SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

30 

 

Naxçıvan bölgəsinin mühüm ticarət mərkəzlərindən biri də Əylis şəhəri idi. XVII əsrdə burada 10 min 



ailə yaşayırdı

15

. Əgər bu rəqəmin reallığını qəbul etsək və hər ailədə orta hesabla 5 nəfərin yaşadığını nəzərə 



alsaq, göstərilən dövrdə  Əylisdə  təxminən 50 min nəfər adamın yaşadığını söyləyə bilərik. XVII əsrdə  Əylis 

şəhərinin yüksəliş dövrü keçirdiyini digər mənbələr də təsdiq edir. Hətta XVII əsrin sonlarında ümumi iqtisadi 

tənəzzül şəraitində belə bu şəhər öz ticarət əhəmiyyətini itirməmişdi. Culfa şəhəri dağıldıqdan - 

[58-59] 


sonra 

bu  şəhərin ticarət  əhəmiyyəti daha da artdı.  Əsrin sonunda burada yeni bazar və karvansaranın tikilməsi

16

  də 


yuxarıda deyilən fikirləri bir daha təsdiq edir. 

Naxçıvan bölgəsinin digər, şəhərlərindən fərqli olaraq Əylis şəhəri ölkəni bürümüş iqtisadi tənəzzülə 

və  dəfələrlə yadelli işğalçıların hücumlarına məruz qalmasına baxmayaraq, XVIII əsrin ortalarınadək öz 

əhəmiyyətini qoruyub saxlaya bilmişdi. Nadir şahın ölümündən sonra keçmiş  Səfəvilər dövlətinin  ərazisini 

bürümüş qanlı müharibələr bu dəfə Əylis şəhərindən də yan keçmədi. Məhz XVIII əsrin ortalarında Əylis şəhəri 

tamamilə dağılmış, ticarət və  sənətkarlıq mərkəzi kimi öz əhəmiyyətini itirmişdi. Mənbələrin verdiyi 

məlumatdan aydın olur ki, 1751 — 1752-ci illərdə Azərbaycanın cənub vilayətlərində hakimiyyət uğrunda 

mübarizə aparan Azad xan Kartli-Kaxetiya çarlığına hücum edərkən

17

 yolüstü Əylis  şəhərini də mühasirəyə 



almışdı

18

.  Şəhər  əhalisi ciddi müqavimət göstərsə  də, uzunmüddətli mühasirəyə tab gətirməyib nəticədə 



məğlubiyyətə  uğradı.  Şəhəri  ələ keçirdikdən sonra Azad xan əhalinin xeyli hissəsini qırdı,  şəhərin özünü isə 

yerlə yeksan etdi

19

. Sonralar Əylis  şəhərinin yerində onun ticarət və  sənətkarlıq  ənənələrini qismən davam 



etdirən üç böyük kənd — Aşağı  Əylis, Yuxarı  Əylis və Varakort kəndləri meydana gəldi

20

. XIX əsrin 



əvvəllərində  tərtib olunmuş kamera l təsvirlərdən aydın olur ki, adları  çəkilən hər üç kənddə  əhalinin başlıca 

məşğuliyyəti ticarət və sənətkarlıq olmuşdur

21



Naxçıvan bölgəsinin ən böyük şəhəri sayılan Naxçıvanın da tarixi faciəli olmuşdur. XVI əsrin sonu — 



XVII əsrin əvvəllərində yeni "qüvvə ilə qızışan Səfəvi-Osmanlı müharibələri nəticəsində şəhər xeyli dağıntıya 

məruz qalmışdı. Onu da qeyd etməliyik ki, XVII əsrin əvvəllərində gedən müharibə zamanı Nax- 

[59-60] 

çıvan 


həm Səfəvi, həm də Osmanlı qoşunları tərəfindən dağıdılmışdı. 

Naxçıvanın strateji əhəmiyyətini yüksək qiymətləndirən Şah I Abbas ilk əvvəl bu şəhəri öz ordusunun

 

dayaq məntəqəsinə çevirmək qərarına gəlmişdi



22

. Lakin türk ordusunun hücumlarına tab gətirə bilməyən Səfəvi 

qoşunları Naxçıvanı tərk etməyə məcbur olmuşlar. Lakin düşməni hər hansı ərzaqdan məhrum etmək məqsədi 

ilə Səfəvi qoşunları şahın əmrinə əsasən geri çəkilməmişdən əvvəl şəhərdə və bütövlükdə bütün vilayətdə böyük 

dağıntılar törətdilər. Bəzi mənbələrin verdiyi məlumata görə, 1605-ci ildə Naxçıvan şəhərindən və bölgəsindən 

70 min adam İranın içərilərinə sürgün edilmişdi. «Böyük sürgün» adı almış tədbir zamanı Azərbaycanın digər 

yerləri kimi, Naxçıvan bölgəsinin  şəhərləri, ilk növbədə Naxçıvan  şəhərinin özü, sözün həqiqi mənasında, 

xarabalığa çevrilmişdi. Bu dövrün hadisələrindən bəhs edən mənbələrdən birində göstərilirdi ki, həmin bölgədə 

Naxçıvandan tutmuş Vana qədər bir dənə də bina salamat qalmamışdı

23



XVII  əsrin 30-cu illərində Naxçıvan  şəhəri yenidən böyük dağıntıya məruz qaldı. 1635-ci ildə 

Mehmed paşanın başçılıq etdiyi türk qoşunları  hələ  bərpa olmağa macal tapmamış  şəhəri  ələ keçirib yenidən 

dağıtdılar

24



Məlumdur ki, yüz ildən çox davam edən Səfəvi-Osmanlı müharibələri 1639-cu ildə sülh bağlanmaqla 

nəticələndi. Ölkənin digər yerləri kimi, Naxçıvan bölgəsinin şəhərlərinin də bərpası üçün əlverişli şərait yarandı. 

Lakin Səfəvi-Osmanlı müharibələri dövründə  şəhər həyatına elə  ağır zərbə vurulmuşdu ki, XVII əsrin ikinci 

yarısında hərbi əməliyyatların kəsilməsinə baxmayaraq onu tam bərpa etmək mümkün olmamışdı. Bu baxımdan 

əsrin ortalarında Azərbaycanda olmuş türk səyyahı Övliyə Çələbinin məlumatları xeyli təəccüb doğurur. O yazır 

ki, türk işğalından sonra «bu yerlər xeyli abadlaşmışdır.  Şəhərdə 10200 ev, 70 məscid və 40 ibadətxana, 20 

karvansara, 7 hamam 

[60-61] 


və 1000-ə yaxın dükan vardı»

25

. Türk səyyahının verdiyi bu məlumatlar digər 



                                                            

15

 И. Шопен. Göstərilən əsəri, s. 869. 



16

 Дневник Закария Акулисского. – Ереван, 1939, с. 121. 

17

  С.  М.  Алиев.  Междоусобные  войны  и  борьба  за  верховую  власть  в  Иране  после  распада  империи  Надир  шаха. Bax: Иран. 



История и культура в средние века и новое время. М., 1980, с. 42; Г. Кикодзе. Ираклий II. – Тблиси, 1945,с. 33-35. 

18

 Azərbaycan MDTA, f. 24, I siyahı, 358-ci sənəd, v. 6. 



19

 Yenə orada. 

20

 Yenə orada, v. 57-109. 



21

 Yenə orada, v. 57-109. 

22

 А. А. Рахмани. «Тарих-и алам-арайи Аббаси» как источник по истории Азербайджана. – Баку: Элм, 1960, с. 99. 



23

 И. П. Петрушевский. Азербайджан в XVI — XVII вв. Сборник статей по истории Азербайджана вып. I. 1949, с. 278. 

24

 R Məmmədov. Göstərilən əsəri, e. 136-137.  



25

 Эвлия Челеби. Книга путешествие (Извлечения из сочинения турецкого путешественника XVII). Вып. З. – М., 1983, с. 114-

115. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə