Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   59   60   61   62   63   64   65   66   ...   147

73 
 
boyun qaçırdılar. Ona görə II Fəribürz ibn II Əfridunun sikkələrində  səlcuq sultanının rast gəlinmir və 
Şirvanşahın ləqəb və titulları sadalanır. O, Şahənşahdan sonra - h.587 (1200/l)-ci ildən 600 (1204)-cü ilə 
hökmranlıq etmişdir. Ondan sonra əmisi I Fərruxzad və onun oğlu I Gərşəsb hakimiyyət sürmüşlər. Şirvanşahlar 
arasında II Fəribürzün övladlarına rast gəlinmir. 
 
I FƏRRUXZAD İBN III MƏNUÇÖHR 
I Axsitanın qardaşı  oğlu II Fəribürz ibn II Əfridundan sonra, qardaşı, III Mənuçöhrün dördüncü oğlu 
Fərruxzad hakimiyyətə keçmişdir. 
İndiyədək Fərruxzadın sıkkəsi tapılmamışdır. Görünür, o, çox qısa müddət, ehtimal ki, bir ilə yaxın 
hakimiyyət sürmüşdür. I Fərruxzadın adı onun öz şəcərəsini göstərən oğul və  nəvələrinin sikkələrindəki 
kitabələrdə,
142
 habelə epiqrafık abidələrdə - Mərdəkan kəndindəki, dairəvi qalada oxunur: "...Gərşəsb ibn 
pərruxzad ibn Mənuçöhr..." Kitabədə tarix göstərilmişdir: mərdad ayı, altı yüzüncü il (avqust, 1204-cü il). 
Görünür, Fərruxzad qoca vaxtında, çox az, ehtimal ki, XIII əsrin  əvvəlində hakimiyyətdə olmuş  və onun 
hakimiyyəti h.600 (1204)-cü ildən gec olmayaraq başa çatmışdır. Fərruxzadın adı Pirsaatçay xanegahının giriş 
portalındakı kitabədə  də  çəkilir: "... [III] Fəribürz ibn Gərşəsb ibn Fərruxzad ibn Mənııçöhr..."
143
 Onun adı 
Dornun cədvəlində də var, lakin hakimiyyət illəri düzgün deyil. 
[136 - 137]
 
 
I GƏRŞƏSB İBN FƏRRUXZAD 
I Fərruxzad ibn Mənuçöhrün qısamüddətli hökmranlığından sonra hakimiyyətə onun oğlu Gərşəsb ibn 
Ferruxzada keçmişdir. Onun adından kəsilmiş bir neçə variantlı, lakin eyni məzmunlu aşağı ətarlı xeyli, əsasən 
mis sikkələr qalmışdır. Üz tərəfində  həmişəki kimi dini rəmz və möminlərin hökmdarı  xəlifə  ən-Nasir-lidin 
Allahın [h.575-622 (1180-1225)-ci illər] adı durur. Əks tərəfində eyni dini rəmz təkrar olunmuş, onun altında 
isə "əl-məlik əl-müəzzəm Gərşəsb ibn Fərruxzad, ibn Mənuçöhr, şirvanşah" sözləri həkk edilmişdir. Gərşəsbin 
adı ilə kəsilmiş külli miqdarda sikkənin 
 
hamısında xəlifə ən-Nasirin adı çəkilir. Lakin Gərşəsbin oğlu və anası 
III Fəribürz də həmin xəlifənin hakimiyyətinin sonlarına doğru onun adı ilə sikkə zərb etdirmişdir.
144
 Gərşəsbin 
sikkələri üzərindəki "əl-məlik  əl müəzzəm" ləqəbləri və  Şirvanşah titullu Şirvanşahlar dövlətinin  ən yüksək 
inkişaf dövründə onun müstəqil hakimiyyət sürdüyünü göstərir. Gərşəsbin adını Kür və Araz çayları arasında 
yerləşən və Xəzər dənizinin sahillərinə qədər uzanan Güştəsbi (Güştəsfı) vilayətinin adı ilə bağlayırlar.
145
 Yəqin 
ki adının  ən düzgün yazılışı sikkələrində  və abidələrindəki kitabələrdə rast gəlindiyi kimi Gərşəsb yaxud 
Gərşəspdir. Gərşəsb  Şirvanşahların çox güman ki, qohum olduqları deyləmi Kakuyilər sülaləsi hökmdarları 
arasında məlumdur.
146
  Şirvanda Güştəsbi vilayətinin və  şəhərinin adına XIII əsrdən  əvvəlki mənbələrdə rast 
gəlinmir. Ola bilər ki, onun kökü Gərşəsb adındandır. Belə ki Gəşəsbi Şirvanşah olana qədər, atası Fərruxzad 
ibn Mənuçöhr zamanında bu yerin hakimi olmuşdu. Gərşəsbdən törəyən Güştəsbi ad İranın əsatiri hökmdarının 
adı ilə bağlı xalq etimalogizasiyasına  məruz qalmışdır.
147 
Mərdəkan kəndindəki dairəvi qalanın kitabəsinə görə 
Gərşəsb h.600 (1204)-cü ildə hakimiyyətə başlamışdır. Kitabədə deyilir: 
I. "Bu qala həqiqətən uca, müdrik, ədalətli, (Allahın) himayə etdiyi müzəffər, qalib, dinin döyüşçüsü, 
dünyanın, dinin... və müsəlmanların  əzəməti, dinin qoruyucusu Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhrün 
zamanında tikilmişdir". 
II. "Sahibi... sipahsalar (sərkərdə) möhtərəm, müdrik (Allahın) himayə etdiyi, hörmətli, dövlətin və 
dinin ulduzu... İshaq ibn Kakuyidir. Allah onun qüdrətini əbədi etsin! Tarix, mordad ayı, altıyüzüncü il (h.600 
(avqust, 1204)
*

[137 - 138]
 
Qalanın cənub-qərb tərəfində, qapıdan soldakı kitabədə deyilir: “ Memar Əbd ül-Məcid ibn Məsud".
148
 
Kitabədə adı  çəkilən sipahsalar - qalanı tikdirmiş  sərkərdə, ehtimal ki, aralarından  Şirvanşahların vəzirlərinin 
çıxdığı adlı-sanlı deyləm nəsli Kakuyinlərin nümayəndələrindən olmuşdur. Bu kitabədə Gərşəsbin hakimiyyəti 
dövründə gürcülərin ölkəyə tez-tez basqınları ilə  əlaqədar olaraq XII
 
əsrin sonlarından  Şirvanşahların 
iqamətgahı Bakıya keçirildikdən sonra Abşeronda və Şirvanın digər yerlərində istehkamlar tikildiyi göstərilir. 
Gərşəsbin hakimiyyəti dövründə XIII əsrin 20-ci llərinədək  şəhər həyatı, sənətkarlıq, ticarət və tikinti inkişaf 
edir. Lakin 1220-ci ildən başlayaraq  Şirvan və bütün Yaxın  Şərqin üstünü yadelli işğalçıların - monqolların 
                                                 
*
.Bəzi müəlfiflərin əsərlərində (L. S. Brttanistski i B. V. BVeymarn İskustvo Azerbaycana, M., 1976, c.61; L. S. Brttanistskiy.Zodçestvo 
Azerbaycana
 
XII-XV 
BB
.
 
M., 1966, c.78) Mərdəkan dairəvi qalasındakı kitabədə göstərilən 600-cü il tarixi bizim tarixэ  Yəzdigirdin 
təqviminə эsasən keçirilərək 1232-ci il verilir. Bu səhv kitabədə Sasanilər dövründə İranda həmin toqvimə əsasən olunmuş  "mordad"  
ayının  (avqusta müvafiqdir) göstərilməsi  nəticəsində baş vermişdir. Abşeronda  İrandilli tatlar yaşadığından "mordad" ayının adı ilə 
ənənə uzrə burada qala bilərdi. Lakin bu abidədəki 600-cü il hicri təqvimlə verildiyindən bızim tarixə çevirdikdə 1204-cü ilə müvafıq 
gəlir. Bunu göstərilər müəlliflərin diqqət
 
yetirmədikləri numizmatik dəlillər də  təsdiq edir. Gərşəsb ibn Fərrruıxzad adına kəsilmiş 
sikkələr h.572-622 (1180-1225)-ci illərə - xəlifə el-Nasirin hakimiyyəti dövrünə aiddır. Lakin həmin xəlifənin hökmranlığının sonlarına 
doğru h.622 (1225) ci ildə Gərşəsbin oğlu və varisi III Fəribürz də öz sikkəsinin kəsdirmişdir. Beləliklə Gərşəsbin adı olan kitabə 1232-cİ 
ilə aid edilə bilməz, çünki həmin vaxt onun oğlu III 
 
Fəribürz hakimiyyətdə idi. Ələsgərzadə, eləcə  də  Y. A. Paxomov  və  B. V. Sısoj 
tamamilə haqlı olaraq 600-cü ili bizim tarixə 1204-cü il kimi çevirmişlər. Buna görə də, Mərdəkan dairəvi qalasındakı tarixi 1204-cü ilin 
avqustu hesab edirik. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə