Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   44   45   46   47   48   49   50   51   ...   147

57 
 
1975-ci ildə qazıntı  işləri qövsşəkilli bürcləri olan şimal qala divarlarının yaxınlığında 64 m
2
. sahədə 
davam etdirilmişdir. Torpaqaltı qata söykənən və şəhərin erkən tarixini əks etdirən alt mədəni təbəqədə, təqribən 
7 m uzunluğunda divar bünövrəsi, habelə, digər divar qalıqları  aşkara çıxarılmışdır. Bu təbəqədə  təsərrüfat 
quyuları, habelə, müxtəlif diametrli doqquz təndir, müxtəlif keramika məmulatı, saxsı şlakı, şüşə və fayans qab 
qırıntıları, dəmir  əşyalar, ağ gildən düzəldilmiş  və üstünə yaşıl  şir çəkilmiş miniatür at fıquru, iki dəmir ox 
ucluğu və s. tapılmışdır. Alt təbəqə təqribən IX-XIII əsrlərə aid edilir. Evlərin bir-birinə sıxlığı və tapıntıların 
çoxluğu tədqiq olunan dövrdə şəhərdə qızğın həyat gctdiyin' göstərir.
126
 İçərişəhər ərazisində tapılmış gümüş və 
mis sikkələr VIII əsrin birinci yarısı - XI əsrin əvvəllərinə aid olub, Əməvi və Abbasi xəlifələri, eləcə də, Şirvan 
Şirvanşahları adından Yaxın Şərq, Azərbaycan və Arran şəhərlərində kəsilmişdir. Bakıda dəniz sahilində suda 
tapılmış qızıl sikkələr içərisində h.207 (822)-ci aid əqləbi dinarını qeyd etmək olar.
127
 
Gətirilən arxeoloji və numizmatik məlumatlar orta əsrlər Bakısında intensiv şəhər həyatı getdiyini, IX-
XI  əsrlərdə burada sənətkarlığın inkişaf etdiyini, Azərbaycanın və qonşu  şərq ölkələrinin bir çox şəhərləri ilə 
ticarət əlaqələri saxlandığını təsdiqləyir. 
Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində IX-XI əsrin  əvvəllərində burada dəmirçilik, 
misəritmə, dulusçuluq və  zərlik sənətlərinin inkişafını göstərən materiallar aşkar edilmişdir Beyləqan 
metallurqları təkcə silah, təsərrüfat və məişətdə işlənən məmulatlar yox, həm də əmək alətləri istehsal edirdilər. 
Bu dövrdə soyuq və isti döymə, tökmə, lehimləmə, məftilcəkmə,  ştamplama, zərbetmə kimi texniki 
vasitələrdən istifadə olunurdu. IX-XI əsrlər dövrü erkən şirlik məmulatlarının meydana gəlməsi ilə səciyyələnir. 
Həmin məmulatını kütləvi istehsalı onların səhər əhalisinin məişətində əhəmiyyətli yer tutduğunu göstərir. Bu 
dövrdə şirsiz və şirli keramikanın əsas növləri qazan, küp, səhəng, bardaq, kasa, dopu, boşqab, çıraq, duzqabı və 
s. idi. Çıraqlarda Bakıdan gətirilən neft yandırılırdı. Beyləqanda keramika istehsalı IX əsrdən geniş inkişafa 
başlayır və XII-XIII əsrin əvvəllərində yüksək səviyyəyə çatır. 
IX-X  əsrlərdə Beyləqanda keramika məmulatının bişirilməsi texnikası  təkmilləşir, yüksək keyfiyyətli 
məişət və inşaat keramikası istehsal etməyə imkan verən iki yaruslu dulus kürələri meydana gəlir. Bu kürələr 
şəhərin kənarında, sənətkarlar məhəlləsində yerləşirdi. 
[108 - 109]
 Beyləqanda bu dövrdə yandırıcı bomba kimi və 
müxtəlif mayelərin daşınmasında istifadə olunan çoxlu miqdarda sferokonuslar hazırlanırdı. Bədii tərtibatı ilə 
seçilən Beyləqan keramikası Azərbaycanın başqa  şəhərlərinə  də aparılırdı. IX-X əsrlərdə Beyləqanda kütləvi 
surətdə şüşə istehsal edilməsini çoxlu tapıntılar şüşə qablar içərisində istehsal çıxdaşının, yaşıl, mavi, bənövşəyi, 
sarı, göy və qara rəngli şüşədən bəzək əşyalarının olması sübut edir. Beyləqan ustaları şüşəni dartıb uzatmaqla 
ondan halqalar, bilərziklər, xırdalamaqla muncuqlar, xüsusilə gözmuncuğu düzəldirdilər. Şüşə məmulatının əsas 
kütləsini məişət qabları - dərin kasalar, bardaqlar, qədəhlər, ətir şüşələri təşkil edirdi. Beyləqan sənətkarları orta 
əsr Azərbaycan şəhərləri üçün səciyyəvi olan bütün sənətlərlə - sümük və ağac üzərində bədii oyma, dabbaqlıq, 
elə toxuculuq, ipəkçilik və xalçaçılıqla məşğul olurdular. 
Beyləqanda tapılmış çoxlu sikkə (300-dən çox) və sikkə  dəfinələri,  əmtəə-pul münasibətlərinin və 
ticarətin göstəricisidir. Çoxlu xəlifələrin, yaxud onların valilərinin adından kəsilən bu sikkələr  "Arran" adlı 
sikkəxanada zərb edilirdi. Y. A. Paxomov həmin sikkəxananı Beyləqanda yerləşdirirdi. Fəlslər,  əsasən, 
şəhərdaxili ticarətdə, dirhəmlər Beyləqandan, Şirvan və bütövlükdə Qafqazdan
 
çox-çox uzaqlarda da işlənirdi. 
Buradan IX əsrə aid əl-Bab (Dərbənd), əl-Bəsrə və Məaden Bəcuneys şəhərlərində zərb edilən və Beyləqanın 
ticarət  əlaqələrindən xəbər verən sikkələr tapılmışdır. Artıq IX-XI əsrin  əvvəllərində Beyləqan təkcə kustar 
istehsalı sahəsində deyil, eləcə də ticarət sahəsində feodal şəhəri kimi tam təşəkkül tapmışdı. Burada sənətkarlıq, 
bazar, əmtəə istehsalına çevrilirdi.
128
 
Nəzərdən keçirdiyimiz Şirvan  şəhərləri IX-XI əsrin  əvvəllərində inkişaf etmiş  sənətkarlıq və ticarətə, 
əmtəə-pul münasibətlərinə, Azərbaycanın və qonşu ölkələrin bir sıra şəhərləri ilə iqtisadi və mədəni əlaqələrə 
malik tipik orta əsr feodal şəhərləri idilər. IX-X əsrlərdə  şəhərlərin intensiv həyatı XI-XIII əsrin ilk rübündə 
şəhər həyatının əsl yüksəlişinə və çiçəklənməsinə zəmin yaratdı. Yaxın Şərq ölkələrində, o cümlədən Şirvanda 
feodalizmin get-gedə formalaşması IX əsrin birinci yarısından Xilafətin zəifləməsi və bir sıra müstəqil və 
yarımmüstəqil dövlətlərə parçalanmasının qanunauyğun nəticəsi idi. Həmin ölkələr arasında mühüm feodal 
qurumlarından biri də Şirvanşahlar dövləti idi. Şirvan ərazisində müstəqil dövlətin yaranması feodal şəhərlərinin 
meydana gəlməsinə  və inkişafına yardım göstərən amil idi. Həmin  şəhərlər sonralar, XI-XIII əsrin birinci 
rübündə Şirvanşahlar dövlətinin iqtisadi, sosial və mədəni həyatında aparıcı rol oynadılar. 
[109 - 110]
 


58 
 
IV FƏSİL 
ŞİRVANŞAHLAR DÖVLƏTİ XI-XIV ƏSRLƏRDƏ 
 
§1. Şirvanşahlar XI-XIV əsrlərdə (siyasi tarix - səlcuqların və monqolların hücumu) 
 
I FƏRİBÜRZ 
Şirvanşah Salar ibn Yəziddən sonra Şirvanda onun qanuni varisi - hələ atasının sağlığında dövlət işləri 
ilə  məşğul olan oğlu Fəribürz ibn Salar ibn Yəzid hökmranlıq edirdi. Fəribürzün hakimiyyəti dövründə 
Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. 
H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı  Şavur ibn əl-Fəzl  Şirvana hücum edərək 
Quylamiyan (?) qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək 
ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-
çatdı,  əyanlardan bir çoxunu əsir aldı  və  əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan 
hərəkət edən  Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını - mərhum Saların arvadını 
(hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə gotürərək Arrana qayıtdı. Lakin h.455-ci ilin rəcəb 
ayında (iyul, 1063) o, üçüncü dəfə  Şirvana gələrək Sədun (indiki Sədən  –  S. A. )  kəndində dayandı,  əkinləri, 
ətraf kənd və malikanələri yandırdı".
1
 Şirvanşah kömək istəmək üçün oğlu Əfridunu Ənuşirəvan ibn Ləşkəri ilə 
birlikdə ana babası olan Sərir hakiminin yanına göndərdi. Lakin Əfridun Sərir hakimindən heç bir kömək ala 
bilməyib üç aydan sonra əliboş geri qayıtdı. H.456-cı ilin məhərrəm (yanvar, 1064) Arran hakimi Əbüləsfar 
Şavur ibn Fəzl üncü dəfə Şirvana basqın edib, bir sıra kənd və məntəqələri tutdu. Sonra Şavur qoşununun bir 
hissəsini bəzi əmirləri ilə burada Şirvanı tərk etdi. O, əhalidən 40 min dinar tələb etdi. Şirvanşah Fəribürz rəcəb 
ayında (iyun-iyul, 1064-cü il) onunla sülh müqaviləsi bağladı. Bu müqaviləyə əsasən Şavur Şirvanşahdan 4 min 
dinar alıb,  əvəzində Quylamiyan qalasını ona qaytardı. H.457 (1065)-ci ildə  Fəribürz qoşunu ilə  əl-Babın 
kəndlərinə hücum çəkərək onları qarət edib dağıtdı.  Şirvanşah Məsqətdəki Mehyariyə qalasına çatdıqda 
dərbəndlilər Qələban (ehtimal ki, Qəlabad) körpüsünün yaxınlığında ona müqavimət göstərdilər. Onların çoxu 
öldürüldü. Fəribürzün Dərbəndə basqınına  əl-Bab  əhalisinin rəisləri başçılığı ilə  Əbd ül-Məlikin oğlu  Əmir 
Mənsura qarşı üsyan qaldırıb, onu öldürmələri bəhanə olmuşdu. Mənsur Fəribürzün bibisi oğlu idi və onunla 
həmişə  əmin-amanlıq içində yaşamışdı. Fəribürz onun intiqamını almaq üçün əl-Bab rəislərinin bir çoxunu 
edam etdirdi, əmlaklarını qarət edib, sürülərini qovub apardıqdan sonra Şirvana qayıtdı. 
Bütün bu hadisələr, bir tərəfdən  şəhər  əyanları - rəislər, digər tərəfdən isə  əl-Bab  əmiri ilə  Dərbəndə 
hakimlik iddiasında olan Şirvanşah arasında baş verən aramsız toqquşma və vuruşmalar göstərir ki, XI əsrin 
ikinci yarısında feodal münasibətlərinin inkişafı şəhər əhalisinin mühüm hissəsinin - feodal hökmdarlarına qarşı 
müstəqillik uğrunda mübarizə 
[110 - 111] 
aparan yuxan təbəqənin güclənməsinə səbəb olmuşdur. Həmin proses 
Şirvan və Arranın başqa şəhərlərində də müşahidə edilir. 
"Tarix-i əl-Bab"da Dərbənd və Beyləqan rəis və əmirləri, habelə, Dərbənd rəis və əmirləri ilə Şirvanşah 
arasında gedən mübarizəyə dair çoxlu məlumat verilir. "Tarix-i əl-Bab"da daha sonra xəbər verilir ki, h.457-ci il 
rəbiülaxir ayının sonuncu günü (9 aprel, 1065) Fəribürzün  əmisi oğlu Hürmüz ibn Mənuçöhr ibn Yəzid 
Təbərsərandakı irsi malikanəsində öldü və orada dayılarının yanında basdırıldı. Göründüyü kimi, Təbərəsəran 
Şirvanşahların torpaqlarına daxil idi və onun qohumları tərəfindən idarə olunurdu. Həmin il Fəribürz qoşunu ilə 
Məsqətə qayıtdı. Samur çayının sahilində düşərgə saldı və h.457- ci il rəcəb ayının sonlarında (1065-ci il iyulun 
əvvəlləri) öz dəstələrini (sərayə) Dərbəndin üstünə göndərdi. Dərbənd  əhalisı  çətin vəziyyətə düşdü. Fəribürz 
yalnız dərbəndlilər bibisi Şəmkuyyəni həbsdən azad edib, bütün əmlakı  və qiymətli  şeyləri ilə birlikdə 
müsəlman ilahiyyatçılarının fəqihlərin müşayiətilə onun yanına göndərdikdən sonra Şirvana qayıtdı. "Tarix-i 
əl-Bab"da rəislərin  şəhərin siyasi hadisələrindəki roluna və  Dərbəndi zəbt etmək  İddiasından  əl çəkməyən 
Şirvanşahla  münasibətlərinə dair mühüm məlumat verilir. Fərübürz getdikdən sonra əl-Bab rəislərinin başçısı 
Müfərric Sərir hakimindən yardım istədi. Sərirlilərlə birlikdə hərəkət edən Müfərric onların köməyilə Şirvana 
məxsus olan Şəbəranı mühasirəyə aldı. O, burada Şirvanşahın nizami qoşunu ilə qarşılaşdı. Şirvan qoşunu şəhər 
əhalisinin köməyilə Müfərrici məğlııb etdi və  əsir aldı. Bundan sonra əl-Bab  əhalisi rəislərlə birlikdə  şəhəri 
Sirvanşaha təslim etmək qərarına gəldi.  Şirvanşah qalanı  təmir etdirdi onu döyüşçülərlə möhkəmləndirdi və 
ərzaqla təchiz etdi. Əl-Bab əmiri Əbd ül-Məlik ibn Ləşkəri Haydağa getdi, Şirvanşah isə 458-ci il səfər ayının 
sonuncu günü (30 yanvar 1066-cı il) oraya gəlib çıxmış  oğlu  Əfridunu  əl-Babın hakimi təyin etdi. Əl-Babın 
əhalisi Əfridunu böyük təntənə ilə qarşıladı və o, bu qalaya koçdü.

"Tarix-i əl-Bab"ın misal gətirilən parçasında 
Şirvanın paytaxtında iğtişaşlara, şəhər rəislərinin, ruhanilər və əyanların Şirvanşaha qarşı müxalifətçi çıxışlarına 
dair anlaşılmaz məlumatlar var. Lakin həmin mənbədə bu çıxışların xarakteri barədə heç nə deyilmir. Ehtimal 
etmək olar ki, Şamaxıda və Beyləqanda baş vermiş hadisələr - şəhər rəisləri və tacirlərinin  şəhərin müstəqil 
idarə edilməsi uğrunda feodal hakimiyyətinə qarşı  hərəkatı olmuşdur. Lakin bu barədə  dəqiq məlıımatımız 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə