Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   31   32   33   34   35   36   37   38   ...   147

44 
 
Lakin  Əhməd ibn Məhəmmədin Təbərsəran hakimi olan qardaşı  Şirvana hökmranlıq iddiasından  əl 
çəkməmişdi. H.357(968)-ci ildə o, ləkzlər ölkəsini tərk edərək Salar İbrahim ibn Mərzuban Deyləminin yanında 
sığınacaq tapdı, onunla birlikdə yürüş edib Şirvan torpağına girdi. Salar ölkəni və Dərbəndin ətrafını qarət etdi. 
Şirvan hakimi Əhməd onunla sülh sazişi bağladı və ona xərac verdi. Salar Şirvanı tərk etdi və Heysəmi də özü 
ilə aparmaq istədi. Lakin Heysəm əl-Məsqətə qaçdı və ona siyasi sığınacaq verən ehtiram və rəğbət göstərən əl-
Bab  əmiri  Əhməd ibn Əbd-ül-Məlik Heysəmin adından  Şirvan hakimi ilə danışığa girərək,  Şirvanın bir 
hissəsinin ona güzəştə gedilməsini tələb etdi. Lakin Şirvanşah bu tələbi rədd etdi və hədə-qorxu gəldi. Dərbənd 
əmiri Əhməd ibn Əbd-ül-Məlik əsasən Sərir vilayətindən qoşun toplayaraq Şirvana soxuldu. Şəbəran şəhərini 
hücumla alıb, yandırdı, talan edib böyük qənimət götürdü. Geri qayıdarkən sərirli döyüşçülər əl-Baba əmirdən 
bir gün əvvəl daxil oldular. Lakin şəhərdə iğtişaş və qarışıqlıq başlandı. Yerli əhali yüz sərirli hərbi rəisi öldürüb 
onların Şirvanda ələ keçirdikləri qəniməti çapıb taladılar. Şirvanşah Əhməd iyirmi beş ilə yaxın hökmranlıqdan 
sonra h.370-ci ilin zilhiccə ayında (iyun 981-ci il) vəfat etdi.
34
 
Əhmədin ölümündən soııra taxta onun oğlu Məhəmməd ibn Əhməd çıxdı. O, qonşu feodallara qarşı 
təcavüzkar siyasət yeridir və öz ərazisini bir sıra şəhərləri ilhaq etmək hesabına genişləndirməyə çalışırdı. H.371 
(981/2)-ci ildə o, Qəbələ şəhərini onun əmiri Əbd ül-Bərr Ənbəsədən tutub aldı. Təqribən h.372 (982)-ci ildə isə 
Bərdəni işğal edib Musa ibn Əlini özünün canişini təyin etdi. Məhəmməd öz şəhərlərini də möhkəmləndirirdi. 
Belə ki, h.373 (983)-cü ildə o, Şəbəranın, görünür, hərbi əməliyyatlar nəticəsində dağıdılmış hasarlarını bərpa 
etdirdi. Göründüyü kimi, Şirvanın  ən zəngin və  qədim  şəhər mərkəzlərindən olan Şəbəran qonşu feodalların 
diqqətini cəlb edirdi. Onlar aramsız olaraq şəhərə basqınlar edir, onu çapıb talayırdılar. Ehtimal ki, Şəbəran 
qədim zamanlardan Şirvanın paytaxtı olmuşdu. H.372 (982)-ci ildə babası  Məhəmməd ibn Yəzidin Layzana 
(V. F. Minorskiyə görə Lahıc)
35 
birləşdirdiyi Xursan və Şirvan məliklikləri Məhəmməd ibn Əhmədın mülklərinə 
daxil idi. 
H.378 (988)-ci ildə et-Tuzi Dərbəndi onun əmiri  Əhməd Haşiminin oğlu Məymıından aldı  və onu 
şəhərdən qovdu. Sonra o, şəhəri Şirvanın hakimi Məhəmməd ibn Əhmədə təslim etdi. O, bir neçə ay şəhərdə 
hökmranlıq etdi, lakin Məymunun qulamlarından Balid (Baldu?) adlı birisi tərəfindən yaralanan Məhəmməd ibn 
Əhmədi tabe olan feodallar Şirvana apardılar. Balid onıın iqamətgahında üstünə atılaraq təbərzinlə boynunun 
ardından vurub yaralamışdı. Qulam Təbərsəranda gizlənən və bu hadisələrdən sonra Dərbəndə qayıdan ağası 
Məymunun yanına qaçmışdı. Məhəmməd tezliklə sağaldı. Lakin bu zaman onun Bərdədəki canişini Musa ibn 
Əli açıqca qiyam qaldıraraq, yalnız öz adından xütbə oxunmasını  Şirvanşah Məhəmmədin adının xütbədən 
çıxarılmasını əmr etdi. Sonra "Tarix-i əl-Bab"da xəbər verilir ki, h.380 (990)-cı ildə Dərbənd əhalisi öz əmirləri 
Məymuna qarşı üsyan qaldıraraq onu hakimiyyətdən qovdular. Onlar Şirvanşah Məhəmməd ibn Əhmədi 
Dərbəndə  dəvət etdilər. Dərbəndə  gələn Məhəmməd qalanı yenidən tikdirdi, daha doğrusu, bərpa etdirib 
möhkəmləndirdi və orada öz adamlarından ibarət qarnizon yerləşdirdi. Bundan sonra o, öz paytaxtına, 
[85 - 86]
 
ehtimal ki, Yəzidiyyəyə qayıtmış, on bir il səkkiz ay və iyirmi bir gün səltənət sürdükdən sonra h.381 (991)-ci 
ilin ramazan ayında (noyabr) ölmüşdür.
36
  
Onun yerinə hakimiyyətə qardaşı  Yəzid ibn Əhməd keçdi. Bu hadisələrdən və hakimiyyətin 
dəyişilməsindən istifadə edən  əmir Məymun yenidən Dərbəndi tutaraq

ehtitnal ki, cəmi bir il beş ay əvvəl, 
Şirvanşah Məhəmməd ibn Əhmədin vaxtında tikilmiş orta (köndələn) divarı (Əs-sür əl-vəstani) dağıtdı. Yəzidin 
hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal 
ara müharibələri ilə  əlamətdardır. H.382  (992)-ci ildə  Qəbələ nrstagında  şirvanhlarla  şəkərlilər
*
 arasında 
şiddətli vuruşma baş verdi. Döyüşdə Şirvanşahın vəziri Müsəddin ibn Həbəşi öldürüldü, onunla birlikdə Şirvan 
qoşununun adlı-sanlı 400 süvari əsgəri həlak oldu. Şirvanşah Yəzid ibn Əhmədin hakimiyyəti onunla əlamətdar 
idi ki, o, dövlət işlərini təkbaşına idarə etmir, bütün dövlət işlərini bərdəli Abbasın oğlanları oğlanları Əbd ül-
Əziz və Əbd ül-Səmədə həvalə edir, yalnız onların məsləhəti ilə qərar çıxarırdı. H.389 (999)-cu ildə Şirvanşah 
Yəzid Qəbələnin hakimi, Gürzül
**
 qalasını sahibi Əbd ül-Bərr  Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını 
onun  əlindən aldı. Bundan elə  həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə?) mülkünə sahib olmaq 
üstündə  Dərbənd  əmiri Ləşkəri ibn Məymunla lakin uğur qazana bilmədi. Ləşkəri  Şəbərana yürüş etdi. 
Şirvanlılar onlarla şəhərin qapıları qarşısında vuruşdular. qoşunu ağır məğlubiyyətə ıığradı, döyüşdə Ləşkərinin 
qardaşı  Əbu
 
Nəsr ibn Məymun  əsir alındı.  Şirvanşah onu həbsxanaya saldırdı barışıq bağlandıqdan sonra o, 
girov saxlandı. H.391 (l00l)-ci ild 
 
Ləşkərinin ölümündən sonra Dərbənd  əhalisi  Şirvanşah Yəziddən özlərinə 
əmir seçmək istədikləri  Əbu Nəsrin azad olunmasını  tələb etdilər. Lakin Yəzid qızını  Əbu Nəsrə  ərə vermək 
istəməsi bəhanəsilə bundan boyun qaçırdı  və  şərt qoydu ki, Əbu Nəsri o zaman buraxar ki, Dərbənd camaatı 
Dərbənd və Sull (Çul) qalalarının tikilməsinə (daha doğrusu, bərpa olunmasına) razılıq versinlər. Dərbəndlilər 
bu təklifı  rədd etdilər və  Yəzid heç bir günahı olmayan Əbıı  Nəsri edam etdi. Əbu Nəsr  Şəbəran qalasının 
həbsxanasında saxlanırdı və Şirvanşah onu həmin şəhərin qapıları qarşısında dəfn etdirdi. Bıı h.392 (1002)-ci 
                                                 
*
 Ehtimal kİ, şəkililər. 
**
 Gürzül Göyçay çayının qərb sahillərindəki Girdədül kəndi ilə eyniləşdirilir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə