SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

23 

 

məhsul yığılırdı. 1828-çi ildə Naxçıvan bölgə 



[43-44]

 sində 500 xalvara yaxın və yaxud 10 min pud çəltik 

yığılmışdı

55



Pambıqçılıq Naxçıvan diyarının  əhalisi uçun çox faydalı  məşğuliyyət idi və demək olar ki, bütün 

mahallarda əkilirdi. Əldə olan məlumata görə, Naxçıvan şəhərinin ətrafında və eyni adlı mahalın 20 kəndində, 

Xok mahalının bütün kəndlərində,  Əlincə mahalının dörd kəndində  və Ordubad bölgəsinin torpaqlarının 250 

xalvarında pambıq əkilirdi. 1828-ci ildə Naxçıvan bölgəsində 300 xalvara yaxın və yaxud 6 min pud pambıq 

yığılmışdı

56



Naxçıvan diyarında, xüsusilə  Dərələyəz mahalında  əkilən kətandan  əsas etibarilə yağ almaq üçün 

istifadə olunurmuş

57

. Arıçılıq və ipəkçiliklə, əsasən, Ordubad bölgəsində məşğul olurdular. 



İpəkçilik kənd təsərrüfatının o qədər gəlirli sahəsi idi ki, hər tut ağacından ildə 1 manat 20 qəpik vergi 

alınırdı


58

. Bütün Ordubad bölgəsində 100 min tut ağacı var idi ki, bunun da 10%-i, yəni 10 min ədədi Ordubad 

şəhərində yerləşirdi

59



Heç də  təsadüfi deyildir ki, XIX əsrin 20-ci illərində Ordubad şəhərində 200 pud ipək istehsal 

olunurdu


60

Bostançılıq Naxçıvan diyarı  əhalisinin gündəlik güzəranı üçün çox əhəmiyyətli idi. Bostançılıqla 



Əlincə mahalında və Naxçıvan şəhəri daxil olmaqla eyni adlı mahalın 26 kəndində məşğul olurdular. 1828-ci 

ildə Naxçıvan bölgəsinin əkilən torpaqlarının 50 xalvarında bostan əkilmişdi ki, buradan da yarım milyon pud 

məhsul (görünür, qarpız və yemiş) yığılırdı. 

Üzüm bağlarının əksəriyyəti Naxçıvan bölgəsində becərilirdi. Burada 30 xalvara yaxın üzüm bağı var 

idi. Əsas etibarilə kişmiş üçün istifadə edilən bir xalvar üzüm sahəsindən 400 batmana yaxın məhsul yığılırdı

61



Ümumiyyətlə. Naxçıvan şəhərində XIX əsrin 20-ci illərində 12 min batmana yaxın üzüm yığılırdı. 

[44-45]


 

Ordubad  şəhərinin və eyni adlı bölgənin mahallarında bağçılıq  əsas məşğuliyyət sahələrindən biri 

olmuşdur. Ordubad bölgəsində 200 xalvar əkin sahəsində meyvə bağları salınmışdı ki, bunun da 30 xalvarı 

Ordubad şəhərində və onun ətrafında yerləşirdi

62



Naxçıvan diyarında  əkilib-becərilən kənd təsərrüfatı  məhsullarının bir qismi satış üçün nəzərdə 



tutulurdu. Naxçıvan bazarında buğdanın bir batmanının qiyməti 40 gümüş qəpik, unun bir batmanı 50 gümüş 

qəpik, arpanın bir batmanı 30 gümüş qəpik idi. Darı ən ucuz dənli bitkilərdən idi — onun hər batmanı 20 gümüş 

qəpiyə müəyyən edilmişdi. Çəltiyin qiyməti isə buğdanın qiyməti. kimi 40 gümüş  qəpik olmuşdu. Naxçıvan 

bazarında ən bahalı kənd təsərrüfatı məhsulu olan pambığın bir batmanının qiyməti 4 manat 50 qəpiyə bərabər 

idi

63



Ordubad bazarında isə pambığın qiyməti Naxçıvan bazarında bu məhsula qoyulan qiymətdən nisbətən 

baha idi: bir batman pambıq, adətən, 5 manat 50 qəpiyə satılırdı. 

Ordubad bölgəsində  əhalinin bir qismi ipəkçiliklə  məşğul olur, əldə etdiyi məhsulu həm məişətdə 

işlədir, həm də bazara çıxarırdı. Əldə edilən ipək keyfiyyət etibarilə müxtəlif olduğu kimi, onun bazar qiyməti 

də müxtəlif idi. Məsələn, birinci növ ipəyin qiyməti Ordubad bazarında 12 tümənə, ikinci növünün qiyməti isə 7 

tümənə bərabər idi

64



Yerli bazarlarda satılmaqla bərabər, kənd təsərrüfatı  məhsulları eyni zamanda qonşu xanlıqlara və 



ölkələrə də ixrac edilirdi. Ordubad bölgəsindən ən çox meyvə və meyvə qurusu ixrac olunurdu. Meyvə qurusu 

Tiflisə, meyvənin özü isə İrana, Qaradağ xanlığına aparılır və orada buğdaya dəyişdirilirdi

65



Naxçıvan diyarında həm əkinçilik, həm də heyvandarlıqla məşğul olunması əhalidən yığılan vergilərin 



çeşidinə və eyni zamanda forması ilə həcminə öz təsirini göstərirdi. 

Həmin məsələlərin tədqiqatı mövzumuza uyğun gəlmədiyi üçün bu barədə  ətraflı danışmayacağıq. 

Təkcə 

[45-46] 


onu qeyd edək ki, dövrün tədqiqatçıları xanlıqlar dövründə Azərbaycanda otuzdan artıq vergi 

növünün mövcud olduğunu göstərir

66

. Belə bir vəziyyəti Naxçıvan xanlığına da şamil etmək olar. Bu isə bir növ 



                                                            

55

 NƏST. s. 191. 



56

 Yenə orada, s. 89-191. 

57

 Yenə orada, s. 205. 



58

 Yenə orada, s. 195, 199. 

59

 Yenə orada, s. 195. 



60

 Yenə orada, s. 90. 

61

 Yenə orada, s. 91. 



62

 NƏST, s. 195, 197, 198. 

63

 Yenə orada, s. 97. 



64

 Ə. S. Sumbatzadə.Промышленность Азербайджана… с. 122. 

65

 NƏST, s. 202. 



66

 Bax: И. P Петрушевский. Göstərilən əsəri. 




24 

 

əhalinin məşğuliyyətinin də çoxsaylı olmasına işarədir. Xanlıqlar dövründə  əhalidən kənd təsərrüfatı 



vergilərindən savayı «mancanaq pulu» və ya «dəyirman pulu» vergiləri də alınırdı. 

Məlumdur ki, «manacaq pulu» ev şəraitində mancanaqdan istifadə edən, yəni toxucu dəzgahından 

istifadə edən toxuculardan alınırdı. «Dəyirman pulu» isə  şübhəsiz ki, dəyirman sahiblərindən toplanırdı. Belə 

misalların sayını artırmaq da olardı. Gətirdiyimiz misallar bir daha əhalinin məşğuliyyətinin rəngarəng olmasını 

göstərən dəlillərdəndir. 

 

v) Maldarlığın tarixi coğrafiyası 

 

Naxçıvan xanlığında maldarlığın coğrafiyası ilə bağlı faktiki materialın azlığı bu məsələnin geniş 



xronoloji çərçivədə araşdırılmasına imkan vermir. Bununla belə mövcud faktiki materiallar əsasında qarşıya 

qoyduğumuz məsələni heç olmazsa, ümumi şəkildə həll etməyə cəhd edəcəyik. 

İlk növbədə qeyd etməliyik ki, bütün Azərbaycanda olduğu kimi, Naxçıvan diyarında da kənd 

təsərrüfatında əkinçilikdən sonra ən mühüm sahə maldarlıq idi

67



Kənd  əhalisi qədim təsərrüfat sahəsi olan maldarlıqla, iqlim şəraiti imkan verdiyinə görə, Naxçıvan 



diyarının, demək olar ki, bütün mahallarında məşğul olurdu

68

. Naxçıvan diyarının bir çox mahallarında, xüsusilə 



Dərələyəz mahalının  şərq hissəsində maldarlıq üçün lazım olan otlaqların çoxluğundan burada maldarlıq 

əhalinin əsas məşğuliyyətinə çevrilmişdi. Bu da təsadüfi deyildi, çünki buradakı torpaq sahələrinin əksəriyyəti 

əkinçilik üçün yararsız olduğuna görə otlaqların sahəsi daha çox idi

69



Xok mahalında da vəziyyət belə idi. Burada suyun azlığından torpaqların çoxu əkilib-becərilmir və 

ona 


[46-47] 

görə də həmin yerlər otlaq kimi istifadə olunurdu. Mənbələrdə Ordubad bölgəsində də xeyli otlaq 

yeri olduğu qeyd edilir.

70

 



Mənbələrdən aldığımız məlumata görə, Naxçıvan diyarında buynuzlu heyvanların sayı  nəqliyyat 

heyvanlarından təqribən 10 dəfə çox idi. Naxçıvan diyarında qoyunçuluq daha çox inkişaf etmişdir. 

XIX əsrin birinci rübündə buynuzlu və nəqliyyat heyvanlarının həm sayı, həm də aralarındakı nisbət 

baxımından Ordubad bölgəsində vəziyyət Naxçıvan bölgəsindəki vəziyyətlə, demək olar ki, eyni idi. 

Ordubad bölgəsində  də qoyunçuluq digər sahələrlə müqayisədə nisbətən inkişaf etmişdi. Eyni 

zamanda buynuzlu heyvanların sayı  nəqliyyat heyvanlarının sayından təqribən 13 dəfə çox idi. Naxçıvan 

əyalətinin statistik təsvirindən müəyyən etmək olar ki, Ordubad bölgəsində nəqliyyat heyvanları arasında dəvə 

barəsində  məlumat verilir. Lakin dəvənin hansı mahallarda olması haqqında isə heç bir məlumat verilmir. 

Güman etmək olar ki, dəvədən əsas etibarilə ticarətlə məşğul olan yerlərdə istifadə olunurdu. 

Maldarlıq sahəsində Ordubad bölgəsində vəziyyət Naxçıvan bölgəsi kimi olsa da, heyvanların miqdarı 

sahəsində o, Ordubad bölgəsindən xeyli irəlidə idi. Dəvələrin sayı  çıxılmaq  şərti ilə istər heyvanların ümumi 

sayı — istər buynuzlu heyvanlar (69%), istərsə də nəqliyyat heyvanları (74",4%) və eyni zamanda bütün digər 

göstəricilər baxımından (öküz və camışın ümumi sayının 89,3%-i, qoyun, qoç və keçilərin 60%-i, atların  

88,7%-i, ulaqların 61,5%-i) çoxluq Naxçıvan bölgəsinin payına düşürdü. 

Rusiya tərəfindən işğal edildikdən sonra tərtib olunan məlumata görə, Naxçıvan dairəsi üzrə 96733 

heyvan var idi ki, bunların da 92,7%-i (89725 baş) buynuzlu heyvan, 7,3%-i isə (7048 baş) nəqliyyat heyvanı 

idi. Xanlıq dövründən miras qaldığına görə ümumi təsəvvür yaratmaq üçün həmin rəqəmlərdən, bizcə, istifadə 

etmək olar. 

Yuxarıda qeyd edildiyi kimi, Naxçıvan bölgəsində olduğu kimi, Ordubad bölgəsində  də maldarlığın 

başqa sahələrinə nisbətən qoyunçuluq xeyli inkişaf etmişdi (burada heyvanların ümumi sayının 62,4%-i 

qoyunların payına düşürdü). 

[47-48]


 

Heyvanların mahallar üzrə paylanmasına gəldikdə isə onların mühüm hissəsi Bilev (39,9%) və Dəstə 

(23,8%) mahallarının payına düşürdü. Bunlardan sonra ardıcıllığa görə Ordubad şəhəri daxil olmaqla eyni adlı 

mahal (18,5%), Cənənab (9,5%) və Əylis (8,3%) mahalları gəlirdi. 

Bir baş qoyun və keçidən ildə 3.8 batman və yaxud 4,5 funt

71

 və ya hər 9 qoyun və keçidən 1 pud yun 



almaq mümkün idi

72

. Belə olduğu halda, Naxçıvan diyarı üzrə 69953 baş qoyun və keçinin olduğunu nəzərə 



alsaq, hər il alınan yunun həcminin 7772,5 puda bərabər olduğunu söyləyə bilərik. 

                                                            

67

 И. ШопенGöstərilən əsəri, s. 789, 795. 



68

 NƏST, s. 92. 

69

 Yenə orada, s. 81. 



70

 NƏST, s. 77, 199. 

71

 Funt — 409,5 q-a bərabərdir. 



72

 И. Шопен. Göstərilən əsəri, s. 794-795. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə