Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   64   65   66   67   68   69   70   71   ...   147

78 
 
III Fəribürzdən sonra Şirvanda hakimiyyətə onun oğlu II Axsitan keçdi. II Axsitan hakimiyyətə h.641 (1 
243/4) - 653 (1255/6)-cü illər arasında başlamışdır. Bu dövrdə yaşamış  Zəkəriyyə  Qəzvini (1203-1283) öz 
əsərində II Axsitanın adını  çəkərək yazır: "Şirvan müstəqil vilayətdir. Onun hökmdarının adı Axsitandır". 
Zəkəriyyənin sözlərinə görə, "Şirvanın hakimi əzəmətli, güclü və qüdrətli hökmdar idi”. O, sonra Axsitanın o 
vaxtlar Zirehgəranı tutmaq üçün ora yollandığını, lakin əhalinin bundan əvvəl Dərbənd hakimlərinin hücumu 
kimi, onun da hücumunu dəf etdiyini deyir. Göründüyü kimi, bu məlumatlar II Axsitanın hökmranlığının lap 
başlanğıcına, Hülakü xanın ölkəni işğal etməsindən  əvvələ aiddir. Daha sonra Şirvanda son dərəcə 
möhkəmləndirilmiş Biqur (Buqurt) adlı qala barəsində  məlumat verilir.
181
 Ölkə monqollar tərəfindən işğal 
olunduqdan  (təqribən 1234) sonra XIII əsrin sonuna qədər  Şirvanda, Bakı  şəhərlərində  və Abşeronda 
əhəmiyyətli binaların dayandırılır ki, bu da ölkənin hərbi əməliyyatlar nəticəsində tənəzzülə uğradığını göstərir. 
Munke xan h.655 (1257)-ci ildə Ö sonra Çingiz xanın nəvəsi Hülakü xan h.556-cı il səfər ayını 14-də (21 fevral 
1258) Bağdadı alaraq, sonuncu Abbasi xəlifəsi əl-Müstəsimi edam etdirdi.
182
 Hülakü xan iri bir dövlət yaradaraq 
Cənubi Azərbaycanda Hülakülər, yaxud Elxanilər sülaləsinin  əsasını qoydu. Elxanilər Azərbaycanın təbii 
ehtiyatlar və otlaqlarla zəngin olan şimal vilayətlərini, lıabelə Ermənistan və Gürcüstanı  işğal etdilər. Onlar 
Cucilərin bu vilayətlər barəsində iddialarını  rədd etdilər ki, bu da Qızıl Orda ilə Elxanilər dövləti arasında 
toqquşmaya səbəb oldu. 1260-cı ildə Cucilərin qoşunları Şamaxıya yaxınlaşdı. Lakin Hülakü xan onları məğlub 
edib Dərbəndi tutdu və şimala doğru hərəkət etdi. Tezliklə Hülakü özü də Terek çayı yaxınlığında Bərkə xan 
tərəfindən məğlubiyyətə uğradılaraq Dərbəndi və Şirvanı 
[145 - 146]
 itirdi. 1265-ci ildə Bərkə yenidən Şirvana 
soxuldu və Kür çayının sahilinə qədər gəldi, lakin bu vaxt xəstələnərək öldü.
183
 Yüz ilə qədər davam edən hərbi 
əməliyyatlarla  əlaqədar iki dövlət arasındakı  sərhədlər tez-tez dəyişərək, gah Dərbənd, gah da Bakının 
yaxınlığından keçirdi. Şirvan da, vassal ölkə kimi Elxanilər dövlətinin tərkibinə qatıldı. Hülakü xan 1258-ci ildə 
Şirvan və Arranı tutarkən Bakı Azərbaycanda möhkəmlənən Elxanilərin hakimiyyəti altına düşdü. II Axsitan 
tam itaətkarlıq göstərməklə Şirvanı dağıntıdan xilas etdi. Elxanilərin Şirvan üzərində hakimiyyətinin güclənməsi 
onlarla Qızıl Orda arasında hərbi əməliyyatlar zamanı Şirvan ərazisində monqol şahzadələrinin başçılığı altında 
böyük ordunun olması ilə bağlı idi. Elxanilər dövründə öz torpaqlarında vassal kimı hakimiyyət sürən 
Şirvanşahlar öz adlarından pul kəsdirməkdə davam etsələr də, artıq təmtəraqlı titullarını göstərmir, öncə monqol 
xanının adını çəkirdilər. Şirvanşahlar Elxani hökmdarlarının bütün səfərlərində qeyri-nizami qoşun dəstələri ilə 
iştirak etməli və oz süzereni qarşısındakı bütün təəhhüdlərini yerinə yetirməli idi.Məsələn, Şirvanşah II Axsitan 
ibn III Fəribürz h.653 (1256)-cü ildə Rum, İraq, Xorasan, Azərbaycan, Arran, Şirvan və Gürcüstan feodal 
hakimləri kimi, malikləri, sədrləri və əyanları ilə birlikdə "layiqli  hədiyyələrlə" ismaillilərə qarşı səfərə çıxmış 
Hülakü xanın gərargahına gəlmişdi.
184 
Şirvanşah II Axsitanın hakimiyyəti dövründə,  Şirvan dövləti çox ağır 
vəziyyətdə idi. Sikkələrində təmtəraqlı titul və ləqəbləri göstərilən sələflərindən fərqli olaraq, II Axsitanın XIII 
əsrin ikinci yarısında kəsilmiş bütün sikkələri Şirvanşahın monqol xanlarından vassal asılılığını və itaətkarlığını 
göstərir. II Axsitanın adından iki növ mis sikkə  kəsilmişdir. Birinci növ sikkənin üz tərəfində Çingiz xanın 
dördüncü varisi Munke xanın [h. 648-655 (1250-1257)-ci illər] "əl-adil,  əl-əzim" titulları ilə adı  və h.653 
(1256)-cü il tarixi, əks tərəfındə isə dini rəmz, xəlifə  əl-Müstəsim-billahın və onun aşağısında heç bir titul 
göstərilmədən Axsitan ibn Fəribürzün adları həkk olıınmuşdur. Bu sikkə Bağdad h.643 (1258)-cü ildə Hülakü 
xan tərəfindən tutulandan və sonuncu Abbasi xəlifəsi Müstəsim öldürüləndən əvvəl zərb edilmişdir. Sikkədəki 
tarix göstərir ki, o, Hülakü xanın Şirvanı və Zaqafqaziyanın digər ölkələrini istila etməsinə qədər kəsilmişdir. 
Həmin hadisələrdən sonra kəsilmiş tarixi silinib getmiş ikinci növ sikkədə adı göstərilməyən "xan əl-adil" titulu, 
monqol tamğası, dini rəmz və Axsitan ibn Fəribürzün adı oxunur.
185
 İkinci növ sikkələr, ehtimal ki, xəlifə əl-
Müstəsim edam olunduqdan və böyük xan Munke xanın ölümündən sonra, yəni h.656 (1258)-cı ildən sonra 
kəsilmişdir. Kitabələrin xarakteri monqolların  Şirvanda hakimiyyətinin gücləndiyini,  Şirvanşahın vəziyyətinin 
ağırlaşdığını  və onun monqollardan vassal asılılığını etiraf etdiyini göstərir. II Axsitandan sikkələrdən başqa 
Dornun Pirsaatçay xanəgahında aşkar etdiyi kitabə  də  gəlib çatmışdır. Xanəgahdakı  məscidin minarəsindəki 
farsca kitabədə n.654-cü il məhərrəm ayı (yanvar-fevral, 1256) və Şirvanşah II Axsitan ibn III Fəribürzün adı 
göstərilir.
186
 Keçmiş  Şamaxı  qəzasında Nağaraxana və Talışnuru kəndləri arasındakı yarımxaraba binada fars 
dilində başqa bir kitabə də tapılmışdır. Burada deyilir: “Bina Bir-e (Pir-e) Siddiq tərəfındən ən böyük hökmdar, 
böyük  Şirvanşah Axsitan ibn Fəribürzün hakimiyyəti dövründə tikilmişdir.  Altı yüz əlli beşinci il (1257)”.
l87
 
Həmin 
[146 - 147]
 kitabələrdəki yüksək titullar monqol işğalçılarına tabe olan və onlardan vassal asılılığını 
etiraf edən Şirvanşahın real vəziyyətini əks etdirmir. 
II Axsitanın hökmranlığı az sürmüşdür. O, h.658 (1260)-ci ildə Hülakü xanın əmri ilə öldürülmüşdür. 
Ərəb müəllifı ibn əl-Füvatanın məlumatına görə  "Əla  əd-Din Fəribürz ibn Güştəsb  əl-Şirvani  Şirvanın 
hökmdarıdır. Qədim nəsildəndir. Adı  çəkilən  Əla  əd-Din böyük sultan Hülakü xanın h.658 (1260)-ci ildə 
öldürdüyü  Şirvan hakimi məlik Axsitanın atasıdır".
188 
Mənbələrdə II Axsitanın öldürülməsinin səbəbi xəbər 
verilmir. Yalnız ehtimal etmək olar Şirvanşah monqol hökmdarının sadiq vassalı kimi Hülakü Abbasi xəlifəsinə 
qarşı yürüşündə kifayət qədər cidd-cəhd göstərməmişdir. II Axsitan ibn III Fəribürzün hakimiyyəti h.641 
(I243/4) və 653 (1225/6)-cü illər arasında başlamış və h.658 (1260)-ci il qədər - ölənədək davam etmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə