Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   39   40   41   42   43   44   45   46   ...   147

52 
 
Ibn Havqəl qeyd edir: "Bərdədən  əl-Əbvaba olan yol: Bərdədən Kür çayı üstündə yerli və  gətirilmə 
mallar satılan mühüm ticarət  şəhəri Bərdicə 18 fərsəx; Bərdicdən Kürü keçərək  Şəmaxiyyəyə14 fərsəx; 
Şəmaxiyyədən Şərvana 3 gün, Şərvandan Abxaza
*
 2 gün; Abxazdan Samurn körpüsünədək 12 fərsəx və Samur 
körpüsündən Bab əl-Əbvaba 20 fərsəxdir.
60
 
Əl-Müqəddəsi göstərirdi: "Bərdicdən əş-Şəmaxiyyəyə 2 hələ; sonra Şərvana 3 mərhələ; sonra əl-Abxaza 
2 mərhələ; Samur körpüsünə 2 mərhələ və sonra Bab əl-Əbvaba 3 mərhələdir".
61
 
Bəzi müəlliflərin fıkrincə, yuxarıda gətirilən hər üç marşrutda  Şəbəran  əvəzinə, səhvən,  Şirvan 
getmişdir. Belə ki, İstəxrinin  əsərinin bizə  gəlib çatmamış, lakin Yaqutun istifadə etdiyi müxtəsər nüsxənin 
Şamaxıya dair fəslində marşrutda Şərvan deyil Şəbəran yazılmışdır.
62
 Buna görə də, dovrümüzədək gəlib çatan 
səhv getmiş nüsxələrdə  Şərvan yox, "Hüdud əl-aləm"ə görə,  Şirvan vilayətinin mərkəzi olan Şəbəran kimi 
oxunmalıdır.
63
 Bizə elə  gəlir ki, bu fikir göstərilən müəlliflərin  əsərlərinin digər  əlyazmaları  əsasında 
yoxlanılmalıdır. 
Yuxarıda qeyd olunan marşrutlarda Şəbərandan Abxaza, Abxazdan Samura və Samurdan Dərbəndədək 
olan məsafənin fərsəxlərlə göstərilməsi Abxazı indiki Qubanın yerində  və onun yaxınlığında lokallaşdırmağa 
imkan verir. Maraqlıdır ki, Abxaz və  Məsqət adlarına eyni məxəzdə bir yerdə rast gəlinmir. Bu, hər iki 
toponimin eyni yerə aid olduğunu güman etməyə imkan verir. Belə ki, XVI əsrədək mənbələrdə, Məsud ibn 
Namdar istisna olmaqla (Quva şəklində), Quba adına rast gəlinmir. Güman etmək olar ki, X əsrdən XVI əsrədək 
Abxaz adı Qubaya və eyni zamanda Məsqət adlanan, yaxud Məsqətin tərkibinə daxil olan vilayətə aid olmuşdur.  
Məsudi Abxazı buranın başqa şəhərləri kimi bərəkətli yer adlandırmışdır.
64
 Hal-hazırda da Quba rayonu özünün 
meyvə bağlari ilə məşhurdur. Məsud ibn Namdar Sədunun (indiki Siyəzən) daxil olduğu nahiyədə Qavadan
65
 
kəndinin adını çəkir. Burada Qavad adına yer, şəhər və s. bildirən "an" suffiksi artırılmışdır. Ola bilər ki, bu elə 
həmin Firuz Qubad Qubanın qədim adıdır. 
Tədqiq olunan dövrdə  Şirvan vilayətinə, habelə,  Şəmaxiyyə  Şirvan və  Şəbəran  şəhərləri də daxil idi. 
Yaqutun sözlərinə görə,  Şəmaziyyə ilə  Yəzidiyyə eyni bir şəhər idi. "Yəzidiyyə  Şirvan Vilayətinin (əsas) 
şəhərinin adıdır: qədimlərdə o, Şamaxı adı ilə də məşhur olmuşdur".
66
 Bəlazuri yazır ki, qocaların söylədiklərinə 
əsaslanan Bərdə sakini Məhəmməd ibn İsmayılın dediyinə görə, güya Şirvan vilayətindəki Şəmaxiyyə şəhərinin 
adı  Ərminiyyə 
[99 - 100]
 valisi Səid ibn Səlim (Səlma)  əl-Bəhalinin [h. 180 (796) yaxud h 182 (798)-ci il – 
S. A. ]
67
 vaxtında Şirvanın məliki olmuş əş-Şəmmax ibn Sücanın adından götürülmüşdür. V əsr müəllifı Favstos 
Buzand IV əsrin birinci yarısında baş vermiş hadisələrdən bəhs edərkən Maskut hökmdarının "müxtəlif köçəri 
tayfalardan"  ibarət qoşunları arasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların  (kursiv mənimdir – 
S. A. ),  balasiçilərin
68
  və başqalarının adını  çəkir. Bu tayfalar Cənubi Dağıstanda və  Şirvan  ərazisində 
yaşayırdılar, Onlardan biri - ijmaxlar daha sonrakı digər bir müəllif tərəfindən xatırlanır. "VII əsr erməni 
coğrafıyası"nda (610-cu il) Şirvan ərazisində ijmaxlar - ijmachi
69
, yəni şamaxlar etnotoponiminin adı çəkilir ki, 
bu da həmin adın qədimdən - Şəmmax ibn Şücanın Şirvanda hakimiyyətindən çox-çox qabaqlar, demək olar ki, 
beş yüz il əvvəl mövcud olduğunu göstərir. Yunan dilində fışıltılı "ş" səsi olmadığına görə Şamaxı Samexiya, 
yaxud Kamexiya (Ptolomey) şəklində tələffüz edilə bildiyi kimi, ermənicə də həmin sözdəki eyni "ş" səsi "ij" 
kimi səslənə bilərdi. IX əsrdə  Bərdə  əhalisi  Şamaxının adını VIII əsrin lap sonlarında yaşamış  Şəmmax ibn 
Şücanın tanış olan adı ilə bağlayırdılar. V əsr müəllifinin və "Erməni coğrafıyası"nın, onlara qədər isə 
Ptolomeyin (II əsr) verdikləri məlumat qədim məskən yerində, yaxud onun yaxınlığında salınmış  Şamaxı 
şəhərinin qədimliyini göstərir, Görünür, bu toponim yerli dildə Şamaxı kimi səslənirdi. 
Q. Qapançyan belə güman edir ki, Şamaxı adı erməni, gürcü və Akkad dillərində mövcud olmuş yerli 
"şam" (qamış) sözünə "ha" suffiksi artırlmaqla yaranmış düzəltmə sözdür, beləliklə, Şamaxı Qamışlı deməkdir. 
A. Q. Həsənov  Şamaxı adını dağ yaxınlığındakı Çayqırağı zolağın relyefı ilə  əlaqələndirir.  Şamaxının adı, 
ehtimal ki, Favstos Buzandın və "VII əsr erməni coğrafıyası"nın IV əsrdə adların çəkdikləri əvvəllərdən Cənubi 
Dağıstanda yaşayan ijmaxlar " - şamaxlar tayfasına gedib çıxır. 
“Tarix  əl-Bab”da göstərilir ki, Yəzidiyyə  şəhərini h.306 (918)-ci ildə  Şirvanşah  Əbu Tahir Yəzid 
saldırmışdır. Lakin h. 140 (757/8), 140 (766/7) və 150 (767/8)-ci illərdə  kəsilmiş  "əl-Yezidiyye" möhürlü 
sikkələr
70
  Ərminiyyənin  ərəb valisi Yəzid ibn Üseydin
**
 hakimiyyət vaxtına aid olub, hələ o zaman ərəb 
əmirinin oturduğu Yəzidiyyə şəhərinin mövcudluğuna dəlalət edir. Ehtimal ki, qədim Şəmaxiyyə şəhəri Yəzidin 
hakimiyyəti dövründə onun adı ilə adlandırılmışdır ola bilər ki, o, şəhərin tikintisini başa çatdırmışdır. "Tarix-i 
əl-Bab" xəbər verir ki, h.437 (1045)-cı ildə "Şirvanşah Qubad türk quzların qorxusundan Yəzidiyyə şəhərinin 
ətrafına yonulmuş daşdan möhkəm qala divan çəkdirdi və qapısını  dəmirdən düzəltdirdi", "Tarix-i el-Bab"da 
Yəzidiyyənin adına Şirvanın paytaxtı kimi h.464 (1072)-ci ilə qədər rast gəlinir.
71
 Y. A. Paxomovun ehtimalına 
                                                 
*
 Nasir V. F. Minorskinin əsərinə əsaslanaraq, İbn Havaəlin mətnindəki əl Abxaz adını Laycanla əvəz etmişdir. 
**
  Yəzid ibn Üseyd Ərminiyyədə ilk dəfə h.134 (751/2) - 135 (752/3)-ci vali olmuşdur. O, bu vəzifəni ikinci dəfə  Ərminiyyədə  və 
Azərbaycanda h.141 (758/9)-ci ildən gec olmayaraq 148 (765/6)-cİ, digər ehtimala görə 152 (768)-ci ilədək, üçüncü dəfə isə h.159 
(775/6)-cu ildən 163 (779/80)-cü ilədək tutmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə