Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   63   64   65   66   67   68   69   70   ...   147

77 
 
ən-Nəsirin [h. 572-622 (1180-1225]-ci illər) 
 
var. İkinci növ sikkədə "əl-məlik əl-müəzzəm Əlaəd-Dünya və-d-
Din Fəribürz ibn Gərşəsb, Nasir əmir  əl-möminin" sözləri və  xəlifə  əl-Müstənsir-billah  əmir  əl-möminin [h. 
623-640 (1226-1242)-cı illər] adı, həmçinin ənənəvi dini rəmzi var. Üçüncü növ sikkənin üz tərəfində sonuncu 
Abbasi xəlif’si əl-Müstəsim-billahın [h.640-656 (1242-1258)-ci illər] adı, əks üzündə isə "əl-məlik əl-müəzzəm 
Əlaəd-Dünya və-d-Din  Əbü-l Müzəffər Fəribürz ibn Gərşəsb ibn Fərruxzad, Nasir əmir  əl-möminin" sözləri 
həkk olunmuşdur.
171
 Sikkələrdə  gətirilən ləqəb və titullar Şirvanşahın müstəqilliyini göstərir. Ölkə monqollar 
tərəfindən işğal olunmasına baxmayaraq, Şirvanşah onlardan tam asılı deyildi. Bunu numizmatik məlumatlar da 
təsdiq edir. Şirvanşah III Fəribürzün adından bütün titullar göstərilməklə kəsilmiş sikkələrin heç birində böyük 
xaqanın adı  çəkilmir. Ehtimal ki, Şirvanşah monqol süzerenlərinə  xərac verməklə kifayətlənməmişdir. Bu 
vəziyyət XIII əsrin 60-cı 
[143 - 144]
 illərinədək davam etmişdir. Fəribürzün adı Şirvanın epiqrafık abidələrində 
də  çəkilir.  Şirvanşah Fəribürzün hakimiyyəti dövründə Bakının Bayıl buxtasındakı qala istehkamının tikintisi 
başa çatdırılmışdır. Həmin istehkamın xarici perimetri 800-ə yaxın daş üzərində oyulmuş epiqrafik kıtabələr 
olan dekorativ frizlə dövrələnmişdir. Qırıq-kəsik ibarə  və sözlər arasında Məzyədi və  Kəsrani  Şirvanşahların 
şəcərəsini göstərən şəxs adları, o, cümlədən Fəribürzün adı və tikintinin başaçatma tarixi - h.623 (1234/5)-cü il 
oxunmuşdur.
172
 Pirsaatçay xanəgahının şərq divarının portalındakı nəsx xətti ilə yazılmış 4 sətırlik kitabədə bu 
memarlıq abidəsinin tikilməsinə dair məlumat verilir: "Bu binanı dünya hökmdarı, adil, yardım göstərən, qalib, 
islam və müsəlmanlar padşahlığının dini və dünyəvi yüksəlişi  hökmdar və sultanların tacı Cam Əfridunun 
vəliəhdi olan Əbül Müzəffər Fəribürz ibn Gərsəşb ibn Fərruxzad ibn Mənuçöhr, köməkçisi - Allah onun 
tərəfdarlarını möhkəmləndirsin! - hakimiyyəti dövründə böyük sədr, sevimli, hörmətli, Xorasanın vüqarı  Xəzər 
Vasak adı ilə  məşhur Həsən  İbn
 
Məhəmməd ibn Hüseyn Bavəndinin - Allahın xeyriyyə  işlərinə
 
köməyi 
uzadılsın - pulları ilə tikməyi  əmr etmişdir. Rəcəb ayında - altı yüz qırx birinci ildə [h.641 f!243/4)-ci il].
173
 
Fəribürzün ad xanəgahdakı minarənin karnizinin altındakı iki kiçik kitabədə  də
 
xatırlanır. Onlardan birində 
memarın adı çəkilir. 'Tikməyi ustad Mahmud ibn Maqsuda hökmdar Fəribürz əmr etmişdir".
174
 
 
II AXSİTAN İBN III FƏRİBÜRZ 
Monqolların h.629 (1231/2)-cü ildə başlayan ikinci hücumıı vaxtı  səkkiz il ərzində Qafqaz ölkələri - 
Azərbaycan, Ermənistan və Gürcüstan işğal olunaraq böyük monqol imperiyasının tərkibinə qatıldı. Monqollar 
Azərbaycanı oddan və qılıncdan keçirərək, bir sıra iri şəhərləri yerlə-yeksan etdilər. Onların çoxu sonralar bir 
daha dirçələ bilməyərək süqut etdi. Güclü dağıntıya məruz qalan Gəncə, Bərdə, Beyləqan, Şəbəran və digər iri 
mərkəzlər  əvvəlki  əhəmiyyətlərini itirdilər. Feodallar, əyanlar, Azərbaycan  şəhər və  kəndlərinin monqol 
tayfalarından salamat qalmış  əhalisi dağlara çəkildi.  Şirvan və Arranın  şəhər və  məntəqələri  Şirvanşah III 
Fəribürzün hakimiyyəti dövründə  Şirvanşahlar dövlətinin müstəqilliyini aradan qaldıran monqollar tərəfindən 
işğal edildi.
175
  Şərq müəlliflərinin verdiyi məlumata görə monqollar əhalisi inadlı müqavimət göstərən Bakını 
uzun müddət ala bilməmişdilər. XV əsrin  əvvəli Azərbaycan coğrafiyaşünası Bakuvi 1403-cü ildə yazırdı ki, 
monqollar dəniz sahilindəki möhkəmləndirilmiş qalanı - Bakını ala bilmirdilər. Yalnız bütün ölkə  işğal 
edildikdən sonra şəhər təslimə  məcbur oldu. Bakı  işğalçıların gəldikləri böyük yoldan kənarda olduğundan
görünür, başqa  şəhərlərə nisbətən az zərər çəkmiş Bununla belə, Azərbaycan və  ərəb müəllifləri monqollar 
şəhəri tutarkən istehkamlardan birinin üst hissəsinin dağıldığını  nəql  edirlər.  Şirvanşahlar XII əsrin birinci 
yarısından və XIII əsrdə monqol istilasına qədər Bakıda və Abşeron kəndlərində müdafiə xarakterli iri tikililər - 
qala bürcləri, istehkamlar və bir sıra digər binalar, məscidlər, karvansaralar və s. inşa etməyə başlamışdılar. 
Şirvanşahlar Bakı  şəhərinin və Abşeronun fortifıkasiyasına və möhkəmləndirilməsinə böyük əhəmiyyət 
verirdilər. Şamaxı, xüsusilə zəlzələdən sonra, 
[144 - 145] 
müdafiə üçün yararsız olduğu halda, Bakı rahat limanı 
ilə  yadelli hücumlar zamanı etibarlı sığınacaq idi. Belə ki, XII əsrin birinci yarısında Şirvanşah III Mənuçöhr, 
kitabənin təsdiq etdiyi kimi,
176
 Bakı  şəhərinin  ətrafına qala divarları  çəkdirmişdi. Təqribən 1175-ci ildə I 
Axsitan Qız qalası müdafıə qalasını tikdirmişdi. Qalanın daha əvvəlki dövrlərə aid olması  və adının 
dəqiqləşdirilməsi arxeoloji tədqiqatlar aparılmasını  tələb edir. Xaqaninin (XII əsr) I Axsitana məlum 
mədhiyyəsində Bakıda qala tikilməsinə  və onun möhkəmləndirilmiş  şəhərə çevrilməsinə dair eyhamlar var. 
Ə. Ələsğərzadənin fıkrincə, Axsitanın adı Abşeronun Mərdəkan kəndindəki dördkünc qaladakı kitabədə  də 
çəkilir və b.583 (ll87/8)-cü il göstərilir.
177
 I Gərşəsb dövründə, h.600 (1024)-cü ildə Mərdəkandakı dairəvi qala 
tikilmişdir.
178
 Şirvanda qala tikililərinin inşası xarici siyasi hadisələr, yadelli işğalçıların hücumları ilə bağlı idi. 
Həmin abidələrdəki kitabələrdə Şirvanşahların adları həqiqətə heç də həmişə uyğun gəlməyən dəbdəbəli titulları 
ilə  çəkilirdi. Qala və bürclər onları neft quyularının və duz mədənlərinin istismarından  əldə edilən vəsait 
hesabına tikdirən  şirvanşahların, iri feodalların və onların vassallarının dövləti olduqlarını göstərir. 0, vaxtlar 
Şirvanşahlar Bakıda yaşayırdılar. Qızıl Arslan Şirvanşahların paytaxtı  Şamaxını tutduqdan sonra I Axsitan öz 
iqamətgahını bir müddət Bakıya köçürmüşdü.
179
  Şamaxı 1192-ildə  zəlzələdən dağıldıqdan sonra I Axsitan 
Bakını Şirvanın ikinci paytaxtı etmişdi. III Fəribürzün dövründə, 632 (1234/5)-ci ildə Bakı buxtasındakı qəsrin 
tikintisi başa çatdırılmışdı.
180
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə