Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   43   44   45   46   47   48   49   50   ...   147

56 
 
İraqdan, Suriyadan tacirlər gəlir, gətirdikləri malların  əvəzində karvanlarla neft, duz, balıq, mal-qara 
(qatır), zəfəran, qırmızı
 
boyaq, boyaqotu və digər mallar aparırdılar.
116
 Aparılan mallar içərisində  sənətkarlıq 
məmulatları, başlıca olaraq və Şamaxıda, onun
 
ətrafındakı kəndlərdə toxunan ipək parçalar, Şirvan şəhərlərində 
- Bakı və onun ətrafında, Xursanda, Muğanda hazırlanan yun parçalar, xalçalar, xalça məmulatları, örtüklər,
117
 
Beyləqan və Şəbəranda istehsal edilən saxsı və mis qablar da var idi. 
Ən iri şəhərlər - Bərdə, Dərbənd, Gəncə,  Şamaxı  və Bakı beynəlxalq ticarət yollarının üstündə idi. 
Başlıca ticarət yolu Muğandan keçib, Kürün sağ sahili ilə Tiflisə, oradan isə Qara dənizə gedirdi. Xəzər sahilləri 
ilə Bakı  və  Dərbənd limanlarından və daha sonra Xəzər xaqanlığından keçərək  şimala gedən yol da mühüm 
əhəmiyyətə malik idi. Yollardan biri Bərdədən Ərdəbilə və İrana, digəri isə yenə də Bərdədən Dvinə və oradan 
Suriya və Mesopotamiyaya gedirdi. Ərəb müəllifləri Bərdədən Bab əl-Babadək yolun marşrutunu vermişlər.
118
 
Bakı X əsrin sonlarında artıq Xəzər dənizində mühüm liman olub, istər dəniz, istərsə  də  karvan  yolu  ilə 
beynəlxalq tranzit ticarətində iştirak edirdi. 
Yüksəklikdə yerləşən köhnə Bakı Azərbaycanın başqa şəhərləri kimi qala divarları ilə əhatə olunmuşdu. 
Arxeoloji qazıntılar zamanı həm yüksəkliyin üstündə, həm də  Qız qalası ərazisində qala divarlarının qalıqları 
üzə  çıxarılmışdır.
119
  Şirvanşahlar sarayı  və  İçərişəhər  ərazisində orta əsr  şəhərinə  məxsus  əhalisi sıx olan 
məhəllələr aşkar edilmişdir. Bu, Bakı şəhərinin VIII-XI əsrlərdə və sonralar mövcud olmasına dair mənbələrin 
verdiyi məlumatı  təsdiq edir. Şəhər olduqca böyük bir ərazini tutaraq, dənizə  qədər uzanırdı.
120
  Şirvanşahlar 
sarayı  ərazisində aparılan arxeoloji işlər zamanı yaşayış binalarının qalıqları, təndirlər, su 
[106 - 107] 
quyuları, 
taxıl və zibil quyuları, çoxlu miqdarda şirli saxsı qab qırıntıları, sikkələr və digər maddi mədəniyyət və məişət 
qalıqları meydana çıxarılmışdır.
121
 
İçərişəhərin  şimal tərəfində, uçurulmuş evin yerində, 80 m
2
 sahədə, XII-XIII əsrlərə aid divarların 
altında, 5,5-6 m dərinlikdə Bakı yüksəkliyinin qayaları üzərində ev divarları, təndirlər, ocaqlar aşkar edilmişdir. 
Qayada üç təsərrüfat quyusu oyulmuşdu. VIII-X əsrlərə aid bu təbəqədə adi və  şirli keramika 
tapılmışdır.Şirvanşahlar sarayının  şərq tərəfində 16x8 m sahədə aparılan qazıntılar torpaqları  təbəqəyə  qədər 
(təqribən 6 m dərinlikdə) çatdırılmışdır. Düzbucaqlı bina divarlarının bünövrələri ilə yanaşı, su və  təsərrüfat 
quyuları, təndirlər üzə  çıxarılmışdır. Çoxlu miqdarda adi şirli qablar və onların qırıntıları tapılmışdır. Üst 
təbəqədən tapılmış  şirli keramikada anqob və manqanla işlənmiş naxışlarla, oymalarla və müxtəlif rəsmlərlə 
bəzədilmiş polixrom qablar üstünlük təşkil edir. Alt təbəqədəki keramikada isə monoxrom naxışlı qablar 
çoxdur. Tapılmış qablar arasında cam, kasa, boşqab, bardaq var. Kasaların dibinə, qabarıq möhürlər 
vurulmuşdur. Adi saxsı qablar dar və genboğaz bardaqlardan, qazanlardan, kasa və çıraqlardan ibarətdir. Çoxlu 
daş kirkirə  aşkara çıxarılmışdır.  Şirvanşah adından zərb edilmiş mis sikkələr, mis və  dəmir  əşyalar,  şüşə  və 
fayans məmulatlar və i.a. tapılmışdır.
122
 
1971-ci ildə Bakı yüksəkliyinin cənub-şərq yamacında qazıntı işləri aparılmağa başladı. 168 m
2
 sahədə 
aparılan qazıntı işləri torpaqaltı qata - sal qayaya qədər çatdırıldı. İki metrə yaxın alt mədəni təbəqə VIII-XIII 
əsrlərə aiddir. Yaşayış kompleksləri qazıntı sahəsinin cənub-şərq hissəsini tutur. Alt təbəqədə təsərrüfat və su 
quyuları, təndirlər, otlaqlar aşkar edilmişdir. Çoxlu miqdarda keramika məmulatı, fayans, metal və şüşə əşyalar, 
mis sikkələr tapılmışdır. Nəbati və həndəsi səciyyəli qabarıq basmaqəlib naxış vurulmuş sarı gil qablar seçilir. 
IX-X əsrlərə aid şirli qablar - anqob və manqanla işlənmiş və yaşıl rəngli şir çəkilmiş monoxrom kasalar aşkar 
edilmişdir; bəzilərinə dulusçu ustaları möhürü basılmışdır. Alt təbəqələrdə naxışla bəzədilmiş al-qırmızı rəngli, 
nazik divarlı  zərif qablar tapılmışdır. Mis, dəmir, bürünc və  şüşə  məmulatlarının aşkar edilməsi orta əsrlər 
Bakısında metal və şüşə emalının, zərgərlik və digər sənətlərin inkişaf etdiyini göstərir. Tapılmış gümüş və mis 
sikkələr IX-X əsrlərə aid olub, Abbasi xəlifələri və  Şirvanşahlar adından kəsilmişdir. Onlar Bakının 
Azərbaycanın başqa  şəhərləri və qonşu ölkələrlə geniş ticarət  əlaqələri olduğunu təsdiq edir.
123 
1973-cü ildə 
qazıntı  işləri  şəhərin qala hissəsinin  şimal tərəfində qövsşəkilli bürcləri olan şəhər divarlarının yaxınlığında 
aparılmışdır. Arxeoloji tədqiqatlar göstərdi ki, köhnə Bakının sənətkarlıq emalatxanalarının əksəriyyəti burada 
olmuşdur. Şəhərin bu hissəsində tikili qalıqlarına az təsadüf edilir. Keramika tapıntıları alt IX-X əsrlərə aidliyini 
göstərir. Şirli qablar (adi bardaqlar və çömçələr) anqob və manqanla işlənmişdir. Alt təbəqədə həmçinin çoxlu 
miqdarda  şüşə qablar,- nazik divarlı  rəngli kicik qab qırıqları, qara və yaşıl qolbaqlar, müxtəlif formalı 
muncuqlar aşkar edilmişdir. Metal məişət  əşyaları  və sikkələr tapılmışdır.
124
  Qazıntı  işləri Bakı yüksəkliyinin 
üstündə,  Şirvanşahlar sarayının yaxınlığında, ehtimal ki, saray xidmətçilərinin yaşadıqları sahədə  də 
aparılmışdır. 1,5 m qalınlığında olan alt təbəqə 
[107 - 108]
 bilavasitə
 
torpaqaltı qatın üstündədir. O, şəhərin erkən 
dövr həyatını əks etdirir. Burada üzə çıxarılmış bina bünövrələri qalınlığı ilə 1 metrədək seçilir. 4,8 m dərinlikdə 
içərisi ev heyvanlarının sümükləri və keramika qırıqları ilə doldurulmuş 2 təsərrüfat quyusu aşkar edilmişdir. 
Orada, həmçinin, böyük gil çıraq, əl dəyirmanın alt daşı, şirsiz və şirli qab parçaları, eləcə də hər iki tərəfdən 
açıq mavi rəngli şir çəkilmiş və üzərində ərəb əlifbası ilə sahibinə xoşbəxtlik arzusu bildirən qabarıq kitabə olan 
kasa tapılmışdır. Başqa bir fayans kasanın dibində  şəffaf  şirin altında bitki və quş  rəsmlərindən ibarət naxış 
vardır. Bu sahədə 24 mis sikkə tapılmışdır, Aparılmış qazıntılar nəticəsində VIII-XI əsrlərdə  İçərişəhər 
ərazisində böyük əhali sıxlığı olduğu, Bakıdan sənətkarlığın və ticarətin inkişaf etdiyi sübuta yetirilmişdir.
125
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə