54
üz çəkilmiş müdafiə divarlarının qalıqları aşkara çıxarılrmışdır.
82
Divarların qalınlığı 2,5 metrdir. Divar
qalıqlarının aşkar olunmasi onun h.437 (1045)-ci ildə Şirvanşah Qubad tərəfindən
çəkildiyinə dair mənbənin
məlumatını təsdiq edir.
83
Onun ətrafında qrafik rəsmlərlə bəzədilmiş müxtəlif monoxrom və polixrom keramik
qablar tapılmışdır. Bir sıra qabların dibində Şamaxı şəhəri üçün səciyyəvi olan möhürlər vurulmuşdur. Şirli
keramika
[102 - 103]
parçaları arasında IX-XI əsrlərə aid saxsı və şüşə qab qırıqları tapılmışdır.
84
Qazıntılar təsdiq
edir ki, Şəmaxiyyə VIII-XI əsrlərdə müasir şəhərin ərazisində mövcud olmuşdur. Ehtimal ki,
X əsrin birinci
yarısında Şəbərandan sonra Şirvanşahların paytaxtı olan Şamaxı Sirvanın mühüm şəhərlərindən birinə
çevrilmişdir.
Şamaxı şəhərindən şimalda və Gülüstan qalasının şərqində Pirdirəyi dağında (350 m) həmin dövrlərdə
Azərbaycanın şəhər və yaşayış məskənlərində rast gəlinən pir olmuşdur. Pirdirəyi dağının şərq ətəyində aparılan
arxeoloji işlər zamanı orta əsrlər dövrü üçün səciyyəvi olan çoxlu keramik qab qırıntıları, təsərrüfat küpü
parçalarının tapılması Şamaxı yaxınlığında böyük yaşayış məskəninin olduğunu göstərir.
85
Əl-İstəxri,
86
ibn-Havqəl
87
və əl-Müqəddəsi
88
Şəmaxiyyə və Şəbəranla yanaşı, Şirvan şəhərinin də adını
çəkirlər. İbn
Havqəlin xəritəsində
89
Şəbərandan başlayaraq Şirvan və Şəmaxiyyədən keçib, Bərdicə, oradan da
Bərdəyə gedən yol qeyd edilmişdir. Həm də, Şəbəranla Şirvan arasındakı məsafə Şirvanla Şəmaxiyyə arasındakı
məsafədən üç dəfə çoxdur. Müqəddəsi (təqribən 985-ci ildə yazmışdır) Şirvan haqqında aşağıdakı məlumatları
verir: "Düzənlikdə böyük şəhərdir. Binaları daşdandır, bazar meydanında Cümə məscidi vardır. Şəhərin içindən
çay keçir".
90
V. F.
Minorskinin fikrincə, Şirvanşah şəhərinin bu təsviri Şəbərana aiddir, belə ki, İstəxrinin
əsərinin bizə gəlib çatmayan, lakin Yaqut tərəfindən istifadə olunmuş nüsxəsində Şirvan əvəzinə Şəbəran
yazılmışdır. İstəxrinin de Quye tərəfindən olunmuş nüsxəsində getmiş bu səhvi Müqəddəsi də təkrar etmişdir.
Onun Şirvan kimi təsvir etdiyi Şəbərana uyğun gəlir. Mənə Şirvan haqqında məlumat cüzi olduğundan onun
yerini müəyyənləşdirmək çətindir. V. F. Minorskinin
hesab etdiyi kimi, əgər bu ad Istəxrinin nüsxəsində (de
Quyenin nəşri) və onun ardınca ibn Havqəl və Müqəddəsi tərəfındən Şəbəranla qarışıq salınmayıbsa, onda çox
ehtimal ki, Şamaxıdan üç mərhələ aralı belə bir şəhər olmuş və Şirvan vilayəti də onun adı ilə adlanmışdır.
Şəbəran vilayəti və onun əsas şəhəri Şəbəran (Şəburan, Şəbran) Məsqətdən cənubda, Xəzər dənizinin sahilində
yerləşirdi. Şəbəran qalıqları və xarabalıqları indiki Dəvəçi rayonunun Şahnəzərli kəndinin yaxınlığında, Padar-
Şəbran
*
kəndindən aralı aşkar edilmişdir. Ərəb müəllifləri Şəbəranı Sasani hökmdarı Xosrov Ənuşirəvanın
(531-579) saldırdığım qeyd edirlər.
92
Görünür Şəbəran adı (1124 ilə aid gürcü
salnaməsində qeyd olunmuş
forma onun Azərbaycanda rast gəlinən Şapur
93
İran adı ilə bağlılığına
işarədir.
İstəxrinin Qota nüsxəsində (təqribən 930-cu il) və Yaqutda deyilir ki, Xəzər dənizinin sahilində,
Məsqətdən aşağıda kiçik, lakin
möhkəmləndirilmiş Şəbəran şəhəri yerləşir. Onun çoxlu rustaqdarı (kənd
nahiyələri) var. Ondan üstdə Çeşmodan (Xaçmataka -Xaçmasa) rustağıdır. Onun digər tərəfində Bakı, Dəraik və
Ləkzə qədər kəndlər (diyə), Cəbəl (Qafqaz sıra dağları) və Şirvan dağları
94
yerləşir. Burada yoxa çıxmış şəhərin
yeri çox dəqiq lokallaşdırılır. "Hüdud əl-aləm"ə görə (982/3-cü il) Şəvəran (Şəbəran) Şirvanın
inzibati
[103 -
104]
mərkəzi (qəsəbə) olub, dəniz sahilində yerləşən səfalı biryer idi. Oradan zərgərlərin qızılın əyarının təyin
olunmasında istifadə etdikləri məhək daşı (sangi mihakk) ixrac olunurdu.
95
"Tarix-i əl-Bab"a gorə, Şirvanın əsas
gəlirini Şəbəran və onun kəndlərindən, habelə Bakının neft quyularından və duz mədənlərindən yığılan vergilər
təşkil edirdi.
96
Müqəddəsi sonra Şəbəranın adını çəkir. "Şəbəran qalasız yerdir, Əhalisinin əksəriyyəti xristiandır,
sərhəddədir.
97
X əsrin ikinci yarısında Şəbəran və ətrafındakı kəndlər varlı və münbit yerlər idi. Əl-Bab əmiri
h.357 (968)-ci ildə oradan saysız-hesabsız qənimət aparmışdı. "Tarix-i əl-Bab"da Şirvanşah Əbu Nəsrin h.392
(1002)-ci ildə əl-Bab əmirinin qardaşını həbsdə saxladığı Şəbəran qalasının adı çəkilir.
98
Şəbəran şəhəri indiki
Qubanın cənuba doğru axan eyniadlı çayın sahilində idi.
Ehtimal ki, Şəbəran üç Şirvan nahiyəsindən biri olan
Xursanın inzibati mərkəzi olmuşdur." Burada şüşə bilərziklər, çoxlu miqdarda şirli və şirsiz saxsı qab qırıntıları
və kürə aşkara çıxarılmışdır ki, bu da sənətkarlığın inkişafından xəbər verir.
100
"Tarix-i əl-Bab"ın verdiyi xəbərə
görə, Şəbəran şəhərinin divarının h.373 (983)-cü ildə Şirvanşah Məhəmməd ibn Əhməd çəkdirmişdir.
101
XI
əsrdə Şirvanşahların ailə məqbərəsi Şəbəranda olmuşdur. H.418 (1027)-ci ildə ölmüş Yəzid
ibn Əhməd və onun
h.459 (1067)-ci ildə Gülüstanda (Şamaxı yaxınlığında) ölmüş qızı Şəmkuyyə burada dəfn edilmişdir.
102
Ehtimal
ki, Şamaxı böyüyənədək Şirvanın paytaxtı olmuşdur.
XVIII əsrin sonlarında Şəbəran ərazisində olmuş Biberşteyn yazır: "Vaxtilə mühüm şəhər olub, indi isə
yalnız xarabalıqları qalmiş Səbəran şəhəri düzənlikdə onun adını daşıyan çayın sol sahilində yerləşmişdir'
103
"Tarix-i əl-Bab"da adı çəkilən Sədun Şəbəranın yaxınlığında idi.
104
Xaqani və Fələki Şirvani kimi
şairlər
105
III Mənuçöhrün Girdimanda və Sədunda (Sədan) tikdirdiyi suvarma şəbəkələrini vəsf etmiş, həmin
şəhərlərin Şirvanşah tərəfindən salındığını göstərmişlər. Xanıkov yazırdı: "Sədun, indiki Siadan, Qübbə
rayonunda, Şabranın xarabalıqlarının yaxınlığında şəhərdir".
106
Sədun -Sədan Xəzər dənizi və Ataçay çayının,
Siyəzən şəhərinin yaxınlığında lokallaşdırılır.
*
Şəbəran şəhərinin qalıqları 1935-cİ ildə Y. A. Paxomov və S. B. Aşurbəylidən müştərək tədqiq edilmişdir.
91