Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   58   59   60   61   62   63   64   65   ...   147

72 
 
inkişafı üçün əlverişli şərait yaranmışdır. XII əsrdə Şirvanın sosial və mənəvi həyatının dirçəlməsi cəmiyyətin 
bütün əvvəlki inkişafından doğan tarixi qanunauyğunluğun nəticəsi idi. Alim, filosof və şairlərə hamilik edən 
Axsitanın hakimiyyəti dövründə poeziya yüksək inkişaf səviyyəsinə çatdı. Atası III Mənuçöhrün vaxtında 
olduğu kimi, Şirvanşahın sarayında Azərbaycan  şeir məktəbini yaradan bütöv bir görkəmli  şairlər dəstəsi 
toplaşmışdı. Onların arasında bir sıra gözəl əsərlər yaratmış Xaqani öz istedadı ilə seçilirdi. Həmin dövrdə başqa 
dir dahi şair-1188-ci ildə Axsitanın sifarişlə “Leyli və Məcnun” poemasını yazmış Nizami bütün Yaxın Şərqdə 
şöhrət qazanmışdı.
130  
III Mənuçöhrün və onun oğlu Axsitanın hakimiyyəti dövründə ərəb mənşəli Şirvanşahlar 
sülaləsində Sasani ənənələri xeyli güclənir, iranlaşma Şirvanşahlar dövləti hökmdarlarına və saray əyanlarının 
mədəni həyatının bütün sahələrinə sirayət edirdi. 
[134 - 135]
 
 
ŞİRVANŞAH ŞAHƏNŞAH 
Şamaxıda zəlzələ
131
 vaxtı I Axsitanın arvadı  və  uşaqları  həlak olduğundan  Şirvanşahın özü təqribən 
1197/7-ildə öldükdə varisi qalmadığı üçün taxta onun qardaşı I Şahənşah ibn III Mənuçöhr çıxdı. Bu 
Şirvanşahın hakimiyyəti dövründə onun adından zərb edilmiş sikkələrdən başqa bir abidə qalmamışdır. Şamaxı 
rayonundakı Altıağac kəndindən iki dəfinə tapılmışdır: bir hissəsı Ermitajda saxlanılan
132
 birinci dəfinə XII-XIII 
əsrlərə aid 346 sikkədən və 8 bilərzikdən, yarıdan çox hissəsi Bakıda Azərbaycan 
311 
tarixi muzeyində 
saxlanılan
133
 ikinci dəfinə isə 100 sikkədən ibarətdir. Bu iki dəfinədə Şirvanşah Şahənşahın adından zərb edilmiş 
azacıq gümüş qarışığı olan mis sikkələr də aşkar olunmuşdur.Üz tərəfində dini rəmz və xəlifə ən-Nasir-lidin - 
Allahın adı, habelə Qurandan parçalar (9,33 və 61,9-cu surələr),  əks tərəfində  ısə “Məhəmməd rəsulillah,  əl-
məlik əl-müəzzəm, Şahənşah, ibn Mənuçöhr Şirvanşah” sözləri həkk olunmuşdur.
134
 Sikkələrin kəsildiyi tarix 
xəlifə ən-Nasirin hakimiyyət dövrü ilə h.575-622 (1180-1225) illə müəyyənləşdirilir. Ermitajda 7675-ci nömrəsi 
ilə saxlanılan sikkələrin birinin üz tərəfində “Əl-məlik əl-müəzzəm Şahənşah ibn Mənuçöhr Şirvanşah” sözləri 
vardır. Sikkənin qırıqlarında “beş yüz doxsan yeddi” tarixi oxunur (h.597/1201-ci il). Əks tərəfındə isə 
müsəlman dini rəmzi və  xəlifə  ən-Nasirin adı  həkk olunmuşdur.
135
  Şahənşah, ehtimal ki, 4 il -1196-17-ci ülə 
(şərti olaraq, I Axsitanın öldüyü il) Şahənşahın qardaşı  oğlu II Əfridınun oğlu III Fəribürzün hakimiyyətə 
keçdiyi 1200/1-ci il arasında hakimiyyət sürmüşdür.  Şirvanşah Şahənşah III Mənuçöhrün oğlu və I Axsitanın 
qardaşı idi. Ehtimal ki, Axsitanı ölümündən sonra Şirvanşah taxtında I Axsitanın digər qardaşı I Fərruxzad ibn 
III Mənuçöhrün nəsli möhkəmlənənə  qədər hakimiyyət uğrunda daxili çəkişmələr getmişdir.
136
 I Axsitanın 
bilavasitə varisi Şahənşah idi. Belə ki, Y. A. Paxamov I Axsitan və  Şahənşahın sikkələrinin kimyəvi təhlili 
əsasında Şahənşahın hakimiyyətə başlaması ilə I Axsitanın hökmranlığının sonunun vaxt etibarilə yaxın olduğu 
qənaətinə gəlmişdir.
137
 Şahənşahın sikkələrində yalnız xəlifə ən-Nasirin adı vardır. "Məlik əl-müəzzəm" ləqəbi 
və Şirvanşah titulu Şirvanşahın XII əsrin sonu, XIII əsrin əvvəllərində müstəqil olduğunu göstərir. Şahənşahın 
hökmranlığı uzun sürməmiş və özündən sonra sikkələrdən başqa heç bir abidəsi qalmamışdır. O, 1 Axsitanın 
Şirvanşah taxtına göz tikən, ehtimal ki, artıq ahıl yaşlarında olan qardaşlarının taxtda bir-birini tez-tez əvəz 
etdikləri hərc-mərclik dövründə yaşamışdır.
13S
 I Axsitanın ölümündən keçən qısa müddət - təqribən 8 il ərzində 
Şahənşah, Fəribürz və  Fərruxzad hökmranlıq etmiş, bundan sonra hakımiyyət atadan oğula keçməyə 
başlamışdır. Ehtimal ki , D. Kuymcan kimi, Z. M. Bünyadov da ölkənin feodal pərakəndəliyi  şəraitində  qısa 
müddət  ərzində - 1196/7-ci ildən 1204-cü ilədək  Şirvanın ayrı-ayrı  şəhər və vilayətlərində - Şamaxıda, 
Dərbənddə, yaxud Bakıda,  Şəki və  Qəbələdə
139
 Axsitanın qardaşları  Şahənşah, Fərrüxzad qardaşı  oğlu II 
Fəribürzün eyni vaxtda hakimiyyət sürə bilməsinə dair mülahizələrində haqlıdır. 
[135 - 136]
 
 
II FƏRİBÜRZ İBN II ƏFRİDUN 
II Fəribürz ibn II Əfridunım hakimiyyət dövründən Dorna məlum olmayan bu Şirvanşahın 
mövcudluğunu qəti təsdiq edən
 
sikkələr qalmışdır. Sikkənin üz tərəfındə ənənəvi dini rəmz və  xəlifə ən-Nasir-
lidin Allahın [h.575-622 (1180-1225)-ci illər] adı, əks tərəfində isə "əl-məlik, əl-adil Cəlal əd-Dünya və-d-Din 
Fəribürz ibn Əfridun ibn Mənuçöhr,  Şirvanşah" sözləri həkk olunmuşdur.  Şirvanşahın adında sülalənin  ən 
görkəmli nümayəndələrindən sayılan, sonralar tarixçilərin adına "böyük" təşbehi qoşduqları III Mənuçöhrün 
nəslindən olmasının qeyd edilməsi nəzərə çarpır. Mənuçöhrün ölümündən sonra gələn bütün Şirvanşahlar öz 
sikkələrində onun nəslindən olduqlarını göstərməyə başlamışlar. II Fəribürzün sikkələrində  dəbdəbəli  əl-adil, 
Cəlal  əd-Dünya və-d-Din ləqəblərinin və  Şirvanşah titulunun peyda olması sonuncu səlcuq sultanları ilə 
Eldəgəzlər arasında müharibələr getdiyi XII əsrin 90-cı illərində Şirvanşahın müstəqil olduğunu göstərir.
140
 XII 
əsrin 40-cı illərində Azərbaycanda yeni güclü Eldəgəz Atabəyləri sülaləsi bərqərar oldu. Qızıl Arslanla [h.582-
587 (1187-1191)-ci illər] mübarizə aparan sonuncu səlcuq hökmdarı III Toğrul [h.571-590 (1176-1194)-cı illər] 
1194-cü ildə Xarəzraşah Təkişlə [h.567-596 (1172-1200)-cı illər] vuruşmada öldürüldü. Eldəgəz Qızıl Arslan 
h.587 (1191)-ci ildə ismaililər tərəfindən öldürüldükdən sonra onun qardaşı oğlanları arasında ara müharibələri 
başlandı. Bu müharibələrdə  səlcuqilər və Eldəgəzlərlə mübarizə aparan gürcü hökmdarları da iştirak edirdi. 
Görünür,  Şirvanşahlar bu dövrdə xarici siyasi hadisələrdən və qohumluq münasibətlərində olduqları gürcü 
hökmdarları ilə ittifaqdan istifadə edərək istər səlcuiq sultanlarının, istərsə  də Eldəgəzlərin vassalı olmaqdan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə