509
5.
Əbu-Şuca Muiz Təhəmtən Nasiri Əmiril-Muminin I Səd (1198-1226)
6.
Muiz Əbi-Bəkr Qutluğ-Xan (1226-1260)
7.
Muiz II Səd (1260)
8.
Muiz Adududdövlə I Məhəmməd (1260-1262)
9.
Muiz II Məhəmməd-Şah (1262-1263)
10.
Muiz Səlcuq-Şah (1263-1264)
11.
Muzəffəruddövlə Abış Xatun (1264-1286).
804
Azərbaycan atabəyləri (və ya Eldənizlər) 1146-1225
Qıpçaq qrupuna mənsub olan bu xanədanın paytaxtı Gəncə şəhəri olmuş-
dur. Ərazi baxımından Şimali və Cənubi Azərbaycanı əhati edirdilər. 1146-
1194-
cü illər arasında İraq Səlcuqlarına, 1194-1217-ci illər isə arasında müstə-
q
il olaraq hakimlik etmişlər. 1217-ci ildə Xarəzm-Şahlara tabe olan xanədan-
lığa, elə 1225-ci ildə Xarəzm-Şahlar tərəfindən son qoyulmuşdur.
Azərbaycan məlikləri:
1.
Şəmsəddin Məhəmməd Eldəniz (1146-1175)
2.
Şəmsul-İslam vəl-Muslimin Nusrətid-Dünya Atabəyi Azam Əbi Cəfər
Məhəmməd Pəhləvani Cahan (1175-1186)
3.
Muzəffərud-Dünya Məlik Qızıl-Arslan Osman (1186-1191)
4.
Nusrətud-Dünya Əbi-Bəkr (1191-1210)
5.
Məlik Muzəffərud-Dünya Özbək Pəhləvan (1210-1225).
805
Qarabağ bəyləri 1155-1189
İraq Səlcuqlarının atabəyi olan Eldənizlərə tabe olan Qarabağ bəyliyini
aşağıdakı əmirlər idarə etmişdir:
1. Seyfud-
Dünya Muiz ibn Məhəmməd (1155-1160)
2.
Bəybars ibn Seyfud-Dünya (1160-1189)
3.
Əbdülməlik ibn Bəybars (1189).
806
Əhər bəyləri 1191-1226
Eldənizlərə tabe olan Əhər bəyliyi iki əmir tərəfindən idarə olunmuşdur:
1.
Piş-Təkin ibn Məhəmməd (1191-1210)
2.
Nusrətud-Dünya Mahmud ibn Piş-Təkin (1210-1226).
807
Xorasan atabəyləri (Kumaclar) 1157-1187
Hənəfi qoluna mənsub olan bu xanədanlığı aşağıdakı əmirlər idarə etmiş-
dir:
804
Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-504.
805
Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh 506.
806
Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-507.
807
Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-507.
510
1. Ayaba (1157-1174)
2.
Əbu-Bəkr Toğan-Şah ibn Ayaba (1174-1185)
3.
Səncər-Şah ibn Toğan-Şah (1185-1187).
808
808
Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-508.
511
XI FƏSİL
Səfəvilər dövləti 1501-1736
Səfəvilər dövləti Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer
tut
ur. 200 ildən çox bir tarixi dövr ərzində təkcə Azərbaycanı və qonşu ölkələri
de
yil, Yaxın və Orta Şərqin çox geniş ərazilərini idarə edən Azərbaycan Səfə-
vilər sülaləsi türk dövlətçiliyinin tarixinə parlaq səhifələr həkk etmişdir. Digər
böyük türk imp
eriyaları kimi Səfəvilər dövləti də uzun müddət onun hakimiy-
yəti altında yaşamış xalqlara əmin-amanlıq gətirmiş, təkcə Azərbaycan türk-
lərinin deyil, bu dövlətin tərkibinə daxil olan başqa xalqların, o cümlədən İran
xalqlarının maddi və mənəvi mədəniyyətinin qorunub saxlanmasında, daha da
tərəqqi etməsində olduqca mühüm rol oynamışdır.
Dövlətçilik tariximizə dair aparılmış tədqiqatlar aydın sübut edir ki, xarici
ölkələrin (o cümlədən, vaxtı ilə Azərbaycan imperiyalarının tərkibinə daxil
olan ölkələrin!) bir çox «araşdırıcıları» özlərinə «tarix yaratmaq» məqsədilə ya
xalqımızın dövlətçilik tarixinə sahib çıxmağa çalışmış, ya da bu şanlı tarixi
saxtalaşdırmaq üçün dəridən-qabıqdan çıxmışlar.
Ən böyük müsəlman xanədanlarından biri də Səfəvilər dövlətidir. Əməvi-
lər, Abbasilər, Səlcuqlular, Osmanlılar xaric, digər İslam xanədanlarının ən
əhəmiyyətliləri arasına Səfəvilər, Əyyubilər və Fatimilər daxildir. Səfəvilər
döv
ləti XVI əsr boyunca Osmanlıdan sonra dünyanın ikinci,
XVII əsrdə isə Os-
manlı və Hindistan Teymurilərindən sonra dünyanın üçüncü qüdrətli dövləti ol-
muşdur. Səfəvilərin banisi Şeyx Səfiəddin İshaq əl-Musəvi əl-Ərdəbili (1252-
1334) hesab edilir. Rəvayətə görə Şeyx Səfiəddin yeddinci İmam Misa ibn Cə-
fər Kazimin (ə) nəslindəndir, bu da öz növbəsində Hz.Əlinin (ə) və Hz.Mu-
həmmədin (s) qızı Hz.Fatimənin (sə) iyirmi altıncı nəslidir.
İ. P. Petruşevski Səfəvilərin tarixini dörd dövrə bölür:
Birinci dövr –
XIII əsrin sonlarından 1447-ci ilə qədər davam edir. Bu
dövrdə Səfəvi şeyxləri şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına
başçılıq etməyə çalışırlar. Lakin bu dövrdə Səfəvilərin hakimiyyəti Ərdəbil
mahalından kənara çıxmır.
İkinci dövr – 1447-1501-ci illər. Bu dövrdə Səfəvilər özlərini müstəqil ruhani
feo
dalları kimi təqdim edir və Azərbaycanın siyasi həyatında mühüm rol oynayırlar.
Üçüncü dövr – 1501-1587-
ci illər. Həmin illərdə Səfəvilərin hakimiyyəti
ya
ranır, möhkəmlənir və onlar Azərbaycanın iqtisadi-siyasi və mədəni həyatın-
da mühüm rol oynayırlar.