Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   51   52   53   54   55   56   57   58   ...   147

65 
 
Ətrəkin qızı Quranduxtla evlənməsi və sonra 40.000 qıpçağı ailəsi ilə birlikdə Gürcüstana köçürməsi ona 
səlcuqlarla və öz qonşuları ilə müharibə aparmaq üçün güclü ordu yaratmağa və qıpçaqlar tərəfındən ola biləcək 
təhlükəni aradan qaldırmağa imkan verdi. Şirvanşah Əfridun IV Davidin qızı Tamarı oğluna almaqla səlcuqların 
hücum təhlükəsi qarşısında gürcü hökmdar evi ilə qohumluq münasibətləri yaratmaq kimi siyası  məqsədlər 
güdürdü. Bu nikahla, göründüyü kimi, Əfridun eləcə  də  hərbi cəhətdən çox güclü olan və  Şirvanın özü üçün 
Gürcüstandan az təhlükə doğurmayan qıpçaqları neytrallaşdırmaq və öz tərəfində
 
çəkmək istəyirdi. Lakin 
sonralar Əfridun qüvvələrin nisbətini və səlcuqların daha təhlükəli olduğunu görüb, Gürcüstanla ittifaqı
 
pozdu 
və Şirvanşahların hələ I Fəribürz dövründən bəri sonralar da yeritdikləri ənənəvi siyasət - daha güclü düşmənə 
meyl göstərmək və təhlükə qarşısında gözləmə siyasəti  aparmağa başladı. 
IV Davidin 117-ci ildə  Mənuçöhrün evlənməsindən bir az keçmiş  təcavüzkar hərəkətlərini - oğlu 
Demetrinin  Şirvana hücum edib Katadzor qalasını tutmasını  və sonralar, 1120-ci ildə IV Davidin özünün 
Sirvana iki dəfə hücum çəkərək, Qəbələni və digər  şəhərləri almasını - bununla izah etmək mümkündür. 
Əfridunun ölümündən sonra onun oğlu III Mənuçöhrün hakimiyyəti dövründə  vəziyyət dəyişdi. Səlcuq 
sultanının koalision qoşunu 1121-ci ildə Trialetidəki Didqoru vuruşmasında məğlub edildikdən və IV David 
1122-ci ildə Tiflisi və Dmanisini tutduqdan sonra
58
  Mənuçöhr sultandan uzaqlaşdı  və  həmin vaxtlar çox 
güclənmiş Gürcüstanın tərəfinə keçdi. Şirvanşah Mənuçöhrün siyasətinin dəyişməsində, səlcuq sultanının 
vassalı və müttəfiqi olmaqdan imtina etməsində, görünür, Şirvanşahın arvadı - əri üzərində güclü nüfuza malik 
olan gürcü şahzadəsi Tamar və onun əhatəsi az rol oynamamışdır. "Türklər və digər müsəlman hökmdarları 
Gürcüstana qarşı  uğursuz mübarizə apardıqları bir vaxtda yeni Şirvanşah artıq Gürcüstanın tərəfində idi. Bu 
səbəbdən qisas məqsədilə Gürcüstana gələn sultan Mahmud Öncə  Şirvanşahı  cəzalandırmaq üçün Şirvana 
soxuldu".
59 
Şirvanda baş verən bu hadisələrə dair gürcü, fars və  ərəb mənbələrində  əks olunmuş  məlumatları 
nəzərdən keçirək. "Kartlis tsxovreba"da deyildiyinə görə, b.517 1123 (h. 517) ci ildə "sultan Şirvana gəldi, 
Şirvanşahı tutub, Şəmaxiyyə  şəhərini  ələ keçirdi və qasid vasitəsilə hökmdara aşağıdakı  məzmunda məktub 
göndərdi. "Sən meşələrin şahısan və heç vaxt düzə enmirsən. Mən Şirvanşahı tutmuşam və ondan xərac tələb 
edirəm. İstəyirsənsə, mənə layiq hədiyyələr göndər, əgər bunu etmək istəmirsənsə, onda təcili qabağıma çıx". 
Buna cavab olaraq, IV David qoşun yığdı, qıpçaqların döyüş hazırlıgını yoxladı  və 50 minlik 
[122 - 123]
 
qoşunla  Şirvana gəldi. Vuruşmada hökmdarın döyüşçüləri Arranın atabəyi Aqsuntulanın (Ağsunqur və 
Əhmədili – S. A. .) başçılığı ilə sultanın köməyinə gələn 4000 nəfəri atabəyin özü isə güclə xilas oldu. Sultan 
divarları arxasında gizləndiyi  Şəmaxiyyədən qaçaraq, başqa yolla öz ölkəsinə qayıtdı. Davud isə Gürcüstana 
döndü". "Erməni salnaməsi" Ağsunqurun qoşununun sayını 4000-dən 3000 nəfərə endirməklə gürcü 
mənbəyində deyilənləri təkrar edir.
60
 Birinci versiya fars və ərəb müəlliflərinin məlumatlarına zidd gəlir. XII əsr 
anonim fars mənbəyinə görə sultan Mahmud ibn Məhəmməd (1118-1131) h.516 (1122/3)-cı ildə  Təbrizdən 
"Şamaxıya və  Şirvana yollandı. O, abxazları (gürcüləri) qovdu, Şirvanşahı isə qaladan endirib geri qayıtdı. 
Azərbaycanda Şəms əl-Mülkü yaxaladı və onu öldürüb başını Xorasa " göndərməyi əmr etdi".
61
 
İmad  əd-Din  əl-İsfəhaninin versiyasına görə sultan Mahmud h.517 (1123)-ci ildə  Şirvan  əmirlərinin 
xüsusi dəvətilə Şirvan səfərə çıxdı və məşhur Şirvanşahı həbs etməsi iğtişaş və çaxnaşmaya səbəb oldu. Bundan 
sonra sərhəd boyunca yaşayan "kafirlər" (yəni gürcülər-S. A. ) hərisləşdilər və 30 min süvari qoşunla sultanın 
ordugahının 2 fərsəxliyində düşərgə saldılar. Ancaq Allah islamın köməyinə gəldi və qarətkarları darmadağın 
etdi... bütün bu hadisələr nəticəsində ölkə dağılıb viran qaldı.  Əl-İsfəhani bunu Şirvanın "təxrib"i kimi təsvir 
edir.  İşlərin qarmaqarışıq olduğunu görən Sultanın vəziri  Şəms  əl-Mülk Usman ibn Nizam əl-Mülkə  qəzəbi 
tutdu və onun edam olunmasını əmr etdi. Bu, h.517 (1123/4)-ci il rəbiüləvvəl ayının axırlarında Beyləqanda baş 
verdi.
62
 
İbn əl-Əsir bu hadisələri bir qədər başqa cür işıqlandırır: "Həmin h.517 (1123)-ci ildə gürcülərin islam 
ölkəsində cinayətləri artdı. Adamlar, xüsusilə Dərbənd və Şirvan əhalisi buna çətinliklə dözürdü. Buna görə də, 
onların bir çox nümayəndəsi (gürcülərin) onların başına gətirdiklərindən  şikayət etmək üçün sultanın yanına 
gəldi. Onlar sultana gücsüzlüklərindən, öz ölkələrini qoruyub saxlamaq iqtidarında olmadıqlarından danışdılar. 
Onda sultan Şamaxıya gəlib çatmış gürcülərə doğru hərəkət etdi və oradakı bir bağda dayandı. Gürcülər sultanın 
üstünə yeridi. Sultanın qoşunu onlardan bərk qorxdu və vəzir şəms əl-mülk Usman ibn Nizam əl-Mülk sultana 
geri qayıtmağı  məsləhət gördü. Bunu eşidən  Şirvanlılar sultanın yanına gedərək dedilər: "Nə  qədər ki, sən 
bizimləsən, bız vuruşacağıq. Əgər sən bizi qoyub getsən, müsəlmanlar ruhdan düşər və məhv olarlar". Sultan 
onlarla razılaşdı  və yerindən tərpənmədı. Qoşunlar qarşıdakı döyüş haqqında düşünüb, gecəni çox həyəcanla 
keçirdilər. Lakin Allah gözlənilmədən onların işini asanlaşdırdı: o gürcülərlə  qıpçaqlar arasında nifaq və 
düşmənçilik saldı, həmin gecə öz aralarında vuruşdular. Səhər isə  fərari kimi getdilər. Beləliklə, Allah 
möminləri bu vuruşmadan qurtardı. bir xeyli Şirvanda qaldı, sonra Həmədana yola düşdü və cəmadiyül
11 
əvvəl 
(iyul) ayında ora gəlib çatdı.
63
 Göstərilən mənbələrdən aydın olur ki, III Mənuçöhr sultan xəzinəsinə  hər il 
verməli olduğu 40.000 dinar xəracı ödəməkdən imtina edərək, sultana vassal asılılığından çıxmişdı. Şirvanşahın 
gürcü hökmdarına üz tutması sultanın onu cəzalandırmaq və qoyulmuş  xəracı  yığmaq üçün Şirvana yürüş 
etməsinə səbəb oldu. Lakin ölkənin qıpçaqlar və gürcü 
[123 - 124]
 qoşunları tərəfındən dağıdılıb talan edilməsi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə