80
11.3. Təhsildə kütlə və fərd münasibətləri
«Ziyalı kütləvi ola bilməz. Alimdir, şairdir,
bəstəkardır, rəssamdır, yazıçıdır, artisdir –
bunlar fitri istedada malik olan nadir
adamlardır və öz mədəniyyəti, yaradıcılığı,
fəaliyyəti ilə bizim cəmiyyətin mədəni
səviyyəsini qaldırır».
Heydər Əliyev
Təhsil konsepsiyasını qurarkən nəzərə almaq lazımdır ki,
hər bir insan əvvəlcədən ümumi və xüsusi qabiliyyət dəsti
(naboru) ilə dünyaya gəlir. Psixi cəhətdən normal insanların
ümumi qabiliyyətləri praktiki olaraq eynidir və cəmiyyətdə,
təbiətdə və məişətdə insani davranışların sadə formalarını əldə
etməyə qulluq edir. Xüsusi qabiliyyətlər həm talant səviyyəsinə
görə, həm də fəaliyyətin müxtəlif istiqamətlərinə görə hamıda
müxtəlifdir. Misal üçün, musiqi qabiliyyətini xüsusi qabiliyyətə
aid etmək olar. Lakin talantlı insanlarda da bu qabiliyyət müxtəlif
ölçüdədir. Bu fikirlərimiz insanın təbiət elmlərinə, texniki və
digər xüsusi qabiliyyətlərinə də aid edilir.
Depersonlaşmış təhsildə xüsusi qabiləyyətin nəzərə
alınmamasından şəxsiyyətlər əziyyət çəkirlər. Çox təəssüf ki, bu
ağrını isə heç kəs hiss etmək istəmir. Vəziyyətdən çıxış yolu
təbii forma olaraq, təhsilin fərdiləşdirilməsi konsepsiyasına
üstünlük verilməsidir.
Yeni təhsil sisteminin konseptual müddəalarından biri,
yuxarıda qeyd edildiyi kimi, diqqət mərkəzinə
şəxsiyyətin,
fərdlərin çəkilməsidir. Cəmiyyətin aparıcı qüvvəsi istedadlı
insanlar, şəxsiyyətlər hesab edilməlidir. Şəxsiyyətin keçmişdə
danılmış rolu bərpa edilməli, proletariatın (kütlənin) tarixi
missiyasından isə imtina edilməlidir.
Dediklərimizdən aydın olur ki, yeni təhsil sisteminin
dayaq nöqtəsi sosialist təsəvvürünə uyğun olaraq
kütlə üzərində
yox, əsasən istedadlı
fərdlər üzərində qurulmalıdır
. Sual olunur