Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   47   48   49   50   51   52   53   54   ...   147

61 
 
gətirilən bu məlumatlar "Nəinki səlcuq hücumlarının ağır həmlələrinə davam gətirən, həm də öz xanədanının 
imtiyazlarını möhkəmləndirən"
12 
bacarıqlı hakim, diplomat və  mərd sərkərdə olan Fəribürzün fəaliyyətini 
işıqlandırır. 
Mənbələr göstərir ki, Fəribürz hakimiyyətini Arranda da bərqərar etmişdi. Onun istila etdiyi torpaqlar 
Muğandan dənizə  qədər uzanıb gedirdi. Qumuq və alanlar ölkəsinədək Sulvar da onun ölkəsinə daxil idi. O, 
ləzgiləri, abxazları (yəni, gürcüləri) özünə tabe etdirmiş, Arranı və Cənzəni (Gəncəni) tutmuşdu. Fəribürz bütün 
ömrünü qonşu  əraziləri zəbt etməklə  və öz dövlətinin sərhədlərini genişləndirməklə keçirmişdir. Onun 
hökmranlığının başlanğıcı - h.455 (1063)-ci 11 salnamələrdən məlumdursa, sonu mənbələrdə göstərilmir. Onu 
yalnız numizmatik və epiqrafık məlumatlara əsasən müəyyənləşdirmək mümkündür. 
Şamaxı rayonunda Fəribürzün adı ilə bağlı h.471 (1078/9)-ci ilə
 
aid tarixi abidə üzərindəki kitabə 
qalmışdır. Orada deyilir: "Bu
 
əzəmətli binanı tikməyi əmr etdi adil, böyük Şirvanşah Fəribürz Dörd yüz yetmiş 
birinci ildə".
13
 Göründüyü kimi, Fərübürz ölkə, səcuqlar tərəfindən istila edildikdən sonra da Şirvanda faktik 
hakimiyyətini qoruyub saxlaya bilmişdi. Bunu numizmatik materiallar da təsdiq edir. 
I Fəribürz adına zərb edilmiş bir neçə sikkə tipi qalmışdır. Onlardan ən qədimi (1-ci tip) Şamaxı 
rayonundakı Çuxuryurd dəfinəsindəndir. Üzərində xəlifə əl-Qaimin [h.422-467 (1031-I075)- ci illər] sultan və 
Fəribürzun adları vardır. Sultanın adı yarımpozulmuş halda olub aydın oxunmur; sikkənin o biri üzündə 
Fəribürzün adında yalnız [əl-adil] Fəribürz sözləri oxunur. Həmin tipdən olan Moskva Tarix Muzeyindəki 
sikkədə  xəlifənin adı  "Əl-Oaim-bi  əmr-Allah", arxasında müsəlmanlıq rəmzi və  Fəribürzün tam adı oxunur: 
"Əl-məlik, əl-adil, Əbu-Şüca Fəribürz, ibn Salar, Şirvanşah".
14
 Üzərində gösitərilən tarixə görə I Fəribürzün ilk 
sikkəsi h.422-467 (1031-1075)-ci illər arasında kəsilmişdir. Lakin "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə 
Fəribürz 1063-cü ildən hakimiyyətə başlamışdır. Deməli, Şirvanşah I Fəribürzün ilk sikkəsi h.455-459 (1063-
1067)-cu illərdə kəsilmişdir. Fərübürzün adından əvvəl gələn "əl-məlik, əl-adil" sözləri onun tam müstəqilliyini 
göstərir. 
I Fəribürzün adına başqa tipli çox aşağı  əyarlı iki gümüş sikkə  də tapılmışdır. Üz tərəfındə (2-ci tip) 
müsəlmanlıq rəmzi, Abbasi xəlifəsi  əl-Müqtədinin-bi-əmr Allah [h.467-487 (1075-1094)-ci illər] və  səlcuq 
sultanı Məlik şahın [h.465-485 (1072-1092)-ci illər] adları, arxa tərəfdə isə Fəribürzün adı həkk edilmişdir. Bu 
adlara  əsasən, demək olar ki, sikkə 
[115 - 116]
 h.467-485 (1075-1092)-ci illər arasında kəsilmişdir. Fəribürzün 
adının, atasının adı və heç bir titul göstərilmədən çəkildiyi bu tip sikkə onun vassal asılılığında olduğunu təsdiq 
edir. 3-cü tip sikkənin üz tərəfındə müsəlmanlıq rəmzi və Abbasi xəlifəsi  əl-Müstəzhir-billahın [h.497-512 
(1094-1118)-ci illər] adı çəkilir. Sultanın adı yoxdur. Arxa tərəfındə "əl-
 
məlik Fəribürz" yazılmışdır.
15
 Sultanın 
adının olmaması  və  xəlifənin hakimiyyət illəri (1094-1118) Məlik  şahın ölümündən sonra onun oğulları 
arasında hakimiyyət uğrunda mübarizə getdiyi dövrdə səlcuq sultanlarının hakimiyyətinin zəiflədiyini göstərir. 
Ehtimal ki, siyasi hadisələrdən istifadə edən Fəribürz səlcuq sultanlarının vassallığını  qəbul etməkdən boyun 
qaçırmış, ona görə  də adına ikinci sikkə tipində olmayan məlik - şah titulunu əlavə etmişdir. Xəlifə  əl-
Müstəzhirin h.487-522 (1094-1118)-ci illərdə hakimiyyət sürdüyünü, numizmatik materiallara görə II 
Mənuçöhr İbn Fəribürzün h.498 (H05)-ci ildə Şirvanşah olduğunu nəzərə alsaq aydın olar ki, Fəribürz h.487-
498 (1094-1105)-ci illər arasında ölmüş olmalıdır. Mənbələrdə Fəribürzün ölüm tarixinə dair məlumat yoxdur. 
Lakin I Fəribürzün oğlu II Mənuçöhrün hökmranlıq illərini göstərən bina üzərindəki kitabəyə əsasən Şirvanşah 
Fəribürzün hakimiyyətinin nə vaxt sona çatdığını  dəqiq müəyyənləşdirmək mümkündür. Həmin kitabədə 
deyilir: "Şirvanşah  Əbü-1-Müzəffər möminlərin köməkçisi Mənuçöhr ibn Fəribürzün zamanında. Dörd yüz 
səksən doqquzuncu b.489 (1096)-cu ildə. Beləliklə, 1096-cı il tarixi Fəribürzün hökmranlığının sonudur  
Şirvanşahın xəlifə ilə əlaqəsi nominal xarakter daşıdığı halda, səlcuq sultanı ilə əlaqəsi ondan tamamilə 
fərqlənirdi. Məlik şah (1076-1092) Şirvan üzərinə illik vergi qoymuşdu. Əl-Bondarinin şəhadətinə görə "Məlik 
şah Arrandan keçərkən Şirvan hakimi Fəribürz şah onun hüzuruna gəldi. O, əvvəlcə müqavimət göstərdi, sonra 
hər il dövlət xəzinəsinə 70.000 dinar ödəmək üçün iltizam verdi. Lakin vaxtaşırı bu məbləğin miqdarını 
azaltmağa icazə verirdi, nəhayət, 40.000 dinarda durmaq qərara alınmışdı".
17
 
Əl-Hüseyni də  Məlik  şahın Arrana səfər edərkən  Şirvan ölkəsinin hakimi Şirvanşahın yanına adam 
göndərdiyi deyilir. Sonuncu sultana itaət göstərdi və sultan onun üzərinə ildə 70 min dinar xarac qoydıı.
18
 
Mükrimin Xəlil Yınanc Məlik şahın bu səfərinin 1076 və 1078/9-cu illər arasında olduğunu göstərir.
19
 
Ən-Nəsəvi xəracla əlaqədar başqa bir rəqəm gətirir: "Məlik şah ibn Alp Arslan Arranı zəbt edərək öz 
geniş torpaqlarına qatdıqda o vaxtkı Şirvanşah saraya gəldi. O, öz ölkəsinə aramsız basqınlardan və qoşununun 
çox hissəsini məhv etmiş  vııruşmalardan sonra gəlmişdi. Onun sultan xəzinəsinə ildə yüz min dınar verməsi 
qərara alındı".
20
 Münəccimbaşı  xəbər verir ki, "Şirvanşah onun üzərinə qoyulmuş illik bac-xəracı sultanın 
xəzinəsın

ödəməyə başladı".
21
 Fəribürzün Məlik şaha tabe olması və o vaxt ondan vassal asılılığını qəbul etməsi 
yuxarıda qeyd olunan h.476 və 485 (1075-1092)-ci illər arasında kəsilmiş sikkədə (2-ci tip) əksini tapmışdır.
22
 
XI  əsrin 70-ci illərinin sonlarında  Şirvanda ehtimal ki, şəhər  əhalisi arasında feodal hakimiyyətindən yaxa 
qurtarmağa, idarə olunmasında müstəqilliyə can atan rəislər zümrəsi güclənmişdi. Bakının İçərişəhər hissəsində 
Sınıqqala məscidindəki h.471
 
(1078/9)-ci ilə, yəni Fəribürzün səlcuq sultanına tabe olduğu  dövrə aid 
[116 - 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə