Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   50   51   52   53   54   55   56   57   ...   147

64 
 
noyabrında baş verən vuruşmada Əfridunun özü öldürüldü
 
qoşunu isə darmadağın edildi.
50
 Əfridunun nə vaxt 
hakimiyyətə başalaması  məsələsi yeni mənbələr aşkar edilənədək açıq qalır. "Tarix-i əl-Bab"dan bilirik ki, 
Əfridun I Fəribürzün Dərbənddə canişin olmuşdur: "Şirvanşah Fəribürz öz oğlu Əfridunu Dərbəndə hakim təyin 
edərək h.458-ci il səfər ayının sonuncu günü (30 yanvar 1066) oraya göndərdi". Onun adı bir də 1068-ci il 
hadisələri ilə əlaqədar çəkilir. "460-cı ilin ramazan ayında (iyul, 1068) Şirvanşah Fəribürzün oğlu Əfridun əl-
Babı  tərk edərək  Şirvana getdi". H.461 (1068)-ci ildə  Fəribürz öz qardaşı Güzdəhəm və  əl-Bad  əhalisi ilə 
müharibə edərkən “Şirvanşah oğlu və qoşunla sərhəd vilayətlərinə [səqr] hərəkət etdi və [əl-Bab] qalasına daxil 
oldu. O, dörd gündən sonra qalanı iqamətgahına çevirən oğlu  Əfridunu oraya hakim qoyaraq geri qayıtdı..." 
Nəhayət, sonuncu məlumat; "H.464-cü ilin əvvəlində (oktyabr, 1071) Şirvanşah dərbəndlilərdən adamlar girov 
alaraq onlarla saziş bağladı  və  oğhı  Əfridunu müstəqil hakim kimi ora göndərdi..." Gətirilən məlumatlardan 
Əfridunun yaşını müəyyənləşdirmək mümkündür. Əgər 1066-cı ildə  Əfridunun 20 yaşı olsaydı, 1120-ci ildə, 
öləndə onun 70-dən çox yaşı var idi. Ehtimal etmək olar ki, II Mənuçöhrün qısamüddətli hakimiyyətindən sonra 
Əfridun bütün Şirvanın hakimi olmuşdur. Bınu "Tarix-i əl-Bab"a, V. F. Minorskinin fıkrincə, Münəccimbaşının 
əlavəsi də təsdiq edir.
51
 O, 1106/7 və 1120-ci illər arasında hökmranlıq etmişdir. 
 
III MƏNUÇÖHR İBN ƏFRİDUN 
II Mənuçöhr ibn Əfridunun hökmranlıq vaxtından tam bir sıra aşağı əyarlı gümüş sikkələr qalmışdır. Bir 
üzündə "əl-məlik Mənuçöhr ibn Əfridun", o biri üzündə dini rəmz, xəlifə əl-Müktafi" liəmrüllahın - h.530-555 
(1136-1160)-ci illər və səlcuq sultanın adları 
[120 - 121]
 göstərilmişdir. Sikkələrin hamısında sultanın adında 
yalnız "...əs-sultan" sözü oxunur.
52
 Üz tərəfində  Mənuçöhrün, arxa tərəfındə isə  Məlik  şahın adları  həkk 
olunmuş mis sikkələr də vardır. Kuyumcanın fıkrincə, onları III Mənuçöhr İraqın səlcuq sultani Məlik şah ibn 
Mahmudun [h.547 (1152/3-ci il] şərəfinə  kəsdirmişdir. Amerika numizmatika cəmiyyətinin fondunda III 
Mənuçöhrün
 
(1160)-ci ildə Şamaxıda zərb etdirdiyi nadir bilon sikkə Onun üz tərəfındə "əl-məlik əl-müəzzəm 
Mənuçöhr", qıraqlarında "Şəmax[iyy]ə, beşinci ildə", arxa tərəfındə  "əl-Saüstəncid  əs-sultan [Sü]leyman" və 
müsəlmanlıq dini rəmzi göstərilmişdir. « Tarix əl-Müstəncidin [h.555-566 (1160-1170/l)-cı illər] və xüsusilə 
İraq səlcuq sultanı Süleyman şah ibn Məhəmməd ibn Məlik şahın [h.555 (1160)-ci il] adları ilə təsdiq olunur. 
Bu, XII əsrdə Şirvanşahlar sülaləsinin Şəmaxiyyə zərbxanasının adını daşıyan yeganə sikkədir. Onun oğlu və 
varisi I Axsitanın ilk sikkəsinin h.555 (1160)-ci ilə aid olduğunu, Mənuçöhrün h.555 (1160)-ci ilin sonunda 
taxta çıxmış  və h.571 (1176)-ci ilədək hökmranlıq etmiş  oğlu və varisi Süleyman Arslanşahın adı ilə sikkə 
olmadığı  nəzərə alınarsa, demək olar ki, Mənuçöhrün hakimiyyəti h.555 (1160)-ci ilədək davam etmişdir. 
Beləliklə, Mənuçöhrün hökmranlıq vaxtı h.514 (1120)-cü ildən atası  Əfridunun ölümündən h.555 (1160)-ci 
ilədək - özünün ölümünədək uzadılmalıdır. 
Hadi Həsən şairlərdən Əbü-1-Əla, Xaqani və Fələkinin əsərlərinə əsasən III Mənuçöhrün tam adını və 
titulunu müəyyənləşdirmişdir:  Əbül Hüca Fəxrəddin  əl-Məlik Mənuçöhr ibn Əfridun,  Şirvanşah, Xaqan-i 
Bozorg, Kəbir, yaxud Əkbər. Bu titullar yalnız onun özünə deyil, oğlu I Axsitana da aid idi. Lakin Əbül 
Müzəffər və Cəlaləddin titulları ancaq Axsitana məxsus olduğu kimi, Əbül Hüça və Fəxrəddin titulları da yalnız 
III Mənuçöhrə məxsus idi.
54
 
Bakı qalasının  şimal divarının uçması  nəticəsində tapılmış böyük daş üzərində kufı  xətlə yazılmış 
üçsətirlik natamam kitabədə köhnə Bakının qala divarlarının Şirvanşah III Mənuçöhr tərəfındən tikildiyi xəbər 
verilir. "(Bu) şəhər divarını tikməyi ulu müdrik, ədalətli, müzəffər, qalib, mücahid məlik, dinin və dövlətin fəxri
islamın və müsəlmanların pənahı, böyük xaqan, böyük Şirvanşah  Əbül Hüca Müzəffər ibn... əmr etdi".
55
 XII 
əsrin birinci yarısında III Mənuçöhr tərəfindən  şəhər divarının çəkilməsinə dair kitabənin verdiyi məlumat 
Şirvan dövlətinin güclənməsilə  əlaqədar  şəhərlərdə böyük istehkam işləri aparıldığını göstərir. Sikkələr 
Mənuçöhrün atasının adını müəyyənləşdirir. Saray şairi Fələkinin "Divan"ında onun atasının adının "ibn 
Əfridun" kimi çəkilməsi isə onu Kesranın oğlu hesab edən Dornun səhvini düzəldir. Kəsra sözündən olan 
Kəsran Xosrov sözünün ərəbləşdirilmiş forması olub, Sasani nəslinə mənsubluq bildirən soyadıdır.
56
 
Şirvanşah III Mənuçöhrün  İraq səlcuqlarından asılılığını  mənbələrdən və sikkə  məlumatlarından 
görünür. Mənuçöhrün təqribən 1111-ci ildə
*
 gürcü şahzadəsinə, IV Davidin qızına evlənniəsi vaxtlar çox 
təcavüzkar olan gürcü hökmdarlarına Şirvanın işlərin qarışmağa bəhanə vermişdir.
57
 XII əsrin birinci rübündə 
Gürcüstanı bir tərəfdən, Qafqaz 
[121 - 122]
 düzənliyinin xeyli hissəsini tutmuş güclü köçəri döyüşçülər - turk-
qıpçaqlar, digər tərəfdən isə, artıq XI əsrin ikinci yarısından tədriclə Zaqafqaziya ölkələrini istila edən türk-
səlcuqlar təhdid edirdilər. Səlcuqlar artıq XI əsrin birinci yarısının axırlarında  İranı,  İraqı, Suriyanı, Cənubi 
Azərbaycanı, Ermənistanı, Gürcüstanı  və digər ölkələri zəbt etmişdilər. XI əsrin son rübündə türk-səlcuqlar 
nəinki Zaqafqaziyada, həm də, bütün Yaxın Şərqdə başlıca və hakim qüvvəyə çevrildilər. Gürcü hökmdarı IV 
David Qurucu qızı Tamarı Şirvanşahın oğhı Mənuçöhrə ərə verməklə Şirvanşahların simasında səlcuqlara qarşı 
mübarizədə müttəfıq qazanırdı. Digər tərəfdən, IV Davidin özünün möhtəşəm qıpçaq məliki  Şəraqənin oğlu 
                                                 
*
 Salnaməyə görə, 1112-ci ildə Tamar Şirvandan getmiş və hökmdar (II) ölmüşdür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə