SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   2   3   4   5   6   7   8   9   10   ...   24

13 

 

Səfəvi dövlətinin osmanlılar tərəfindən işğal edilmiş torpaqlarını geri almaq uğrunda  İranın gələcək 



hakimi Nadir Qulu xanın (Nadir şah) apardığı uğurlu müharibə nəticəsində osmanlı qoşunlarından təmizlənən 

Naxçıvan diyarı heç də ağ günlərə çıxmadı. 

1736-cı ildə özünü şah elan edən Nadir şah Əfşar Muğan qurultayında onun namizədliyinin əleyhinə -

[22-23] 


çıxan azərbaycanlılara divan tutdu

21

. Bu qəbildən naxçıvanlılara da az işgəncə verilmədi. Nadir Qulu 



xanın  şah olmasına etiraz etdiklərinə görə  Kəngərli tayfasının bəzi nüfuzlu nümayəndələri də  Əfqanıstana 

sürgün edildi

22



Nadir  şah  Əfşar Səfəvi dövlətindən  əsər-əlamət qalmasın deyə inzibati-ərazi bölgüsündə çox ciddi 



dəyişiklik etdi. Belə ki, o, Şirvan, Qarabağ, Təbriz, Çuxur-Səd bəylərbəyliyini ləğv edərək vahid inzibati bölgü 

yaratmışdır. Azərbaycan adlanan bu vilayətin idarəsini Nadir şah Əfşar öz qardaşı İbrahim xana həvalə etdi

23



Türkiyə-İran müharibələrindən sonra hakimiyyətə gələn Nadir şah Əfşar dövründə ölkədə havalar qu-



raqlıq keçdiyindən məhsulun azlığı zəhmətkeş kütlələrin onsuz da ağır vəziyyətini daha da artıq dərinləşdirdi. 

Nadir şahın yeni vergi sistemi, onun hərbi yürüşlərinin ağırlığı İran dövlətində olduğu kimi, bütün Azərbaycanı 

əhatə edən aclığa gətirib çıxartdı və

24

 bunun nəticəsində yadelli işğalçılara qarşı yönəlmiş xalq hərəkatı XVIII 



əsrin ortalarında Azərbaycanda İran hakimiyyətinə son qoyulmasında mühüm rol oynadı

25



Nadir şah Əfşarın ölümündən sonra (1747) taxt-tac uğrunda varislərin mübarizəsi ilə yanaşı. Nadir şah 

Əfşarın dövlətinə daxil olan vilayətlərin də nüfuzlu feodalları sərbəstliyə can atırdılar. Beləliklə də, Azərbaycan 

ərazisində 18 xanlıq  əmələ  gəldi:  Şəki, Qarabağ, Quba, Dərbənd,  Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Təbriz, 

Sərab, Ərdəbil, Xoy, Urmiya, İrəvan, Qaradağ, Talış, Marağa, Maku və Cavad xanlıqları

26



1747-ci ildə yaranmış Naxçıvan xanlığı nə özünün iqtisadi inkişafı, nə də ki, hərbi qüdrəti baxımından 



digər xanlıqlardan fərqlənmirdi. hakimiyyətini gücləndirmək və təcavüzlərdən qorunmaq məqsədi ilə Naxçıvan 

xanlığının  əsasını qoymuş Heydərqulu xan -

[23-24] 

(1747—1763/64) fəaliyyətinin ilk dövründə daha güclü

olan Qarabağ xanlığına arxalanırdı

27

. Qarabağ xanı Pənah Əli xanla hərbi-siyasi ittifaqa da girirdi



28

Heydərqulu xanın ölümündən sonra 1787-ci ilə qədər tez-tez Naxçıvan xanlığında hakimlər dəyişir və 



bu dövrə qədər çox zəifləmiş olan Naxçıvan xanlığı, Xoy, Qarabağ və İrəvan xanlıqları Kartli-Kaxetiya çarlığı 

və İran arasında ardı-arası kəsilməyən mübarizənin obyektinə çevrilir

29



Bu xanlıqlarla  İran arasında siyasi cəhətdən manevr edən Naxçıvan xanları, xüsusilədə Abbasqulu 



xanla Kəlb  Əli xan 1783-cü ildə imzalanmış Georgiyevsk müqaviləsinə  əsasən Rusiyanın himayəsi altına 

keçmiş Kartli-Kaxetiya çarı II İraklinin vasitəçiliyi ilə Naxçıvan xanlığında əmin-amanlığa nail olmaq xatirinə 

Rusiyanın himayədarlığına keçməyi üstün tuturdular

30



1787-ci ildən 1820-ci ilə qədər, fasilələrlə Naxçıvan xanı olmuş Kəlb Əli xanın dövründə Naxçıvan 

xanlığının nisbətən güclənməsi müşahidə olunur və xanlıq daxilindəki siyasi sabitlik Ağa Məhəmməd  şah 

Qacarın Cənubi Qafqaza yürüşündən sonra pozulmağa başlayır

31



Ağa Məhəmməd Qacar özünü şah elan etməzdən  əvvəl Cənubi Qafqaza yürüşü  ərəfəsində oraya öz 

nümayəndələri ilə  fərmanlar göndərərək hakim feodallardan — xanlardan itaət  əlaməti olaraq «arvadlarını, 

uşaqlarını və qardaşlarını girov göndərməyi əmr etmişdir»

32

. Naxçıvan xanlığının hakimi Kəlb Əli xan qəlbdən 



sevmədiyi əmisi oğlu, həmişə xanlıq taxtında közü olan Abbas Qulu xanı başından etmək məqsədi ilə onu girov 

kimi  İran hakiminin xidmətinə göndərdi. Ağa Məhəmməd xan Qaçar Kəlb  Əli xanın Abbas Qulu xana olan 

münasibətini bildiyi üçün onun bu hərəkətlini qeyri-ciddi qiymətləndirmiş, lakin Qarabağa və Gürcüstana 

yürüşə  tələsdiyinə görə ona toxunmamış  və sonralar bunun üstündə 1797-ci ildə Azərbaycana etdiyi ikinci 

yürüşü zamanı Kəlb Əli xanı düşərgə-

[24-25] 


sinə dəvət etmiş və burada onu cəzalandıraraq gözlərini kor edib, 

                                                            

21

 Ф. М Алиев. Антиранские выступления., с. 98-118. 



22

 Yenə orada, 

23

 F. M. Əliyev. Azərbaycan XVIII əsrdə.—«Azərbaycan tarixi», Bakı, Elm, 1993, s. 182; Yenə də onun. Антиранские выступления.., 



s. 125 

24

 F. M. Əliyev. Azərbaycan XVIII əsrdə, s. 183. 



25

 Yenə orada, s. 184. 

26

 Yenə orada. 



27

 F. MƏliyev. Göstərilən əsəri, s. 14. 

28

 В. Н. Левиатов. Очерки истории Азербайджана в XVIII в. – Баку, 1948, с. 123. 



29

 F. M. Əliyev. Azərbaycan XVIII əsrdə, s. 16. 

30

 Yenə orada, s. 17-18. 



31

 Yenə orada, s. 18; В. Н. ЛевиатовGöstərilən əsəri. s. 163.  

32

 П. Г. Бутков. Göstərilən əsəri, s. 319. 




14 

 

onun yerinə İranda girov kimi saxlanılan Abbas Qulu xanı təyin etmişdi. Dünya işığından məhrum olan Kəlb 



Əli xanı isə həbs edib Tehrana göndərmişdir

33



Beləliklə, 1747 — 1797-ci illərdə müstəqil bir xanlıq olan Naxçıvan xanlığı həmin vaxtdan etibarən, 

1828-ci ildə Rusiya tərəfindən işğal olana qədər, faktiki olaraq İran dövlətinin ucqarlarından birinə çevrilmişdir. 

Yuxarıda qeyd edildiyi kimi, 1797-ci ilə qədər Naxçıvan xanlığı müstəqil bir dövlət qurumu idi. Xanlı-

ğın bütün feodalları xana tabe idilər. Başqa Azərbaycan xanlıqlarında olduğu kimi, Naxçıvanda da bütün 

hakimiyyət xanın əlində cəmlənmişdi

34



İnzibati-ərazi bölgüsündə əvvəlki dövrlə müqayisədə heç bir dəyişiklik baş verməyən Naxçıvan xanlı-

ğı 1797 — 1813-cü illərdə faktiki olaraq İrandan asılı vəziyyətə düşür, müstəqilliyini itirir və xanlıq artıq İran 

şahlarının Kəngərli tayfasından təyin etdikləri adamlar tərəfindən idarə olunurdu. 

Naxçıvan xanlığının rəsmi olaraq Gülüstan müqaviləsi əsasında İranın tərkibinə daxil olduğu 1813 — 

1828-ci illərdə  Cənubi Azərbaycanın idarəsi  şahzadə Abbas Mirzəyə tapşırılmışdır. Abbas Mirzə sabiq 

Naxçıvan xanlığının idarəsini «Asiyada qəbul olunmuş qaydaya əsasən xəzinəyə  hər il böyük məbləğdə pul 

verməyi öz öhdəsinə götürmüş şəxsə iltizama verirdi

35



Həmin  şəxs istədiyi adamları  vəzifəyə  təyin edir və heç kimə hesabat vermirdi. Gördüyü xidmətin 

müqabilində o, gəlirin müəyyən bir hissəsini mənimsəməkdən əlavə şahdan hədiyyələr də alırdı

36



Şah hökuməti dövründə Naxçıvan diyarı iki rəsmi  şəxs tərəfindən idarə olunurdu; onlardan biri xan 



nəslindən və yaşca böyük olan kəs Naxçıvan tümənin -

[25-26] 


hakimi təyin edilirdi, bəy nəslindən və yaşca 

böyük olan başqa bir şəxs isə Kəngərli tayfasının vəkili təyin edilirdi

37



İran hakimiyyəti dövründə Naxçıvan xanlığı inzibati baxımdan iki tümənə bölünmüşdür ki, bunlardan 



biri Naxçıvan, digəri isə Ordubad tümənləri idi. 1797-ci ildən etibarən Naxçıvan xanlığına daxil olan Mehri və 

Qafan mahalları  İbrahim Xəlil xan tərəfindən işğal olunub Qarabağ xanlığına birləşdirilmişdir. Naxçıvan və 

Ordubad tümənləri öz növbəsində bir neçə mahala bölünürdü. 1813 — 1828-ci illərdə Naxçıvan tüməni dörd 

mahaldan (Naxçıvan,  Əlincə, Xok və  Dərələyəz), Ordubad tüməni isə beş mahaldan (Ordubad, Əylis, Dəstə, 

Cənnab

38

 və Bilev



39

) ibarət idi

40



1813-cü ildən bəri Fətəli  şah rəsmi olaraq Cənubi Azərbaycan xanlıqlarını  ləğv edib, yaratdığı 



Azərbaycan vilayətinin də ümumi idarəsini şahzadə Abbas Mirzəyə həvalə etmişdi. Onun hakimiyyəti dövründə 

Naxçıvan xanlığının sabiq mahalları ayrı-ayrı vəzifəli şəxslərə — mahal bəylərinə tapşırılmışdı. Belə şəxslərin 

rəhbərliyi altında mirbölük, kəndxuda, darğa, mirab öhdələrinə düşən vəzifələrini icra edirdilər. 

Mirbölük vəzifəsi daha nüfuzlu hesab olunurdu. O, əsasən kənd təsərrüfatına, xüsusilə vergi toplama 

işlərinə birbaşa nəzarət edirdi. Mirbölük öz vəzifəsinin yerinə yetirilməsində yeri gəldikdə ona tabe olan 

kəndxuda və məliklərin xidmətindən istifadə edirdi

41

. Kəndxudanın vəzifəsi kəndləri idarə etməkdən ibarət idi. 



Bu vəzifəyə təsdiq edilməzdən əvvəl kəndxudalar vəzifələrini layiqincə yerinə yetirəcəklərinə dair yazılı şəkildə 

iltizam verirdilər

42



Öz təsərrüfat işlərini görmək üçün mirbölüklər kəndliləri istədikləri kimi istismar edir və bunun 



müqabilində hər il 20 tüməndən 50 tümənə qədər maaş, 5 xalvardan 10 xalvara qədər taxıl alırdılar; bundan -

[26-27] 


əlavə, toy vaxtı kəndlilər mirbölüyün xeyir-duasını almaq üçün ona çeşidli hədiyyələr verirdilər

43



Xanlıqda və eləcə  də Naxçıvan və Ordubad şəhərlərində nizam-intizama, əmin-amanlığa nəzarət 

etmək darğa ilə əsəsbaşıya həvalə olunmuşdur. 

Bazarın daxilində darğalar fəaliyyət göstərirdilər. Onlar burada nizam-intizam, xüsusilə qiymətlər 

üçün məsuliyyət daşıyırdılar. Mallara qiymət qoyan, alıcı  və satıcı arasında meydana çıxan mübahisələri həll 

                                                            

33

 П. Г. Бутков. Göstərilən əsəri, s. 320, 427—428; Н. Ф. Дубровин. История войны и владычества русских на Кавказе. Т. 1, кч. 2, 



СПб.; 1871, с. 307; В. Н. Левиатов. Göstərilən əsəri. s. 190. 

34

  В.  И.  Иваненко.  Гражданское  управление  Закавказьем  от  присоединения  Грузии  до  наместничества  вел.  кн.  Михаила 



Николаевича. – Тифлис, 1909, с. 136. 

35

 NƏST, s. 51. 



36

 Yenə orada, s. 52. 

37

 Нахчиванские рукописные документы., С. 10. 



38

 NƏST, s. 64, 196. 

39

 Yenə orada. 



40

 Yenə orada, s. 64, 193, 196. 

41

И. ШопенGöstərilən əsəri, s. 53.  



42

 NƏST, s. 53. 

43

 NƏST, s. 53. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə