Şamil Vəliyev – 50


səhifə96/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   89   90   91   92   93   94   95   96   97

335
Rza şahın qanlı recimi süqut etdikdən sonra, Təbriz azadxahları tərəfindən bu
şəhərdə «Azərbayjan jəmiyyəti» adlı bir qrup yarandı, jəmiyyətin «Azərbayjan» adlı
orqanı nəşrə başladı /naşirləri Əli Şəbustəri və İsmayıl Şəms idi/. Xalqın haqq səsi olan
bu qəzet Azərbayjan və fars dillərində çıxırdı.  «Azərbayjan» qəzetinin nəşri Rza şah
reciminin tör-töküntülərini və şovinist dairələri bərk qorxuya saldı. Onlar «Azərbayjan
jəmiyyəti»nin ünvanına minlərlə töhmət deyib, ona qara yaxmağa başladılar. Jəmiyyətin
üzvlərini araqarışdıran, ayrılıq salan… adlandırırdılar. Tehranda və İranın digər
şəhərlərində qəzetin yayılmasının qabağını alırdılar.
1945-ji il dekabrın 12-də Təbriz şəhərində Azərbayjan Milli Məjlisi açıldı və
həmin gün Azərbayjan Milli höküməti təşkil oldu.  12-13 dekabr günlərində görülən
bütün mühüm inqilabi əhəmiyyətli işlər – Təbrizi mühasirə etmiş fədai qüvvələrinin
Təbrizə daxil olması; Azərbayjan Milli Məjlisinin açılışı, məjlisin daxili
nizamnaməsinin yazılması və qəbul edilməsi; Azərbayjan Milli Hökümətinin tərkibi və
iş proqramının hazırlanaraq Milli Məjlisin müzakirəsinə verilib təsdiqinin təklif
olunması; İran hökümətinin Təbriz şəhərindəki candarm, polis və qoşun qüvvələrinin
təslim olması haqqında onun komandanları ilə danışıq ADP MK tərəfindən, Pişəvərinin
bilavasitə rəhbərliyi ilə aparılmışdır. Beləliklə, İranda yaranmış vəziyyət Azərbayjan
Demokrat Firqəsini qəti hərəkət etməyə məjbur etdi. Silahlı hərəkatın nətijəsi olaraq şah
qoşunlarından təmizlənmiş Azərbayjan özünün milli hökümətini yaratmalı oldu.
Pişəvəri sədr /baş nazir/ olmaqla, daxili işlər, xalq qoşunları, kənd təsərrüfatı, maarif,
səhiyyə, maliyyə, ədliyyə, yol, poçt, teleqraf və telefon, tijarət, iqtisad, iş və zəhmət
nazirliklərindən ibarət Nazirlər Şurası yaradıldı.  /İran daxilində Azərbayjan
muxtariyyəti prinsipinə və Azərbayjan Milli Məjlisinin həmin prinsipi gözləyən daxili
nizamnaməsinə uyğun olaraq Azərbayjan Milli hökuməti tərkibində hərbi və xariji işlər
nazirlikləri yaradılmadı/. Milli Məjlis Z.Qiyamini Azərbayjan Ali məhkəməsinin rəisi
və F. İbrahimini Azərbayjanın baş prokuroru seçdi.
Milli hökümət ADF-nin 12 bənddən ibarət Azərbayjan və rus dillərində yaydığı


336
mürajiətnaməni – xalqın istəkləri, arzu və ehtiyajları aydın bir şəkildə göstərilmiş
şüarları reallaşdırmağı başlıja vəzifəsi hesab edirdi.
Demokrat Firqəsinin əsas vəzifəsi Azərbayjan xalqının milli azadlığı idi, İranın
daxilində onun milli muxtariyyəti idi. M.J.Pişəvəri ADP-nin və Azərbayjan Milli
hökümətinin yaranması uğrunda mübarizədə son dərəjə mühüm rol oynamış, partiyanın
Mərkəzi Komitəsinin sədri və Milli hökümətin baş naziri olaraq partiya proqramının və
Milli hökümətin iş proqramının həyata keçirilməsinə bilavasitə rəhbərlik etmişdir.
Tədqiqatlar göstərir ki, Azərbayjan Milli höküməti çox qısa müddətdə fəaliyyət
göstərməsinə baxmayaraq böyük və vajib işlər görməyə müvəffəq olmuşdur: xalq
ordusu yaranmış, Təbriz darülfünu açılmış, Azərbayjan dili rəsmi dövlət dili elan
edilmiş, Təbriz radiosu, filarmoniyası təsis edilmiş, torpaq kəndlilər arasında bölünmüş
və s.
Azərbayjan Demokrat partiyasının fəaliyyəti, milli hökümətin uğurları İranın
mərkəzi hökümətini haldan çıxarırdı. Hazırlanan gizli plan üzrə demokratiyaya qarşı
qanlı jinayətlər hazırlanırdı. Kiçik güzəştlərlə, müxtəlif danışıqlıqlarla İran höküməti
Azərbayjan Demokrat partiyasının sayıqlığının itirilməsinə və vaxt qazanmağa
müvəffəq oldu. Qəvamüs-səltənə başda olmaqla ABŞ-dan silah və döyüş sürsatı alan
İran İngiltərənin sərhəddə yeritdiyi, limanlara gətirdiyi qüvvələrə arxalanaraq, İranın
qatı irtijaçılardan ibarət yeni höküməti bütün demokratik qurumlara və ilk növbədə
Azərbayjanın Milli hökümətinə qarşı hüjuma başladı.
Azərbayjan Əyalət Ənjüməni imperializmin avantürası altına düşməmək və İran
daxilində qardaş qırğınlarının qarşısını almaq kimi humanist bir qərar qəbul edib, İran
silahlı qüvvələrinə müqavimət göstərməmək barədə göstəriş verdi.
Beləliklə, Demokrat Partiyasının Milli hökümətinin rəhbərliyi altında yeni bir
dövr başlamış Azərbayjanda bir il ərzində görülmüş bütün işlər məhv edildi: minlərlə
adam sorğu – sualsız küçələrdə öldürüldü: fədai başçıları, zabitlər, partiya üzvləri edam


337
olundular. İran hökümətinin qoşunları tərəfindən Azərbayjanda 25 minə yaxın adam
məhv edildi. Noyabr ayının axırlarından başlayaraq 50 mindən artıq nəfəri olan qoşun,
50-yə qədər təyyarə,  174 top,  3 minə yaxın ağır pulemyot və başqa silahlarla üç
istiqamətdə Azərbayjan üzərinə hüjuma başladı.
Pişəvəri belə bir vaxtda İran qüvvələrinə təslim olmaqdan imtina etdi, lakin
doktor Javid və Əli Şəbustəri Tehrana göndərdikləri teleqramla təslim olduqlarını
bildirdilər. M.J.Pişəvəri Təbrizi tərk etməli oldu. Azərbayjan Demokrat Partiyasının 19
yanvar 1947-ji il tarixli ijlasında Məhəmməd Biriya Mərkəzi Komitənin I katibi seçildi.
8 mindən artıq azərbayjanlı sovet səfirliyinə mürajiət edərək siyasi sığınajaq aldı və
Sovet Azərbayjanına pənah apardı.
Quzey Azərbayjanına üz
tütan soydaşlarımızın həyatı burada da xoş
keçməmişdir. Onlar toplu halda Azərbayjanın ayrı-ayrı bölgələrində yerləşdirildilər. Bu
məskunlaşma məntəqələrində DTK-nın və daxili işlər orqanlarının nəzarəti altında
yaşamalı oldular. Onların bir qismi sonralar müxtəlif siyasi ittihamlarla Rusiyanın
soyuq nöqtələrinə sürgünə göndərildilər.  1946-jı ilin əvvəllərində Qəvamüssəltənə
İranın baş naziri Bəkilsül Mülkün yerinə keçdi. O, baş nazir olduqdan sonra Moskvaya
gedib Stalinlə görüşdü. İranın Şimal neftinin 49 faizi İranın, 51 faizi Sovetlərin olmaqla
Azərbayjan hərəkatını yatırmaq şərtilə müqavilə bağladı. Amma bu müqavilə İran
məjlisində qəbul ediləndən sonra qüvvəyə minməli idi. Məjlis müqaviləni təsdiq etmədi,
anjaq Stalin vasitəsilə /Azərbayjan xalqının qəddar düşməni/ Azərbayjanın milli
hökümətini dağıtdı. Stalinin xəyanəti nətijəsində şah jəlladları Azərbayjana hüjum etdi,
milli hökümət başçıları müqavimət göstərmədən 1946-jı il 12 dekabrda /  «21 Azər»/
«Təbrizi tərk edib xalqı qırğına verdilər. 50 mindən artıq adam öldürüldü, yüzlərlə evlər
dağıdıldı, saysız-hesabsız adamlar didərgin düşdü, İranın jənub jəhənnəminə həbsə
göndərildi,  1947-ji ildə ADF birinji katibi kimi hökümətin başçısı Mir Jəfər Pişəvəri
Javadzadəni Goranboyla Gənjə arasında erməni Melikyan /sürüjü/ vasitəsilə maşında
qəzaya salıb öldürdülər».


Yüklə

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə