57
1975-ci ildə qazıntı işləri qövsşəkilli bürcləri olan şimal qala divarlarının yaxınlığında 64 m
2
.
sahədə
davam etdirilmişdir. Torpaqaltı qata söykənən və şəhərin erkən tarixini əks etdirən alt mədəni təbəqədə, təqribən
7 m uzunluğunda divar bünövrəsi, habelə, digər divar qalıqları aşkara çıxarılmışdır. Bu təbəqədə təsərrüfat
quyuları, habelə, müxtəlif diametrli doqquz təndir, müxtəlif keramika məmulatı, saxsı şlakı, şüşə və fayans qab
qırıntıları, dəmir əşyalar, ağ gildən düzəldilmiş və üstünə yaşıl şir çəkilmiş miniatür at fıquru, iki dəmir ox
ucluğu və s. tapılmışdır. Alt təbəqə təqribən IX-XIII əsrlərə aid edilir. Evlərin bir-birinə sıxlığı və tapıntıların
çoxluğu tədqiq olunan dövrdə şəhərdə qızğın həyat gctdiyin' göstərir.
126
İçərişəhər ərazisində tapılmış gümüş və
mis sikkələr VIII əsrin birinci yarısı - XI əsrin əvvəllərinə aid olub, Əməvi
və Abbasi xəlifələri, eləcə də, Şirvan
Şirvanşahları adından Yaxın Şərq, Azərbaycan və Arran şəhərlərində kəsilmişdir. Bakıda dəniz sahilində suda
tapılmış qızıl sikkələr içərisində h.207 (822)-ci aid əqləbi dinarını qeyd etmək olar.
127
Gətirilən arxeoloji və numizmatik məlumatlar orta əsrlər Bakısında intensiv şəhər həyatı getdiyini, IX-
XI əsrlərdə burada sənətkarlığın inkişaf etdiyini, Azərbaycanın və qonşu şərq ölkələrinin bir çox şəhərləri ilə
ticarət əlaqələri saxlandığını təsdiqləyir.
Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində IX-XI əsrin əvvəllərində burada dəmirçilik,
misəritmə, dulusçuluq və zərlik sənətlərinin inkişafını göstərən materiallar aşkar edilmişdir Beyləqan
metallurqları təkcə silah, təsərrüfat və məişətdə işlənən məmulatlar yox, həm də əmək alətləri istehsal edirdilər.
Bu dövrdə soyuq və isti döymə, tökmə, lehimləmə, məftilcəkmə, ştamplama,
zərbetmə kimi texniki
vasitələrdən istifadə olunurdu. IX-XI əsrlər dövrü erkən şirlik məmulatlarının meydana gəlməsi ilə səciyyələnir.
Həmin məmulatını kütləvi istehsalı onların səhər əhalisinin məişətində əhəmiyyətli yer tutduğunu göstərir. Bu
dövrdə şirsiz və şirli keramikanın əsas növləri qazan, küp, səhəng, bardaq, kasa, dopu, boşqab, çıraq, duzqabı və
s. idi. Çıraqlarda Bakıdan gətirilən neft yandırılırdı. Beyləqanda keramika istehsalı IX əsrdən geniş inkişafa
başlayır və XII-XIII əsrin əvvəllərində yüksək səviyyəyə çatır.
IX-X əsrlərdə Beyləqanda keramika məmulatının bişirilməsi texnikası təkmilləşir, yüksək keyfiyyətli
məişət və inşaat keramikası istehsal etməyə imkan verən iki yaruslu dulus kürələri meydana gəlir. Bu kürələr
şəhərin kənarında, sənətkarlar məhəlləsində yerləşirdi.
[108 - 109]
Beyləqanda bu dövrdə yandırıcı bomba kimi və
müxtəlif mayelərin daşınmasında istifadə olunan çoxlu miqdarda sferokonuslar hazırlanırdı. Bədii tərtibatı ilə
seçilən Beyləqan keramikası Azərbaycanın başqa şəhərlərinə də aparılırdı. IX-X əsrlərdə Beyləqanda kütləvi
surətdə şüşə istehsal edilməsini çoxlu tapıntılar şüşə qablar içərisində istehsal çıxdaşının, yaşıl, mavi, bənövşəyi,
sarı, göy və qara rəngli şüşədən bəzək əşyalarının olması sübut edir. Beyləqan ustaları şüşəni dartıb uzatmaqla
ondan halqalar, bilərziklər, xırdalamaqla muncuqlar, xüsusilə gözmuncuğu düzəldirdilər. Şüşə məmulatının əsas
kütləsini məişət qabları -
dərin kasalar, bardaqlar, qədəhlər, ətir şüşələri təşkil edirdi. Beyləqan sənətkarları orta
əsr Azərbaycan şəhərləri üçün səciyyəvi olan bütün sənətlərlə - sümük və ağac üzərində bədii oyma, dabbaqlıq,
elə toxuculuq, ipəkçilik və xalçaçılıqla məşğul olurdular.
Beyləqanda tapılmış çoxlu sikkə (300-dən çox) və sikkə dəfinələri, əmtəə-pul münasibətlərinin və
ticarətin göstəricisidir. Çoxlu xəlifələrin, yaxud onların valilərinin adından kəsilən bu sikkələr "Arran" adlı
sikkəxanada zərb edilirdi. Y. A. Paxomov həmin sikkəxananı Beyləqanda yerləşdirirdi. Fəlslər, əsasən,
şəhərdaxili ticarətdə, dirhəmlər Beyləqandan, Şirvan
və bütövlükdə Qafqazdan
çox-çox uzaqlarda da işlənirdi.
Buradan IX əsrə aid əl-Bab (Dərbənd), əl-Bəsrə və Məaden Bəcuneys şəhərlərində zərb edilən və Beyləqanın
ticarət əlaqələrindən xəbər verən sikkələr tapılmışdır. Artıq IX-XI əsrin əvvəllərində Beyləqan təkcə kustar
istehsalı sahəsində deyil, eləcə də ticarət sahəsində feodal şəhəri kimi tam təşəkkül tapmışdı. Burada sənətkarlıq,
bazar, əmtəə istehsalına çevrilirdi.
128
Nəzərdən keçirdiyimiz Şirvan şəhərləri IX-XI əsrin əvvəllərində inkişaf etmiş sənətkarlıq və ticarətə,
əmtəə-pul münasibətlərinə, Azərbaycanın və qonşu ölkələrin bir sıra şəhərləri ilə iqtisadi və mədəni əlaqələrə
malik tipik orta əsr feodal şəhərləri idilər. IX-X əsrlərdə şəhərlərin intensiv həyatı XI-XIII əsrin ilk rübündə
şəhər həyatının əsl yüksəlişinə və çiçəklənməsinə zəmin yaratdı. Yaxın Şərq ölkələrində, o cümlədən Şirvanda
feodalizmin get-gedə formalaşması IX əsrin birinci yarısından Xilafətin zəifləməsi və bir sıra müstəqil və
yarımmüstəqil dövlətlərə parçalanmasının qanunauyğun nəticəsi idi. Həmin ölkələr arasında mühüm feodal
qurumlarından biri də Şirvanşahlar dövləti idi. Şirvan ərazisində müstəqil dövlətin yaranması feodal şəhərlərinin
meydana gəlməsinə və inkişafına yardım göstərən amil idi.
Həmin şəhərlər sonralar, XI-XIII əsrin birinci
rübündə Şirvanşahlar dövlətinin iqtisadi, sosial və mədəni həyatında aparıcı rol oynadılar.
[109 - 110]
58
IV FƏSİL
ŞİRVANŞAHLAR DÖVLƏTİ XI-XIV ƏSRLƏRDƏ
§1. Şirvanşahlar XI-XIV əsrlərdə (siyasi tarix - səlcuqların və monqolların hücumu)
I FƏRİBÜRZ
Şirvanşah Salar ibn Yəziddən sonra Şirvanda onun qanuni varisi - hələ atasının sağlığında dövlət işləri
ilə məşğul olan oğlu Fəribürz ibn Salar ibn Yəzid hökmranlıq edirdi. Fəribürzün hakimiyyəti dövründə
Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi.
H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn əl-Fəzl Şirvana hücum edərək
Quylamiyan (?) qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək
ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-
çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan
hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını - mərhum Saların arvadını
(hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə gotürərək Arrana qayıtdı. Lakin h.455-ci ilin rəcəb
ayında (iyul, 1063) o, üçüncü dəfə Şirvana gələrək Sədun (indiki Sədən
– S. A. ) kəndində dayandı, əkinləri,
ətraf kənd və malikanələri yandırdı".
1
Şirvanşah kömək istəmək üçün oğlu Əfridunu Ənuşirəvan
ibn Ləşkəri ilə
birlikdə ana babası olan Sərir hakiminin yanına göndərdi. Lakin Əfridun Sərir hakimindən heç bir kömək ala
bilməyib üç aydan sonra əliboş geri qayıtdı. H.456-cı ilin məhərrəm (yanvar, 1064) Arran hakimi Əbüləsfar
Şavur ibn Fəzl üncü dəfə Şirvana basqın edib, bir sıra kənd və məntəqələri tutdu. Sonra Şavur qoşununun bir
hissəsini bəzi əmirləri ilə burada Şirvanı tərk etdi. O, əhalidən 40 min dinar tələb etdi. Şirvanşah Fəribürz rəcəb
ayında (iyun-iyul, 1064-cü il) onunla sülh müqaviləsi bağladı. Bu müqaviləyə əsasən Şavur Şirvanşahdan 4 min
dinar alıb, əvəzində Quylamiyan qalasını ona qaytardı. H.457 (1065)-ci ildə Fəribürz qoşunu ilə əl-Babın
kəndlərinə hücum çəkərək onları qarət edib dağıtdı. Şirvanşah Məsqətdəki Mehyariyə qalasına çatdıqda
dərbəndlilər Qələban (ehtimal ki, Qəlabad) körpüsünün yaxınlığında ona müqavimət göstərdilər. Onların çoxu
öldürüldü. Fəribürzün Dərbəndə basqınına əl-Bab əhalisinin rəisləri başçılığı ilə Əbd ül-Məlikin oğlu Əmir
Mənsura qarşı üsyan qaldırıb, onu öldürmələri bəhanə olmuşdu. Mənsur Fəribürzün bibisi oğlu idi və onunla
həmişə əmin-amanlıq içində yaşamışdı. Fəribürz onun intiqamını almaq üçün əl-Bab rəislərinin bir çoxunu
edam etdirdi, əmlaklarını qarət edib, sürülərini qovub apardıqdan sonra Şirvana qayıtdı.
Bütün bu hadisələr, bir tərəfdən şəhər əyanları - rəislər, digər tərəfdən isə əl-Bab əmiri
ilə Dərbəndə
hakimlik iddiasında olan Şirvanşah arasında baş verən aramsız toqquşma və vuruşmalar göstərir ki, XI əsrin
ikinci yarısında feodal münasibətlərinin inkişafı şəhər əhalisinin mühüm hissəsinin - feodal hökmdarlarına qarşı
müstəqillik uğrunda mübarizə
[110 - 111]
aparan yuxan təbəqənin güclənməsinə səbəb olmuşdur. Həmin proses
Şirvan və Arranın başqa şəhərlərində də müşahidə edilir.
"Tarix-i əl-Bab"da Dərbənd və Beyləqan rəis və əmirləri, habelə, Dərbənd rəis və əmirləri ilə Şirvanşah
arasında gedən mübarizəyə dair çoxlu məlumat verilir. "Tarix-i əl-Bab"da daha sonra xəbər verilir ki, h.457-ci il
rəbiülaxir ayının sonuncu günü (9 aprel, 1065) Fəribürzün əmisi oğlu Hürmüz ibn Mənuçöhr ibn Yəzid
Təbərsərandakı irsi malikanəsində öldü və orada dayılarının yanında basdırıldı. Göründüyü kimi, Təbərəsəran
Şirvanşahların torpaqlarına daxil idi və onun qohumları tərəfindən idarə olunurdu.
Həmin il Fəribürz qoşunu ilə
Məsqətə qayıtdı. Samur çayının sahilində düşərgə saldı və h.457- ci il rəcəb ayının sonlarında (1065-ci il iyulun
əvvəlləri) öz dəstələrini (sərayə) Dərbəndin üstünə göndərdi. Dərbənd əhalisı çətin vəziyyətə düşdü. Fəribürz
yalnız dərbəndlilər bibisi Şəmkuyyəni həbsdən azad edib, bütün əmlakı və qiymətli şeyləri ilə birlikdə
müsəlman ilahiyyatçılarının
- fəqihlərin müşayiətilə onun yanına göndərdikdən sonra Şirvana qayıtdı. "Tarix-i
əl-Bab"da rəislərin şəhərin siyasi hadisələrindəki roluna və Dərbəndi zəbt etmək İddiasından əl çəkməyən
Şirvanşahla münasibətlərinə dair mühüm məlumat verilir. Fərübürz getdikdən sonra əl-Bab rəislərinin başçısı
Müfərric Sərir hakimindən yardım istədi. Sərirlilərlə birlikdə hərəkət edən Müfərric onların köməyilə Şirvana
məxsus olan Şəbəranı mühasirəyə aldı. O, burada Şirvanşahın nizami qoşunu ilə qarşılaşdı. Şirvan qoşunu şəhər
əhalisinin köməyilə Müfərrici məğlııb etdi və əsir aldı. Bundan sonra əl-Bab əhalisi rəislərlə birlikdə şəhəri
Sirvanşaha təslim etmək qərarına gəldi. Şirvanşah qalanı təmir etdirdi onu döyüşçülərlə möhkəmləndirdi və
ərzaqla təchiz etdi. Əl-Bab əmiri Əbd ül-Məlik
ibn Ləşkəri Haydağa getdi, Şirvanşah isə 458-ci il səfər ayının
sonuncu günü (30 yanvar 1066-cı il) oraya gəlib çıxmış oğlu Əfridunu əl-Babın hakimi təyin etdi. Əl-Babın
əhalisi Əfridunu böyük təntənə ilə qarşıladı və o, bu qalaya koçdü.
2
"Tarix-i əl-Bab"ın misal gətirilən parçasında
Şirvanın paytaxtında iğtişaşlara, şəhər rəislərinin, ruhanilər və əyanların Şirvanşaha qarşı müxalifətçi çıxışlarına
dair anlaşılmaz məlumatlar var. Lakin həmin mənbədə bu çıxışların xarakteri barədə heç nə deyilmir. Ehtimal
etmək olar ki, Şamaxıda və Beyləqanda baş vermiş hadisələr - şəhər rəisləri və tacirlərinin şəhərin müstəqil
idarə edilməsi uğrunda feodal hakimiyyətinə qarşı hərəkatı olmuşdur. Lakin bu barədə dəqiq məlıımatımız