Şamil Vəliyev – 50


səhifə90/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   86   87   88   89   90   91   92   93   ...   97

315
ƏDƏBİYYAT
1. «Molla Nəsrəddin» jurnalı. 1906, № 21.
2. Tərcümə sənəti. Məqalələr toplusu, Bakı, 1990.
3. A.S.Puşkin. Soçineniə v trex tomax. M. 1964.
4. F.Ağazadə. Ədəbiyat məcmuəsi. Bakı, 1912.
5. A.Səhhət. Əsərləri. 2 cilddə, II cild, Bakı, 1976.
6. K.Talıbzadə. Abbas Səhhət. Bakı, 1985.
7. Tetradi perevodçika (vıpusk 19). M., 1982
8. Yeni məktəb (tərtibçilər A.Səhhət və M.Mahmudbəyov). Bakı, 1909
9. T.M.Sultanov. Uzbekskoe-kazaxskie literaturnıe vzaimosvəzey. Baku, 1985
10. İkinci il. Bakı, 1914
11. M.Mextieva. Krılov i Azerbaydjanskaə literatura. Baku, 1985
12. S.Cəfərov. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1958
13. İki uşaq. Ruscadan təbdil, Bakı, 1912
14. S.Cəfərov. Müasir Azərbaycan dili, leksika. Bakı, 1970
15. H.Bayramov. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı, 1978
16. K.Çukovskiy. Zapovedi dlə detskix pogtov. M., 1977
17. K.D.Uşinski. Seçilmiş əsərləri. Bakı, 1953
18. M.Arif. «Bədii tərcümə». «Tərcümə sənəti» məqalələr toplusu, Bakı, 1990
19. X.Məmmədov. Sultan Məcid Qənizadə. Bakı, 1983
20. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Tərtib edən Ə.Mirəhmədov, Bakı, 1978
21. R.Əfəndizadə. Bəsirətül-Ətfal. Badkubə, 1901
Qafur Rəşad Mirzəzadə


316
Əsrimizin başlanğıcında milli hərəkatların başlanması həyatın bütün sahələrində
canlanma yaratdı. İctimai hadisələrin cərəyanını izlərkən istər-istəməz belə bir qənaət
hasil olur ki, xalqı milli dirçəliş hərəkatının sürətli gedişinə qoşmaq üçün qabaqcıl
ziyalılardan hər biri imkanı daxilində faydalı əməli işlə məşğul olmuş, həmvətənlərinin
tərəqqisinə müəyyən töhfə verməyə nail olmuşdur. Vətənə və xalqa xidmət etməyi
həyatının amalına çevirən ziyalılardan biri də Qafur Rəşad Mirzəzadədir. O, ictimai
fəaliyyət meydanına əsasən əsrin əvvəllərində gəlmişdir. Maarif və ədəbi hərəkata gec
qoşulmasına baxmayaraq, ədib qısa müddətdə özünü geniş eridusiyaya malik ictimai
xadim kimi tanıda bilmişdir. Onun publisistməqalələri, coğrafiya, riyaziyyat və ana
dilinin tədrisinə dair vəsaitləri xüsusilə ən uzun ömürlü uşaq jurnalı «Məktəb»in nəşri
sahəsində xidmətləri XX əsr Azərbaycan ədəbi və elmi ictimaiyyətinin diqqətini cəlb
etmişdir.
Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə 1884-cü ilin may ayının 6-da Şamaxı
şəhərində anadan olmuşdur.  1894-cü ildə şəhər məktəbin qoyulana qədər üç ilədək
molla məktəbində təhsil almışdır.  1901-ci ildə Şamaxı şəhər məktəbini bitirən Qafur
Bakıya gəlib III Aleksandrın adını daşıyan gimnaziyada N.Nərimanovun iştirak etdiyi
komissiyada imtahan verir və xalq maarifi sahəsində orta təhsillə ibtidai məktəbdə
müəllim işləmək hüququnu qazanır. Ali təhsil almaq Qafur Rəşada ancaq 20-ci illərdə
nəsib olmuşdur.
O, 1920-22-ci illərdə Bakı Ali Pedaqoji İnstitutunda təhsil alır, 1923-cü ildə isə
Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olur,  1927-ci ildə
oranı bitirir. 1926-cı ildə ADU-da, 1929-cu ildə Zaqafqaziya Pambıqçılıq İnstitutunda,
1932-ci ildə Sənaye Akademiyasında, 1934-cü ildə isə Azərbaycan Sənaye İnstitutunda
fəaliyyət göstərən Q.Rəşad bütün qüvvə və bacarığını ilk növbədə ali təhsilli kadrların
hazırlanmasına sərf edir.
1943-cü ildə Şamaxıya ezam olunan Q.Rəşad orada xəstələnir, həmin ilin noyabr
ayının 26-da Bakıda vəfat edir.


317
Qafur Rəşad Mirzəzadənin bütün fəaliyyəti Azərbaycan xalqının mədəni
tərəqqisinə yardım göstərmək işinə həsr olunmuş, bu yolda o, bütün qüvvəsini sərf
etmiş: bir tərəfdən xalq müəllimi kimi çalışmış, o biri tərəfdən milli məktəblərin mütaliə
və dərs kitabları ilə təmin olunmasında zəhmətini əsirgəməmişdir. Bu mübarizədə onun
pedaqoqluq, jurnalistlik, metodistlik bacarığı üzə çıxmışdır.
Qafur Rəşad qüvvətli vətəndaşlıq hissinə malik ehtiraslı maarif və mətbuat
xadimi olmuşdur.
1908-ci ildə çap etdirdiyi ilk publisist əsəri «Ayineyi-millət»  («Oyanız
qardaşlar!») onun fəaliyyət məramnaməsi kimi qəbul oluna bilər. Azərbaycan həyatının
zəruri problemlərinə toxunan ədib əsərdə milli məktəblərin çoxalması, oğlan və qızların
elmə cəlb edilməsi kimi vacib məsələlərə toxunur, mətbuatın genişləndirilməsi ideyasını
birinci dərəcəli məsələ kimi irəli sürürdü.
Kitab:
«Düşmən bir olsa dəfi asandır eyləmək,
Vay ol zaman ki, yüz qoya hər bir kənardan» –
misraları ilə başlayır, əvvəldən axıra qədər cəhalət və nadanlığa qarşı mübarizənin
zəruri olduğunu təbliğ edir.
«Ayineyi-millət» əsəri ilə Qafur Rəşad Mirzəzadə özünü hərtərəfli inkişaf etmiş
ziyalı kimi təqdim edə bilmişdir. O, irəli sürdüyü müxtəlif məsələləri Şərq ədəbiyyatının
görkəmli nümayəndələri Firdovsi, Rumi, Xaqani, Nizami, Füzulidən gətirdiyi misallarla
əsaslandırır, beləliklə, onların təsir qüvvəsini daha da artırırdı.
Qafur Rəşadın «Ayineyi-millət» əsəri bir növ tarixi-coğrafi aspektdə yazılmışdır.
Burada dünya xalqlarının həyatında baş verən tarixi hadisəlrdən, həmin xalqların
mədəniyyətindən, adət-ənənələrindən danışılır və oxucuda müxtəlif ölkələr haqqında
tarixi-coğrafi təsəvvür yaradılır. Lakin bu məlumat sadəcə etnoqrafik səciyyə daşımır,
xüsusi məqsədə xidmət edir. Belə ki, ədib müxtəlif xalqların əzablı tərəqqi yolunu İslam
mövhumatının təzyiqi altında əzilən həmvətənlərinə trixi ibrət dərsi kimi təqdim edirdi.


318
Əsər boyu klassik və müasir şairlərin yaradıcılığından gətirilən sitatlar, poetik
nümunələr kitabın bədii təsirini gücləndirir, nəsrlə nəzmin, elmi təhlillə təhkiyənin
poetik vəhdəti əsəri daha da maraqlı edir, ona nəsihətamiz, didaktik xarakter aşılayır.
Ürəyi xalqın tərəqqisi hissi ilə vuran alimi xalq «dərd»i düşündürür. O,
həmvətənlərinə aşağıdakı şəkildə müraciət edir:
«Millətdaşlarım! Diqqət ediniz pişrovumuz (başçımız – V.Ə.) Seyyid-əd Səqlinin
məsləkinə! Diqqət ediniz də, zülam abad altına girib günəşi inkar edənlərdən həzər
ediniz; məşhur Fransa ədibi Viktor Hüqo «günəşi inkar etməyə korluq fəlsəfəsi
deyirlər» - diyor. Zəmanəmizə nəzəri tədqiq ilə diqqət edərək görərsiz ki, bu gün maarif
fövqəladə tərəqqi edibdir. Bu bir zamandır ki, bunun naminə 20-ci əsr diyorlar. Bu isə
ən müqtədir mühərrirlərin qələmlərindən, ən müəssir alimlərin nitqindən daha təsirlidir,
çünki «özünə tabe olmağa cümləni məcbur ediyor»…[1, 13-14]
Dünyagörüşü etibarilə maarifçi olan müəllif xalqın nicat yolunu elmdə görür. O,
əsərdə «mədəniyyətə çatmaq üçün elmə yiyələnmək lazımdır» fikrini təbliğ edir.
Bəşəriyyətin əldə etdiyi bütün nailiyyətləri elmin və alimlərin zəhmətinin məhsulu
hesab edir. Əsərdə müraciət edək:
«Yemək vücudun qidası olan kibi, elm və mərifət də ruhun qidasıdır. Vücud
qidasız yaşaya bilmədiyi kibi, ruh da qidasız yaşamaz…
İştə baxınız: Sədilər, İbn Sinalar, Namiq Kamallar, Əli bəylər, Viktor Hüqolar,
Jan Jak Russolar, Tolstoylar… məhbubi qulubi-arifin olmaqlarına ümdə səbəb elm
deyilmi, nədir?» [1, 31]
«Ayineyi-millət» Qafur Rəşadın mübarizə məramnaməsi idi. Ədib burada irəli
sürdüyü məsələləri həyata keçirmək üçün əməli fəaliyyətə başladı. Xalqın tərqqisinə
yardım edən müxtəlif sahələrdə işləməyə başladı.
Qafur Rəşadın xüsusi əhəmiyyət verdiyi və böyük zəhmət sərf etdiyi sahələrdən
biri məktəb dərsliyi yaratmaq idi. O, əsasən dilçilik, coğrafiya və hesab fənlərinə aid
dərslik
yazmaq
sahəsində
fəaliyyət
göstərmişdir.
Onun
«Rəhbəri-sərf»
(M.S.Axundovla),  «Hesab məsələləri»  (Ə.T.Əfəndizadə ilə),  «Qafqaz coğrafiyası»


Yüklə

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə