55
Təbərsəran
Dərbənddən şimal-qərbdə, Cənubi Dağıstanda, indiki Təbərsəran ərazisində mövcud olmuş
və ehtimal ki, X-XI əsrlərdə arabir Şirvanşahlara tabe ərazilərə daxil olmuşdıır. "Tarix-i əl-Bab"da göstərilir ki,
Şirvanşah Məhəmməd ibn Yəzid X əsrin birinci yarısının sonlarında oğlu Heysəmi Təbərsərana hakim təyin
etmişdi. Daha sonra, 1025-ci ildə Təbərsəranda Şirvanşah Yəzidin qardaşının öldüyü Məhəmməd mülkünün
(diyə) adı çəkilir.
Sonralar, 1065-ildə Şirvanşahın oğlu Mənuçöhr ibn Yəzid Hürmüz Təbərsərandakı mülkdə
ölmüş və dayılarının yanında dəfn edilmişdi.
107
Göründüyü kimi, Şirvanşahlar Təbərsəran hakimləri ilə
qohumluq əlaqələrilə bağlı idilər və bu ərazi çox vaxt Şirvanın tabeliyində olurdu. Təbərsəran qalası və
məmləkəti əl-Məsudi və digər ərəb müəlliflərinin əsərlərində xatırlanır. "Əl-Ləkz ölkəsi Samur çayı boyunda
yerləşirdi. Onun adı, gorünür, Cənubi Dağıstanda yaşayan tayfaların adından əmələ gəlmişdir. Bu iki məmləkət
Şirvanşahların zəbt etdikləri əl-Cibəl (Dağlıq) vilayətinə daxil idilər və göründüyü kimi, Şirvan dövlətində
əlahiddə inzibati
vahid təşkil edirdilər,
108
[104 - 105]
Şirvanın mühüm şəhərlərindən biri Bakı idi. Müqəddəsi (985-ci il) Bakının liman kimi əhəmiyyətini ilk
dəfə qeyd etmişdir: "Bakı dənizin kənarında şəhərdir. İqlimin yeganə limanıdır"
109
"Hüdud əl aləm"də (982-ci
il) Bakıdan dağların yaxınlığında dəniz sahilində kiçik bir şəhərcik kimi bəhs edilir. Deyləmən ölkəsində
işlədilən neftin hamısı oradan gətirilirdi.
110
Erkən və inkişaf etmiş orta əsrlərdə neft, başlıca olaraq, hərbi
texnikada istifadə edilirdi. Mənbələr xəbər verirlər ki, ərəb qoşunlarının tərkibində xüsusi yanar neft atanlar
hissəsi var idi. IX-XI əsrlər ərəb tarixçisi və coğrafiyaşünaslarının əsərlərində Bakı vilayətində külli
miqdarda
neft hasil edilrnəsinə və hərbi məqsədlərlə bir sıra Şərq ölkələrinə daşınmasına dair məlumatlara rast gəlirik.
Abşeronda çıxarılan neftdən, eyni zamanda təsərrüfatda, məişətdə, habelə, dərman vasitəsi kimi də istifadə
olunurdu. İbn Sinanın (980-1037) məşhur "əl-Qanun fı-t-tib" əsərində neftdən müxtəlif xəstəliklərin
müalicəsində istifadə edilməsi
göstərilmişdir
111
. IX-XI əsr ərəb mənbələrində Abşeronda və Bakı ətrafında xeyli
neft və duz istehsalma dair məlumatlar gətirilir. Xəlifələr Bakı əyalətinin gəlirini vəqf kimi Dərbənd keçidini
köçəri türk tayfalarının Azərbaycana hücumlarından qoruyan ərəb qarnizonunun saxlanmasına sərf edirdilər.
Şirvanşahlar da Dərbəndin müdafiəsinə böyük əhəmiyyət verir, hətta gəliri yığıb Dərbənd hakiminə vermək
üçün xüsusi şəxslər - məmurlar təyin edirdilər. X əsr ərəb müəllifləri əl-İstəxri, əl-Məsudi və başqaları Bakı
ətrafında çıxarılan neftin müxtəlif çeşidləri barədə məlumat verirlər. Abşerondakı Suraxanı kəndində böyük
ehtiyatı olan ağ neft daha qiymətli sayılırdı.
112
Azərbaycanın bir sıra şəhərlərini təsvir etmiş X əsr ərəb səyyahı
Əbu Duləf Bakuyədən (Bakı) və onun neft mədənlərindən danışarkən yazır: "...Burada neft mənbəyi gördüm.
Onun gündəlik qəbələsi (icarə haqqı) min dirhəmə çatır. Yanında isə gecə-gündüz civə yağına oxşayan ağ neft
axan başqa bir mənbəyi də vardır. Onun da qəbələsi elə birincidəki kimidir".
113
Əbu Duləfin göstərdiyi məbləg
hər birindən gündə 1000 dirhəm, yaxud ildə 720.000 dirhəm gəlir götürən təkcə iki neft quyusundan (belə
quyuların isə sayı çox idi) əldə edilən məbləğdir. Bu həmin dövrdə böyük miqdarda neft hasil olduğunu göstərir.
İcarə haqqına gəldikdə isə görünür, icarədarlara verilən dövlətə məxsus neft quyularından gedir. quyuda 1000
dirhəm məbləğində gəlir dövlətin icarədardan aldığı icarə pulu idi. Neft mədənlərinin
icarəyə verilməsi sistemi
X əsrdə və daha sonralar da tətbiq edilirdi.
Ərəb müəllifləri Şirvanda, Xəzər dənizi sahilində balıqçılığın da inkişaf etdiyini xəbər verirlər. Bəzi
qiymətli balıq növləri bir sıra Yaxın Şərq ölkələrinə ixrac olunurdu. X əsrin ikinci yarısından ərəb müəllifləri
Bakının Xəzər dənizində mühüm liman şəhəri olduğunu qeyd edirlər. Buradan İrana və Xəzər sahilində yerləşən
qonşu ölkələrə neft, duz və s. mallar aparılır və oradan Şərqin ıızaq ölkələrinə daşınırdı.
Ticarət gəmiləri
Xəzərin cənub sahillərindən Bakıya, oradan isə Atilə (Volqa), xəzərlər ölkəsinə qədər üzürdülər. Mənbələr,
həmçinin, Şirvandan və Xəzər dənizindəki adalardan dənizlə Cürcana, oradan isə karvan yolu ilə hind
torpaqlarına boyaqotu aparıldığını xəbər verirlər. Uzaq ölkələrlə - Hindistanla və ehtimal ki, bahalı ipək
parçalar
gətirilən Çinlə ticarət edilirdi.
114
[105 - 106]
Əgər xilafətin Azərbaycanı işğal etdiyi ilk əsrlərdə ölkə var-yoxdan çıxmış və tənəzzülə uğramışdısa,
artıq IX və X əsrlərdə onun iqtisadiyyat və təsərrüfatı inkişaf mərhələsinə qədəm qoymuşdu. İbn Havqəl və
başqa müəlliflər Şirvan və bütün Azərbaycan şəhər və yaşayış yerlərinin rifahından və zənginliyindən danışırlar.
Xarici və daxili ticarətin, eləcə də, pul dövriyyəsinin inkişafı ilə əlaqədar şəhər həyatında böyük canlanma
müşahidə olunur.
Feodal münasibətlərinin inkişafı, əmək bölgüsünün yaranması, sənətkarlığın
və ticarətin yüksəlməsi
nəticəsində X əsrdə Şirvanın şəhərlərində əmtəə istehsalı artımı gücləndi. Bu vaxt Şirvanın Dərbənd, Bakı,
Şamaxı, Şəbəran kimi şəhərləri iri ticarət mərkəzlərinə çevrildilər. Həmin şəhərlərin sənətkarları qızğın ticarət
gedən bazarlar üçün mallar hazırlayırdılar. Xammal bazasına malik Şırvan şəhərlərində nazik şüşədən
hazırlanan gözəl qablara, Bakıda, Şəbəranda, Beyləqanda, başqa şəhərlərdə istehsal olunan keramikaya,
Şamaxıda
toxunan ipək parçalara, gümüş və qızıldan hazırlanan məmulatlara - bütün bunlara feodal əyanları
arasında tələbat var idi.
115
Şirvanın şəhərləri spesifik malların istehsalı və satışı sahəsində ixtisaslaşırdı ki, bu da həmin şəhərlərdə
çoxlu miqdarda sənətkarın toplandığını göstərir. Bazarlar üçün şəhərin kənarında iri sahələr ayrılırdı. Şirvan
şəhərlərinə Xəzərdən, Rus dövlətindən, İrandan, Bizansdan və Uzaq Şərq ölkələrindən - Hindistandan, Çindən,