59
yoxdur. Şirvanşah Fəribürz iğtişaşları yatırtmaq
üçün gürcü
*
qoşunlarının köməyinə əl atmağa məcbur
olmuşdur. Onlar bu hərəkatı yatırdılar və Şirvanşah üsyançılara divan tutdu. Bu haqda mənbədə deyilir: "Həmin
ilin cəmadiyüləvvəl ayında (aprel, 1066) Fəribürzün öz paytaxtı Yəzidiyyənin əhalisinə qəzəbi tutdu, kafir
gürcüləri onun üstünə qaldırdı. Onlar əhalini qarət edib oradakı müsəlman üləmasını, rəis və əyanları əsir
tutdıılar. Şirvanşah onların bəzilərinin əlləri bağlı (səbran) halda olunmasını, bəzilərinin çarmıxa çəkilməsini,
qalanlarının isə illərin xəracını ödəməklə zindana atılmasını əmr etdi".
3
[111 - 112]
XI əsrin ikinci yarısının əvvəlində xarici siyasət sahəsində dövlətinin sosial-iqtisadi inkişafına mənfi
təsir göstərən hadısələr baş verdi. Ölkədəki feodal pərakəndəliyi, rəislərin şəhə rnüstəqil
idarə etmək uğrunda
mübarizəsi Şirvan dövlətinin zəifləməsinə səbəb olurdu. Artıq XI əsrin birinci yarısında mənbələrdə səlcuq
dəstələrinin Orta Asiyadan Azərbaycana bir sıra yürüşlər etdiyi qeyd olunur.
XI əsrin 30-cu illərində mənbələrdə ilk dəfə olaraq türk-quzların Şirvana girmək təhlükəsi qeyd edilir.
Şirvanşahlar öz qonşuları ilə yanaşı, Orta Asiyadan çıxmış köçəri oğuz tayfalarının bir qolu olan səlcuqlara
qarşı da mübarizə aparırdılar. XI əsrin əvvələrində səlcuqlar güclü imperiya (1038-1157) yaradaraq, Ön Asiya
ölkələrini, Azərbaycanı və qonşu ölkələri təhdid edirdilər. XI əsrin ortalarında səlcuqlar daxili siyasət
nəticəsində zəifləmiş İranı
Azərbaycanı və bir sıra digər şərq ölkələrini güclü müqavimətə rast gəlmədən zəbt
etdilər.
4
H.458 (1066)-ci ildə türk-quzlar Şirvana basqın etdilər, kürd düşərgələrini (hilal)
talan edərək çoxlu
qənimət - insan, mal-qara və əmlak apardılar. Şirvanşah I Fəribürz ibn Salar türkləri Şirvandan getməyə məcbur
etmək üçün böyük təzminat verməli oldu. H.459~cu il məhərrəm ayının birində (22 noyabr 1066) türklərin
başçısı Qaratəkin Şirvana ikinci dəfə Fəribürzün onunla ittifaq bağlamış əmisi Məmlan ibn Yəzidlə birlikdə
hücum etdi. Qaratəkin Yəzidiyyə (Şamaxı) şəhərini
mühasirəyə alaraq, onun ətrafındakı yerləri viran etdi.
"Sonra o, ölkənin dağ və dərələrinə hücum çəkərək soyub dağıtdı, xeyli adam qırdı, sürüləri apardı, qadın və
uşaqları əsir aldı. Şirvanı "boş səhraya" (Quran, XX, 106) döndərdi. Oradan Bakıya enən Qaratəkin burada
əhalinin xeyli hissəsini qırdı, qadın və uşaqları, sürüləri qovub apardı. Vəziyyət qorxulu hal alanda Şirvanşah
4000-dən çox madyandan ibarət cins at ilxısını Məsqətə göndərdi. Qaratəkinin dəstələri Bakıdan Şəbəranadək
qabaqlarına çıxan hər şeyi qarət edib dağıdırdılar. Türklər dağlara qalxdılar və oradan Məsqət üzərinə hücuma
keçdilər; Onlar Fəribürzün ilxısını sürüb apararaq Şəbərana qayıtdılar. Sonra Qaratəkin
yenidən Yəzidiyyəni
mühasirəyə aldı. Şirvanşahın vəziyyəti daha da ağırlaşdı. Belə ki, Qaratəkinə 2000 türk döyüşçüsündən ibarət
kömək gəlib çatmışdı. Türklərin Fəribürzü aldadaraq qaladan çıxmağa məcbur etmək cəhdləri baş
tutmadı.Fəribürz daxili düşmənini, doğmaca əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar
verərək
onu öz tərəfinə
9
çəkdi.
5
"Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin
11
təfərrüatı nəql olunur.
“[Hacib] buna razılıq verib Qalabad qalasında oturan Məmlan ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar
Məmlan sərxoş olana qədər yeyib-içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt
Şirvanşah özünün saray adamlarından üç nəfəri - dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi
Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın
üstünə
atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümlədən şənbəyə keçən gecə (24 fevral 1067) onu qəddarcasına qətlə
yetirdilər. Məmlanın meyidi Yəzidiyyəyə gətirilərək orada dəfn edildi". Bu hadisələrdən sonra türklər
Yəzidiyyədən Kür çayı sahillərinə endilər. Onlar çayı keçib, topladıqları qənimətlə çıxıb getdilər. H.459-ci ilin
rəbiülaxir ayında (fevral, 1067) Qəzvin hakimi Türk əl-Bəsan (?) Şirvanı türklərin basqınlarından qorumağı vəd
etməsi müqabilində Qaratəkinə hər il verməyi
[112 – 113]
öhdəsinə götürdüyü 30.000 dinarı almaq üçün öz
məmurlarını Şirvanşah Fəribürzün yanına göndərdi.
6
"Tarix-i əl-Bab"ın verdiyi məlumata görə h.459-cu ilin cəmadiyülaxir ayında (aprel 1067) Fəribürzlə
gürcülər arasında toqquşmalar olmuşdur. Gürcülər Şəkidəki Dəskərət əl-Hüseyn qalasını tutaraq, Kaxetiya
hakimi Axsartan ibn Qagikə (1058-1084-cü illər) verdi. Sonuncu, həm də əvvəllər
Fəribürzə məxsus olan Şəki
vilayətinin hakimi idi. Fəribürzün qalanı geri almaq cəhdləri uğursuz oldu və o, paytaxta qayıtdı. H.464 ilin
ramazan ayında (iyun, 1072) Fəribürz Arran hökmdarı Fəzl ibn Şavurla ittifaq bağlayaraq Şəkiyə soxuldu.
Məluğ qalasını tutub dağıtdı və bütün "kafırləri", ehtimal ki, xristian və bütpərəstləri qırdı, Lakin Fəribürz
vilayəti bütünlüklə geri qaytara bilmədi. Alp Arslanın yürüşü və gürcülərlə müharibəsi zamanı Axsartan öz
torpaqlarını saxlamaq üçün islamı qəbul etdi.
7
Qaratəkinin yürüşündən sonra türklərin Azərbaycana gəlməsi daha intensiv şəkil aldı, H.459 (1067)-cu
ildə hərbi rəislər Qaymas və Qaratəkin türk süvari dəstəsi ilə Şirvanşahın yanına
gəldilər və O, əmisi Qubadın
qızını Qaratəkinə ərə verdi. Həmin ilin şəvval (avqust) ayında türk Qaymas qəflətən Şirvanda öldü (zəhərləndi?)
və Yəzidiyyədə dəfn edildi.
H-459 (1067)-cu ilin sonunda səlcuq sultanı Alp Arslan Arrana daxil oldu. Böyük diplomatik bacarığa
malik olan Şirvanşah Fəribürz qiymətli hədiyyələrlə onun yanına gedərək öz xidmətini (əl-hədiyyə vəl-xidmə)
təklif etdi və h.460 (1068)-cı ildə onunla birlikdə səfərə çıxdı. Şəddadi Fəzl ibn Şavur Fəribürzü itaətlə
qarşılayıb, xəzinəsinin açarını ona verdi. Şirvanşah sultanın nüfuzundan öz şəxsi düşmənlərini cəzalandırmaq
*
Bir nüsxədə "əl-xəzəriyyə - xəzərlər" göstərilir (Minorski. Şirvanın tarixi,ərəbcə mətni §19, səh.4).