SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

25 

 

Hər, bir sağmal inək və camışdan ildə 3 batman yağ almaq mümkün idi. Hesablamalara görə, hər üç 



inək və camışdan biri sağmal olurdu

73



Hər üç qoyun və keçinin sağmal kimi qəbul etməyi təklif edən İ. Şopenin fikrincə, hər bir qoyun və 

keçinin südündən ildə 2 batmana qədər pendir almaq mümkün idi

74



Bundan  əlavə, maldarlıq sənətkarlığın mühüm sahələrindən olan dəriçiliyin inkişafı üçün də 



əhəmiyyətli idi. Əgər Naxçıvan diyarında Rusiyanın işğalından sonra xırda və iribuynuzlu heyvanların sayının 

102706 baş olduğunu nəzərə alsaq, onda təqribən bir o qədər sayda dəri alındığını söyləyə bilərik. 

Maldarlardan vergi bilavasitə saxladıqları heyvanlardan əldə etdikləri məhsulla bağlı idi. 

Südverməyən və yalnız tarla işlərində istifadə olunan öküz və  kəl üçün kəndlilərdən vergi alınmırdı

75



Heyvanların ətindən, südündən, dərisindən istifadə edən kəndli ildə bir dəfə «mal pulu» adı ilə vergi verməli idi. 



«Mal pulu» vergisini, adətən, inək, camış, qoyun, ulaq, yük atı saxlayan kəndlilər verirdilər: hər bir camış üçün 

gümüş pulla 1 manat, inək üçün 50 qəpik, bir qoyun üçün 20 qəpik, bir ulaq üçün 50 qəpik, bir yük atı üçün  

2 manat 20 qəpik «mal pulu» vergisi ödənilirdi

76



Yuxarıda gətirilən dəlillər əsasında biz Naxçıvan diyarında maldarlığın ümumi coğrafiyasını ver 

[48-


49] 

  məyə  səy göstərdik.  İqlim və coğrafi  şəraitə  əsasən Naxçıvan diyarında qoyunçuluq daha çox inkişaf 

etmişdi. Buna imkan verən  əsas amil müvafiq otlaqların çoxluğu, bəzi bölgələrdə isə, xüsusilə  Dərələyəz 

mahalında bərəkətli torpaqların əkin üçün yararlı deyil, otlaq kimi istifadə edilməsi ilə bağlı idi. 

Bunu da əlavə etmək lazımdır ki, Türkmənçay müqaviləsinə  qədər Naxçıvan xanlığının  ərazisində 

ardı-arası  kəsilməyən müharibələrin aparılması da kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, mal-

darlığın inkişafına da mənfi təsir göstərmişdir. 

 

q) Sənətkarlığın tarixi coğrafiyası 

 

Azərbaycanda, o cümlədən Naxçıvan diyarında qədim zamanlardan əhalinin  ənənəvi məşğuliyyət 



sahələrindən biri də sənətkarlıq olmuşdur

77



Naxçıvan diyarında sənətkarlığın inkişafı onun ayrı-ayrı sahələrinin həm istehsal etdiyi mallara olan 

tələbatı, həm də ticarət əlaqələrinin səviyyəsi ilə şərtlənmişdir. Başqa şəkildə desək, sənətkarlıq və onun ayrı-

ayrı sahələri bir tərəfdən, cəmiyyətin iqtisadi inkişaf səviyyəsinin, digər tərəfdən, ölkənin xarici iqtisadi 

əlaqələrinin göstəricisi kimi çıxış edirdi. 

Öyrəndiyimiz dövrdə Naxçıvan diyarının  əsas  şəhərləri olan istər Naxçıvan, istərsə  də Ordubadda 

sənətkarlıq o qədər də yüksək səviyyədə olmamışdır. Bununla belə  sənətkarlıq bir çox orta əsr  şəhərlərində 

olduğu kimi, Naxçıvan və Ordubadın da sənayesinin özəyini təşkil edirdi. Yeri gəlmişkən onu da qeyd edək ki

sənətkarlığı  təkcə  şəhərlərə aid etmək səhv olardı. Çünki kənd yerlərində ilkin tələbatı  kənd sənətkarları — 

xüsusilə dəmirçilər, nalbəndlər, dulusçular və bu kimi sənətkarlar təmin edirdilər. Kənd yerlərində sənətkarlığın 

inkişafında aztorpaqlı kəndlilərin rolu daha böyük idi. Çünki az olan məhsulu yığdıqdan və kiçik torpaq sahəsini 

əkdikdən sonra bekar qalan kəndlilər istər-istəməz sənətkarlıqla məşğul olurdular. Kəndlilər qış dövründə 

sənətkarlıqla 

[49-50] 

daha çox məşğul olurdular. Belə hallar qışı sərt keçən Naxçıvan xanlığında daha çox gözə 

çarpırdı. Çox cəhətli təsərrüfatla məşğul olan kəndlilər ilk növbədə öz ailələrinin və  təsərrüfatlarının 

ehtiyaclarını  nəzərə alırdılar. Belə ki, kəndli ailələri çörək bişirir, ipək lifləri açır, yunu darayır, yun sapları 

əyirir, rəngləyir, geyim paltarları tikir, dəri aşılayır, çarıq tikir, xalça toxumaqla məşğul olur, əl dəyirmanlarında 

un üyüdür. yaşayış evi və tövlə inşa edir, əmək alətləri hazırlayır, dülgərlik və dəmirçiliklə də məşğul olurdular. 

Naxçıvan xanlığında elə bir kənd yox idi ki, orada sənətkarlıqla məşğul olunmasın. Lakin kəndlərdə 

sənətkarlıq müəyyən qədər inkişaf etsə də, sənətkarlıq şəhərlərdə, xüsusilə Naxçıvan xanlığının siyasi və iqtisadi 

mərkəzi olan Naxçıvan şəhərində mərkəzləşmişdi. 

XVIII  əsrdə Azərbaycan  şəhərlərində, o cümlədən Naxçıvanda aşağıdakı  sənət və peşə mövcud idi: 

dərzi, papaqçı (börkçi), çəkməçi (başmaqçı), zərgər, sərrac, dəmirçi, miskər, toxucu, boyaqçı, qəssab, çörəkçi, 

bənna, xarrat, dülgər, şüşəsaz, keçəçi, palançı, dabbaq, bəzzad, kababçı və s. 

Sənətkarlıqda primitiv texnikadan istifadə edildiyindən hər bir sənətkardan yüksək ustalıq tələb 

olunurdu. 

                                                            

73

 Yenə orada, s. 793. 



74

 Yenə brada, s. 795. 

75

 NƏST, s. 103. 



76

 Yenə orada. 

77

  А.  С.  Сумбатзаде.  Промышленность  Азербайджана,  с. 9; Г.  Б.  Абдуллаев.  Азербайджан  в XVIII в.  и  взаимоотношения  с 



Россией. – Баку: 1965,с. 129. 


26 

 

Yuxarıda sadalanan sənət növlərindən Naxçıvan xanlığında toxuculuq, xüsusilə pambıq parça 



toxumaq sənətinin daha geniş yayılmasını mübaliğəsiz qeyd etmək olar. Toxuculuqla məşğul olan hər bir ailədə, 

demək olar ki, primitiv da olsa əyirici və toxucu dəzgahı (mancanaq) var idi. Bu barədə  İ.  Şopenin  əsərində 

oxuyuruq: «Buradakı  sənətkarların  əksəriyyətini toxucular təşkil edirlər. Hər ailənin öz dəzgahı vardı ki, bu 

dəzgahlarda da qadınlar iplərdən bez toxuyur və pambıq parça hazırlayırlar»

78



Mütəxəssislərin verdiyi məlumata görə, təkcə Naxçıvan şəhərində 40 ailədə bez parça toxunurdu. 



Toxuculuq məhsulları əsasən ilk növbədə hop bir ailənin öz təsərrüfat-məişət tələbatını ödəyirdi. 

Naxçıvanda boyaqçılığın inkişafına da diqqət yetirilirdi. Yunun və müxtəlif ev əşyalarının 

boyanılmasında təbii bitkilərdən istifadə olunurdu.

 [50-51]


 

Naxçıvan  şəhərində  şüşəsazlıq inkişaf etmiş  sənət sahələrindən biri idi. Burada hasil olunan adi 

şüşələrlə yanaşı  şəbəkələrin hazırlanmasında istifadə olunan al-əlvan  şüşələr də hazırlanırdı. «Mətndarən»da 

(«Matenadaran») saxlanılan mənbələrin birindən məlum olur ki, İrəvan xanlığının hakimi Hüseyn Əli xan 

Naxçıvana məktub göndərərək Kalb Əlİ xandan xahiş edir ki, İrəvan  şəhərində tikdirdiyi hamamın pəncərə 

şəbəkəsi üçün 400 ədəd müxtəlif rəngli şüşə göndərsin

79

. Yeri gəlmişkən qeyd etməliyik ki, son zamanlara kimi 



elə  təsəvvür yaranmışdı ki, Azərbaycanda al-əlvan  şəbəkə  şüşələri yalnız  Şəki xanlığında mövcud idi. Lakin 

yuxarıda gətirilən misaldan aydın olur ki, şəbəkənin coğrafiyası təkcə Şəki xanlığı ilə  məhdudlaşmırdı. Digər 

tərəfdən, onu da qeyd etməliyik ki, şüşə hazırlamaq o qədər də asan peşə deyildi. Beləliklə, elə qənaətə gəlmək 

olar ki, Naxçıvanın şüşə istehsal edən sənətkarları öz məhsullarını xaricə göndərmək iqtidarında idilər. Bu isə 

həmin sənətkarların yüksək iş qabiliyyətinə malik olmalarına işarədir. 

Sənətkar emalatxanaları — dükanlar əsasən bazar meydanlarında cəmləşirdi. Bu isə başlıca olaraq 

yerli, xarici və tranzit ticarətlə bağlı idi. 

Naxçıvan bazarında irili-xırdalı 138 dükan vardı

80

. Onlardan yeddisi papaqçı, on biri çəkməçi, ikisi 



zərgər, beşi yəhər hazırlayan, biri qalayçı və digər sənətkara məxsus idi

81



Naxçıvan bazarında dükansız fəaliyyət göstərən peşə sahibləri də var idi ki, onları peşələri üzrə bu və 

ya digər yerlərdə  işləmək üçün dəvət edirdilər. Həmin peşə sahiblərinə daşyonan (daşkəsən), bənna, xarrat, 

dülgər və b. daxil idilər

82



Naxçıvan diyarında maldarlığın inkişafı burada gön və  dəri işləmə üzrə  sənətkarlığın inkişafı üçün 

[51-52] 


əlverişli zəmin yaratmışdı. Şəhərdə bu sahədə on dükan (emalatxana) fəaliyyət göstərirdi. 

Naxçıvan diyarında qoyunçuluğun inkişafı sayəsində əldə edilən yun xalçaları lazımi qədər xammalla 

təmin edirdi. 

Naxçıvan xalçaçılarının hazırladıqları gəbə, palaz, xalça, cecim, məfrəc evin otaqlarını bəzəmək üçün, 

xurcun və çuval yola çıxanlar üçün istifadə olunurdu. 

Naxçıvan diyarında əhəmiyyətinə görə ikinci şəhər sayılan Ordubadda da sənətkarlıq inkişaf etmişdi. 

Lakin Naxçıvan  şəhərinə görə Ordubad sənətkarlarının fəaliyyəti müəyyən qədər məhdud idi. Ordubadda 

boyaqçılıq, dəri aşılama və dulusçuluq başqa sənət sahələrinə nisbətən daha geniş yayılmışdı. Burada səkkiz 

dəri aşılayan dükan, iki keçəçi dükanı, bir boyaqxana və bir də dulusçu dükanı  fəaliyyət göstərirdi. 

Ümumiyyətlə, Ordubad şəhərində otuz sənətkar dükanı var idi ki, onlarda yuxarıda adını çəkdiyimiz



 

sənətlərdən 

savayı dərzilər, çəkməçilər, dəmirçilər, dəlləklər öz peşələri ilə məşğul olurdular. 

Ordubadda Naxçıvandan fərqli olaraq qadınlar ev şəraitində inək parça toxuyur və ipək saplar 

hazırlayırdılar. Toxuculuq sənətində Ordubadın xalçaçıları və bez parça hazırlayanları ustalıq baxımından heç 

də Naxçıvan sənətkarlarından geridə qalmırdılar. Ordubad və ümumiyyətlə, Naxçıvan diyarında toxunan 

parçalara xarici bazarda da böyük ehtiyac duyulurdu. 

Naxçıvan diyarında  şəhərlərdən savayı, Dərələyəz mahalında başqa kənd yerlərindən fərqli olaraq 

əhali sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdu. Bu mahalda toxuculuq daha çox inkişaf etmişdi. Burada 

da, əsasən, xalça, ipək və bez parçalar toxunardı. 

Naxçıvan diyarında toxunan və xarici bazarda ən çox satılan parçalardan qeyd edildiyi kimi, qırmızı 

rəngli bez parça olmuşdur. Bez parça çox zaman daha artıq ehtiyac duyulan Qarabağ  və  İrəvan xanlıqlarına 

satmağa aparılırdı

83



                                                            

78

 И. Шопен. Göstərilən əsəri, s. 851. 



79

 Məhəmməd Müslüm. İrəvanlı Hüseyn Əli xanın məktubları (1789 — 1791).— «Matenadaran», 233-cü sənəd, vərəq 21. həmin mənbəni 

fars dilindən Azərbaycan dilinə t. e. n. H. Ə. Dəlili çevirmiş və Azərbaycan EA A. Bakıxanov adına Tarix İnstitutunun Elmi arxivinə 

təqdim etmişdir. Biz həmin tərcümədən istifadə etmişik. 

80

 NƏST, s. 96. 



81

 Yenə orada, s. 94, 96, 202; Ə. Sumbatzadə. Промышленность.., Азербайджана, с. 849.  

82

 И. Шопен. Göstərilən əsəri, s. 945. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə