Şamil Vəliyev – 50


səhifə91/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   87   88   89   90   91   92   93   94   ...   97

319
dərslikləri ana dilində milli dərslik yaratmaq sahəsində müvəffəqiyyətli addım oldu. Bu
dərsliklər limin müxtəlif elm sahələrini yaxşı bildiyini nümayiş etdirməklə yanaşı, həm
də onun pedaqoji, xüsusilə tədris metodikası məsələlərinə yaxşı bələd olduğunu sübuta
yetirdi. Alim dərsliklər üzərində işini davam etdirərək onları ildən-ilə təkmilləşdirib hər
birini bir neçə dəfə nəşr etdirir.
Xalqına xidmət etmək arzusu ilə yaşayan Q.R.Mirzəzadə məktəblərdə dərs
deməklə yanaşı, demokratik mətbuat orqanlarında da çıxış edir, qabaqcıl ideyaları xalq
arasında yorulmadan təbliğ edirdi. Q.R.Mirzəzadə ictimai həyatın müxtəlif məsələlərinə
aid məqalələr çap etdirsə də, publisistika onun əsas yaradıcılıq laboratoriyası idi. XX
əsrin demokratik ictimai-siyasi publisistikasında Q.R.Mirzəzadənin öz dəsti-xətti var:
«Təzə həyat»,  «Nicat»,  «İqbal»,  «Azərbaycan» və s. mətbuat orqanlarında çıxış edən
Qafur Rəşadın məqalələrində xalqı maarifləndirmək məsələləri mühüm yer tuturdu. O,
yeni təlim və tərbiyə metodlarını təbliğ edir, təzə məktəblər açmaqla xalq kütləsini
savadlandırmaq ideyasını ehtiramla müdafiə edirdi. Q.R.Mirzəzadənin publisist
fəaliyyətində onun dərsliklərin keyfiyyətinə həsr olunmuş resenziyaları da maraqlıdır.
Bu baxımdan onun 1923-cü ildə «Maarif və mədəniyyət» məcmuəsində «Tənqidi və
biblioqrafiya» rubrikasında çap olunmuş «Təlim kitablarımız» adlı məqaləsinə diqqət
yetirək. Məqalədə həmin illərdə çap olunmuş dərsliklərdən, onların uğurlu və qüsurlu
cəhətlərindən danışılır. Təlim kitablarımızın azlığını nəzərə çarpdıran müəllif tənqidin
obyektiv olmasını tələb edərək Samət adlı bir yoldaşın onun «Coğrafiya»  (I hissə)
kitabını düzgün tənqid etmədiyini göstərir, həmin illərdəki təlim kitablarımızın düzgün
elmi-pedaqoji qiymətini verir. O yazır: «Təlim kitablarımız azdır, az-çox işlənənləri də
qüsurludur, burasını müəlliflərimiz danmayırlar. Fəqət mümkün olduqca bu ehtiyacların
rəfinə çalışmaq fəaliyyəti hiss olunur; beş il geriyə baxsaq, müvəffəqiyyətlərin əldə
edildiyini görərik» [2]
Q.R.Mirzəzadənin elmi bioqrafiyasında dilçilik və lüğətşünaslıq məsələləri
mühüm yer tutur. Alimin dilçiliyə aid iki əsəri var:  «Rəhbəri-sərf»  (1910,  1918),
«Təfsirli xalq lüğəti» (1921). «Rəhbəri sərf» (M.S.Axundovla) yuxarıda qeyd etdiyimiz


320
kimi, qrammatika dərsliyidir, XX əsrin əvvəlində Azərbaycan məktəblərində geniş
surətdə istifadə olunmuşdur.
Yeddi hissədən ibarət olan bu dərslik heç də öz metodiki dəyəri, tərtib prinsipləri
etibarilə bugünkü dil dərsliklərindən geri qalmır. Kitabda cümlə, onun tərifi, durğu
işarələri, səslər və hərflər, əlifba, vurğu, nitq hissələri, fel, onun zamanları, məsdər,
köməkçi nitq hissəsi olan ədat haqqında məlumat və bunları mənimsətmək üçün
mövzuya aid çalışmalar, tapşırıqlar verilmişdir.
Əsrin əvvəllərində mətbuat orqanlarında konkret mənası məlum olmayan sözlərə
tez-tez rast gəlmək olurdu. Bunların mənalarını xalqa asan yolla anlatmaq məqsədilə
Q.R.Mirzəzadə bir izahlı lüğət hazırlamağı zəruri saymışdı. Bu, «Təfsirli xalq lüğəti»
idi. Lüğətdə ölkələr, şəhərlər, xarici terminlər, qədim toponimlər haqqında izahlar
verilirdi. Elmi materialın zənginliyi və faktlar çoxluğu ilə seçilən bu əsər Azərbaycan
lüğətçiliyi tarixində mühüm yer tutur. Əsərdən bir ensiklopediya kimi uzun müddət
istifadə olunmuşdur.
Hələ gənclik illərindən Qafur Rəşad başa düşürdü ki, Vətənə gərəkli adam olmağı
arzulamaq azdır. Bunun üçün hərtərəfli biliyə malik olmaq, elmin müasir səviyyəsinə
yüksəlmək, rus dili və ədəbiyyatını, xarici dilləri öyrənmək lazımdır. Belə bir
hazırlıqdan sonra Vətənə fədakarlıqla xidmət etmək, onu irəliyə doğru inkişaf etdirmək
uğrunda mübarizə aparmaq olar. O, belə tərbiyə olunmuşdu. Onun bütün həyatı, qaynar
yaradıcılığı, hərtərəfli inkişafı alovlu bir vətənpərvərin fəaliyyətindən xəbər verir. O,
doğma ölkəsi haqqında şəxsi müşahidəsi sayəsində xeyli məlumat toplamış, sonralar
zəngin təəssüratlarını ümumiləşdirmiş, Qafqazın mövqeyi, suları, florası haqqında
biliyini sistemləşdirərək yüksək vətənpərvərliklə diyarın elmi tədqiqinə başlamışdır.
O, 1910-cu ildə ana dilində ilk dəfə olaraq «Qafqaz coğrafiyası» əsərini yazır…
Kitabda Qafqaz və onun dağları, bu ərazinin nohurları, gölləri, suları haqqında
coğrafi oçerklər verilmişdir.
Alimin «Coğrafiya»  (I qism) dərsliyi də öz elmi, metodiki səviyyəsi ilə dəyərli
əsərlərdən hesab olunur.  1920-ci ilin əvvəllərində Q.Rəşadın dərsliklər yazması,


321
dərsliklər tərtib etməsi xalqına, xalqın balalarına, ali və orta məktəblərin tələbə və
şagirdlərinə diqqətinin, qayğıkeşliyinin nəticəsi və sözün əsl mənasında bir pedaqoq-
alimin vətənpərvərliyi idi.
«Coğrafiya»  (I qism) dərsliyində Yerin tərkibi, Yer üzü, dağlar, zəlzələlər,
yarımadalar, dənizlər, körfəzlər, boğazlar, dənizlərin faunası, yağmur suları, nəbatat və
s. haqqında elmi məlumat verilir. Qafur Rəşadın coğrafiya dərsliklərindəki mövzulara
aid verdiyi şəkillər onların mükəmməl əyani vəsait olmasını göstərir.
«Ümumi coğrafiya» adlı ali məktəblər üçün nəzərdə tutulan dərsliyində
Q.R.Mirzəzadə başqa elmlər kimi coğrafiyanı da öyrənməyin həyati əhəmiyyətindən
danışır və xalqı bu fənni öyrənməyə çağıraraq yazır: «Coğrafiyanı öyrənməyin faydası
böyükdür. Yer insanın məskəni olduğuna görə, coğrafiyanı öyrənmək – Yeri öyrənmək
deməkdir. Bir adama evinin içini, məhəlləsini, küçələrini bilmək dəxi o dərəcədə
lazımdır. Buna görə də insanlar hər günkü işlərində coğrafiya bilmək lüzumunu hiss
edirlər» [3, 5]
Pedaqoji kamillik, elmi-nəzəri hazırlıq alimin coğrafiyaya aid bir sıra dəyərli
əsərlər yaratmasına zəmin yaradır. Onun «Qafqaz coğrafiyası»  (1910),    «Ümumi
coğrafiya»  (1912),  «Coğrafiya»  (II qism)  (1923),  «Azərbaycan coğrafiyası»  (1923),
«Coğrafiya» (III qism) (1924), «Coğrafiya» (IV qism) (1925) adlı əsərləri indi də elmi-
nəzəri səviyyə və ictimai əhəmiyyəti ilə diqqəti cəlb edir.
Q.R.Mirzəzadə ictimai xadim, publisist-demokrat, böyük vətənpərvər idi. O,
coğrafiyaya aid maraqlı məlumatlar yazıb, qeyd edirdi ki, Vətənin rifahı naminə ölkədə
məktəblər açmaq, ana dilində dərsliklər çap etmək lazımdır.
Əsrin əvvəllərində milli hərəkatların başlanması Azərbaycanda ictimai-siyasi və
mədəni həyatı canlandırdı. Mətbuat xalqın tələbatına çevrildi. «Dəbistan» (1906-1908),
«Rəhbər» (1906-1907) və «Məktəb» (1911-1920) jurnallarının meydana çıxması milli
uşaq mətbuatının inkişafında böyük rol oynadı.
«Məktəb» jurnalı 1911-ci il noyabrın 29-da Q.R.Mirzəzadənin naşirliyi və
redaktorluğu (Ə.T.Əfəndizadə ilə) ilə nəşrə başladı. Jurnal ilk nömrəsində öz istiqaməti


Yüklə

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə