylərbəyliyinin tərkibinə daxil edilmişdir. Bununla yanaşı, osmanlıların  əvvəllər tərtib etdikləri 

dəftərindən fərqli olaraq inzibati baxımdan Naxçıvan sancaq kimi deyil, Səfəvilər dövlətinin inzibati quruluşuna 

uyğun olaraq tümən kimi qeydə alınıb; həmin  əsərdə  (əlyazmasında) osmanlılar dövründə Zar və  Zəbil kimi 

qələmə alınan nahiyələr birləşdirilib Zar-zəbil adlandırılmışdır (hərçənd ki, həmin yerin inzibati vahid kimi 

nahiyə və yaxud da tümən olduğu göstərilmir) və nəhayət, bu dövrdə Sədərək adlı yeni inzibati vahid yaradıldığı 

haqqında da məlumat  əldə edilir. «Təzkirət  əl-mülük»ə görə, os-

[18-19] 

manlılar dövründən fərqli olaraq 

Naxçıvan diyarı Çuxur-Səd bəylərbəyliyinə tabe olan sancaqbəyi və yaxud da naiblər tərəfindən deyil, ayrı-ayrı 

hakimlər tərəfindən idarə olunurdu

5



XVIII  əsrin  əvvəllərində  Səfəvilər dövlətinin daxilində gedən ictimai-siyasi və sosial-iqtisadi 



proseslərin nəticəsində dövlət xeyli zəifləyir, ölkədə  mərkəzdənqaçma qüvvələr güclənməyə başlayır. Səfəvi 

dövlətində yaranmış  vəziyyətdən iki böyük qonşu dövlət — Rusiya və Osmanlı dövləti istifadə etməyə 

tələsdilər. Öz təbii sərvətləri və xammalı, eyni zamanda strateji mövqeyi ilə Azərbaycan Rusiya və Osmanlı 

dövlətləri üçün böyük əhəmiyyət kəsb edirdi

6



Rusiya hökmdarı I Pyotr 1722-ci ildə Azərbaycanın Xəzər boyu əyalətlərini ələ keçirmək üçün özü də 



başda olmaqla buraya ordu çəkdi. Bu yürüşdə I Pyotrun məqsədi Xəzər dənizinin qərb və  cənub sahillərini, 

sonra isə  Cənubi Qafqazda digər yerləri  ələ keçirmək, Xəzər dənizi vasitəsi ilə aparılan ticarətdə Rusiyanı 

Şərqlə Qərb arasında vasitəçi bir ölkə etmək idi. Elə bu zaman Avropa dövlətlərinin birləşmiş orduları ilə 1686 

— 1698-ci illərdə apardığı müharibədə  məğlub olmuş  və Avropada vaxtı ilə  əldə etdiyi böyük ərazi itirmiş 

Osmanlı imperiyası da bunun əvəzində Cənubi Qafqazda yeni torpaqlar ələ keçirmək məqsədi ilə bu tərəflərə 

yürüş etdi. 

Beləliklə, Rusiya və Osmanlı imperiyasının marağı Cənubi Qafqaz regionunda toqquşmalı oldu

7



1723-cü ilin yazında Cənubi Qafqaz və Şimal-qərbi İran istiqamətində hərəkət edən osmanlılar tezliklə 

Tiflisi  ələ keçirdilər. Daha sonra osmanlı  əsgərləri böyük maneələri dəf edərək Azərbaycanın  ərazisinə daxil 

oldu

8



Bu vaxt ərzində Bakını tutmuş Rusiya (1723) və Osmanlı imperiyası arasında hərbi toqquşma ehtima-

lı güclənirdi. Diplomatik danışıqların nəticəsində 12 iyun 1724-cü ildə Rusiya və Osmanlı imperiyası arasında 

İstanbulda müqavilə imzalandı. həmin müqaviləyə görə, Xəzər dənizinin qərb sahilləri Rusiyaya, 

[19-20] 


Gürcüstanın şərq hissəsi, Ermənistan, Azərbaycanın böyük bir hissəsi (Xəzərsahili bölgəsi istina olmaqla) İranın 

Qum və Kermanşah şəhərləri daxil olmaqla Osmanlı imperiyasının himayəsinə keçirdi

9



Ancaq bununla İstanbul müqaviləsinin  şərti bitmirdi. Tərəflər həmçinin II Təhmasibi  İstanbul mü-



qaviləsini tanıması üçün birgə təsir göstərmək barədə razılığa gəlmişdilər

10



Şah II Təhmasibin  İstanbul müqaviləsini tanımaqdan boyun qaçırması Osmanlı imperiyasına qeyd 

etdiyimiz müqavilədə göstərilən əraziləri ələ keçirmək üçün bir bəhanə oldu. 

1724-cü ilin ikinci yarısında və 1725-ci ilin əvvəllərində osmanlılar Gürcüstanı, Ermənistanı, 

Azərbaycanın böyük bir hissəsini, o cümlədən 1724-cü ilin avqustunda Ordubadı, sonra isə Naxçıvanı  ələ 

keçirdilər. 1725-ci ilin iyul ayında osmanlılar böyük çətinliklə ardı-arası kəsilməyən hücumlardan sonra Təbrizi, 

iki aylıq mühasirədən sonra avqust ayında Gəncəni, 1725-ci ilin axırlarında isə Ərdəbili zəbt etdilər

11



Beləliklə  də, Azərbaycanın böyük bir hissəsi, o cümlədən Naxçıvan ölkəsi osmanlıların tabeçiliyinə 



keçdi və burada Osmanlı idarəetmə üsulu tətbiq edilməyə başlandı. 

                                                            

5

 «Təzkirət əl-mülük», s. 111. 



6

 Ф. М Алиев. Антиранские выступления., с. 16-36. 

7

 Т. Т. Мустафазаде. Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в.- Баку: Элм, 1993,с.39,67. 



8

 Ф. М Алиев. Антиранские выступления., с.56-57,67. 

9

 T. T. Mustafazadə . Göstərilən əsəri, s. 83. 



10

 T. T. Mustafayev. XVIII əsrin birinci yarısında Azarlayanda Rusiyaya meylin güclənməsi. — Bakı: Elm, 1986, s. 33. 

11

 Ф, М. Алиев. Антииранские выступления. С. 74-78. 




12 

 

Naxçıvan ölkəsinin ərazisi barədə geniş məlumat "osmanlıların 1727-ci ildə tərtib etdikləri «Naxçıvan 



sancağının müfəssəl dəftəri»ndə vardır. Bu dəftər Azərbaycanla bağlı digər dəftərlər kimi İstanbulda, 

Başbakanlıq arxivində saxlanılır (№ 905). Dəftərin həcmi 302 səhifədir

12



Əgər Naxçıvan dəftərinin osmanlılar tərəfindən 1727-ci ilin avqust ayında başa çatdırıldığını



13

Naxçıvan ölkəsinin isə osmanlılar tərəfindən 1724-cü ilin avqust ayında ələ keçirildiyini nəzərə alsaq, dəftərin 



üç il ərzində tərtib edildiyini güman edə bilərik. 

[20-21]


 

Naxçıvan dəftərinin tərtib edilməsinə üç il sərf edilməsinin səbəbi bu işin çoxcəhətli olması ilə izah 

olunur. Dəftərin tərtibi işinə  təyin olunmuş  məmurlar  əvvəlcə sahəcə böyük olan inzibati-ərazi bölgüsünün, 

əyalətin, sonra isə  əyalətə daxil olan sancaq və nahiyələrin sərhədlərini müəyyənləşdirməli idilər

14

. Bundan 



sonra dəftərin tərtibi başlanırdı. 

Dəftərə daxil olan məlumatlar  əvvəlcə ayrı-ayrı  təsərrüfatlar («xanə») üzrə aparılır, sonra alınan 

məlumatlar kənd üzrə ümumiləşdirilirdi. Kəndlər üzrə olan məlumatlar nahiyə üzrə ümumiləşdirilirdi

15



Naxçıvan dəftərində nahiyə adı yazıldıqdan sonra bu nahiyəyə tabe olan bütün yaşayış məskənlərindən 

dövlət xəzinəsinin götürdüyü illik gəlirin həcmi qeyd edilmişdir. Bütün yaşayış  məskənləri üzrə alınan gəlir 

nahiyə üzrə ümumiləşdirilmişdir

16



Naxçıvan dəftərinin bu diyarla bağlı qiymətli bir mənbə kimi səciyyələndirilən bir cəhəti də onun 

Naxçıvanın inzibati-ərazi bölgüsü haqqında verdiyi dolğun məlumatlarıdır. Dəftərin verdiyi məlumata görə, 

osmanlılar dövründə Naxçıvan sancağı 14 nahiyəyə bölünmüşdür ki, onlar da aşağıdakılar idi: 

Naxçıvan,  Əlincə, Sair Məvazi, Qarabağ, Mülkü-Arslan, Məvaziyi-Xatun, Dərəşahbuz, Qışlağat, 

Dərəşam, Azadciran, Şorlut, Dərənürküt, Sisyan, Dərələyəz

17



1727-ci ildə osmanlılar tərəfindən tərtib olunmuş dəftərdə göstərilir ki, Naxçıvan diyarı inzibati-ərazi 

bölgü baxımından yenə də sancaq adlandırılmışdır. Bu sancaq 14 nahiyəyə bölünmüşdür. Əvvəllər bu diyarın 

mövcud olan Bazarçayı,  Şərur və Ordubad nahiyələri 1727-ci ilin inzibati-ərazi bölgüsünə  əsasən iki yeni 

nahiyə ilə  əvəz olunur ki, bunlar da Qışlağat və  Dərələyəz nahiyələri adlanırdı. «Təzkirət  əl-mülük»də qeyd 

olunan Zarzəbil və  Sədərək nahiyələri osmanlılar tərəfindən tərtib edilən yeni inzibati-ərazi bölgüsünə daxil 

olunmamışdır. 

Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olar ki, adları çəkilən nahiyələrin osmanlıların inzibati -

[21-22] 


-ərazi bölgüsündə qeydə alınmaması, sonralar isə bölgüdən çıxarılması  və eyni zamanda yenilərinin 

adlarının bölgüyə daxil edilməsi ya osmanlıların Naxçıvan sancağının sərhədlərini dəyişdirmədən sancağın 

daxilində apardıqları  dəyişikliklərin, ya da ki, Naxçıvan sancağının  ərazisinin böyüdülməsi və yaxud da 

kiçildilməsi nəticəsində baş vermişdir. 

Osmanlıların yürütdüyü idarəetmə üsulu nəticəsində Naxçıvan sancağından hər il böyük gəlir — 

2629059 aqça

18

 əldə edilirmiş. 



Osmanlılar Naxçıvan sancağından böyük gəlir götürmək üçün dəftəri tərtib etdikləri zaman bütün 

əmək qabiliyyəti olan kişilərin evli və yaxud da subay olmasına məhəl qoymadan adlarını dəftərdə qeyd edir, 

bütün yaşayış məskənlərinin adlarını, hətta heç kimin yaşamadığı, ancaq gəlir, gətirə biləcək kəndlərin adlarını 

da dəftərdə yazmağı unutmamışdılar

19



Osmanlıların işğalı dövründə Naxçıvan sancağının kənd təsərrüfatına xas olan cəhətlərindən biri də bu 



sancaqda taxılçılıq, üzümçülüklə bərabər, maldarlıq, bostançılıq və digər təsərrüfat sahələrinin də inkişaf etməsi 

idi. Bu da təsadüfi deyildi. Türkiyə  işğal etdiyi torpaqlardan gəlir  əldə etmək naminə  məhsuldar qüvvələrin 

inkişafına ciddi nəzarət edirdi. Məhz bu baxımdan da osmanlılar qeyd edilən sahələrin təsərrüfat həyatının 

inkişafına fikir verməklə  bərabər,  əhalinin qazanc götürdüyü bütün məşğuliyyətinə vergi qoymuşdular. 

Ümumiyyətlə, xəzinəyə gəlir gətirən bütün obyektlərin adları, hətta sıradan çıxmış dəyirmanların da sayı dəftərə 

salınmışdı

20



Bu idarə üsulu ilə Naxçıvan sancağı 1735-ci ilə qədər osmanlıların tabeliyində olmuşdur. 



                                                            

12

  З.  М.  Буниятов,  Г.  М.  Мамедов.  Пространный  дефтер  санджака  Нахчивань 1727 года  (общая  характеристика) – 



«Средневековой Восток». Баку, 1990, С 113. 

13

 Yenə orada. 



14

 Z. M. Bünyadov. H. M. Məmmədov. Naxçıvan dəftəri, c. 113. 

15

 Yenə orada, s. 113. 



16

 Yenə orada. s. 114. 

17

 Yenə orada. 



18

 Z. M. Bünyadov. H. M. Məmmədov.Простр. тетрадь., с. 115. 

19

 Yenə orada. 



20

 Yenə orada, s. 120. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə