146
Müa
viyə gələcək dövr üçün plan hazırlaya bilməz. Yəni, Müaviyə başqasını
özü
nə canişin seçə bilməz.
3)
Müaviyə o vaxta qədər Şamda Hz.Əliyə lənət deyib, təhqiramiz sözlər
söy
ləməyi qanuni etmişdi. Müqavilədə qeyd olundu ki, “Bu pis əməl tərk edil-
məlidir. Müaviyə namazlarda Hz.Əliyə lənət deməyi və o Həzrətin haqqında
na
layiq sözlər söyləməyi tərk etməli və onu hörmətlə xatırlamalıdır.”
4)
Kufə beytül-malında olan beş milyon dirhəm pul Müaviyənin hökuməti-
nə verilməkdən istisna olunur və həmin pulu İmam Həsənin (ə) özü lazımı yer-
lərə sərf edəcək. Həmçinin, Müaviyə beytül-maldan ayrılan payda Bəni Haşimi
Bəni Ümeyyədən üstün tutmalıdır. Eləcə də Müaviyə Darabegərd şəhərinin xə-
racının bir milyon dirhəmini Hz.Əlinin (ə) rəhbərliyi altında Cəməl və Siffeyn
dö
yüşlərində şəhid olanların ailələri arasında bölüşdürməlidir.
199
5)
Müaviyə ibn Əbu Süfyan bütün əhaliyə, istər Şam, istər İraq, istərsə də Hi-
caz əhalisinə hər hansı millətdən olursa olsun, bir daha təqib etməməsi və əzab-
əziyyət verməməsi barədə zəmanət verməlidir. Onları Müaviyənin hökumətinə
qar
şı keçmişdəki fəaliyyətlərinə görə axtarışa məruz qoymamalı, xüsusilə keçmiş
kin-
küdurətə görə İraq əhalisinə əzab-əziyyət verməməlidir. Bundan əlavə, Müa-
viyə ibn Əbu Süfyan Hz.Əlinin (ə) tərəfdarlarını harada olmaqlarından asılı olm-
ayaraq amanda sax
lamalı və onların heç birinə əziyyət verməməlidir. Hz.Əlinin (ə)
tərəfdarlarının canı, malı və pulunun hörməti qorunmalıdır. Onlar əsla axtarışa
məruz qalmamalı və onlara zərrə qədər də narahatçılıq yetişməməlidir. Hər kəsin
haqqı özünə çatmalıdır. Hz.Əlinin (ə) şiələrindəki beytül-mal onların özündə
qalmalıdır. Həmçinin, Həsən ibn Əli (ə) və qardaşı Hüseyn ibn Əli (ə) və eləcə də,
Hz.Pey
ğəmbərin (s) ailəsindən olan hər hansı bir şəxs üçün Müaviyə tərəfindən
heç bir xətər icad olmamalı, heç bir yerdə onlar üçün qorxu hissi yaranmamalıdır.
Müqavilənin sonunda Müaviyə maddələrin hamısına əməl edəcəyinə söz
verərək Allahı bu işdə şahid tutdu, bütün Şam əyan-əşrafı buna şəhadət verdilər.
Bu müqaviləni bağlamaqla Hz.Həsən (ə) qabaqcadan Hz.Peyğəmbərin (s) onun
haq
qında verdiyi xəbəri həyata keçirdi. Hz.Peyğəmbər (s) İmam Həsəni (ə) min-
bərin başına çıxmış görüb buyurdu: “Mənim bu övladım müsəlmanların ağasıdır.
Allah onun vasitəsilə müsəlman dəstə arasında sülh yaradacaq.”
200
Sülh bağlandıqdan sonra Kufəyə gələn Müaviyə minbərə çıxaraq belə dedi:
“Mən sizinlə namaz qılıb həcci yerinə yetirmək, zəkatı vaxtlı-vaxtında ödəmək
üçün vuruşmadım. Mən bilirəm ki, onsuz da siz bunları yerinə yetirirsiniz. Mən
si
zinlə ona görə vuruşdum ki, sizi özümə tabe edib hökuməti ələ keçirim.”
199
Biharul-
ənvar, 44-cü cild, səh-10.
200
Təzkirətul-xəvas, səh-194; Usdul-ğabə, II cild, səh-12; Nurul-əbsar, səh-121; Təbəqati ibn
Səd, I cild, səh-26, Ənsabul-əşraf, III cild, səh-42.
147
Daha sonra dedi: “Bunu bilin ki, Həsən ibn Əliylə
(ə) bağladığım sülh mü-
qa
viləsinin bütün maddələrini ayaqlarım altına qoyub tapdalayıram və heç bi-
rinin dəyəri yoxdur.”
201
Bu hadisədən sonra İmam Həsən (ə) Kufədə qala bilməyib, Əhli-beytlə bir-
lik
də öz doğma vətəni olan Mədinəyə köçdü.
Lakin İmamdan əl çəkməyən Müaviyə onu burada da rahat buraxmadı.
İmam Həsənin (ə) xanımlarından biri də Əsma (Codə) binti Əşəs idi. Əsmanı
min cür hiylələrlə ələ alan Müaviyə onu başa saldı ki, əgər İmam Həsəni (ə) öl-
dür
sən, səni öz cavan oğlum Yezid üçün nigahlayıb sarayıma gətirərəm. Bu cür
vədlərlə bərabər Müaviyə ona çoxlu qızıl və zəhər də göndərdi. Nəhayət, Əsma
hic
rətin əllinci ili səfər ayının 28-də (miladi 670 və ya 672) İmam Həsəni (ə)
zəhərləyərək şəhid etdi. İmam Hüseyn
(ə) o Həzrəti qüsl və kəfən edib, babası
Hz.Pey
ğəmbərin yanında dəfn etmək üçün oraya apardılar. Bundan xəbər tutan
Mərvan ibn Həkəm və Osman ibn Əfvanın digər qohumları silahlanıb bu işə
mane oldular. Hətta o Həzrətin tabutuna ox atdılar. İmam Həsənin (ə)
cənazəsinin Peyğəmbərin (s) yanında dəfn edilməsi istənilsə də buna maneçilik
törədilmiş və fitnə çıxmasın deyə cənazə Bəqiyə aparılaraq orada dəfn
edilmişdir.
Künyəsi Əbu Muhəmməd olan İmam Həsənin (ə) ləqəbləri bunlardır:
1)
Zəki – yəni eyblərdən pak-pakizə
2) Turi-siyniyn –
yəni haqq nurunun doğan yeri
3)
Əvvəlüs-sibteyn – yəni əkizlərin
birincisi
4)
Əvvəli-Ali-Əba – yəni kisa örtüyünün birincisi
5)
Müctəba – yəni seçilmiş
İmam Həsənin (ə) zövcələri bunlardır:
1) Ümmü-
Bəşir. İmam Həsənin (ə) bu xanımla izdivacından Zeyd adlı oğ-
lu, Ümmül-
Həsən və Ümmül Hüseyn adlı qızları dünyaya gəlmişdir.
2)
Xulə binti Mənzuri. Həsən ibn Həsənin anasıdır.
3)
Ümmü İshaq. Hüseyn və Fatimənin anasıdır.
4)
Əsma binti Əşəs.
5)
Əsma binti Əbdürrəhman ibn Əbu Bəkr.
Tarixi məlumatlara görə İmam Həsənin (ə) on beş oğlu və yeddi qızı olmuş-
dur. Oğlanları bunlardır: 1) Zeyd, 2) Həsən ibn Həsən. Ona Həsəni-Müsənna da
de
yirlər. İmam Hüseynin (ə) Fatimə adlı qızı ilə evlənən Həsəni-Müsənna
Kərbəla faciəsində çoxlu yaralar alsa da, sonradan sağalmışdır. 3) Ömər, 4) Qa-
sim, 5)
Abdullah. Bunların üçüdə Kərbəla faciəsində əmiləri Hz.Hüseynin
(ə)
qabağında şəhid olmuşlar. 6) Əbdürrəhman. O da İmam Hüseynlə (ə) birlikdə
Mədinədən Məkkəyə getsə də, orada həcc ehramında vəfat etmişdir. 7) Hüseyn,
201
İbn Əbil Hədid, Nəhcül-bəlağənin şərhi, XVI cild, səh-15.