Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   61   62   63   64   65   66   67   68   ...   147

75 
 
görə Şirvanın paytaxtı Şamaxının hakimi “Dərbənd əmirinin qardaşı – Şirvanşah” idi.
161
 XI əsr mənbələri yerli 
Haşimilər sülaləsindən olan əmirlər tərəfındən idarə olunan bu müstəqil şəhər-dövlətə sahiblik iddialarından əl 
çəkməyən  Şirvanşahların Dərbəndi zəbt etdiklərini xəbər verirlər. Mənbələr və numizmatik dəlillər XI əsrin 
üçüncü rübündə  Dərbəndin  Şirvanşahlar dövlətinin tərkibinə daxil edildiyini təsdiqləyirlər. XII əsrin 
əvvəllərində  Dərbəndi öz müstəqilliklərini yüz ilə yaxın qoruyub saxlamış yerli ərəb nəslindən olan Suləmi 
əmirləri idarə edirdilər.  Şirvanşahların Dərbəndi  ələ keçirmək üçün göstərdikləri bir neçə  cəhd uğursuzluqla 
qurtarmışdı. 
l62
  Dərbənd  əmirliyinə yalnız 1239-cu ildə  Dərbənd və bütün ölkə monqollar tərəfindən istila 
edildikdən sonra son qoyuldu. İbn  əl-Əsirin adını  çəkdiyi  Şirvansah Rəşid görünür Şirvanşahlar sülaləsinə 
mənsub  Dərbənd maliki olmuşdur. Yuxarıda göstərildiyi kimi, Axsitan Dərbənd  əmiri Müzəffər ibn 
Məhəmmədin qızına və  Bəybars ibn Müzəffərin bacısına evlənmişdi. Ehtimal ki, Rəşid və  Dərbənd  əmiri ilə 
qohumluqdan dolayı I Gərşəsbin qardaşı olmuşdur. 
Yuxarıda deyilənlərdən aydın olur ki, qıpçaqlar Dərbəndə yaxınlaşarkən onun hakimi Şirvanşah 
Gərşəsbin qardaşı  Rəşid idi. Qıpçaqlar ona aşağıdakı sözlərlə müraciət etdilər: "Tatarlar ölkəmizi tutub, 
əmlakımızı qarət etmişlər, Biz sənin ölkəndə yaşamağa gəlmişik. Biz sənin qulunuq, sənin üçün vilayətlər fəth 
edəcəyik və  sən bizim sultanımızsan". Lakin Rəşid razılıq vermədi və onların xahişini rədd etdi. Qıpçaqlar 
həmin xahişlə yenidən onun yanına elçi gondərdilər. Onların müsəlman olan başçılarından biri tərəfindən 
Dərbəndi hiylə yolu ilə tutmaq niyyətində olan qıpçaqların məkrindən xəbərdar edilən Rəşid həmin başçıya 
qoşun və silah verməyə razı oldu. Bu başçı qıpçaqların üzərinə yeridi, bir neçə dəfə hücum edərək onların bir 
hissəsini qırdı  və qarət etdi. Lakin qipçaqlar hiylə ilə  Rəşidi aldadıb Dərbəndə girdilər, onu həbs edib bütün 
ölkəni  ələ keçirmək istədilər. Lakin Rəşid qalanın gizli qapısından  Şirvana qaçdı. Qıpçaqlar qaladakı bütün 
silahları və Rəşidın
 
əmlakını götürüb Dərbəndi tərk etdilər, sonra isə vaxtilə gürcüləri əlində olan Qəbələyə tərəf 
yönəldilər və onu mühasirəyə aldılar-Bundan xəbər tutan Rəşid Dərbəndə qayıtdı, qalanı  ələ keçirərək 
 
orada 
qalmış bütün qıpçaqları qırdı. Bütün Qəbələ vilayətini qarət edən qıpçaqlar Gəncəyə doğru hərəkət edərək orda 
yerləşdilər. Gürcülərlə döyüşdə  məğlubiyyətə  uğrayan və onlara qarşı üsyan
 
qaldıran yerli Gəncə  əhalisindən 
qorxuya düşən qıpçaqlar Şirvan istiqamətində hərəkət edərək, sonra ləkzlər ölkəsinə əhalisi gürcü, ləzgi və digər 
xalqlarla birləşərək qıpçaqları darmadağın etdi, bir hissəsini qırdı, bir hissəsini isə  əsir aldı.  İbn  əl-Əsrin 
sözlərinə görə "qıpçaq  əsiri (məmlük) Dərbənd-Şirvanda  ucuz qiymətə satılırdı". Monqollar Beyləqanı 
dağıdaraq qarət etdikdən və  qıpçaqlar ölkəsinə getdikdən sonra şəhərin canını qurtara bilmiş sakinləri geri 
qayıtdılar və şəhərin divarlarını yenidən bərpa etdilər. Lakin bu vaxt, h.619-cu ilin səfər ayında (fevral, 1222) 
Beyləqan gürcülərin hücumlarına məruz qaldı.  Şəhəri tutarkən adətən,  əhalidən müəyyən məbləğdə pul alıb 
gedən gürcülər 
[140 - 141]
 bu dəfə əhalinin üstünə düşərək "tatarların özlərinə etdikləri qətl-
 
qərar onların başına 
gətirdilər".
163  
Bu dövrdə çiçəklənən şəhər və kəndləri viran qoyan, əhalisini qırıb çatan monqolların hücumlan 
ilə əlaqədar Şirvanın, Qafqazın və bütünlükdə Yaxın Şərq ölkələrinin ağır siyasi vəziyyəti, gürcülərin və digər 
yadelli işğalçıların  Şirvana təcavüzkar basqınları, eləcə  də Xarəzmşahın hücum təhlükəsi  Şirvanşahlar 
dövlətinin zəifləməsinə səbəb oldu. Gürcülərin Şirvana arasıkəsilməz təcavüzkar basqınlarının qarşısını almaq 
üçün Şirvanşah Gərşəsb "oğlu Cəlal əd-Din Sultanşahı (girov kimi) gürcülərə verdi. Gürcülər isə onu Tamarın 
qızı hökmdar Rusudana ilə evləndirmək məqsədilə xaç suyuna saldılar".
164
 1225-ci ildə  Şirvanı  və bütün 
Zaqafqaziyanı Xarəzmşah Cəlal əd-Din Məngburninin hücum təhlükəsi təhdid etdiyi bir zamanda Şirvanşahlar 
dövlətinin daxilində  Şirvanşah Gərşəsbin hakimiyyətindən böyük narazılıqlarla bağlı hadisələr baş verirdi. 
Şirvanşahın oğlu Fəribürzün başçılığı ilə qalxan üsyan nəticəsində Gərşəsb taxtdan salındı və onun yerinə oğlu 
keçdi. İbn əl-Əsir yazır: “H.622 (1225)-ci ildə Şirvanşaha qarşı onun oğlu üsyan qaldırdı, onu məhrum etdi və 
ölkədən qovdu, özü şahlıq etməyə başladı. səbəb bu idi ki, Şirvanşah iyrənc həyat tərzi keçirirdi, çox və 
ədalətsiz adam idi. O, [tez-tez] təbəələrinin var-dövlətinə və mülklərinə əl uzadır, həmçinin, deyirlər ki, hətta 
qadınlar və oğlan uşaqlarının namusuna təcavüz edirdi. Onun xalqa ümidi çoxalmışdı və ona görə də qoşunun 
bir hissəsi onun oğlu ilə  əlbir olaraq, atasını ölkədən qovdu”.
165
 Beləliklə, Şirvanşah I Gərşəsbin hökmranlığı 
h.622(1225)-ci ildə sona çatdı. 
 
III FƏRİBÜRZ İBN I GƏRŞƏSB 
I Gərşəsb h.622 (1225)-ci ildə taxtdan salınandan sonra elə hər il Şirvanın hakimi onun oğlu III Fəribürz 
oldu. O, xoş  əxlaqi qoşununun və  rəiyyətinin məhəbbətini qazandı. Lakin Fəriburz  hakimiyyəti dövründə 
gürcülərin basqınları, sonra isə Xarəzmşahın hücumu kimi kədərli hadisələr baş vermişdir. Gərşəsb devrildikdən 
sonra Fəribürz ona aşağıdakı  məzmunda məktub göndərmişdi. "Mən səni qalaların birində saxlamaq, səni və 
sənin yanında saxlamağı arzu etdiyini bütün şəxslərə bol təminat təyin etmək istəyirdim. Lakin sənin nalayiq 
hərəkətlərin, ölkənin əhalisinə qarşı ədalətsizliyini və onların sənə bəslədiyi nifrət məni səninlə rəftar etdiyim 
kimi davranmağa vadar etdi". Bundan sonra Gərşəsb kömək istəmək üçün gürcülərin yanına getdi. Bu vaxt 
Gürcüstanda hökmranlıq edən Rusudana ona yardım göstərdi. Hakimiyyəti özünə qaytarmaq uğurunda oğlu ilə 
müharibə aparmaq üçün onu ordu ilə təchiz etdi. Gərşəsb qalib gələrsə, ölkəsinin yarısını gürcülərə verməyi vəd 
etdi. O, böyük gürcü ordusu ilə  hərəkət edərək  Şirvan (ehtimal ki, Şamaxı)  şəhərinə yaxınlaşdı. Bu arada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə