Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   48   49   50   51   52   53   54   55   ...   147

62 
 
117]
 kitabədə  məscidin  əl-ustad  əl-rəis Məhəmməd ibn Əbu Bəkr tərəfındən tikildiyi göstərilir.
23
  Həm də 
kitabədə  Fəribürzün adı  çəkilmir ki, bu da görünür, səlcuqlara tabe olan Şirvanın daxili  siyasin vəziyyəti və 
Bakıda rəislərin hakimiyyətinin güclənməsi ilə əlaqədar idi. 
Xaqaninin  əsərlərində ("Külliyyati-Xaqani") Fəribürzün adı III Mənuçöhr ibn I Əfridunun bacısı 
məlaikə  İsmətəddinə ithaf olunmuş  mədhiyyədə  çəkilir. Xaqani onun ziyarətini  əcdadlarının səfərləri ilə 
müqayisə edir. "Sənin baban (cəddin)  şah Fəribürz Məlik  şaha baş  çəkməyə getmişdi və  İsfahana gedib 
çıxmışdı. Kəyanlardan (Kəsranilərdən – S. A. )  heç kim Kəbəyə getməmişdi. Sən Kəbəni ziyarət etdin və 
Kəyanların fəxri oldun".
24
 
Məsud ibn Namdarın  əsərlərində, başlıca olaraq, şeir və  məktublarında da Fəribürz haqqında bəzi 
məlumatlar vardır. Onlardan belə  nəticə  çıxarmaq olar ki, sultan Məhəmmədlə sultan Börküyarıq arasında 
müharibənin  əvvəlində Beyləqanda baş verən hadisələr zamanı  Şirvanşah Fəribürz sağ idi. Yaşının ötməsinə 
baxmayaraq (o, 1063-cü ildə taxta çıxmışdı) Fəribürz öz dövlətinin sərhədlərini genişləndirmək sahəsində 
fəaliyyətini davam etdirirdi.
25
 Əl-Məsudin Fəribürzə həsr etdiyi qəsidədə deyilir ki, o, Muğanı (Muğan düzünü) 
"and torpağı" kimi ələ keçirdi. Bu ehtimal ki, Muğanın köçəri əhalisinin (yaxud onun bir hissəsinin) Şirvanşaha 
xıdmət etdiyini göstərir. Abxaza (Gürcüstan) basqından sonra Fəribürz "tez-tələsik Arranı  ələ keçirdi" və 
Gəncəyə amil təyin etdi. Mənbələrdə gürcülərin də basqın edərək girov götürdükləri danışılır.  Şirvanşah 
Beyləqanın süzerini sayılır və ora öz amillərini göndərirdi. Beyləqanda özünüidarə mövcud olduğundan ənbürz 
şəhəri tam nəzarət altında saxlanırdı. Gəncə haqqında oraya amil və onun yanına müşrif təyin olunduğu 
xatırlanır. Bu vaxt Gəncəni Şirvanşahın oğlu adlandırılan əmir əl-Ədud idarə edirdi.Göründüyü kimi, XI əsrin 
sonunda Gəncədə Şirvanşahın vassal torpağı var idi. Əl-Ədud el-məlik - şah deyil, əmir, böyük hacib titulları 
daşıyırdı. Onun vəziri var idi. Fəribürzün uğurları ölkədə  ağır səlcuq hökmranlığı hökm sürdüyü və onlardan 
vassal asılılığı  şəraitində qazanılmışdı. Fəribürz  əlverişsiz  şəraitə baxmayaraq, Məzyədi  Şirvanşahlar üçün 
ənənəvi olan Şirvanın Cənubi da nüfuzunu möhkəmləndirmək siyasətini davam etdirirdi. Şirvanşah qumuqları 
tabe etdirməyə  və islamı onlara qəbul etdirməyə  səy göstərirdi. O, Dağıstanın cənubunda öz hökmranlığını 
gücləndirməkdə Şirvanın köhnə müttəfiqi və vassalı olan ləkzlərdən istifadə edirdi. Şirvanşah sulvar
26
 tayfası ilə 
də müttəfıq idi. Ehtimal ki, bu XI əsrin ortalarında Cənubi Dağıstanda
27
 məskunlaşan və sayı 100.000 nəfər olan 
türk tayfası suvarlar (sabirlər) idi. Suvarlar alan torpaqlarına basqınlar edirdilər.
28
 
Fəxrəddin Fəribürzün hökuməti "Məclis-i əl-Fəxri" adlanırdı. Bu zaman Şirvanın vəziri məşhur Deyləm 
hökmdarları sülaləsini nümayəndəsi Bəhaəddin əl-Kakuyi idi. 
Şirvanda bu vəzifə üç nəsildən də çox bir müddət ərzində irsən  əl-Kakuyi ailəsinə  mənsub olmuşdur. 
Şirvanşah Fəribürz və onun vəziri ədiblərə - ziyalılara və məmurlara - hamilik edirdilər.
29
 Mənbələrdə Fəribürz 
(1063-1096-cı illər) haqqında 33 il ərzində xarici aləmdə baş verən ağır siyasi hadisələrlə, ölkə daxilindəki 
antifeodal çıxışlarla mübarizəyə baxmayaraq, qonşu  əraziləri tutmaq, öz dövlətini genişləndirmək və 
möhkəmləndirmək yolunda qarşıya çıxan maneələri uğurla aradan qaldıran böyük diplomat. qeyri-adi istedada 
[117 - 118]
 malik dövlət xadimi kimi danışılır. Səlcuq istilaçıları ölkəni öz hökmranlığına tabe edib, Şirvanşahın 
hakimiyyətinə son qoya bilmədilər. Artıq XI əsrin sonlarında Şirvannı siyasi həyatında Şirvanşahlar dövlətinin 
çiçəklənməsinin zirvəsi sayilan XII əsrdə də davam edən yüksəlişin başlandığı nəzərə çarpır. 
 
II MƏNUÇÖHR İBN I FƏRİBÜRZ 
Fəribürz iki oğul qoyub getmişdi: II Mənuçöhr və I Əfridun (yaxud Fəridun). Onlar növbə ilə 
hakiıniyyətə  gəlmişlər. Məsud ibn Namdarın verdiyi məlumata görə  Fəribürzün Gəncənin və bütün
 
Arran 
vilayətinin əmiri olmuş əl-Ədud adlı oğlu olmuşdur.
30
 Ehtimal ki, əl-Ədud adlı oğlu olmuşdur.
30 
Ehtimal ki, əl-
Əbud
*
  Fəribürzün 
 
oğlunun adı deyil, ləqəbi idi. Onun adını müəyyənləşdirmək hələlik mümkün deyil, lakin 
güman etmək olar ki, bu II Mənuçöhrün ləqəbidir. 
II Mənüçöhr haqqında qalmış yeganə sənədlər Ermitajda alçaq əyarlı gümüş sikkə və onun adı çəkilən 
kitabədir. Mənbələrdə haqqında heç bir məlumat verilmir. Sikkənin üz tərəfində dini rəzm xəlifə əl-Müstəzhir 
billahın [h.487-512 (1094-1 118)-ci illər], və səlcuq sultanı Məhəmmədin [h.498-511 (1105-1118)-ci llər] adları 
göstərilmişdir. Arxa tərəfdə əl-məlik Mənuçöhr ibn Fəribürz adı həkk olunmuşdur.
31
 Xəlifə Müstəzhir h.487-ci 
ildən 512-ci ilədək (1094-1118), sultan Məhəmməd ibn Məlik şah isə h. 498-ci ildən 511-ci ilədək (1105-1118) 
hökmranlıq etmişdir. Deməli, h.498 (1105)-ci ildə  Mənuçöhr  Şirvanın  şahı idi. Kitabəyə görə II Mənuçöhr 
h.489 (1096)-cu ildə hakimiyyətə başlamışdır: "Şirvanşah  Əbü-1-Müzəffər, möminlər  əmirinin köməkçisi 
Mənuçöhr ibn Fəribürzün zamanında. Dörd yüz səksən doqquzuncu il (1096-cı il)".
32
 Onun hakimiyyətinin son 
ili məlum deyil. Lakin Əfridunun h.514 (1120)-cü ildə öldürüldüyü
33
 nəzərə alınsa, ehtimal etmək olar ki, h.498 
və h.514 (1105-1120)-cü illər arasında II Mənuçöhrün hakimiyyəti sona çatmış  və I Əfridunun hakimiyyəti 
başlanmışdır.
34
 
                                                 
*
 Ehtimal ki, əl-Ədud Ədud əd-dövlə (yaxud, əd-dünya) və-d-din sözünün qısaldılmış formasıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə