Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   32   33   34   35   36   37   38   39   ...   147

45 
 
ildə olmuşdur. Dərbənd  əhalisi  Əbu Nəsrin qardaşı  Mənsuru  əmir seçdi. Şirvanşah Dərbəndi tutmaq üçün 
müharibəni davam etdirdi. Döyüşlər gah bu, gah da digər tərəfin üstünlüyü ilə gedirdi. H.410 (1019)-cu ildə 
sərhəd vilayətinin (səqr), ehtimal ki, Dərbəndin əhalisi öz əmiri Mənsurun əleyhinə üsyan qaldırdı, onu şəhərdən 
qovub hakimiyyəti Şirvanşah Yəzid ibn Əhmədə təslim etdi. Yəzid ibn Əhməd Dərbənd qalasını bərpa etdi və 
orada öz qarnizonunu yerləşdirdi. Lakin Səririn hakimi Mənsuru müdafiə etdi. Dərbənd sakinləri  Şirvanşaha 
xəyanət edərək Mənsurun tərəfinə keçdilər. H.412 (1021)-ci ildə Mənsur Dərbəndə daxil olaraq onu Yəziddən 
aldı. Sonra Mənsur  Şəbərana hücum etdi. Şirvanlılarla Mənsurun qoşunları arasında bir neçə vuruşma oldu. 
Lakin düşmən tərəflərin heç biri qələbə qazana bilməyib aralandılar. Dərbənd 
[86 - 87]
 əhalisi h.414 (1023)-cü 
ildə yenidən  əmir Mənsuru  şəhərdən qovdu Şirvanşah Yəzidi dəvət edib, Dərbəndi ona təhvil verdi. Yəzid 
qalan;
 
bərpa etdi. H.415-ci ilin ramazan ayında (noyabr 1024) Mənsur qayıtdı və iyirmi gündən sonra yenidən 
qalanı  ələ keçirdi. H.416 (1025)-cı ildə  Şirvanşah Yəzidin qardaşı Heysəm Təbərsəranda ehtimal ki, 
Şirvanşahların ailə üzvlərinin irsi mülkü olan "Məhəmməd mülkü”ndə öldü. Elə həmin ildə Sərracilərə - ehtimal 
ki, sərraclar zümrəsinin tərəfdarları ilə  Şirvanşahlar arasında  şiddətli mübarizə başladı(və  Şirvanşahlar qalib 
gəldilər).
37
 
"Tarix-i  əl-Bab"da  Şirvanşah Yəzidin hökmranlığı dövrünə aid maraqlı  məlumatlar verilir: "Həmin il 
[ehtimal ki, h.416 (1025)-cı il] Sirvanşahın Yəzidiyyə canişini olan oğlu Ənuşirəvan ibn Yəzid atasının əleyhinə 
qiyam qaldırdı. Bu vaxt atası [ailə üzvlərindən olan] bir neçə qadınla Gürzlü [Girdədül] qalasında əylənir və ov 
edirdi. Bundan istifadə edən Ənuşirəvan ibn Yəzid açıq-aşkar qiyam qaldırdı. Qara camaatdan [aybaş ən-nas] 
çoxları onun ardınca getdi. O atasının vəziri  Əbd-ül-Əziz ibn Abbasın  əmlakını müsadirə etdi, evini talayıb 
özünü həbsxanaya saldırdı. Sonra onun tərəfdarları arasında təfriqə düşdü. (Onlardan bəziləri) tutduqları işdən, 
onun ardınca getmələrindən peşiman oldular. Onlar Yəzidi gizlincə  dəvət edərək, onu tezliklə qayıtmağa razı 
salmağa çalışdılar. Yəzid təcili (evə) hərəkət etdi, əhali  şəhərin qapılarını açdı, onun oğlundan üz döndərdi. 
Qiyamçı  oğul sığınmaq üçün Kastan [Gülüstan?] qalasına qaçdı, lakin vəzir onun arxasınca düşərək, yolda 
yaxaladı  və atasına verdi. Yəzid oğlunu bir müddət həbsxanada saxladı, sonra orada ac və susnz qalıb öldu. 
Şirvanşah Yəzid ibn Əhməd özü otuz yeddi il səltənət sürdükdən sonra h.418 (1027)-ci ildə öldü.
38
 Yəzid ibn 
Əhmədin hökmranlığı dövründə bu səltənət xanədanında ilkin mənbələrdə  əksini tapmayan hansısa hadisələr 
baş vermişdir. Lakin bir şey  şəksizdir:  Şirvanşahların adları  dəyişmişdir - Yəzid ibn Əhməddən sonra ərəb 
adlarından qədim Sasani adlarına dönüş başlamışdır. (Yəzidin oğulları Ənuşirəvan, Mənuçöhr adlanırdı). Çox 
ola bilər ki, artıq X yüzilliyin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli yerli əsilzadə ailələri ilə 
qohumluq  əlaqələrinə girir və  həmin ailələrin qadın nümayəndələri köhnə  ənənələri dirçəldirdilər.  Əl-Məsudi 
h.332 (943)-ci ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi.
39
 
Şirvanşahların Sasani Bəhram Gurun əsilzadə nəslindən olmalarını iddia etmələri faktı özü artıq erkən dövrlərdə 
yerli şahlardan biri ilə, ehtimal ki, Sasani mənşəli Şirvanşahlarla nikah bağlanması ilə izah edilə bilər. 
Ola bilər ki, Xilafətin tənəzzülü və  Şirvanşahların hakimiyyətinin möhkəmlənməsi ilə bağlı "xanədan 
yenidən dirçəlməyə başladıqda ona öz nüfuzunu əsilzadə nəslinə mənsubluğu ilə hər vəchlə əsaslandırmaq lazım 
gəldi və onda Şirvanşahların Sasanilərlə qohumluğu barədə köhnə  nəzəriyyə ortaya çıxdı, onların  Şeyban 
 
tayfası ilə bağlılığı isə arxa plana çəkildi..."
40
 
Yəzid ibn Əhməd h.418 (1027)-ci ildə öldükdən sonra hakimiyyətə  oğlu Mənuçöhr ibn Yəzid keçdi. 
Onun hakimiyyət dövrü üçün feodal ara müharibələri və yadelli basqınlara qarşı mübarizə c 
 
səciyyəvidir. XI 
əsrin birinci yarısında  Şirvanşahlar qonşu feodallarla ara müharibələri, habelə, yadelli işğalçılara, dəfələrlə 
onların torpaqlarına basqınlar edən müxtəlif tayfalara 
[87 - 88]
 - alanlara, sərirlilərə ruslara və başqalarına qarşı 
müdafıə müharibələri aparırdılar. H.420 (1029)-ci ildə Mənuçöhr Məsqətə məxsus olan Mücəkabad malikanəsi 
üstündə el-Bab əmiri ilə müharibəyə başladı. Şirvanşah bu müharibədə məğlubiyyətə uğradıqdan sonra əl-Bab 
hakimi h.42l (1030)-cı ildə Şirvanşah torpaqlarına basqın edərək onun ərazisindəki bir çox yaşayış məntəqəsini 
dağıtdı.
41
 Həmin il, bir qədər sonra, ruslar Şirvana basqın etdilər. H.421 (1030)-ci ildə Bakı yenidən otuz səkkiz 
gəmi ilə yiirüş edən rusların hücumlarına məruz qaldı. I Mənuçöhr ibn Yəzid onları Bakuya (Bakı) yaxmlığında 
qarşıladı. Ruslarla vuruşmada çoxlu Şirvanlı, o cümlədən zadəganlardan  Əhməd ibn Xasskin (ehtimal ki, 
Xasstəkin) həlak oldu. Sonra ruslar Kürlə üzüyuxarı üzərək Araza çatdılar. Mənuçöhr rusların hərəkətini 
dayandırmağa çalışaraq, Arazın qabağını bəndlə kəsib, onların irəliləməsinə mane olmağa cəhd göstərdi. Lakin 
ruslar Şirvanşahın dəstəsini batıra bildilər. Bununla belə, onların Arazla irəliləməsi dayandırıldı.
42
 Həmin ildə 
Gəncə hakimi Şəddadi Musa ibn Fəzl rusları  dəvət etdi, onlara çoxlu pul verərək  əhalisi üsyan qaldırmış 
Beyləqanın üzərinə göndərdi. Musa ibn Fəzl feodallarin ara müharibələrində  dəfələrlə muzdlu əsgər kimi 
tutduqları rusların köməyi ilə Beyləqanı  ələ keçirdi, öz atasına və qardaşına qarşı qiyam qaldırmış qardaşı 
Əskəriyyəni öldürdü. Sonra ruslar Arranı tərk edərək Ruma getdilər və oradan vətənlərinə  qayıtdılar. Mənbədə 
göstərilir ki, ruslar tezliklə - h.421-ci ilin zilhiccə ayında (noyabr 1031) yenidən gəldilər. Bu dəfə Şirvanşahın 
qaynı olan Arran hakimi Əbü-l-Fəth Musa ibn əl-Fəzl ibn Məhəmməd ibn Şəddad ruslara hücum etdi. Bakuya 
yaxmlığında onlarla vuruşdu? düşməni ölkədən sıxışdırıb çıxararaq xeyli hissəsini qırdı.
43
 "Tarix-əl-Bab"da 
xəbər verilir ki, h,423 (1032)-ci ildə alanlar və sərirlilər ruslarla birlikdə Şirvana hücum edərək Yəzidiyyəni
44
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə