Şamil Vəliyev – 50


səhifə93/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   89   90   91   92   93   94   95   96   97

325
həyatının əsası, onlar arasındakı ünsiyyətə səbəb məhəbbətdir. Hekayə maraqlı süjet
xəttinə malikdir. Tərcümədə bu xüsusiyyət öz həllini tapmışdır. Hekayə 1912-ci ildə
Orucov qardaşlarının mətbəəsində çap olunmuşdur. Həmin hekayə uşaqların əxlaqi-
mənəvi inkişafına, psixoloji tərbiyəsinə xeyirxah təsir göstərən bir əsərdir.
Q.R.Mirzəzadənin 1913-cü ildə nəşr olunmuş «Dövlətli sərçə və dişli siçan» əsəri
də diqqəti cəlb edir. Əsər 1916-cı ildə təkrar nəşr olunmuşdur. Bu hekayə də Q.Rəşadın
nəsr yaradıcılığının əsasən bədii tərcümədən ibarət olmasına əsas verir. Kitabçada
tərcümə haqqında heç bir qeyd yoxdur. Hekayə orijinal əsər kimi verilmişdir.
Müəllif hekayə ilə demək istəyib ki, yoldaşlıq etdikdə heç vaxt yoldaşın payına
göz dikmək lazım deyil.
Qafur Rəşad geniş elmi erudisiyaya malik mahir pedaqaoq, həm də poetik
istedada malik şəxsiyyət olmuşdur.  «Ayineyi-millət» haqqında da müəyyən məlumat
verdik. Əsər Q.Rəşad yaradıcılığı, habelə milli publisistikamızı araşdırmaq üçün bu gün
də əhəmiyyətlidir.
XX əsr Azərbaycan coğrafiyaşünaslıq elmi, publisistikası, dövri uşaq mətbuatı,
ədəbi əlaqələr və bədii tərcümənin, bir çox başqa fəaliyyət sahələrinin təşəkkülü və
inkişafında böyük xidmətləri olan Qafur Rəşad Mirzəzadənin həyat yoluna nəzər
saldıqda görürük ki, o, nəinki coğrafiyaşünas, redaktor, tərcüməçi, hesab və dil
məsələləlri ilə maraqlanan, publisist, pedaqoq, həmçinin səmimi duyğularla yaşayan
mübariz insan olmuşdur.
ƏDƏBİYYAT
1. Qafur Rəşad Mirzəzadə. «Ayineyi-millət». Bakı, 1908
2. «Maarif və mədəniyyət», 1923, № 4-5
3. «Coğrafiyanın lüzum və faydası», Ümumi coğrafiya, Bakı, Azərnəşr, 1924
4. Tolstoy L.N. «Skazki», 1951, M.-L.


326
Gözəlləri vəsf edən qəzəllər…
Qəzəl, məlum olduğu kimi, əruzda, bu vəznin oynaq, musiqiyə yatan müxtəlif
bəhrlərində yazılır. Qəzəl musiqi ilə, muğamlarla sıx bağlıdır. Ədəbiyyat və incəsənətin
bu iki janrı vəhdət taparaq ədəbi-bədii janr kimi formalaşmışdır.
Xaqani, Nizami, Füzuli, Nəbati, Seyid Əzim, Əliağa Vahid və b. sənətkarlar
qəzəlin yüksək səviyyəli, əvəzsiz nümunələri ilə Azərbaycan poeziyasının,
ümumiyyətlə, ədəbiyyatımızın şöhrətini ucaltmışlar.
Ölməz Füzuli poeziyamız üçün çox qiymətli bir iş görərək əruzu dilimizə
uyğunlaşdırmış və ana dilimizdə qəzəlin misilsiz nümunələrini yaratmış və qəzəlin orta
yüzilliklər ədəbiyyatımıza mövqeyini, xüsusiyətlərini, ona verilən tələbləri belə
müəyyənləşdirmişdir:
Qəzəldir səfabəxş əhli-nəzər,
Qəzəldir güli-bustani hünər.
Qəzali-qəzəl seydi asan deyil,
Qəzəl muniri əhli-irfan deyil.
Qəzəl bildirir şairin qüdrətin,
Qəzəl artırır nazimin şöhrətin.
Qəzəl də ki, məşhuri dövran ola,
Oxumaq da, yazmaq da asan ola.
Ötən yüzillikdə Füzuli yadigarı Vahid də qəzəli daha da azəri türkcəsinə
uyğunlaşdırmış, müasir oxucu üçün tam anlaşılan nümunələr yaratmaqla, necə deyərlər,
qəzəli türkləşdirmiş, müasirləşdirmiş və milliləşdirmişdir.


327
Ədəbiyyat tariximizdə üç şairin qəzəlləri daha çox sevilir, şöhrət tapır, muğam
dəstgahlarında daha çox ifa olunur. Onlardan ən nəhəngi Füzulidirsə, daha sonra Seyid
Əzim, sonuncusu Əliağa Vahiddir. Seyid Əzim çoxsahəli yaradıcılığı ilə böyük şair
ədəbiyyat tariximizdə özünə şərəfli yer tutur. Seyid Əzim M.Ə.Sabir kimi dahi şairin
ustadı, müəllimi olub.
İrsilik tibb elmi tərəfindən öz süqut və təsdiqini alıb. Seyid Əzim «bulağından su
içən», sənət yolunu davam etdirən istedadlı şair, şərqşünas Arif Səfanın oxuculara
təqdim olunan qəzəlləri haqqında danışmaq istəyirəm.
Arif Səfa istər hecada, onun müxtəlif ölçülərində, istərsə də əruzda qələm
işlədərək bəzi uğurlar qazanan bir şairdir. A.Səfa satirada ulu babasının yolunu davam
etdirir. Güneyin, Qüzeyin sosial problem və bəlalarını satirik qələmi ilə qamçılayan şair
bu səpkili şeirlərinin də müvəffəqiyyəti bizi sevindirir.
Poeziyanın ədəbi, əzəli mövzusu olan məhəbbət bu qəzəllərin leytmotivini təşkil
edir: Gözəlləri vəsf edən qəzəllər…
O qara gözlərinə, ey pəri, heyran özüməm,
O kaman qaşlarının tağına qurban özüməm.
Eşqin odunun şiddətini göstərmək üçün sinəsini al-qan edən şair deyir:
Desələr ki, şəhrin gəncləri vurğundu sənə,
Bil ki, eşqindən sənin sinəsi al-qan özüməm.
Onun qəzəllərində belə orijinal mübaliğələr çoxluq təşkil edir. Belə mübaliğələr
qəzəllərin bədii siqlətini daha da artırır, gözəlləşdirir. Arif Səfa bütün qəzəllərində
məcaz və təşbehlərdən də geniş, həm də sənətkarlıqla istifadə etmişdir.
Görəndə gül üzünü gül açar mənim bəxtim,
Çiçəklərin ləçəyində uçar mənim təxtim.
Arif Səfanın qəzəllərinin leksikasına, dilinə diqqət yetirdikdə bir rəvanlıq,
aydınlıq görürük. Onun qəzəllərində müasir oxucu üçün anlaşılmayan nə ərəb, fars söz


328
və birləşmələri var. Onlarda tam sadə janra uyğun olmayan çağdaş deyimlər çoxluq
təşkil edir. Şair klassiklərdə işlənən ifadələri, ərəb, fars kəlmələrini işlədəndə bugünkü
oxucu üçün anlaşılan sözlərdən məharətlə istifadə edir.
Yandı hicran atəşindən hər gecə canım mənim,
Gizli-gizli odlanır bu eşqi pünhanım mənim.
Cənubda dünyaya göz açmış şairin ümumi yaradıcılığa, heca ölçülü şeirlərdə
olduğu kimi, qəzəllərində də təzahür edib. Məftillərin qırılmasından poetik sevincini
misralara hopduran şair mütamadi olaraq doğma Bakısının, Təbrizinin bədii tərifindən
qürurlanaraq Təbrizi vəsf etməklə məhəbbətdən doğan orijinal deyimlərlə, beytlərlə
oxucu sevinci qazanır. Nümunələrə diqqət yetirək:
Dedim, ey gül, mənə bir şeir yazıb tərif elə;
Sənə qurbandı mənim yüz qələmim, yüz əsərim.
* * *
Səni vəsf etməyə çatmayır ancaq hünərim,
Gəl öpüm ləblərini, bəlkə, bir az sakit olum.
* * *
Hər səhər sur eləyərdim günəşli al yanağın,
İndi sənsən günəşim, lalə yanaqlı səhərim.
Hər kəs, Arif, elə tərif eləyir öz şəhərin,
Var mənim də Bakı-Təbriz kimi ziba şəhərim.
Arif müəllim təvazökarlıqla «vəsf etməyə çatmayır ancaq hünərim» desə də, onun
gözəlləri də, Bakını da, Şirvanı da, Təbrizi də, tərənnüm etməyə hünəri, məharəti çatır.
Və bu kitabda toplanan qəzəllər gözəllərin vəsfindən doğan poetik nümunələrdir. İnsan
kimi sadə, təvazökar olan Arif müəllimin qəzəlləri də sadədir, rəvandır.
Xəlqiliyi, vətənpərvərliyi, məhəbbəti, gözəl insanı tərənnüm edən qəzəllər xalq
tərəfindən həmişə sevilmiş, ədəbiyyat tariximizdə şərəfli yer tutmuşdur. İstedadlı şair,


Yüklə

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə