Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   53   54   55   56   57   58   59   60   ...   147

67 
 
Fələki və Xaqaninin Mənuçöhrə  həsr olunmuş  əsərlərində XII əsr feodal cəmiyyətinin,  Şirvanşah 
sarayının həyatı əksini tapmış, dövlət xadimlərinin, o cümlədən baş vəzir Seyid əl-Vüzəra Camal əd-Din Əbül 
Məlik Misər ibn Abdullanın adı  çəkilmişdir. Fələki onun ətini yüksək qiymətləndirmişdir. Mənuçöhrün digər 
vəziri əd-Din Məhəmməd ibn Əbd-əl Cəlil-i-Əxrasi filosof, həkim, astroloq, şair və ənənəçilərə hamilik edirdi.
77
 
Əmir sipəhsalar - Şirvan nın baş komandanı - Hüsam əd-Dövlə  və d-Din Əbu-Yusif idi. Onun adı Bakı 
qalasındakı Cümə  məscidinin bünövrəsinə qoyulmuş kufi kitabədə  çəkilir.
78
  Mənuçöhrün sarayında o dövrün 
bütün yaxın Şərqdə şöhrət tapmış, Azərbaycan şer 
[125 - 126
] məktəbini yaratmış görkəmli şairlər, məlik üş-
şüəra - "şairlər  şahı” adlandırılan  Əbül-üla Gəncəvi, Xaqani, Fələki  Şirvani, Mücirəddin Beyləqani 
toplaşmışdı.
79
  Mənuçöhr filosof, şair və alimlərə hamillik edirdi. Xaqani Mənuçöhrdən saysız-hesabsız 
mükafatlar, hədiyyələrdən başqa hər il 30 min dirhəm məvacib alırdı. Onun malikanəsi də var idi. Mənuçöhr 
Şirvan dövlətinin  ən mühüm vəzifələrindən birini - Şirvanşahın xüsusi katibi vəzifəsini Xaqaniyə  həvalə 
etmişdi.
80
 Lakin saray çəkişmələri nəticəsində  Əbül-üla, Feləki  Şirvani və Xaqani vətənə  xəyanətdə  və 
Mənuçöhrə qarşı qəsddə  təqsirləndirilərək həbs olundular. Xaqani də digər iki şair kimi bir necə aydan sonra 
azad edildi.
81
  Mənuçöhrün hakimiyyətinin son illəri Xaqaninin məktublarında  əksini tapmışdır. Onlarda 
Şirvanda vəziyyətin pisləşdiyindən danışılır. Mənuçöhrə qarşı  qəsdin üstü açıldı, dövlət çevrilişinə hazırlaşan 
müxalifət qrupu 60 ən tanınmış dövlət xadimini öldürməyi, 300 yüksək vəzifəli şəxsin evini dağıtmağı nəzərdə 
tuturdu. O cümlədən şair Xaqanini, Şirvanın siyasi həyatında böyük nüfuzu olan əmir Əsəd əd-Din Xulbaşini 
öldürməyə hazırlaşırdılar. Mənuçöhr dövlət çevrilişi təhlükəsini aradan qaldırdı. Bir çoxları  vəzifədən 
götürüldü,
82
  həbs və sürgün edildi. Mənuçöhr h.555 (1160)-ci ilin sonunda qəflətən öldü. Fələkinin verdiyi 
məlumata görə onun beş  oğlu
83
 olmuşdur. Lakin həmin müəllifin başqa bir əsərində  Şirvanşahın, ehtimal ki, 
Tamardan olan dörd oğlundan və ikı  qızından danışılır.
84
 Onlar Mənuçöhrün ölümündən sonra numizmatik 
məlumatlardan bəlli olan Axsitan, Fərruxzad,  Şahənşah, Fəridundur. Baqilani bəndi tikilən ildə  Mənuçöhrün 
qızı Alçiçək və  oğlu Fəribürz xəstələnib ölmüşlər. Mənuçöhrün h.555 (1160)-ci ildə  qəfil ölümü ölkədə az 
müddət davam edən kəskin siyasi böhrana və  təfriqəyə
 
səbəb oldu. Sarayda hakimiyyət uğrunda mübarizə 
Mənuçöhrün yerini tutmuş şir ürəkli Fəridun şahzadə pusqudan oxla öldürüldü. Nəticədə hakimiyyət Axsitanın 
əlinə keçdi. ki, Fəridün Şirvanşah Mənuçöhrün valiəhdi olmuşdur. Fələki 
 
Şirvaninin aşağıdakı misraları da buna 
işarə edir: 
Sənin iltifatının köməyilə iblis torpağı 
Şirvan ("şər" sözündən) 
Fəzilət torpağı Xervana ("xeyir" sözündən) çevrildi. 
Bu aşkar gerçəklik bu şübhələri aradan qaldırdı.
87 
Bu misralar Mənuçöhrün ölümünə az qalmış Şirvanda 
"iğtişaş dövrü” yarandığını göstərir. 
Xaqaninin əsərlərindən məlum olur ki, Şirvandakı ixtilaflar Şirvanın özünün daxili ziddiyətləri, sosial 
və siyasi vəziyyəti dövlət başçısı  Şirvanşahın feodallar və  əyanlarla qarşılıqlı münasibətləri ilə bağlı idi. 
O. L. Vilçevskiyə görə  Mənuçöhrün ölümündən sonra onun dul qalmış arvadı Tamar kiçik oğlu ilə birlikdə 
qıpçaqlara arxalanaraq Şirvan və Gürcüstanı birləşdirməyə çalışırdı. "Lakin Mənuçöhrün atabəy Eldəgizin 
qoşunu ilə Şirvana gələn böyük oğlu Axsitan anasını Gürcüstana, tərbiyə edib böyütdüyü qardaşı oğlu - gürcü 
hökmdarı III Georginin yanına qaçmağa məcbur etdi. Tamar burada ömrünü monastırda başa vurdu".
89
 
[126 - 
127] 
Çox ola bilər ki, Xaqaninin Mənuçöhrün ölümü münasibətilə yazdığı mərsiyənin (Xanıkov onu səhvən 
Axsitana aid edir) aşağıdakı misralarında həmin hadisələrə eyham edilir: 
"Ah! Sevinc Kəbəsi indi qəm yuvası oldu, çünki böyük Mənuçöhrün bütün şöhrəti onun öz günlərini 
başa vurmasına mane olmadı. Lakin böyük (kiliyə) öz xasiyyətləri ilə hər səhər sanki deyirdi: "Bizim şərəfimizi 
alçaldan adamın adı qoy dünyadan silinsin".
90 
Mənuçöhrün Tamardan başqa arvadının olub-olmadığı  və onun 
Xaqani və Fələki tərəfindən adları çəkilən oğullarının hamısının bir anadan olduqları məlum deyil. Ehtimal ki, 
Mənuçöhrün başqa arvadları və onlardan övladları olmuşdur. 
"Kartlis tsxovreba"nın 1161-ci ilə aid ikinci şəhadəti Tamarın  əri öldükdən sonra Gürcüstana 
gəlməsindən bəhs edir. "III Georgi (1156-1184) Anidə düşərgə salıb nəşəli üzlə onu böyüdüb ərsəyə yetırən 
bibisinin məleykələr məleykəsi Tamarın pişvazına çıxdı. Tamar onu təbəssüm qarışıq göz yaşları ilə islatdı".
91
 
Həmin salnamədə daha sonra belə bir müxtəsər xəbər var: "Hökmdar I Demetrenin bacısı, Taqvidəki monastırın 
müəssisi Tamar rahibə kimi ölmüşdür". Bizim gürcü salnaməsinin verdiyi məlumata inanmamağa heç bir 
əsasımız yoxdur və  Şirvanşah Mənuçöhrün arvadı olarkən müsəlmanlığı  qəbul etmiş  Şirvan məleykəsinin
92
 
ərinin ölümündən  Şirvanşahlar sarayını  tərk etməyə  məcbur olması faktı "iğtişaş dövrü" hadisələrindən xəbər 
verir, Mənuçöhrün oğulları hakimiyyət uğrunda mübarizə apararkən sarayda bir neçə qruplaşma fəaliyyət 
göstərirdi və ehtimal ki, Tamarın başçılıq etdiyi  həmin qruplardan biri məğlubiyyətə  uğramış, onun oğlu 
Axsitan isə Eldəgəzlərin  köməyilə Şirvanşahlar taxtına sahib olmuşdur.Tamarın taleyini aydınlaşdırmaq üçün 
Xaqaninin əsərlərinə müraciət edək. Xaqani Axsitanın qələbəsi münasibətilə iki şeir yazmis və həmin şeirlərdə 
Axsitanın fəaliyyətini tərifləmişdir. Şair eyhamla, başqa bir hadisədən danışır. Ehtimal ki, baş tutmayan dövlət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə