SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   16   17   18   19   20   21   22   23   24

33 

 

1816-cı ildə Rusiyadan Naxçıvan vasitəsi ilə  İrana gedən rus generalı A. P. Yermolov Naxçıvanda 



Kəlb  Əli xanla görüşdüyü zaman Naxçıvan xanlığının hakiminin ona söylədiyi sözlər bu baxımdan çox 

səciyyəvidir. Söhbət zamanı  Kəlb  Əli xan nəinki təkcə öz acı taleyi, habelə bütün Naxçıvan xanlığının, öz 

doğma  şəhəri Naxçıvanın taleyi haqqında da məyus ol

[65-66]


duğunu bildirmişdir. Bu barədə  

A. P. Yermolovun xatirələrində oxuyuruq. O yazır ki, Kəlb  Əli xan pəncərə qarşısına gələrək ona demişdir: 

«...vaxtı ilə Araz çayı vadisinin gözəlliyi və zənginliyinə heyrətlə baxardım; gözəl bağları və meşəlikləri olan 

vadini çoxsaylı  əhali canlandırırdı.  İndi mənə deyirlər ki, boş  səhralığa çevrilib, onun keçmiş  zənginliyindən 

əsər belə qalmayıb. Yaxşı ki, tale mənim gözlərimi bağladı, vadinin belə  bədbəxt gününü, tar-mar olmasını 

görmürəm. Bu vadini üç əsr mənim nəslim idarə etmişdir. Ara müharibələri və şahın ordusu bu bədbəxt torpağı 

boşluğa çevirdi, işğalçıların hər bir addımı xalqın bədbəxtliyinə səbəb oldu»

46



Kəlb Əli xanın sözlərini bütünlüklə Naxçıvan şəhərinə şamil etsək, bu heç də yersiz olmazdı. 

Beləliklə, deyilənlər belə bir qənaətə gəlməyə əsas verir ki, xanlıqlar dövründə Azərbaycanda mövcud 

olan iqtisadi və siyasi pərakəndəlik, yadelli işğalçıların dağıdıcı hücumları ölkənin digər  şəhərləri kimi

Naxçıvan bölgəsinin şəhərlərinin də inkişafına olduqca mənfi təsir göstərmişdir. Hətta Rusiya tərəfindən işğal 

edildikdən sonra feodal ara müharibələrinin kəsildiyi  şəraitdə belə bölgənin  şəhərləri, ilk növbədə Naxçıvan 

uzun müddət bu dağıntıların nəticələrini aradan qaldıra bilməmişdi

47



XVIII  əsrin sonu — XIX əsrin  əvvəllərində Naxçıvan  ətrafı qala divarları ilə  əhatə olunmuş tipik 



feodal  şəhəri idi. Xan sarayı istisna edilməklə, demək olar ki, bütün evlər bir mərtəbəli olub, bir-birlərinə 

oxşayırdı; bütün evlər bir mərtəbəlidir, yastı damlarla örtülü olub, küçə  tərəfdən gildən tikilmiş hündür 

divarlarla əhatə olunmuşdur. Küçələr dar, əyri və çirkli olduğundan şəhər hədsiz dərəcədə yaraşıqsız və kədərli 

görkəmə malikdir. Şəhərdəki bütün əyri küçələri dolansan da boz-sarı divarlardan başqa heç nəyə rast gələ 

bilməzsən

48



Naxçıvan bölgəsinin əsas şəhəri və xanlığın inzibati mərkəzi olan Naxçıvan əlverişli coğrafi 

[66-67] 


mövqeyə malik idi. Bu şəhər, Zəngəzur dağlarının qurtaracağında, Naxçıvançayın sağ sahilindən iki verst, Araz 

çayının şimal sahilindən isə səkkiz verst aralıqda yerləşirdi. Şəhər şimaldan Şeyx Mahmud, şərqdən Şəkərabad, 

cənubdan Tumbul və Yaxmana, qərbdən isə Əliabad və Xok mahalları ilə əhatə olunmuşdu

49



Naxçıvan  şəhəri inzibati cəhətdən bir neçə  məhəlləyə bölünmüşdü. Göstərmək lazımdır ki, şəhərdə 

müxtəlif dövrlərdə  məhəllələrin sayı da müxtəlif idi. Bu isə bir çox cəhətdən  şəhərin tarixən məruz qaldığı 

hücum və dağıntılarla bağlı olmuşdur.  Əlimizdə  hələlik Naxçıvan  şəhərinin müxtəlif dövrlərdə inzibati 

bölgüsünü əks etdirən kifayət qədər məlumat yoxdur. Mövcud tarixi boşluğu doldurmaq üçün Osmanlı əsgərləri 

Azərbaycanı, o cümlədən Naxçıvan şəhərini işğal etdikləri zamanı tərtib edilmiş «dəftərlər»də

50

 və Türkmənçay 



müqaviləsi bağlandıqdan sonra rus məmurlarının tərtib etdikləri «kameral təsvirlər»də

51

 verilmiş məlumatlarla 



kifayətlənməli olduq. Əldə edilən az-çox mənbələr  əsasında son orta əsrlərdən başlamış XIX əsrin 30-cu 

illərinədək Naxçıvan şəhərinin inzibati bölgüsündə baş verən dəyişiklikləri izləməyə və öyrənilən dövrdə onun 

inzibati mənzərəsini təsvir etməyə imkan yaranır. 

Osmanlılar tərəfindən tərtib edilmiş  dəftərlərdəki məlumatlara görə, türk əsgərlərinin istilasından 

əvvəl Naxçıvanda aşağıdakı məhəllələr mövcud olmuşdur: «Mirzəbəy (başqa adı Came), «Günbəz» (başqa adı 

Nuri-Kamanlar), Qaziyi-Cahan (başqa adı Xoca Mirikan), Seyid Hüseyn, Molla Əhməd, Şahab, Bala, Xocabəy, 

Tizxiran və Xuzmerek məhəllələri»

52



XVIII əsrin 20-ci illərində Azərbaycanın qərbində baş verən Osmanlı istilası ona gətirib çıxarmışdı ki, 

işğal olunan Naxçıvanda məhəllələrin sayı  kəskin  şəkildə azalaraq ikiyə endirilmişdi. Osmanlı  dəftərində bu 

məhəllələr sadəcə olaraq Yuxarı  və  Aşağı  məhəllə adlandırılır

53

. XVIII əsrin ortalarında müstəqil Naxçıvan 



xanlı

[67-68]


ğının meydana gəlməsi və yadelli işğalçıların hücumlarının müəyyən müddətə kəsilməsi Naxçıvan 

bölgəsində məhsuldar qüvvələrin inkişafına, o cümlədə şəhər həyatına da müsbət təsir göstərdi. Xanlığı inzibati 

mərkəzinə çevrilən Naxçıvan şəhəri tədricən bərpa olunmağa başladı. Bunu şəhərdə məhəllələri sayının artması 

                                                            

46

  Журнал  посольства  в  Персии  А.П.  Ермолова.  Чтение  в  императорском  обществе  истории  и  древностей  при  Московском 



Университете, кН. 2. – М., 1863, с. 180-181. 

47

 Нахичеванские рукописные документы XVIII-XIX – вв., с. 11,17. 



48

 К. Н. Никитин. Göstərilən əsəri, s. 121. 

49

 И. Шопен. Göstərilən əsəri, s. 477. 



50

 İrəvan vilayətinin müfəssəl dəftəri. — İstanbul, Başbakanlıq arxivi, №699 (osmanlı dilində); Naxçıvan sançağının müfəssəl dəftəri. — 

İstanbul, Başbakanlıq arxivi № 903 

51

 Azərbaycan MDTA, f. 24, I siy, iş 353, 358, 372 



52

 İrəvan vilayətinin müfəssəl dəftəri s 276-296 

53

 Naxçıvan sancağının müfəssəl dəftəri, s 10-24 




34 

 

bir daha göstərir. Artıq XVIII əsri sonlarına yaxın  şəhərdə dörd məhəllə — Sarbanla Şaqab,  Əlixan, Qurdlar 



məhəllələri var idi

54



XIX  əsrin  əvvəllərində biz yenidən  şəhərin inzibati bölgüsündə  dəyişiklik baş verdiyini müşahidə 

edirik. Bu dəyişiklik, hər şeydən əvvəl, şəhərdə məhəllələrin sayının xeyli artması ilə ifadə olunur. Mənbələrdə 

bu dövrdə Naxçıvanda artıq 13 məhəlləni olması haqqında məlumat vardır

55

. Bu məhəllələr aşağıdakılardan 



ibarət idi: Sarbanlar, Erməni, Oruc məhəlləsi, Köhnə qala, Xoşulu, Çaparxana, Ziyilarx, Bilici, Şahab, Qala və 

Təzəkənd


56

. Çox güman ki, «Erməni» və «Ziyilarx» məhəllələri Türkmənçay müqaviləsinə  əsasən Naxçıvana 

ermənilər köçürüldükdən sonra əmələ gəlmişdir. 

XIX  əsrin  əvvəllərində aparılan Rusiya-İran müharibəsi  şəraitində Naxçıvanda məhəllələrin sayının 

artması və deməli, şəhərin böyüməsi bir qədər təəccüblü görünə bilər. Lakin mənbələri diqqətlə araşdırdıqda bu 

məsələnin də düzgün izahını vermək mümkündür. XVIII əsrin sonu — XIX əsrin  əvvəllərində Naxçıvan 

xanlığında hakimiyyət başında olmuş  Kəlb  Əli xanın dövründə Naxçıvan  şəhərinin qala divarları xeyli 

möhkəmləndirilmiş və şəhər başqa yerlərə nisbətən yaşayış üçün daha az təhlükəli olmuşdur. Belə ki, 1806-cı 

ilin sonlarında  İran taxt-tacının vəliəhdi Abbas Mirzə Naxçıvan  şəhərini  ələ keçirmək üçün dəfələrlə  cəhd 

göstərsə də buna müvəffəq ola bilməmişdi

57



Naxçıvan  şəhərində  məhəllələrin sayının artmasına təsir göstərən amillərdən biri də,  şübhəsiz ki, 



çarizmin siyasəti olmuşdur. Məlumdur ki, Türkmənçay (1828) və Ədirnə (1829) sülh müqavilələri bağlandıqdan 

sonra İran və Türkiyə ərazisindən ermənilərin küt

[68-69]

ləvi şəkildə Azərbaycan xanlıqlarında yerləşdirilməsinə 



başlanıldı. Köçürülən ermənilərin bir qismi Naxçıvan xanlığında

58

, o cümlədən Naxçıvan  şəhərində 



yerləşdirildi

59



Öyrəndiyimiz dövrdə Naxçıvan  şəhərinin mərkəzində dördbucaqlı  şəkildə bazar meydanı yerləşirdi. 

Ticarət dükanlarının və sənətkarlıq emalatxanalarının böyük əksəriyyəti məhz bu meydanda cəmlənmişdi

60

. Bu 


dövrdə üç karvansara mövcud idi. Onlardan biri müharibələr zamanı dağılıb yararsız hala salınmışdı. Ticarət 

dükanlarının və  sənətkarlıq emalatxanalarının bir qismi karvansaralarda yerləşmişdi

61

. Naxçıvan  şəhərinin 



kameral təsvirindən aydın olur, ki, XIX əsrin  əvvəllərində Naxçıvan  şəhərində  cəmisi 279 ticarət dükanı  və 

sənətkar emalatxanası olmuşdur. Onlardan 56-sı müxtəlif səbəblərə görə fəaliyyət göstərmirdi

62



Yuxarıda qeyd edildiyi kimi, Naxçıvan  şəhəri xanlıqlar dövründə memarlıq baxımından o qədər də 



zəngin şəhər olmamışdır. Bu, şübhəsiz ki, uzun müddət davam etmiş yadelli işğallar və Azərbaycanın özündə 

gedən feodal ara müharibələri ilə  sıx bağlı olmuşdur. Bununla belə, öyrənilən dövrdə Naxçıvanda ictimai 

əhəmiyyət kəsb edən binalar və tikililər var idi. Bu tikililər arasında məscidləri xüsusi qeyd etmək lazımdır. 

Vaxtilə Naxçıvan  şəhəri özünün dini obyektləri ilə çox məşhur idi. XVII əsrin ortalarında Naxçıvanda olmuş 

Övliya Çələbi yazırdı ki, burada 70 came və 40 məscid var idi

63

. Türk səyyahı bunlardan Əhməd paşa, Fərhad 



paşa, Gözəl  Əli paşa, Çıqal oğlu, Xadim Cəfər paşa camelərinin gözəlliyini xüsusi qeyd edir, bəzilərinin isə 

hətta  İstanbul camelərini xatırlatdığını yazır

64

. Xanlıqlar dövründə Naxçıvanda cəmi dörd məscid fəaliyyət 



göstərirdi.  Əlbəttə, bu məscidləri Evliya Çələbinin təsvir etdiyi məscidlərlə müqayisə etmək olmazdı. 

Müasirlərdən biri yazırdı ki, «Naxçıvanda dörd məscid var, onların memarlıq

[69-70]

 baxımından çox sadə 



görünüşü var və Asiya üslubunda tikilmişlər»

65

. Bu dövrdə Naxçıvanda üç hamam — Şeyx-əli bəy, Fəzli bəy və 



Mirzəli bəy hamamları da fəaliyyət göstərirdi

66



XVIII  əsrin sonu—XIX əsrin  əvvəllərində Naxçıvan bölgəsində mövcud olan şəhərlərdən biri də 

Ordubad idi. Uzun müddət inzibati mərkəz olan və buna görə də tez-tez hücumlara məruz qalan Naxçıvandan 

fərqli olaraq Ordubad şəhəri dağıntılara daha az məruz qalmışdı. Bu isə, şübhəsiz ki, şəhərin ümumi görkəminə, 

həm də iqtisadi inkişafına müsbət təsir göstərmişdi. XIX əsrin  əvvəllərində  tərtib edilmiş bütün mənbələrdə 

Ordubad Naxçıvan bölgəsinin ən abad, yaşıllıqlara qərq olunmuş yaraşıqlı şəhəri kimi təsvir olunur. «Ordubad 

                                                            

54

 Azərbaycan MDTA, f. 24, I siy., sənəd 353, v. 3. 



55

 Yenə orada, v. 4; İ. Şopen. Göstərilən əsəri, s. 477. 

56

 İ. Şopen. Göstərilən əsəri 



57

 Рапорт генерал-майора Несветаева гр. Гудовичу от 6 марта 1807 года. АК АК, т. III, д. 1025, с. 599. 

58

 Azərbaycan MDTA, f. 24, I siy., sənəd 353; S. Qlinka. Göstərilən əsəri, e. 111. 



59

 Azərbaycan MDTA. f. 24, I siy., sənəd 353. 

60

 Yenə orada. 



61

 Yenə orada. 

62

 Yenə orada. 



63

 Övliya Çələbi. Göstərilən əsəri, s. 114-115. 

64

 Yenə orada. 



65

 K. N. Nikitin. Göstərilən əsəri, s. 121 

66

 Yenə orada. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə