Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   54   55   56   57   58   59   60   61   ...   147

68 
 
çevrilişində Tamarla birlikdə Axsitanın qardaşlarının da əli olmuşdur. "Ana yaylığını  oğlunun ayaqları altına 
ataraq, oğlanları üçün aman dilədi". Xaqani hökmdarı anasına qarşı  mərhəmətli olmağa və onun sözündən 
çıxmamağa çağırır.
93
 Bu şerin yazılma tarixi məlum deyil lakin bizcə o, "iğtişaş dövrü" hadisələrində, 
Mənuçöhrün ölümündən sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə dövrünə aiddir və söhbət 
Axsitana müxalif çıxan Tamar və onun oğullarından gedir. Göründüyü kimi - Tamar Şirvanı  məhz həmin 
hadisələrdən sonra tərk etmişdir.  Əgər bizim mülahizəmiz yanlışdırsa, onda ehtimal ki, burada Mənuçöhrün 
başqa arvadından və oğullarından danışılır. Həm də, məlumat daha sonralara aiddir, Beləliklə, Mənuçöhr qırx 
ilə yaxın - h.514 (1120)-cü ildən h.555(1160)-ci ilədək hakimiyyət sürmüşdür. 
 
ƏFRİDUN İBN III MƏNUÇÖHR 
Mənuçöhr h.555 (1160)-ci ildə öldükdən sonra Şirvanşahlar taxtına çox qısa müddətdə onun oğlu 
Əfridun çıxmışdır. O, özündən sonra nə numizmatik, nə də digər başqa bir abidə qoymuşdur

Əfridunun adına 
onun oğlu Fəribürzün sikkələrində öz şəcərəsini göstərən 
[127 - 128]
 yazılarda təsadüf edilir. Yuxarıda göstərildiyi 
kimi ehtimal ki, Əfridun elə  həmin ildə öldürüldükdən sonra Mənuçöhrün başqa bir oğlu - Axsitan Şirvan 
hökmdarı olmuşdur. 
 
I AXSİTAN İBN III MƏNUÇÖHR 
Axsitanın adının yazılışı  və oxunuşu uzun müddət alimlər arasında mübahisələrə  səbəb olmuşdur. 
Xaqani və Nizaminin əsərlərinin müxtəlif  əlyazmalarında onun adı Axtsan, yaxud Axtşan, da Axsitan 
yazılmışdır. Bir sıra müəlliflər - Dorn, Xanıkov, Paxomov və başqaları onun adını müxtəlif cür oxumuşlar. Bu 
adın düzgün yazılışını  və  tələffüzünü yalnız  ədəbi abidələr deyil, həm də  və başlıca olaraq, numizmatik və 
epiqrafik məlumatlar cəlb olunmaqlar aydınlaşdırmaq mümkündür. Fars əlyazmalarında göstərilən üç - 
 
variantdan biri — "Axstan" Axsitanın adı çəkilən sikkə və kitabələrdə rast gəlinən formaya uyğundıır. Sonra, 
Hadi Həsənin fıkrincə, Xaqani poemasındakı Zeleman tərəfındən araşdırılan Axstan sözünün ölçüsü və adın 
"Kartlis tsxovreba"dakı oxunuş variantı Axsartan - onun Axsatan kimi tələffüzünü daha düzgün hesab etməyə 
imkan verir.
94
 Paxomovun, Zelemanın və bizim fıkrimizcə isə Xaqani şerinin vəzninə əsaslanaraq, Axsitan kimi 
tələfftiz etmək daha doğrudur. Dornun cədvəlində bu Şirvanşahın adı atasının adı ilə birləşdirilərək bir şəxs - 
Mənuçöhr Axsitan kimi verilmişdir.
95
 Axsitanın titullarına kitabələrdə və sikkələrdə, habelə Nizaminin "Leyli 
və Məcnun" poemasının altı bəndində rast gəlinir. Poemada Axsitanın adı aşağıdakı ləqəblərlə çəkilir: Cəlal əd-
Dövlə və-d-Din Əbü-1-Müzəffər Məlik əl-Müəzzəm Axsitan ibn Mənuçöhr, Şirvanşah, Xaqan-i Kəbir, yaxud 
Əkbər.
96
 Axsitanın hökmranlıq illərini numizmatik dəlillərlə müəyyənləşdirmək mümkündür. Axsitanın 
sikkələrinin aşağıdakı dörd növü vardır.
97
 Birinci növ sikkənin üz tərəfində xəlifə əl-Müstəncid billahın (h.555-
566 (1160-1170)-cı illər) və İraq sultanı Arslan şahın (h.555-571 (1160-1176)-cı illər) adları və həmişəki kimi 
dini rəmz, arxa tərəfındə  "əl-məlik  əl-müəzzəm Axsitan bin Mənuçöhr" həkk olunmuşdur. Amerika 
Numizmatika Fondundakı zərbxananın adı və kəsilmə tarixi göstərilməyən mis sikkə də bu növə aiddir. Həmin 
sikkədə  xəlifə Müstəncid (h.555-566 (1160-1170)-cı illər) və  səlcuq sultanı  şahın (h,555-571 (1160-1176)-ci 
illər) adları vardır. Üz tərəfində "əl-məlik el-müəzzem Axsitan ibn (Mənuçöhr) beş və əlli (xəms və xəmsin), 
arxa tərəfındə isə "əl-Müstəncid) bi-illah əl-sultan Aslan şah" (sic) yazılmışdır.
98
 İkinci növ sikkənin üz xəlifə 
əl-Müstədi (h.566-575 (1170-1180)-ci illər) və Toğrul (ibn Arslan şahın) [h.571-590 (1176-1194)-cı illər] adları 
durur.  Əks tərəfində: "əl-məlik  əl-müəzzəm Axsitan ibn Maniçöhr". Üçüncü növ sikkənin üz tərəfində din 
rəmzi, xəlifə  ən Nasir-İldin Allahın (h 575-622 (1180-1225)-ci illər və sultan III Toğrulun [h.571-590 (1176-
1194)-cı illər] və sultan III Toğrulun [h.571-590 (1176-1194)-cı əl-müəzzəm Axsitan ibn Mənüçöhr”. Dördüncü 
növ sikkənin üz tərəfində din rəmzi, xəlifə  ən-Nasirlıdin Allahın [h.575-622 (1180-1225)-ci illər] 
yerləşdirilmişdir. Sultanın adı yoxdur. Əks tərəfdə din rəmzi və  "əl-məlik müəzzəm Axsitan ibn Mənuçöhr 
Şirvanşah".
99
 Bu gümüş sikkə sayıla bilən
 
sonuncu Şirvanşah sikkələridir, belə ki, onların tərkibi azacıq gümüş 
qatılmış misdən ibarətdir. Həmin sikkələr Şirvanşahın İraq səlcuq
 
sultanlarından asılı olduğunu göstərir. Lakin 
sonuncu 
[128 - 129]
 növ sikkədə Axsitanın "məlik əl-müəzzəm titulu ilə yanaşı ilk dəfə "Şirvanşah" sözünün əlavə 
edilməsi və sultanın adının olmaması  Şirvanşahin müstəqilliyini və  səlcııqilərin vassallığını  qəbul etmədiyini 
göstərir ki, bu da Səlcuqilər dövlətinin tənəzzülə uğraması və Şirvanşahlar dövlətinin güclənməsi ilə bağlı idi. 
Axsitanın sikkələrini araşdırmaq onun hökmranlıq illərini təqribən müəyyənləşdirmək olar. Belə ki, 
xəlifə  əl-Müstəncid h.555-566 (1160-1170)-cı illərdə, II Arslan şah ibn Toğrul isə [h.555-571 (1160-1176)-cı 
illərdə] hakimiyyət sürdüyündən birinci növə məxsııs sikkələrdə [h.555-566 (1160-1170)-cı illər] arasında zərb 
olunmuşdur. Lakin Amerika numizmatika cəmiyyətindəki birinci növə aid sikkədə - Sankt-Peterburq 
Ermitajında bir neçə belə sikkə olduğundan o nadir tapıntı sayılmır - əlli beş (xəms və  xəmsin) yəni h.555 
(1160)-ci il tarixi göstərilmişdir. Deməli, həmin sikkə, şəksiz, Axsitanın III Mənuçöhrün öldüyü ildə Şirvanşah 
taxtına çıxarkən kəsdiyi ilk sikkədir. Sonra, xəlifə əl-Müstadi h.566-575 (1170-1180)-ci illərdə, sultan III Toğrul 
isə h.571-590 (1176-1194)-cı illərdə hökmranlıq etmişlər. Deməli, ikinci növə aid sikkələr h.57l-575 (1176-
1180)-ci illər arasında zərb edilmişdir. Üçüncüsü, xəlifə ən-Nasir lidin Allah h.575-622 (1180-1225)-ci illərdə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə