Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə251/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   247   248   249   250   251   252   253   254   ...   314

 

514 


Səfəvi hökmdarı Şah İsmailin hərbi-siyasi fəaliyyətinin 1503-1508-ci illəri 

əhatə edən ikinci mərhələsi Ağqoyunlu imperiyasına daxil olan bütün ərazilərin 

ələ keçirilməsindən ibarət olmuşdur. Bu məqsədlə Şah İsmail Ağqoyunlu vali-

lərinə məktub yazaraq, onlardan itaət göstərməyi tələb etmiş və tabe olacaqları 

təqdirdə  vali  olduqları  ərazilərin  onların  ixtiyarında  qalacağına  söz  vermişdi. 

Valilərin bir qismi itaət etsə də, qalanları Şiraza – Sultan Muradın, yaxud Qara-

Həmidə – Əlvənd Mirzənin yanına qaçıb, onlara sığındılar. 

Bundan istifadə edən Əlvənd Mirzə Mərəş və Əlbistan hakimi Əlauddövlə 

Zulqədərlə birlikdə səfəvi hökmdarı Şah İsmailə qarşı ittifaq yaradaraq, ondan 

iyirmi  minlik  qüvvə  alıb,  Azərbaycan  üzərinə  yürüş  etmək  üçün  hazırlıqlara 

başladı.  Əlvənd  Mirzənin  Ərzincanda  qoşun  toplamasından  xəbər  tutan  Şah 

İsmail  1502-ci  ildə  Təbrizi  tərk  edərək  Ərzincan  üzərinə  hərəkət  etdi.  Şah 

İsmailin on iki minlik ordu ilə onun üzərinə  gəlmək üçün Van istiqamətində 

irəlilədiyini öyrənən Əlvənd Mirzə digər yolla Təbrizə daxil olaraq yeddi min 

nəfəri edam etdirdi. Əlvən Mirzənin paytaxt Təbrizə daxil olaraq xeyli insanı 

edam etdirdiyini öyrənən Şah İsmail dərhal geri qayıtdı. Şah İsmailə müqavi-

mət göstərə bilməyən Əvənd Mirzə ordusu ilə birlikdə Diyarbəkrə qaçdı.  

Beləliklə,  Əlvənd  Mirzə  üzərindəki  ikinci  qələbədən  sonra  Şah  İsmailin 

hərbi-siyasi fəaliyyətinin 1499-1502-ci illəri əhatə edən və Azərbaycanın bir-

ləşdirilməsi məqsədi güdən ilk mərhələsi başa çatdı. Məhz bundan sonra Şah 

İsmail bütövlikdə keçmiş Ağqoyunlu ərazilərini ələ keçirməkdən ötrü mübari-

zəyə başladı və 1503-1508-ci illəri əhatə edən bu kampaniya onun hərbi siyasi 

fəaliyyətinin ikinci mərhələsini təşkil etmişdir.  

Səfəvilər dövləti sosial-iqtisadi baxımdan daha çox inkişaf etmiş Azərbay-

can ərazisində yarandı. Bu dövlətin iqtisadi əsasını zəngin Azərbaycan vilayət-

ləri təşkil edirdi. Bunların hesabına Səfəvilərin hakim dairələri öz dövlətlərinin 

qüd

rətini artırmaq üçün maddi vəsait toplayırdılar. 



Səfəvi dövlətində əhalinin etnik və mədəni birliyə malik çoxluğunu Azər-

bay


can türkləri təşkil edirdi. Hərbi komandanlıq, maliyyə idarələri, vilayətlərin 

idarə  olunması  demək  olar  ki,  bütün  saray  vəzifələri  Azərbaycan  əyanlarının 

əlində idi. XVI əsrin ortalarına yaxın dövlətin 74 əmirindən 69-u Azərbaycanlı 

idi. Ordu da, əsasən, Azərbaycan tayfalarından təşkil olunurdu. Şahın sarayın-

da, qoşun içərisində və qismən diplomatik yazışmada Azərbaycan türkcəsindən 

istifadə olunurdu. 

 

İran, İraq və Şərqi Anadolunun tabe edilməsi 

1503-


cü ildə I Şah İsmail müridi Qənbər ağanı Ağqoyunlu hökmdarı Mu-

rad ibn Yəqubun yanına göndərdi və İraqi Əcəm vilayəti üzərində hakimiyyə-

tinin tanınmasını tələb etməklə bərabər ona tabe olmağı təklif etdi. Lakin onun 

Şirazda  apardığı  danışıqlar  heç  bir  nəticə  vermədi  və  sultan  Murad,  Osmanlı 

döv

lətinə güvənərək, Şah İsmailə itaət etməkdən imtina etdi. Rədd cavabı alan 



Şah İsmail 1503-cü ildə 13 minlik orduyla Həmədana doğru hərəkət etdi. Dö-


  

515 


yüşdən öncə Murad öz ordusunun hazırlıqlarını tamamlayaraq, Şirazı tərk edib, 

İsfəhana, oradan da Bəhmənzar yolu ilə Cərfədqana gəldi. Şah İsmail isə öz or-

dusu ilə Sultaniyyə şəhərinə gəlib, oradan da Həmədan üzərinə hərəkət etdi. Bu 

arada M


uradın  İsfəndiyar  sultan  Türkman  adlı  sərkərdənin  başçılığı  altında 

gön


dərdiyi  beş  minlik  ordu  səfəvi  sərkərdələri  Şah  İsmailin  qardaşı  İbrahim 

Mir


zə  və  İlyas  bəy  Halvaçıoğlu  tərəfindən  məğlub  edildi.  Bu  toqquşmadan 

son


ra tərəflər Alamaqulağı deyilən yerdə qarşılaşdı. 1503-cü ildə baş verən dö-

yüşdə 70 minlik ordusu  olmasına baxmayaraq Murad məğlub oldu və Şiraza 

qaçdı.  

Almaqulağı düzündə Sultan Muradın məğlubiyyəti İranda hökmranlıq edən 

Ağqoyunlu əmirləri arasında daxili qalmaqallara səbəb oldu. Eyni ildə Kirman 

ha

kimi Əbulfəth bəy Bayandur Şiraza yürüş edib, Muradın oradakı valisi, Aybə 



sul

tanın qardaşı Yaqubcan bəyi Beyzaya qaçmağa məcbur etdi. Şiraz və Kaze-

runu ələ keçirmiş Əbulfəth bəy Firuzabada da sahib oldu, lakin orada dağdan 

yıxılaraq öldü. Onun ölümündən sonra sərkərdələrindən Şeyx Həsən bəy Şiraz-

da,  Mahmud  bəy  isə  Kirmanda  hakimiyyəti  ələ  keçirdilər.  Bu  arada  əvvəllər 

Əbərqu hakimi olsa da, Rəis Məhəmməd Kərrəyə məğlub olub Əbulfəth bəyə 

sığınmış  Şeyx  Əli  bəy  qiyam  qaldırıb  Şiraza  hücum  etsə  də,  məğlub  olaraq 

Əbərquya qaçdı və orada Kərrə tərəfindən öldürüldü. Beyzaya qaçmış Yaqub-

can İsfəhanda türkmən tayfasından ordu toplayaraq, Şiraza hücum etdi və Şeyx 

Həsən bəyi qətlə yetirib, orada yenidən hakimiyyəti ələ keçirdi.

814

  

Bu qarışıqlıqdan istifadə edən qızılbaşlar 1503-cü ildə Qum, Kaşan və İsfa-



hanı, 1504-cü ildə Gülxəndan, Firuzğux, Ust qalalarını, 1505-ci ildə Yəzd və 

Kir


manı  ələ  keçirdilər.  Bunun  ardınca  Şah  İsmail  öz  qoşunu  ilə  birgə  Qərbə 

doğru hərəkət etməyə başladı və 1507-cı ildə Van və Ərzincanı, 1508-ci ildə 

isə Şah İsmail Ərəb İraqını, Xorasan istisna olmaqla bütün İranı və indiki Er-

mənistanı özünə tabe etdi. 1506-1508-ci illərdə səfəvilər Bağdad şəhəri daxil 

olmaqla  Diyarbəkri,  Xilat,  Bidlis,  Ərciş  və  Ərəb  İraqını  fəth  etdilər.  Səfəvi 

dövləti şərqdən Şeybani xanın Özbək dövləti və qərbdə Osmanlı Türkiyəsi ilə 

həmsərhəd oldu. 

Şah  İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Öz-

bək xanı Məhəmməd Şeybani Xorasanı işğal etdi və şaha təhqiredici məktublar 

gön


dərərək onu hədələdi, Azərbaycana və İraqa gələcəyini bildirdi. Şah İsmail 

isə cavabında özünün Xorasana gələcəyini bildirdi və ona əziyyət çəkməməyi 

məsləhət  gördü.  I  Şah  İsmail  1510-cu  ildə  Xorasana  doğru  hərəkət  etdi  və 

1510-


cu il dekabrın 1-də baş verən Mərv döyüşündə Məhəmməd xan Şeybanini 

məğlub edərək Xorasanı ələ keçirdi. Döyüşdə Məhəmməd Şeybani xan özü də 

öldürüldü. Beləliklə, Şah  İsmail Herat, Mərv və Bəlx şəhərləri daxil olmaqla 

Xorasanı  ələ  keçirdi.  1510-cu  ildə  Amu-Dəryadan  Fərat  çayına  qədər  geniş 

ərazi Şah İsmailin hakimiyyəti altına keçdi. Daha sonra Anadoluya dönən Şah 

814


 Cahanguşa-yi xaqan, səh-176-181. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə